Məhkəmə qərarları › İş №2(079)-255/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-255/2025

04.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-255/2025 04.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkil nümayəndəsi Nümayəndə, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 05 mart 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4322.86 (dörd min üç yüz iyirmi iki manat səksən altı qəpik) manat, dövlət rüsumu üçün ödənilmiş 63 (altmış üç) manat və vəkillə bağlanmış müqavilənin qiyməti olan 300 manat (üç yüz) pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2021 tarixli, 2(090)-184/2021 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı və Cavabdeh qarşı iddia tələbi təmin olunmuş, cavabdehlərdən birgə qaydada 10 fevral 2021-ci il tarixli İK1002225 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 63.31 (altmış üç manat, otuz bir qəpik) manat gecikdirilmiş faiz borcu 939.09 (doqquz yüz otuz doqquz manat doqquz qəpik) manat gecikdirilmiş əsas borc, 64.44 (altmış dörd manat qırx dörd qəpik ) manat faiz borcu 7.587.50 (yeddi min beş yüz səksən yeddi manat əlli qəpik) manat əsas borc olmaqla ümumilikdə 8.654.34 (səkkiz min altı yüz əlli dörd manat otuz dörd qəpik) manat məbləğində kredit borcunun tutulması qət edilmişdir. Cavabdeh bir neçə ay öhdəliyi icra etsə də, daha sonra qalan ödəniş İddiaçı tərəfindən ödənilmişdir. Yəni onun əmək haqqından tutulmuşdur. xx.xx.2024 tarixli icraata xitam verilməsi barədə qərarla Şahbuz rayon Məhkəməsinin 2(090)-184/2021-013 nömrəli xx.xx.2021 tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı cavabdehdən ona olan borcunu ödəməyi dəfələrlə xahiş etsə də, heç bir nəticə əldə etməmişdir. Dəfələrlə ailə üzvləri ilə birlikdə cavabdehin yaşadığı ünvana getsə də, heç bir nəticə əldə olunmamışdır. İddiaçının buna dair sübutları da vardır. Buna görə də iddiaçı mübahisənin yeganə həllini məhkəməyə müraciət edərək onun əmək haqqından tutulmuş maddi vəsaiti geri almaq istəyir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ayağından əməliyyat olunduğunu, həmçinjn övladının xəstəliyi ilə bağlı olaraq kredit götürmək istədiyini, hərbi qulluqçu olduğunu, Vüqar adlı hərbçi yoldaşının vasitəçiliyi ilə Naxçıvan Bank ASC-dən 10000 manat məbləğində pul götürdüyünü, pulun 500 manatının depozitə çıxıldıqdan sonra ona 9500 manat pul verildiyini, həmin pulun 4250 manatını Yaquba verdiyini, pulu Naxçıvan Bank ASC-nin Kəngərli Rayon filialından götürüb orada Yaquba 4250 manat pulu şəxsən verdiyini, Vüqar adlı iş yoldaşlarının də orada olduğunu, Vüqarın Yaqubun tanışı olduğunu və Yaqubun ona kredit götürülməsində Vüqarın kömək edə biləcəyini dediyini, Vüqarın N saylı hərbi hissədə işlədiyini, pulu verərkən Yaqubla aralarında aylıq ödənişin 161 manatını özünün, 161 manatını isə cavabdehin ödəməsi ilə bağlı razılığa gəldikdərini, lakin cavabdehin bir müddət pulu ödəsə də, daha sonra ödəməkdən yayındığını, danışıqların nəticə vermədiyini, bu barədə anasına xəbərdarlıq etdikdən sonra cavabdehin atası tərəfindən 4 dəfə onun əmək haqqı kartına pul yatırıldığını, daha sonra atasına zəng etdikdə evdə olmadıqlarını bildirdiklərini, bunun həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün onların evinə getdiyini və həyətdə yığıncaq etdiklərini gördüyünü, orada cavabdehin atasına hər ay maaşından 320 manat tutulduğunu və özünün də dolana bilmədiyini bildirdiyini, həmin vaxt cavabdehin valideynlərinin ona hücum etdiklərini, onu təhqir edib qapıdan qovduqlarını, Yaqubun kredit üzrə zamin durduğunu, onun icra işinin icraatında olduğu icra məmuru Anar müəllimə müraciət edib mövcud vəziyyətini və pulu ödəyə bilmədiyini bildirdiyini, cavabdehin barəsində axtarış qərarı elan edildiyini öyrəndiyini, bankdan çıxarış aldığını və orada cavabdehin kartından 8 ay 80 manat veteran pulundan cəmi 640 manat pul tutulduğunu gördüyünü, cavabdehin atası vasitəsilə isə 4 dəfə 80, 90, 100 və 161 manat olmaqla pulu onun kartına göndərdiklərini, başqa pul ödənilmədiyini, ümumilikdə 1071 manat ödəniş edildiyini, kredit borcuna görə əmək haqqısından təxminən 6270 manata yaxın pul çıxıldığını, qalan krediti isə əldə ödədiyini, icra şöbəsinin məktubunda cavabdehin 1600 manat ödəniş (607 manatı icra ödənişi olmaqla) etməsi barədə qeyd edildiyini, məktubda qeyd edilən məbləğlə razı olmadığını, belə ki, çıxarışda cavabdehin sadəcə 640 manat ödədiyinin müəyyən olunduğunu, “Whatsapp” yazışmalarının cavabdehin Kəlbəcərə ezam edildiyi il baş tutduğunu və iş üzrə icraata xitam verildikdən sonra cavabdeh tərəfindən əlavə heç bir ödəniş edilmədiyini, aralarında keçən vatsap yazışmalarının hələ də qaldığını, amma səs yazılarının uzun müddət bundan qabaq yazıldığından açılmadığını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında İddiaçıla iş yoldaşı olduğunu, Yaqubun da xüsusi təyinatlı qüvvələrdə xidmət etdiyini və onun xidmət etdiyi hərbi hissəyə ezam gəldiyini, Yaqubu həmin vaxtdan etibarən tanıdığını və münasibətlərinin yarandığını, Yaqubun bankdan kredit götürmək istədiyini, bunun üçün Yaqubla birlikdə banka getdiklərini, lakin Yaqubun gecikməsi olduğundan bank tərəfindən ona kredit verilmədiyini, bankın əməkdaşının başqa bir şəxsin kredit götürüb onun isə zamin ola biləcəyini dediyini, Yaqubun isə bunu Bayrama bildirdiyini, Bayramın razılaşdığını, xatırladığına görə 4-5 il əvvəl Bayramın "xxxx"-dan 9000 manat kredit götürdüyünü, Yaqubun isə Bayrama zamin durduğunu, həmin vaxt Cavabdeh və özünün orada olduğunu, kredit götürərkən ehtiyacı olduğu üçün 500 manat da özünün götürdüyünü, qalan məbləği isə Bayram və Yaqubun aralarında yarıya böldüklərini, hər birinə 4000 manata yaxın pul qaldığını, 4000 manatını dəqiq xatırladığını, qalan yüzlüyü xatırlamadığını, Yaqubun isə pulu sayıb məbləğin az olduğunu dediyini, sonradan pulu yenidən sayıb məbləğin düzgün olduğunu bildirdiyini, onların həmin vaxt aylıq ödəniş barədə də razılaşdıqlarını, lakin Yaqubun aylıq ödənişi etmədiyini, Yaqubun ödəniş etmədiyini söhbət zamanı onun özünün dediyini, Yaqubun həmin vaxt hərbi qulluqçu işlədiyini, Bayramın ondan pul istədiyini, Yaqubun isə “bu ay, gələn ay” deyib ödənişi etmədiyini, sonra Yaqubun işdən çıxdığını, bir dəfə də Bayramla birlikdə Yaqubun evinə gedib onun atasından Yaqubun pulunu ödəməsini xahiş etdiklərini, Yaqubun qazi olduğunu və 80 manat veteran pulu aldığını, Bayramın krediti Naxçıvan bankdan götürdüyü, əmək haqqı kartları isə Kapital Banka məxsus olduğundan əvvəllər onların əmək haqqından kreditə görə pul tutulmadığını, əmək haqları Kapital Banka keçdikdən sonra Yaqubun veteran pulunun tutulub-tutulmadığını bilmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında iddiaçını icraatda olan işlə bağlı borclu kimi tanıdığını, icra sənədi üzrə borclu Cavabdeh aldığı pensiyadan hər ay tutqu aparılaraq tələbkara ödənilməsi məqsədi ilə icra sənədinin icra olunması üçün xx.xx.2022-ci il tarixli 21071/xx-xx/2022 nömrəli məktubla Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərildiyini, borclunun aldığı müavinətdən 2022-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayına kimi ümumilikdə 1600 manat olmaqla, 992.10 manat pul borca görə tələbkar "xxxx" ASC-nin hesabına və 607.90 manat pul vəsatinin isə icra ödənişi kimi Babək Rayon İcra və Probasiya Şöbəsinin xüsusi hesabına ödənildiyini, icra ödənişi kimi ümumi borc olan 8684.34 manatın 7%-nin tutulduğunu, Şahbuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icraata xitam verildiyini, lakin Kapital Bankdan borcun tutulmasının dayandırılması ilə bağlı məlumat Babək Rayon İcra və Probasiya Şöbəsinə gec verildiyindən aprel may ayları üzrə də tutqu aparıldığını və həmin artıq tutulan vəsaitin bankın hesabında qaldığını, həmin aylar üzrə tutulan pulların geri qaytarılması ilə bağlı cavabdehin banka müraciət etməli olduğunu bildirmişdir. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, xx.xx.2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə görə İddiaçı ilə "xxxx" ASC-nin Kəngərli filialı arasında kredit müqaviləsinin imzalanması, İddiaçı 36 ay müddətinə illik 17% dərəcəsi ilə 9000 (doqquz min) manat istehlak kreditinin verilməsi, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh ilə zaminlik müqaviləsinin imzalanması, məxaric orderinə əsasən 8919 manat pulun həmin gün İddiaçı təhvil verilməsi, Şahbuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(090)-184/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh birgə qaydada 10 fevral 2021-ci il tarixli, İK1002225 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 63,31 (altmış üç manat, otuz bir qəpik) manat gecikdirilmiş faiz, 939,09 (doqquz yüz otuz doqquz manat, dobbuz qəpik) manat gecikdirilmiş əsas borc, 64,44 (altmış dörd manat, qırx dörd qəpik) manat faiz borcu, 7.587,50 (yeddi min beş yüz səksən yeddi manat, əlli qəpik) manat əsas borc olmaqla, ümumilikdə 8.654,34 (səkkiz min altı yüz əlli dörd manat, otuz dörd qəpik) manat məbləğində kredit borcunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinin qət edilməsi, qətnamənin icraya yönəldilməsi və Şahbuz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borc tam ödənildiyindən icraata xitam verilməsi işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçının götürdüyü məbləğin yarısını cavabdehə verməsinə dair işin faktiki halına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən hal şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında 4-5 il əvvəl Bayramın "xxxx"-dan 9000 manat kredit götürdüyünü, Yaqubun isə Bayrama zamin durduğunu, həmin vaxt Cavabdeh və özünün də orada olduğunu, kredit götürərkən ehtiyacı olduğu üçün 500 manatı ona verdiklərini, qalan məbləği isə Bayram və Yaqubun aralarında yarıya böldüklərini, onların hər birinə 4000 manata yaxın pul qaldığını bildirmişdir. Məhkəmə şahidin ifadəsini iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə müqayisəli tədqiq edib mötəbər hesab edir. Belə ki, iddiaçının təqdim etdiyi tərəflər arasında keçmiş yazışmalara münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçının təqdim etdiyi “Yaqub.99” adlı şəxslə aralarında keçən yazışmaların məzmunu və tarixi həmin mesajların tərəflər arasında keçdiyini deməyə əsas verir və həmin yazışmalarda cavabdeh iddiaçıya olan borcunun mövcudluğunu etiraf etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, həqiqətən də İddiaçı tərəfindən 4000 manat pul xx.xx.2021-ci il tarixdə cavabdehə verilmişdir. Məhkəmə bu nəticəyə gələrkən cavabdehin kredit üzrə ödənişlər etməsinə baxmayaraq hazırki vaxta qədər iddiaçıya qarşı reqres iddia tələbi ilə çıxış etməməsini də ağlabatan hesab etməməklə sözügedən halın müəyyən edilməsində əsas kimi nəzərə alır. Belə olan halda iddia tələbinin qanuni əsasını əsassız varlanma ilə bağlı hüquq münasibətləri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının hesabına bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan varlanmışdır. Məhkəmə məbləğə münasibətdə qeyd edir ki, iddiaçı və şahid izahatlarında götürdüyü məbləğin yarısını cavabdehə verdiyinə istinad etmişdir. İddia ərizəsinə əlavə olunmuş məxaric orderindən isə iddiaçıya bank tərəfindən müqavilənin bağlandığı gün 8919 manat pulun verildiyi müəyyən olunur. Həmçinin iddiaçının iştirak etdiyi məhkəmə iclasında kreditin 500 manatının həmin gün iddiaçı tərəfindən Şahid1 verildiyi şahid ifadəsi ilə müəyyən olunmuşdur. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, (8919-500=8919/2=4209.5) cavabdehə iddiaçı tərəfindən 4209.5 manat pul vəsaiti verilmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, icra sənədi üzrə Cavabdeh aldığı pensiyasından hər ay tutqu aparılaraq tələbkara ödənilməsi məqsədi ilə icra sənədi icra olunması üçün xx.xx.2022-ci il tarixli nömrəli məktubla Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilmiş və borclunun aldığı müavinətdən ümumilikdə 1600 manat olmaqla 992.10 manat pul vəsaiti tələbkar "xxxx" ASCnin hesabına, 607.90 manat pul vəsaiti isə icra ödənişi kimi Babək Rayon İcra və Probasiya şöbəsinin xüsusi hesabına ödənilmişdir. Həmin məktuba əlavə edilmiş sosial ödənişdən aparılan tutqular barədə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli məktubunda isə qeyd olunur ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-184/2021 nömrəli icra sənədi üzrə borclu Cavabdeh “Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdündən” 2022-ci ilin noyabrından 2024-cü ilin iyul ayınadək olan dövr üzrə 1600 manat vəsait tutulmuş, ondan 992.10 manat pul vəsaiti tələbkar "xxxx" ASC-nin hesabına, 607.90 manat pul vəsaiti isə icra ödənişi kimi Babək Rayon İcra və Probasiya şöbəsinin xüsusi hesabına ödənilmişdir Göründüyü kimi iş üzrə icraata Şahbuz rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilməsinə baxmayaraq Cavabdeh gəlirindən tutqular 2024-cü ilin iyul ayınadək aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 80 manat təşkil etdiyi nəzərə alınmaqla 2024-cü ilin aprel-iyul ayları ərzində 320 (4*80) manat tutqu aparılsa belə həmin vəsait borcun ödənilməsinə və iddiaçının məruz qaldığı məhrumiyyətlərin kompensasiyasına yönəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən icra sənədi üzrə "xxxx" ASC-nin hesabına cəmi 672.10 manat (992.10-320) tutqu aparılmışdır. Həmçinin iddiaçının audio-video yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahatı əsasında 80, 90, 100 və 161 manat olmaqla 431 manat pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarıldığı müəyyən olunur. Belə olan halda 1103.10 (431+672.10) pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Məhkəmə icra ödənişinin nəzərə alınmamasını onunla əsaslandırır ki, bu zaman cavabdeh də iddiaçı kimi zamin olaraq kreditor qarşısında üzərinə öhdəliyin vaxtında icrası ilə bağlı öhdəlik götürmüş, həmin öhdəlik lazımınca icra olunmadığından öhdəliyin məhkəmə qaydasında həllinə baş vurulmuş, daha sonra isə məhkəmə qətnaməsi könüllü icra müddəti ərzində icra olunmadığından borcun 7%-i həddində icra ödənişi cavabdehdən tutulmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, iddiaçı isə cavabdehə verdiyi pulun üzərinə hesablanmış faizlə bağlı tələblə məhkəmə qarşısında çıxış etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Sözügedən halları ümumiləşdirən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı hesabına Cavabdeh əsassız varlandığı 3106.40 (4209.5-1103.10) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, iddia qalan hissədə əsaslılığı müəyyən olunmadığından rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hüququ pozulmuş şəxs olaraq pozulmuş hüququnun bərpası üçün vəkilin göstərdiyi yardıma görə çəkdiyi xərci də cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115.0 və 115.0.6-ci maddəsi ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EM-06//72VK-15184/24 nömrəli xidmət müqaviləsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli orderdən iddiaçı ilə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə arasında müqavilənin bağlanması və vəkil xərci olaraq 300 manat miqdarında pulun ödənilməsi aydın olur. Nəticədə hüquqi yardıma görə ödənilmiş 300 manat vəkil xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olan 215.57 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş rüsumun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 45.27 (qırx beş manat, iyirmi yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3106.40 manat (üç min yüz altı manat qırx qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. 215.57 manat (iki yüz on beş manat əlli yeddi qəpik) vəkil xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. 45.27 (qırx beş manat, iyirmi yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar