Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-234/2023 06.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 29 mart 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X1 21000 (iyirmi bir min) manat pul vəsaitinin alınıb İddiaçı1 oğluna, 9800 (doqquz min səkkiz yüz) manat pul vəsaitinin alınıb İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi “29” mart 2023-cü il tarixli qərardadla məhkəmənin icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilmişdir. Mülki iş üzrə 06 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdi. Məhkəmə iddiaçıların vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə işin məhkəmədə baxılmasına hazırlıq ərəfəsində İddiaçı1 və İddiaçı2 iddia ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddia qaldırarkən İddiaçı2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 10 mart 2023-cü il tarixli, 11303 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 118 (bir yüz on səkkiz) manat, İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 10 mart 2023-cü il tarixli, 13154 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 153 (bir yüz əlli üç) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsi təmin edilsin. İddiaçı1 və İddiaçı2 X3 qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddia qaldırarkən İddiaçı2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 10 mart 2023-cü il tarixli, 11303 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 118 (bir yüz on səkkiz) manat, İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 10 mart 2023-cü il tarixli, 13154 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 153 (bir yüz əlli üç) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-234/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-234/2023
06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver