Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-221/2024 02.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 21 fevral 2024-cü ildə Babək Rayon Məhkəməsinə müraciət edərək 2000 (iki min) manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdi ki, 2016-cı ildə Bakı şəhərində olarkən Cavabdeh ona zəng edib, ağlayaraq oğlunun yıxıldığını, kəllə-beyin travması keçirdiyini və təcili Türkiyəyə aparmaq üçün pul lazım olduğunu bildirmiş, maaş kartını ona verməyi təklif etmiş və hər ay ordan pul çəkəcəyini demişdi. Maaş kartını yoldaşına, 2000 (iki min) manat pulu isə yoldaşı Zeynala vermişdi. Bir ay tamam olanda kartı bankomata pul çəkmək üçün salmış, amma kart işləməmişdi. Sonra Zeynalın qapısına getmiş,lakio , evdə olmamışdı. Kartı nənəsinə vermiş və onun keçərsiz olmasını demişdi. Dəfələrlər Zeynala pulunu qaytarması üçün müraciət etmiş, o borcunu qaytarmır. Hər dəfə verəcəm, verəcəm deyir, amma pulunu qaytarmır. Göründüyü kimi onun borcunu qaytarmaq niyyəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Mülki iş üzrə «16» aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı aralarında mübahisəni həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdi: - Cavabdeh İddiaçı ona qarşı olan 2000 (iki min) manat məbləğində pul tələbini qəbul edir. Həmin məbləği 2024-cü ilin iyun ayının 01-dən başlayaraq hər ay 50 (əlli) manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 2000 (iki min) manat məbləğində borcu 2024-cü ilin iyun ayının 01-dən başlayaraq hər ay 50 (əlli) manat olmaqla, hissə-hissə ona ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutuliyunıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları «16» aprel 2024-cü tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən və barışıq sazişindən iddiaçının tələbinin təmin edilməsi müəyyən edildiyindən iddia qaldırılan zaman iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış «16» aprel 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh İddiaçı ona qarşı olan 2000 (iki min) manat məbləğində pul tələbini qəbul edir. Həmin məbləği 2024-cü ilin iyun ayının 01-dən başlayaraq hər ay 50 (əlli) manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürür.
2. İddiaçı Cavabdeh ona olan 2000 (iki min) manat məbləğində borcu 2024-cü ilin iyun ayının 01-dən başlayaraq hər ay 50 (əlli) manat olmaqla, hissə-hissə ona ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Cavabdeh 40 (qırx) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Sədrlik edən: Zamiq Əliyev.