Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-241/2025 08.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 ha torpaq sahəsi üzərində yerləşən 102.68 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yaşayış sahəsindən yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 ha torpaq sahəsi üzərində yerləşən 102.68 kv.m olan 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ ilə mənə məxsusdur. Həmin fərdi yaşayış evi 1985-ci ildə tikilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə torpağa mülkiyyət hüquqi haqqında şəhadətnamədə bizim ailə üzvlərimiz göstərilməklə atam Cavabdeh məxsus idi. Atam Cavabdeh 26 fevral 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 ha torpaq sahəsi üzərində yerləşən 102.68 kv.m olan 3 otaqlı fərdi yaşayış evini mənə bağışlamışdır. Çıxarış № 0069360, Qeydiyyat nömrəsi ********** və 23\10 nömrəli reyestr kitabının 1815 nömrəli vərəqində tam mülkiyyət hüquqi ilə mənim adıma çıxarış alınmışdır. Mən doğulduğum vaxtdan həmin fərdi yaşayış evində yaşayıram. Cavabdeh mənim atamdır və mənə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evində qeydiyyatda olsa da, 2008-ci ilin noyabr ayından ailə həyatı qurub Şərur rayonu Püsyan kəndində yaşayır. Cavabdeh mənim keçmiş ailə üzvüm olmaqla həmin fərdi yaşayış evinə ehtiyacı aradan qalxıbdır. Onun mənim evimdə pasport qeydiyyatında olması kommunal xərclərini ödədiyim mənzilimə mülkiyyət hüquqlarımı həyata keçirməyimi və mənzillə bağlı sərəncam vermək üçün digər hüquqlarımı məhdudlaşdırır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında yaşayış evinin 21 fevral 2020-ci ildən onun mülkiyyətində olduğunu, anadan olduğu vaxtdan həmin evdə yaşadığını, 2020-ci ildə atasının evi onun adına sənədləşdirdiyini, sonra 2500 manata bir baş inək aldığını və bundan sonra atasının evi onun adına keçirtdiyini, atasının evi bağışlama əsasında ona verdiyini, anasının 01 yanvar 2023-cü ildə vəfat etdiyini, hazırda həmin evdə özü, arvadı, övladları və valideynlərinin qeydiyyatda olduğunu, qardaşının istifadə hüququnun məhkəmə qətnaməsi ilə itirildiyini, lakin hələ ki, qeydiyyatda olduğunu və bununla bağlı inzibati məhkəməyə müraciət edəcəyini, atası Salmanın hazırda həmin evdə yaşamadığını, atasının 2008-ci ilin noyabr ayında Nailə Qənbərova ilə qeyri-rəsmi ailə qurduğunu və həmin vaxtdan evdən çıxdığını, cəmi 2-3 dəfə evə gəldiyini, lakin qalmadığını, 3-5 saat qaldıqdan sonra çıxıb getdiyini, 2024-cü ildə eyni predmet üzrə qardaşı Nicata qarşı məhkəmədə iddia qaldırdığını və iddianın təmin edildiyini, indi isə evi arvadının adına keçirmək istədiyini, lakin atasının buna razılıq vermədiyini, gələcəkdə başına bir hadisə gəlsə, arvadı və atası arasında mübahisə olmasını istəmədiyini, cavabdehin onun mülkiyyət hüququndan uzun müddətdir ki, istifadə hüququnu itirdiyini və bu hal nəzərə alınmaqla istifadə hüququna xitam verilməsini xahiş etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 2008-ci ildə ikinci dəfə X2 ilə ailə qurduğunu, 2008-ci ildən mübahisəli evdən çıxdığını və orada yaşamadığını, Nailə Qənbərova ilə qeyri-rəsmi nikaha daxil olduğunu, onunla birgə nikahlarından bir övladlarının dünyaya gəldiyini, həmin vaxtdan Şərur rayonu, Püsyan kəndində yaşadığını, ayrıldıqdan sonra evi könüllü olaraq Təbrizə bağışladığını, indi isə Təbrizin evi yoldaşının adına keçirmək istədiyini, bu səbəbdən də razılıq vermədiyini, çünki, Təbrizin qardaşına torpaq sahəsindən pay verəcəyini bildirsə də, buna əməl etmədiyini, bununla belə tələbi qəbul etdiyini, iddiaçıdan kompensasiya da istəmədiyini bildirmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə birlikdə tədqiq edən məhkəmə müəyyən edir ki, Babək rayonu, Didivar kəndində 0.1613 hektar torpaq sahəsinin və onun üzərində yerləşən sahəsi 102.68 kvadrat metr fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması, Cavabdeh həmin fərdi yaşayış evində rəsmi qaydada qeydiyyata alınması və cavabdehin 2008-ci ildən həmin evdə yaşamaması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə edilən aşağıdakılarla təsdiq olunur: - 21 fevral 2020-ci il tarixli, 1760 nömrəli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Daşınmaz Əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən Babək rayonu Notariat Ofisinin 26 fevral 2020ci il tarixli, 4Ə-47 reyestr nömrəli bağışlama müqaviləsi əsasında yaşayış evinin İddiaçı adına qeydiyyata alınması; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 27 fevral 2020-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 102.68 kvadrat metr fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olması və bunun daşınmaz əmlakın dövlət reyestrində 23/10 nömrəli reyestr kitabının 1815 nömrəli vərəqində qeydiyyata alınması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış cavabdehin şəxsi məlumatlarından Cavabdeh Babək rayonu, Didivar kəndində rəsmi qeydiyyata olması; - tərəflərin məhkəmədə verdiyi izahatlardan Cavabdeh 2008-ci ildən Babək rayonu, Didivar kəndində və ümumiyyətlə mübahisəli fərdi yaşayış evində yaşamaması aydın olur. Cavabdeh iddianın etirafı barədə 18 mart 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına heç bir etirazının olmadığını və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiya tələbinin olmadığını bildirmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməli, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 27 fevral 2020-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində olan, sahəsi 102.68 kvadrat metr təşkil edən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququ itirilmiş hesab olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Xəzər Naxçıvan branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, 9719 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 27 fevral 2020-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Babək rayonu, Didivar kəndində 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən, sahəsi 102.68 kvadrat metr təşkil edən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququ itirilmiş hesab olunsun. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-241/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-241/2025
08.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver