Məhkəmə qərarları › İş №2(079)-19/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-19/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-19/2021 11.03.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı xx xxxxxxxx 2020-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1454,26 (bir min dörd yüz əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək Rayon Məhkəməsinin 2(079)-475/2016 nömrəli,xx xxxxxxxx 2016-cı il tarixli məhkəmə əmirinə əsasən Cavabdeh Zeynalabdin qızından 914.26 (doqquz yüz on dörd manat, iyirmi altı qəpik) manat və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq kreditor “Unibank” X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdi. Məhkəmə icra edilməsi üçün Babək rayon icra və probasiya şöbəsinə verilmiş və icraatın başlanması haqqında xx xxxxxxxx 2016-cı il tarixdə qərar qəbul edilmişdi. Cavabdeh Zeynalabdin qızı mənim oğlum X1 arvadı idi və onlar mənimlə birlikdə Babək rayonu, Nehrəm kəndində yaşayırdı. Həmin müddət birlikdə yaşadığımız vaxtda onların maddi cəhətdən durumu aşağı olduğundan tərəfimdən cavabdehin əvəzinə “Unibank” X6 Səhmdar Cəmiyyətinə 944.26 (doqquz yüz qırx dörd manat, iyirmi altı qəpik) manat məbləğində pulun ödənişi təmin edilib. Əlavə olaraq cavabdehə X7 Səhmdar Cəmiyyətinin vasitəsi ilə tərəfimdən xx xxxxxxxx 2018-ci il tarixdə 86 (səksən altı), xx xxxxxxxx 2018-ci ildə 222 (iki yüz iyirmi iki) və xx xxxxxx 2018-ci ildə 202 (iki yüz iki) manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində pulun ödənişini təmin etmişdim. Lakin cavabdeh bu günə kimi mənə olan 1454,26 (bir min dörd yüz əlli dörd manat, iyirmi altı qəpik) manat məbləğində borcunu geri qaytarmayıb. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmişdi. İddiaçı isə xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia qaldırdığını, cavabdehlə qohum olduğunu nəzərə alıb iddiadan imtina etdiyini bildirərək, mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsaslanaraq məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. (maddə 52.5) Məhkəmə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi haqqında iddiaçının ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı iddia qaldırarkən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 47922 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Cavabdehin iddia tələbinə qarşı etiraz ərizəsində İddiaçı ondan mənimsədiyi pulların geri qaytarılması tələbinə hüquqi aydınlıq gətirərək onun nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər (Mülki Prosessual Məcəllə 2.1, 4.1, 5.1 və 5.2ci maddələr). Göstərilənləri ümumiləşdirərək Cavabdeh izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrində göstərilən tələblərə riayət etməklə və iddia tələbini əsaslandıran hallarla bağlı müvafiq sübutları ona əlavə etməklə iddia ərizəsi ilə müvafiq aidiyyəti məhkəməyə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, 47922 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar