Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-2/2024 09.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 06 fevral 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək onunla birgə Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan, Babək rayon Şəkərabad kəndində yerləşən ümumi sahəsi 0.2019 ha həyətyanı torpaq sahəsindən öz payı olan 2/4 hissənin naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayonunun Şəkərabad kəndində yerləşən ümumi sahəsi 0.2019 ha olan torpaq sahəsi ¼ hissə Cavabdeh1 Məmmməd oğlunun, ¼ hissə Cavabdeh2 və 2/4 hissə isə İddiaçı adına ayrılmışdır. Hüquq sahiblərinin payları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 21/42 nömrəli reyestr kitabının 8147 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin həyətyanı torpaq sahəsində payların həyətyanı torpaq sahəsinin hansı hissəsində olması, paylardan istifadə ilə bağlı aramızda narazılıqlar yaranmışdır. Buna görə payımın naturada ayrılmasını istəyirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərdiyi torpaq sahəsində hal-hazırda özünün, qardaşı - Sahib və bacısı - Gültacın yaşadığını, həmin torpaq sahəsinin onlara Babək rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında 1999-cu ildə tərəfindən verildiyini, hal-hazırda həmin torpaqdan ümumi istifadə etdiklərini, lakin paylarının ölçüləri ilə bağlı aralarında tez-tez mübahisələr olduğunu, özünün boşanmış olduğunu və himayəsində bir övladının olduğunu, bacısı Gültacın həmin torpaq sahəsinin aşağı hissəsində ev tikib yaşadığını, özünün və qardaşı Sahibin isə eyni evin müxtəlif tərəflərində yaşadıqlarını, evdən çıxışlarının fərqli qapılardan olduğunu, özlərinin torpağı gözəyarı böldüklərini, amma özünə düşən payın az olduğunu, öz payının naturada müəyyən edilməsini və ayrılmasını tələb etdiyini, belə ki, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış əsasında ¼ hissə Sahibin, ¼ hissə Gültacın, 2/4 hissəsinin isə onun mülkiyyətində olduğunu, buna baxmayaraq hər iki bacı-qardaşı ilə münasibətlərinin gərgin olması səbəbindən razılığa gələ bilmədiklərini, naturada bölündükdən sonra torpağı və üzərində tikilmiş evi sənədləşdirərək adına çıxarış ala biləcəyini, hal-hazırda özü və övladının birlikdə o evdə yaşadıqlarını, Sahib, özü və Gültacın arasında birgə mülkiyyətlərində olan torpaqdan payların müəyyən olunması barədə razılıq mövcud olmadığından məhkəməyə müraciət etməli olduğunu, özünün hələ həyatda ikən payının müəyyən olunmasını və evini sənədləşdirmək istədiyini, bacısının ümumilikdə bu məsələyə dair münasibət bildirmədiyini, evini hasarlatmaq istədiyini və ya satıb başqa ev almaq istədiyini, lakin həyətdən ana yola cəmi 1 çıxışın olduğunu, əgər razılığa gələ bilsələr bölgünü dəyişiklikdən sonra aparmağın mümkün olduğunu, lakin razılığa gələ bilmədiklərini, ekspertlərin rəyləri ilə razı olmadığını, mülkiyyət hüquqlarını həyata keçirməsi üçün bölgünün mütləq olduğunu bildirmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında Naxçıvan MR DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış əsasında Babək rayonu, Şəkərabad kəndində anasından miras qalmış 0.20 hektar torpaq sahəsindən ¼ hissənin özünün, ¼ hissənin Gültacın, 2/4 hissənin isə İzafənin mülkiyyətində olduğunu, halhazırda həmin torpaq sahəsində özünün, bacıları Gültac və İzafənin yaşadıqlarını, faktiki olaraq o torpaqdan paylarının müəyyən olunmasına baxmayaraq naturada bölünmədiyindən tez-tez aralarında mübahisələr baş verdiyini, özünün iddiaçının payının naturada ayrılıb verilməsinə heç bir etirazının olmadığını, həmin torpaq sahəsi üzərində 2 ev yerləşdiyini, torpaq sahəsinin aşağı hissəsində tikilən evdə bacısı Gültacın yaşadığını, İzafə ilə özünün isə anasından miras qalmış evdə yaşasalar da, özlərinin həyətə çıxışlarının ayrı qapılardan olduğunu, torpağı gözəyarı olaraq böldüklərini, iddiaçı və digər cavabdehlə ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsindən hazırda hər üçünün istifadə etdiklərini, Gültacın özünə həyətin aşağı hissəsində sonralar ev tikərək ailəsi ilə birlikdə orada yaşadığını, iddiaçı ilə özünün analarından miras qalmış evdə yaşadıqlarını, evlərinin çıxışlarının fərqli olmasına baxmayaraq yenə də gediş-gəliş yolu ilə bağlı arada narazılıqlar olduğunu, iddianı qəbul etdiyini və təmin olunmasına heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21/42 