Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-201/2025 09.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abuzər oğlu və Cavabdeh2 ona olan 2700 (iki min yeddi yüz) manat borcun və ödəmiş olduğu 47 manat dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında Cavabdeh1 Abuzər oğlu ilə razılığa gəldik ki, mənə yanı balalı bir baş iribuynuzlu inək verəcək. Məhərrəm dedi ki, mənə 2700 (iki min yeddi yüz) manat pul ödəyəcəksən. İnəkləri gətirməmiş pulu ödəməyimi istədi, mən də dedim ki, inəyi gətirsin pulu verim. Gecə yanı balalı inəyi gətirdi. Həmin vaxt qardaşım, qonşularım da orada idi. İnəkləri maşından endirəndə kömək elədilər. Aşağıda qeyd etdiyim şəxslər şahiddirlər ki, inəkləri gətirəndə mən Məhərrəmə 2700 (iki min yeddi yüz) manat pul verdim: Qardaşım - Culfa rayonu Yaycı kənd sakini X2 (əlaqə nömrəsi: ***-***-**-**), Oğlum - Culfa rayonu Yaycı kənd sakini X6, Culfa rayonu Yaycı kənd sakini X3 (əlaqə nömrəsi: 050- 425-29-10), Culfa rayonu Yaycı kənd sakini X5, kəndin qəssabı - Culfa rayonu Yaycı kənd sakini X4. Yanı balalı iribuynuzlu inək 1 ay bizdə qaldı. İnək yerimirdi, südü az idi. Mən Məhərrəmlə danışdım ki, inək bu vəziyyətdədir. Məhərrəm dedi ki, adam gətirəcəyəm, malı sizdən alacaq pulu da sizə ödəyəcək. 1 ay sonra Məhərrəm Cavabdeh2 ilə gələrək inəyi apardı. Araz inəyi aparanda dedi ki, 10 günə qədər pulu sizin karta vuracağıq. Araz ilə Məhərrəm yanı balalı inəyi 4 aydır ki, bizdən aparıblar və nə əvəzinə başqa inək verdilər, nə də ki, pulumu qaytardılar. Mən dəfələrlə Məhərrəmlə əlaqə saxlamışam ki, pulumu qaytar, çətin vəziyyətdəyəm. Qeyd edim ki, mən 2700 manat pulu ödəmək üçün Kapital bankdan kreditə pul götürmüşdüm. Hal-hazırda da krediti ödəyirəm. Mənim oğlum ikinci qrup əlildir. Onun da müalicəsinə pul lazımdır. Məhərrəm ilə Araz mənə olan borcu ödəmədiyi üçün mən onun da müalicə xərclərini qarşılaya bilmirəm. Yuxarıda göstərdiyim şəxslər məhkəmədə şahid qismində çıxış edərək dediklərimi təsdiqləyə bilər. Cavabdehlərin mənə olan pulu ödəmək niyyəti yoxdur. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. Qeyd edim ki, mən bu məsələ ilə bağlı Culfa rayon Polis şöbəsinə müraciət etmişəm. Polis idarəsində Məhərrəmi çağırıb izahatı alınıb. Məhərrəm Polis şöbəsində də mənə borclu olduğunu etiraf edib. 200 manat da polisdə pul verib ki, mənə olan borcun bir hissəsini qaytarsın. Lakin mən razılaşmadım. Mən onun pulu tamamilə ödəməsini istəyirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında öz inəyini satdığını, onun əvəzində inək almaq istədiyini, kəndin qəssabı Arzunun onları tanış etdiyini, 2100 manat pulunun üstünə qardaşı Məhərrəmdən 600 manat borc alıb qoyaraq ümumilikdə 2024-cü ilin sentyabr ayında Məhərrəmə 2700 manat pul verib inəyi aldığını, inəyi gətirdiyi vaxtdan az yem yeyərək az süd verdiyini, Məhərrəmdən bunun səbəbini soruşduqda kəpək verməyini dediyini, onun dediklərinə əməl etsə də, inəyin 4 litrdən çox süd vermədiyini, inəyi alan vaxt Məhərrəmin ona video göndərib inəyin 11 litr süd verdiyini bildirdiyini, lakin inəyi aldıqdan sonra onun 3 litr süd belə vermədiyini, bu səbəbdən də inəyi gecə saat 2-3 radələrində oğlu Mahir Qasımovun yanında Məhərrəmgilə təhvil verdiyini, Məhərrəm və Arazın inəyi 10 sentyabr 2024-cü ildə gecə saatlarında apardıqlarını və 10 günə pulu kartına köçürəcəklərini dediklərini, inəyi gecə aparmalarının səbəbini bilmədiyini, sonra telefonlara cavab verməməyə başladıqlarını, arabir telefonları açıb borclarını ödəyəcəklərini bildirdiklərini, 7 aydır ki, həmin 2700 manat pulu onlardan ala bilmədiyini, özünün inəyi sağ-salamat qaytardığını, bunu təsdiq edən şahidlərin olduğunu, yazılı hər hansı sənədin olmadığını, pulu ödəməsələr, məhkəməyə müraciət edəcəyi ilə bağlı onları məlumatlandırdığını, bununla bağlı Daxili İşlər Nazirliyinə və Culfa Rayon Polis İdarəsinə müraciət etdiyini, orada məhkəməyə müraciət etməli olduğunu bildirdiklərini, xəstə övladı olduğunu, onu Bakı şəhərində xəstəxanaya aparmalı olduğunu, bu səbəbdən də kredit götürdüyünü və ödəyə bilmədiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında İddiaçı 1 baş inək satdığını, sonra onun inəyi qaytardığını, inəyi kəsib satdığını, lakin İddiaçı olan 2700 manat borcunu qaytarmadığını, hazırda ona 2700 manat borcu olduğunu etiraf etdiyini və iddia tələbini qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı 18 mart 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə ərizə verərək alqı-satqının Cavabdeh1 ilə arasında olduğundan iddia tələbinə Cavabdeh1 ona olan 2700 ( iki min yeddi yüz) manat borcun və ödəmiş olduğu 47 manat dövlət rüsumunun alınaraq ödənilməsi həddində baxılmasını və Cavabdeh2 qarşı olan iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmənin 09 aprel 2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh2 münasibətdə iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmuş və iş üzrə icraata Cavabdeh2 münasibətdə xitam verilmişdir. Mülki iş üzrə Cavabdeh1 iddianın etirafı barədə 04 mart 2025-ci il tarixli ərizəsini məhkəməyə ünvanlayaraq həmin ərizədə iddia tələbini qəbul etdiyini, inəyi İddiaçı satdığını, sonra onun inəyi geri qaytardığını, lakin bu zaman inəyin pulu olan 2700 manatı ona qaytarmadığını, Cavabdeh2 sadəcə sürücü kimi inəyin aparılmasında iştirak etdiyini, iddiaçıya olan 2700 manat borcunu 2025-ci ilin aprel ayının 20-dən etibarən hər ay 200 manat olmaqla ödəyə biləcəyini bildirməklə iddia tələbini etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 2700 (iki min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 7141 nömrəli qəbzlə ödənilmiş 47 (qırx yeddi) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 2700 (iki min yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 7141 nömrəli qəbzlə ödədiyi 47 (qırx yeddi) manat miqdarında dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-201/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-201/2025
09.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver