Məhkəmə qərarları › İş №2(079)-193/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-193/2021

13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-193/2021 13.07.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, iddiaçı X6, onun vəkili Vəkil1, cavabdeh, həmçinin digər cavabdehlər Cavabdeh2 və X7 nümayəndəsi Cavabdeh1, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, onun vəkili Vəkil2 və Şahid6 iştirakı ilə, X1 Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: İddiaçı “06” aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu, Didivar kəndində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin ona çatmalı olan hissəsinin Cavabdeh1, Cavabdeh2 X10 və X3 müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh1 övladı X8 ilə 16 sentyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirib ailə qurub. Həmin nikahdan bir övladı var. Müəyyən səbəblərdən aralarında olan nikah Babək Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(079)-76/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olarkən 2014cü il tarixdə yaşadığı Babək rayonu, Didivar kəndində qayınatası, yəni Cavabdeh1 razılığı ilə ona və onun digər ailə üzvlərinə məxsus olan 1052.24 kvadrat metr həyətyanı torpaq sahəsi üzərində özülündən başlayaraq 3 otaq, 1 salon, 1 mətbəx, hamam-tualet tikib, üstünü örtərək şiferini vurdurmuşlar. Təxminən həmin evin tikintisinə 20000 (iyirmi min) manat xərc çəkiblər. Lakin nikahı pozulduğuna görə evin içində hər hansı bir kosmetik işləri aparmayıb. Biz evi tikdiyi vaxtda özü “Ləzzət” biskvit və şokolad fabrikində, Əyyub isə “Ləzzət” firmasında ekspeditor işləyirdi. Hər iki yüksək məbləğdə əmək haqqı alıb, evin tikilməsinə xərcləyib. Hazırda Əyyubla aralarında bağlanmış nikah pozulduğundan və onunla ayrı yaşadığından birlikdə tikdiyi həmin evə çəkilmiş xərcin yarısı, yəni 10000 (on min) manat cavabdehlərdən müştərək qaydada alınıb ona verilməlidir. Əyyubla birgə nikah dövrü inşa etdiyi evə çəkilən xərcin ona çatacaq hissəsini cavabdehlərdən dəfələrlə tələb etsəm də, bunun verilməsindən qəti olaraq imtina olunub. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, X10 və Cavabdeh4 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki iş üzrə 13 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı X6 və cavabdeh, həmçinin digər cavabdehlər Cavabdeh2 və X7 nümayəndəsi Cavabdeh1 eyni tarixli barışıq sazişi ilə məhkəməyə müraciət edərək, aralarında razılığa gəldiklərini və məhkəmədən aralarında razılığa gəldikləri və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər: - Cavabdeh1 iddiaçı X4 13 avqust 2021-ci il tarixədək 2000 (iki min) manat ödəməyi öhdəsinə götürür, iddiaçı X6 isə bunu qəbul edir; -həmçinin X4 Cavabdeh1 tərəfindən 2000 (iki min) manat məbləğində pul tam ödənildikdən sonra iddiaçının Babək rayonu, Didivar kəndində yerləşən 1052.24 kvadrat metr həyətyanı torpaq sahəsi üzərində tikilən evə dair gələcəkdə başqa bir tələbi olmayacaq. Barışıq sazişinə hüquqi münasibət bildirməzdən öncə məhkəmə qeyd edir ki, iddiaçı tələbində həm öz soyadını, həm də cavabdeh Güllər Əli qızının soyadını “Məmmədova” kimi qeyd etsə də, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 221774 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iddiaçının soyadının “Qasımova”, cavabdeh Gülərin soyadının isə “Ağazadə” olması müəyyən edilir. Bu səbəbdən də iddia tələbinə X1 Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsi tələbi kimi baxılmalıdır. Barışıq sazişinə gəldikdə isə məhkəmə tərəflərin sazişin təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmçinin həmin Məcəllənin 191.1-ci maddəsinin mahiyyətindən görə tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_9.htm Bundan əlavə qeyd edilən Məcəllənin 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, X6 ilə Cavabdeh1 bağlamış olduqları 13 iyul 2021-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: X1 Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsi tələbinə dair mülki iş üzrə X6 ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2021-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh1 iddiaçı X4 13 avqust 2021-ci il tarixədək 2000 (iki min) manat ödəməyi öhdəsinə götürür, iddiaçı X6 isə bunu qəbul edir.

2. X4 Cavabdeh1 tərəfindən 2000 (iki min) manat məbləğində pul tam ödənildikdən sonra iddiaçının Babək rayonu, Didivar kəndində yerləşən 1052.24 kvadrat metr həyətyanı torpaq sahəsi üzərində tikilən evə dair gələcəkdə başqa bir tələbi olmayacaq. X1 Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh4 qarşı birgə nikah dövründə inşa edilən yaşayış evinə çəkilən xərclərin yarısının ödənilməsi tələbinə mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar