Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-263/2020 19.10.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Rzayeva Günay Tapdıq qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Babək Rayon Qahab Bələdiyyəsinin sədri X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol üzərində quraşdırılmış qapının sökülməsi və gediş-gəliş yolunun açılaraq istifadəyə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən Babək rayonu, Qahab kəndində qanunsuz olaraq yol üzərində quraşdırılmış qapının sökülərək, daşınmaz əmlakın dövlət reyestrində (texniki pasportda göstərilən xəritədə) gediş-gəliş yolu kimi göstərilən yolun açılaraq istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Babək rayon Qahab Bələdiyyəsi cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verənİddiaçı izahatında bildirdi ki, o işin mahiyyəti barədə iddia ərizəsində və məhkəməyə təqdim etdiyi yazılı izahatında ətraflı məlumat veribdir, əlavə olaraq bildirir ki, əvvəllər mübahisəli yola onun çıxış qapısı olubdur və həmin qapıdan istifadə edərək həmin mübahisəli yoldan o istifadə edibdir, onun qapısının açıldığı torpaq sahəsi Cavabdeh mülkiyyətində olmayıbdır, sonradan Cavabdeh torpaq sahəsini sənədləşdirərək öz adına keçiribdir, həmin torpaq sahəsi “guya Cavabdeh torpaq sahəsinin kəsiri əvəzinə verilibdir”, halbuki 1999-cu ildə olan sənədlərdə onun həyətində cavabdehin həyəti arasında olan qapının açıldığı torpaq sahəsi Cavabdeh torpağı olmayıbdır, Cavabdeh ona məlum olmayan yollarla torpaq sahəsini mülkiyyətinə keçiribdir. Sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, bundan əvvəl də o yolun açılması barədə məhkəməyə müraciət edibdir, lakin mübahisəli torpaq sahəsi ilə onun mülkiyyətində olan torpaq sahəsinə sərhəddi olmadığı əsası ilə onun iddiası təmin edilməyibdir, sonradan o X5 adına olan torpaq sahəsini əldə edib və daşınmaz əmlak dövlət reyestri xidmətindən ona verilən “Daşınmaz Əmlakın Texniki Pasportu”nda mübahisəli yolla onun mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd olduğundan o yenidən ərizə ilə məhkəməyə müraciət edibdir. Əlavə olaraq İddiaçı bildirdi ki, hal-hazırda onun mülkiyyətində olan torpaq sahəsi ilə açılmasını istədiyi yol həmsərhəddir, bundan bir neçə il əvvəl mübahisəli yolun açılması üçün Babək rayon Qahab Bələdiyyəsi də məhkəməyə müraciət edib, lakin sonra bələdiyyə iddiasını geri götürübdür. İddiaçı məhkəməyə təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli yazılı izahatında göstərmişdir ki, Cavabdeh ilə ona aid olan Babək rayonu Qahab kəndində yerləşən torpaq sahələrini aralarında olan insanların ümumi gediş-gəliş yolu ayırır. Hər ikisi və ailə üzvləri onların torpaq sahələrinin arasında yerləşən bələdiyyə mülkiyyəti olmaqla ümumi gediş-gəliş yolu olan yoldan əvvəldən istifadə ediblər, lakin Cavabdeh bir neçə ildir ki, bələdiyyə mülkiyyətində olan aralarında olan gediş-gəliş yolu üçün ayrılmış torpaq sahəsini qanunsuz olaraq zəbt edib dəmir qapı ilə ana yola çıxışını bağlamaqla öz həyətyanı torpaq sahəsinə qatıbdır, cavabdehin bu hərəkəti nəticəsində onu, ailə üzvlərinin və digər qonşuların həmin yoldan (heç kəsin şəxsi mülkiyyəti olmayan, bələdiyyə mülkiyyətində olan və insanların ümumi istifadəsi üçün ayrılmış yoldan) istifadə hüquqları pozulubdur, Cavabdeh belə hərəkəti ilə onun, ailəsinin və digər qonşuların Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verilən hüquqlarını pozmuş olur, dəfələrlə şikayəti əsasında Cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Babək Rayon İdarəsi və Qahab bələdiyyəsi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq o, zəbt etdiyi hər kəs üçün istifadəsi sərbəst olmalı olan yol üçün ayrılmış torpaq sahəsində quraşdırdığı dəmir qapını sökməyərək, ümumilikdə hər kəsin istifadəsi üçün nəzərdə tutulmuş yoldan istifadə etməklərinə şərait yaradıb, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən onun adıma xx xxx 2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1599 olan fərdi yaşayış evi üçün Daşınmaz Əmlakın Texniki Pasportuna nəzər saldıqda aydın görünür ki, cavabdehin zəbt edərək öz həyətyanı torpaqlarına qatdığı insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş torpaq sahəsi həqiqətən də daşınmaz əmlakın dövlət reyestrində və texniki pasportda verilmiş xəritəyə əsasən yol kimi nəzərdə tutulmuş torpaq sahəsidir, həmin Texniki Pasportu iddia ərizəsinə əlavə edibdir, həmin texniki pasportdan aydın olur ki, cavabdehlə aralarında olan torpaq sahəsinin hər iki tərəfi (giriş və çıxışı) açıq olmalıdır, çünki, həmin ərazi yol üçün nəzərə tutulubdur, bu isə o deməkdir ki, insanların gediş-gəlişi üçün ayrılmış yola qapı qoyularaq bağlanıla bilməz və əgər belə hərəkətlərə yol verilirsə bu qanunsuzdur və hüquqazidd əməldir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh məxsus yaşayış evi üçün verilmiş Daşınmaz Əmlakın Texniki Pasportuna da nəzər salınsa, həmin texniki pasportda da mübahisəli torpaq sahəsi olan yer yol kimi göstərilir. Bu gün artıq hər ikisi də və qonşular da mülkiyyətlərinə aid olan torpaqlar barəsində və mübahisələndirlən yol olan torpaq sahəsinin xəritənin göstərildiyi texniki pasportlar mövcuddur, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən onun adına xx xxx 2019-cu il tarixdə verilmiş, inventar nömrəsi 1599 olan fərdi yaşayış evi üçün Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən cavabdehin zəbt edərək öz həyətyanı torpaqlarına qatdığı gediş-gəlişi üçün nəzərdə tutulmuş yol olan torpaq sahəsi, həqiqətən də onunla cavabdeh və digər qonşular arasında texniki pasportda verilmiş xəritəyə əsasən yol kimi nəzərdə tutulmuş torpaq sahəsidir. Buradan da sübut olunur ki, hal-hazırda mübahisəli torpaq sahəsi olan yol daşınmaz əmlakın dövlət reyestrində heç kəsin adına qeydə alınmadığından həmin torpaq sahəsini nə o, nə cavabdeh və nə də ki, digər qonşuların mülkiyyətinə qataraq ona sahiblik, istifadə və sərancam hüquqları yoxdur. Mübahisələndirdiyi yol olan torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi anadan əmələ gəlir (məhkəmə qərarı və ya qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər qeydiyyatı tarixindən əmələ gəlir. Göstərdiyi yol olan torpaq sahəsi hazırkı vəziyyətdə cavabdehin mülkiyyətinə verilməmişdir və ona verilməsi heç bir dövlət reyestrindən keçməmişdir. Buradan da aydın olur ki, həmin yol nə onun mülkiyyətinə nə də ki, icarəsinə verilməyibdir. Belə halda cavabdehin özbaşına zəbt edərək qapı quraşdırdığı yol olan torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququnun olmaması aydın şəkildə görsənməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həm mənə, həm cavabdehə və digər qonşulara aid əmlakın dövlət reyestrinə alınmasına dair verilmiş texniki pasportlardan aydın şəkildə görünür ki, cavabdeh qanunsuz olaraq ona mənsub olmayan əmlaka (torpağa) sahiblik edərək, istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Buradan da aydın olur ki, cavabdeh Qahab kənd bələdiyyəsinə məxsus olan yol olan torpaq sahəsi onun ola bilməz, çünki, həmin torpaq ərazisi bələdiyyə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Təyinatı yol olan torpaq sahəsinin cavabdeh tərəfindən dəmir qapı quraşdırılmaqla bağlanması hansı dövlət reyestrində qeydə alınmışdır? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi (Özbaşına tikinti və onun nəticələri). 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ta başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatma və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Belə olan halda hamı üçün açıq sahə olan bələdiyyə mülkiyyətində olan yolun cavabdeh tərəfindən tutularaq qapı qoyulması insanların həmin yoldan sərbəst istifadəsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Buradan aydın olur ki, şəxs yalnız mülkiyyətçisi olduğu torpaq sahəsinə onun icazəsi olmadan heç kəsi buraxmaya bilər. Mübahisələndirdiyi torpaq sahəsi cavabdehin mülkiyyəti deyildir. Həmin ərazidən Vilayətin insanlara istifadə imkanı verməməsi və oranı öz əmlakına qatması qanunsuz olaraq hüquqa zidd bir əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Göstərilir ki, hətta torpaq sahəsinin mülkiyyətçisi belə birincisi şəhərsalma və tikinti normaları və qaydalarına, ikincisi isə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə binalar və qurğular ucalda bilər. Hacıyev təyinatı yol olan torpaq sahəsinin mülkiyyətçisi olmadan necə ola bilər ki, həmin yerdə qurğu olan dəmir qapı qoyaraq yolu kəsir? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Bir daha qeyd edir ki, cavabdeh Hacıyevin dəmir qapı quraşdırdığı torpağın mülkiyyətçisi deyil, həmin torpaq sahəsi onun özünə mənsub deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bildirir ki, cavabdeh tərəfindən bu günədək hər hansı bu cür qərarın olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifə daşıyır. Hər kəs üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən (Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması)
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərdən əlavə olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 7.2-ci maddəsində göstərilir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfat daxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyənin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Sonda İddiaçı göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı işin mahiyyəti barədə ətraflı məlumat veribdir, əlavə olaraq Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən onun-iddiaçının adına xx xxx 2019-cu il tarixli, inventar nömrəsi 1599 olan fərdi yaşayış evi üçün Daşınmaz Əmlakın Texniki Pasportu verilibdir. Cavabdehin zəbt edərək öz həyətyanı torpaqlarına qatdığı insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş torpaq sahəsi həqiqətən də daşınmaz əmlakın dövlət reyestrində və texniki pasportda verilmiş xəritəyə əsasən yol kimi nəzərdə tutulmuş torpaq sahəsidir. Sonda Vəkil qanunvericiliyin bir sıra maddələrinə istinad edərək hazırki iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı ilə onun mübahisəsi uzun müddətdir ki, davam edir, axırıncı dəfə İddiaçı iddia qaldırıb yolun açılmasını tələb edibdir, həmin iddia üzrə Naxçıvan MR Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları vardır həmin qərarı o məhkəməyə təqdim edibdir, həmin qərarlarla iddiaçının iddiası rədd edilibdir, iddiaçı yenidən iddia qaldırıb onu məhkəməyə verməklə əsəblərini pozur, o birinci qrup əlildir, beyin iflici keçiribdir və hal-hazırda müalicə alır, iddiaçının iddiası qanunsuzdur, işə baxılıb və qərar qəbul edilibdir, ona görə də yenidən baxıla bilməz, bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, iddiaçının götürülməsini tələb etdiyi qapı 1984-cü ildən quraşdırlıbdır, həmin qapı kənd sakini X10 tərəfindən quraşdırılıbdır, həmin yoldan ondan başqa heç kəs istifadə etməyibdir, həmin hal Naxçıvan MR Ali Məhkəməsində işə baxılarkən yerində baxış keçirilən zaman da həmin yoldan ondan başqa heç kim tərəfindən istifadə edilməməsi öz təsdiqini tapıbdır, İddiaçı ilə onun mülkiyyətində olan torpaq sahəsi ilə qonşu kimi gedib-gəlmək üçün balaca bir qapı olubdur, həmin qapı 50 sm enində olubdur, həmin qapı qonşu kimi bir-birlərinin evinə gedib-gəlmək üçün qoyulubdur. Əlavə olaraq Cavabdeh bildirdi ki, mübahisəli torpaq sahəsi onun tərəfindən uzun müddətdir ki, zəbt edilərək istifadə edilir, hətta onun torpaq sahəsinin kəsiri verilən zaman o həmin sahənində dövlət reyestri xidməti tərəfindən mülkiyyətinə verildiyini hesab edibdir, lakin sonradan o Bakı şəhərində olduğu zaman daşınmaz əmlakın işçiləri hazırki mübahisəli sahəni onun adına sənədlərə işləməyiblər, bununla bağlı o müxtəlif orqanlara müraciət edibdir, kənd bələdiyyəsinə də bildiribdir, hər dəfə ona həmin sahənin mübahisəli olduğundan və məhkəmədə baxıldığından onun adına sənədləşdirə bilməyəcəklərini bildiriblər. Məhkəmə baxışı iclasında cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Babək Rayon Qahab Bələdiyyəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olsa da, həmin sahədə yerləşən yola qapını Cavabdeh uzun müddətdir ki, quraşdırıb və hal-hazırda da qapı durur, həmin sahədən Cavabdeh başqa heç-kim istifadə etməyibdir, Cavabdeh ilə qonşu olan Nənə xanımda həmin yoldan istifadə etməyibdir, ümumiyyətlə İddiaçı başqa həmin mübahisəli sahədə olan yolun açılması ilə bağlı heç kim bələdiyyəyə müraciət etməyibdir, bundan əvvəldə İddiaçı həmin yolun açılmasını istəyib, İddiaçı həyətinin başqa hissəsindən ümumi kənd sakinlərinin istifadəsində olan yola çıxışı olduğu üçün, mübahisəli olan sahədə olan yol açılmayıbdır. M.Əsgərov əlavə olaraq bildirdi ki, əgər Cavabdeh Babək rayon Qahab Bələdiyyəsinə həmin mübahisəli sahənin zəbt torpaq kimi onun mülkiyyətinə verilməsi barədə müraciət etsə bələdiyyə həmin torpaq sahəsini Cavabdeh mülkiyyətinə verə bilər. Sonda M.Əsgərov göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə proses iştirakçılarının suallarını cavablandıran M.Əsgərov bildirdi ki, mübahisəli torpaq sahəsi bələdiyyədə olan köhnə sənədlərdə bələdiyyənin balansında yol kimi göstərilməyibdir, bundan əvvəl bələdiyyə olaraq bu yolun açılması ilə bağlı Babək Rayon Məhkəməsində iddia qaldırsalar da, Cavabdeh şikayət əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən yoxlama aparılıb və nəticədə islahat zamanı texniki səhvliyə yol verildiyindən Cavabdeh xəritədə göstərilən torpaq sahəsinin ölçüsünü tamamlamaq məqsədi ilə kəsir torpaq payı kimi mübahisə olunan torpaq sahəsinin bir hissəsinin Cavabdeh mülkiyyətinə verildiyindən iddialarını geri götürüblər, bundan sonra müəyyən olunub ki, İddiaçı həyətində qoyulan qapı Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə açılır, həmin qapı 1984-cü ildə qoyulubdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada mütəxəssis X6 məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Qahab kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 270 nömrəli arayışla müəyyən olunur ki, Zamanzadə X1 qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Qahab kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 271 nömrəli arayışla müəyyən olunur ki, Hacıyev X2 qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olur ki, Babək rayonu, Qahab kəndində 0.2764 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.04 kv.m fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 23/9 nömrəli reyestr kitabının 1627 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxx 2019-cu il tarixdə Fərdi yaşayış evinə dair “Daşınmaz Əmlakın Texniki Pasportu” ilə müəyyən olunur ki, Babək rayonu, Qahab kəndində 0.2764 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.04 kv.m fərdi yaşayış evi İddiaçı adına Babək rayonu NO-nun xx.xx.2019-cu il tarixli 2U-68 nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən 1599 nömrəli inventar nömrəsi ilə qeydə alınıbdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh zəbt olunmuş torpaq sahəsində qoyulmuş qapının sökülməsi və ümumi gediş-gəliş yolunun açılmasına dair tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-5475/2019 nömrəli qərarı ilə müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin olunmamış, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil xx.xx.2020-ci il tarixli, 2/827 nömrəli məktubuna cavab olaraq xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 401 nömrəli məktubda qeyd olunmuşdur ki,Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına xx.xx.2018-ci il tarixdə JN- 192A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Babək rayonunun Qahab kəndində 2303.52 kv.m həyətyanı torpaq sahəsi qeydiyyata alınıbdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh zəbt olunmuş torpaq sahəsində qoyulmuş qapının sökülməsi və ümumi gediş-gəliş yolunun açılmasına dair tələbi Qahab kənd Bələdiyyəsinin mülkiyyətində olan 19 metr uzunluğunda, 3.7 metr enində olan yola İddiaçı qapı açmaq istədiyi torpaq sahəsi hazırda onun mülkiyyətində olmadığından, eyni zamanda həmin torpaq sahəsinə onun qanuni istifadə hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmadığından və təqdim olunan hüquqi sənədlərə əsasən İddiaçı bələdiyyəyə məxsus həmin torpaq sahəsi (yolla) ilə həmsərhəd torpaq sahəsi olmadığından onun qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müəyyən olunmadığından rədd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş rəyindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1999-cu il tarixli 01 nömrəli qərarına əsasən JN-192A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Qahab kənd sakini Cavabdeh mülkiyyətinə 2303,52 m2 həyətyanı torpaq sahəsi verilibdir. Cavabdeh ərizəsi ilə əlaqədar həyətyanı torpaq sahəsində ölçmə işləri aparılmış və məlum olmuşdur ki, Qahab kəndində torpaq islahatı aparılan zaman texniki səhvliyə yol verilmiş, Cavabdeh təqdim olunmuş JN-192A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhəd döngə nöqtələri naturaya uyğun tərtib olunmamışdır. Cavabdeh faktiki istifadəsində olan, mülkiyyət sənədində qeyd olunmuş 2303,52 m2 torpaq sahəsi naturada ölçülərək dəqiqləşdirilmiş və **********24 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” hazırlanaraq ona təqdim edilmişdir. Qonşu torpaq mülkiyyətçisi İddiaçı istifadə etdiyi, kəndin yerquruluşu planında 194A kadastr nömrəsi ilə uçota alınmış torpaq sahəsinin də naturadakı sərhəd döngə nöqtələrinin JN-194A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərlə uyğunsuzluğu aşkar edilmişdir. İddiaçı 0.28 ha torpaq sahəsi üzərində Hüquqların dövlət qeydiyyatina alınmasına dair ərizəsi əsasında torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə ərizə ilə müraciət etmiş, müraciət əsasında naturada faktiki istifadə vəziyyətinə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanaraq ona təqdim olunmuşdur. Torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya köçürülən zaman haliyədə bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsindən ancaq Cavabdeh gediş- gəliş yolu kimi istifadə etdiyi və İddiaçı ilə qonşuluq sərhədində mövcud olmuş qapının (haliyyədə divarla hörülmüş) onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Qonşu torpaq mülkiyyətçisi İddiaçı gediş-gəliş yolunun isə mülkiyyətində olan həyətyanı torpaq sahəsinin cənub-şərq istiqamətində olduğu müəyyən edilmiş və həmin yoldan da haliyədə istifadə edir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən Babək rayonu, Qahab kəndində qanunsuz olaraq yol üzərində quraşdırılmış qapının sökülərək, daşınmaz əmlakın dövlət reyestrində (texniki pasportda göstərilən xəritədə) gediş-gəliş yolu kimi göstərilən yolun açılaraq istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxx 2019-cu il tarixdə Fərdi yaşayış evinə dair “Daşınmaz Əmlakın Texniki Pasportu” ilə iddiaçı H.Zamanzadənin mülkiyyətində olan torpaq sahəsi ilə bələdiyyəyə məxsus həmin torpaq sahəsi (yolla) ilə həmsərhəd torpaq sahəsi müəyyən olunduğundan, yəni əsaslar yarandığından İddiaçı Cavabdeh qarşı “yol üzərində quraşdırılmış qapının sökülməsi və gediş-gəliş yolunun açılaraq istifadəyə verilməsi” tələbinə dair icraat mümkün hesab edilmişdir. Babək rayonunun Qahab kəndində yerləşən mübahisəli əraziyə, tərəflərin və mütəxəssisin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində olan iddiaçının sökülməsini tələb etdiyi 2 tağlı dəmir qapı Babək rayon Qahab kənd sakinlərinin ümumi istifadəsində asfalt örtüklü olan yolun kənarında yerləşir, həmin mabahisəli torpaq sahəsinə girişinin sağ tərəfində Nənəxanıma aid torpaq sahəsi yerləşir və hasar divarla hörülübdür, həmin sahəyə girişin sol tərəfində Muxtər Zamanzadəyə məxsus fərdi yaşayış evinin arxa hissəsi yerləşir, evin aşağı hissəsində 9 metr uzunluğunda İddiaçı həyətyanı torpaq sahəsi ilə mübahisəli torpaq sahəsi arasında hasar mövcüddur, həmin hasarın İddiaçı torpaq sahəsində olan hissəsində yardımçı yarımçıq tikililər, istifadə olunmayan əşyalar vardır, həmin sahə İddiaçı fərdi yaşayış sahəsinin arxa hissəsində yerləşir, eyni zamanda yerində müayinə zamanı əvvəllər tərəflərin gediş-gəliş kimi istifadə etdikləri qapının açıldığı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və qarşısı divarla hörülübdür, haliyədə mübahisə olunan torpaq sahəsindən (yoldan) Cavabdeh başqa digər qonşular istifadə etməyiblər və istifadə etmirlər. Həmçinin yerində baxış zamanı İddiaçı digər ümumi istifadədə olan asfalt örtüklü yola açılan iki tağlı dəmir giriş qapısı və başqa hissədən bir ədəd bir tağlı taxta qapının olması və hal-hazırda da gediş-gəliş yolu kimi həmin yoldan istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, iddiaçı tələbinin əsası kimi mübahisəli sahə ilə onun mülkiyyətində olan torpaq sahəsi ilə qonşu sahələr olmasını və həmin sahənin Cavabdeh tərəfindən zəbt edilərək dəmir qapı qoyularaq, əvvəldən istifadə etdikləri ümumi gediş-gəliş yolunu bağlayaraq onun və ailəsinin, eyni zamanda digər qonşuların həmin yoldan hüquqlarını pozduğunu göstərmişdir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, iddiaçının əvvəllər istifadə etdiyi yolun açılması ilə əlaqədar İddiaçı Cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsində qoyulmuş qapının sökülməsi və ümumi gediş-gəliş yolunun açılmasına dair iddiası Qahab kənd Bələdiyyəsinin mülkiyyətində olan 19 metr uzunluğunda, 3.7 metr enində olan yola İddiaçı qapı açmaq istədiyi torpaq sahəsi hazırda onun mülkiyyətində olmadığından, eyni zamanda həmin torpaq sahəsinə onun qanuni istifadə hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmadığından və təqdim olunan hüquqi sənədlərə əsasən İddiaçı bələdiyyəyə məxsus həmin torpaq sahəsi (yolla) ilə həmsərhəd torpaq sahəsi olmadığından onun qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müəyyən olunmadığı əsası ilə rədd edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsi ilə müəyyən olunur, eyni zamanda həmin qətnamə ilə müəyyən olunmuşdur ki, yalnız İddiaçı bu yola açılan bir ədəd balaca qapısı mövcud olmuşdur ki, hazırda həmin qapının açıldığı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və qarşısı hörülmüşdür. İddiaçı həmin torpaq sahəsinin Cavabdeh mülkiyyətinə qanunsuz olaraq verilməsini bildirsə də, qeyd edilən qətnamə və iş materiallarında olan JN- 192A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə tərəflərin əvvəllər istifadə etdikləri qapının açılan sahənin Cavabdeh mülkiyyətində olması təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində və eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləsdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Beləliklə mülki işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının iddiası iddia etdiyi kimi mübahisəli yolun əvvəl onun və digər qonşuların tərəfindən ümumi istifadədə gediş-gəliş yolu kimi istifadə etdikləri yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapmadığından, həmin əsas ilə təmin edilə bilməz. İddiaçının iddia tələbinin əsaslarından biri də Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxx 2019-cu il tarixdə Fərdi yaşayış evinə dair “Daşınmaz Əmlakın Texniki Pasportu”nda mövcud yolun olmasının və həmin yolun ümumi gediş-gəliş yol kimi göstərilməsidir. Bununla bağlı məhkəmə bir daha qeyd etmək istəyir ki, İddiaçı bələdiyyə məxsus mübahisəli yola həmsərhəd torpaq sahəsinin olmaması və İddiaçı qapı açmaq istədiyi həmin yola düşən 6-7 metrlik sahədə X5 mülkiyyətində olan torpaq sahəsinin (həmçinin tikililər) yerləşməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(108)-36/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx xxx 2019-cu il tarixdə onun adına fərdi yaşayış evinə dair “Daşınmaz Əmlakın Texniki Pasportu”, ilə İddiaçı həmin mübahisəli yola həmsərhəd torpaq sahəsinin olması müəyyən olunur. Yəni buradan görünür ki, iddiaçı həmin yola çıxış üçün hüquqi əsası xx xxx 2019-cu il tarixdə əldə edibdir. Məhkəmə araşdırılması zamanı isə iddiaçının iddia etdiyi kimi mübahisəli yoldan Cavabdeh başqa heç kəs istifadə etmir, iddiaçı iddia ərizəsində həmin mübahisəli yolun ümumi istifadədə olan yol kimi göstərsə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(108)- 36/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə və eyni zamanda yerində baxış zamanı müəyyən olunmuşdur ki, həmin mübahisəli yol kənd sakinlərinin istifadəsində olan ümumi gediş-gəliş yol kimi nəzərdə tutulmayıbdır və həmin yoldan Cavabdeh başqa digər qonşular istifadə etməyiblər və istifadə etmirlər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yol üzərində quraşdırılmış qapının sökülməsi və gediş-gəliş yolunun açılaraq istifadəyə verilməsi” tələbinə dair iddiası qeyd edilənlər baxımından əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestində qeydə alındığı andan əldə edənə keçir.Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 1-ci hissəsinə əsasən Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Həmin Maddənin 2-ci hissəsinə əsasən Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı “yol üzərində quraşdırılmış qapının sökülməsi və gediş-gəliş yolunun açılaraq istifadəyə verilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.
Sədrlik edən: Daşqın Səfərov.