nömrəli reyestr kitabının 8147 nömrəli vərəqində qeyd olunmuş xx.xx.2022-ci il tarixli çıxarışla Babək rayonu Şəkərabad kəndində yerləşən 0.2019 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 2/4 hissəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı, 1/4 hissəsi Cavabdeh1 və 1/4 hissəsi isə Cavabdeh2 məxsusdur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən isə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsusdur və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyadan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Mülki işin mübahisəli halının - torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması gedişində tikinti-texniki ekspertizası təyin olunmuş, Babək rayonu, Şəkərabad kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,2019 hektar torpaq sahəsinin 2/4 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi texniki cəhətdən mümkün olub-olmaması barədə ekspert qarşısında sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli, 327 nömrəli ekspert rəyi ilə o nəticəyə gəlmişdir ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Babək rayonu, Şəkərabad kəndində yerləşən və paylı mülkiyyətdə olan 0,2019 hektar torpaq sahəsinin 2/4 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq onun mülkiyyətçilərindən biri olan İddiaçı verilməsi texniki cəhətdən məqsədəmüvafiq hesab olunmur. Ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiq olunan həyətyanı torpaq sahəsi müxtəlif hissələrdən qonşu torpaq sahələri ilə, bir tərəfdən isə küçə yolu ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin aşağı və yuxarı hissələrində müxtəlif tikinti materiallarından inşa olunmuş fərdi yaşayış evləri vardır. Həyətyanı sahənin yuxarı tərəfində yerləşən fərdi yaşayış evinin bir hissəsindən çöl ölçülərinə əsasən təqribən 12.40 metr hissəsindən İddiaçı, 7.10 metr hissəsindən cavabdeh X4 və digər hissəsindən isə Cavabdeh2 istifadə edir. İstifadə edilən hissələr isə bəzi yerlərdən birket kubik hasarlarla və dəmir barmaqlıq tor çəpərlərlə hasara alınmışdır. Həmin istifadəçilər tərəfindən öz aralarında ayrılmış həyətyanı torpaq sahələrinə isə onların hazırda ümumi istifadədə olan gediş-gəliş yollarından olduğu müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, mübahisəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ümumi sahəsi 0,2019 ha təşkil edir, bu zaman iddiaçının 2/4 və cavadehin 1/4 paylarına düşən həyətyanı torpaq sahələri aşağıdakı kimi müəyyən olunur: - 0,2019 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsi üzrə - 0,10095 ha (0,2019:4) x 2 - 0,2019 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsi üzrə -0,050475 ha (0,2019:4). Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abad!aşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir. Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olmalıdır. Qərardadın suallarında göstərilən məsələ ilə bağlı ekspert tərəfindən qeyd olunur ki, həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Yuxarıda göstərilənlərlə əlaqədar, tədqiq olunan sənəd üzrə 0,2019 ha həyətyanı torpaq sahəsinin faktiki (mövcud) vəziyyətini, planlı yerləşməsini, hazırda həmin həyətyanı torpaq sahəsinə tərəflərin ümumi istifadəsində olan bir gediş-gəliş yollarının olduğu, həmin həyətyanı torpaq sahəsi müxtəlif hissələrdən qonşu torpaq sahələri ilə əhatə olduğunu, həyətyanı torpaq sahəsinin daxilində hazırda iddiaçı və cavabdehin istifadəsində olan fərdi yaşayış evi və müxtəlif təyinatlı köməkçi tikililərin yerləşdiyi, bölgü zamanı həmin fərdi yaşayış evinin və onun köməkçi tikililərinin istifadəçilərdən birinin sərəncamına düşməsi, eləcə də tədqiqat obyektinin digər zəruri olan göstəricilərini nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin, naturada texniki cəhətdən ayrılmasının (bölünməsi) mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqat nəticəsində, yuxarıda göstərilənlərə baxış zamanı eləcə də mülki iş materiallarında olan zəruri məlumatlara və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X5 Xidmətinin ekspertiza tədqiqatına təqdim etdiyi elektron plan-sxemə əsasən, Babək rayonu, Şəkərabad kəndində yerləşən paylı mülkiyyətdə olan 0,2019 hektar həyətyanı torpaq sahəsinin və onun mülkiyyətçilərindən biri olan İddiaçı düşən 2/4 hissəsinin naturada təcrid olunmuş qaydada texniki cəhətdən ayrılmasının (bölünməsi) mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti əsasında təkrar məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5662 nömrəli ekspert rəyi ilə o nəticəyə gəlmişdir ki, Babək rayonu, Şəkərabad kəndində yerləşən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,2019 hektar torpaq sahəsinin 2/4 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq İddiaçı verilməsi Məhkəmə Tikinti- Texniki X1 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Ekspert rəyini onunla əsaslandırmışdır ki, tədqiqat Naxçıvan Muxtar Respublikası Babək rayonu, Şəkərabad kəndində yerləşən həyətyanı torpaq sahəsi üzrə aparılır. Tədqiq olunan həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmışdır. Mülki iş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirinin tərtib etdiyi 28.11,2022-ci il tarixli (qeydiyyat nömrəsi **********) çıxarışa əsasən, tədqiq olunan Babək rayon Şəkərəbad kəndində yerləşən 0.2019 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsi İddiaçı Məhəmməd qızının, 1/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi isə Cavabdeh2 mülkiyyətindədir. Eyni zamanda həmin idarə tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Babək rayon Şəkərəbad kəndində yerləşən həyətyanı torpağın plan və ölçülərinin döngə nöqtələri arasındakı məsafələri göstərilməklə sənəd üzrə ümumi sahəsinin isə 0,202 ha həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan həyətyanı torpaq sahəsi müxtəlif hissələrdən qonşu torpaq sahələri ilə bir tərəfdən isə küçə yolu ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin aşağı və yuxarı hissələrində fərdi yaşayış evləri inşa olunmuşdur. Həyətyanı sahənin yuxarı tərəfində yerləşən fərdi yaşayış evinin bir hissəsindən çöl ölçülərinə əsasən təqribən 12.40 metr hissəsindən İddiaçı, 7.10 metr hissəsindən cavabdeh X4 və digər yaşayış evindən isə Cavabdeh2 istifadə edir. Tərəflər istifadə edilən hissələrə uyğun hasara alınmışdır. Tərəflərin arasında istifadələrində olan həyətyanı torpaq sahələrinə uyğun bölünmüş hissələrə gediş-gəliş yolları ümumi istifadədə olan torpaq sahəsindən olduğu müəyyən edilmişdir. Əgər nəzərə asaq ki, mübahisəli həyətyanı torpaq sahəsinin sənəd üzrə ümumi sahəsinin 0,2019 ha təşkil edir, bu zaman iddiaçının 2/4 və cavadehin 1/4 paylarına düşən həyətyanı torpaq sahələri aşağıdakı kimi müəyyən olunur: 0,2019 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsi üzrə -0,10095 ha (0,2019 : 4)x2 0,2019 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsi üzrə -0,050475 ha (0,2019 : 4) Yuxarıda göstərilənlərlə əlaqədar, tədqiq olunan sənəd üzrə 0,2019 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini hazırda həmin həyətyanı torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə, bir tərəfdən gedişgəliş yolu ilə əhatə olduğunu, həyətyanı torpaq sahəsinin daxilində hazırda iddiaçı və cavabdehin istifadəsində olan fərdi yaşayış evlərinin və müxtəlif təyinatlı köməkçi tikililərin yerləşdiyi, bölgü zamanı həmin fərdi yaşayış evinin və onun köməkçi tikililərinin istifadəçilərdən birinin sərəncamına düşməsini nəzərə alaraq, tədqiq olunan həyətyanı torpaq sahəsinin naturada texniki cəhətdən ayrılmasının (bölünməsi) Məhkəmə Tikinti-T exniki X1 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə mübahisəni tənzimləyən normalarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında sözügedən hallara ətraflı şərh verilərək bildirilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə mülkiyyətçinin payının naturada ayrılmasının mümkünsüzlüyü ilə bağlı ekspertin rəyini mülki iş üzrə müəyyən olunmuş işin faktiki halları ilə əlaqəli şəkildə hərtərəfli şəkildə qiymətləndirərək rəyi hərtərəfli tədqiqatın nəticəsi hesab etmiş və sübut kimi nəzərə almışdır. Sözügedən halı nəzərə alan məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, iddia rədd olunmalı, iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. Həmçinin həmin məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərcinin müvafiq hesaba köçürülməsi xahiş olunmuşdur. İddia rədd olunduğundan sözügedən məhkəmə xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat miqdarında məhkəmə xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-2/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-2/2024
09.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver