Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-275/2025 10.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Nurəddin oğlu 18 mart 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Naxçıvanbank ASC Kəngərli filialına tərəfindən ödənilmiş 2100 (iki min bir yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 41 (qırx bir) manat olmaqla cəmi 2141 (iki min bir yüz qırx bir) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən Şərur rayon Xanlıqlar kəndində yaşayıram. 2019cu ildən N saylı hərbi hissədə MAHXQ işləyirdim. Mənimlə eyni hərbi hissədə xidmət edən Cavabdeh azyaşlı övladının xəstə olduğunu və müalicəyə ehtiyacının olduğunu, lakin uşağın mülicəsinə lazım olan məbləğin olmadığını, məndən kredit götürməyimi və ona verməyimi məndən xahiş etdi. Cavabdehin hərbiçi olmasını ve aylıq gəlirinin stabil olmasını, onun mənim adıma götürdüyü pulu ödəyə biləcəyinə əmin olduğumdan mən onun xahişi ilə Naxçıvanbank ASC Kəngərli filialından 10000 (on min) manat pulu eldə edərək Cavabdeh vermişəm. Cavabdeh məndən aldığı pulları bank faizi ilə birlikdə hesablanaraq ödəyəcəyinə söz vermişdir. Lakin Cavabdeh kredit borcunu və əlavə hesablanmış faiz borcunu cəmi 8 ay müddətində hər ay 375 manat ödəsə də, sonradan ödəməkdən boyun qaçırmışdır. Sonradan Naxçıvanbank ASC Kəngərli filialı tərəfindən ödənilməmiş məbləğin bir hissəsini, yəni 175 manat mənim maaşımdan, bir hissəsini isə cavabdehin maaşından tutulmuşdur. Ümumilikdə mənim maaş kartımdan 2100 manat pul tutulmuşdur. Cavabdehdən mənim maaş kartımdan tutulmuş 2100 manat pulun mənə ödəməsini tələb etsəm də, Cavabdeh pulu mənə ödəməkdən boyun qaçırmışdır. Ona görə də mən məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışam. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 14 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizə verərək iddia tələbinin həcminin azaldılaraq iddia tələbinə 1601 manat pulun və ödədiyi dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya qaytarılması həddində baxılmasını xahiş etmişdir. Cavabdeh isə 30 may 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizə verərək İddiaçı Nurəddin oğlunun ona qarşı pul tələbinə dair iddiası üzrə iddiaçıya 1420 (bir min dörd yüz iyirmi) manat borcunun olmasını etiraf etmişdir. 30 may 2025-ci il tarixdə həmçinin tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarındakı mübahisəni həll edərək razılığa gəldiklərini, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər: - mən Cavabdeh qərardad icraya yönədildikdən sonra İddiaçı Nurəddin oğluna olan 1420 (bir min dörd yüz iyirmi) manat borcun 355 (üç yüz əlli beş) manatını 20 iyun 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 iyul 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 avqust 2025ci il, qalan 355 (üç yüz əlli beş) manatını isə 20 sentyabr 2025-ci il tarixdə ona ödəməyi öhdəmə götürürəm; - mən İddiaçı Nurəddin oğlu qərardad icraya yönədildikdən sonra Cavabdeh mənə olan 1420 (bir min dörd yüz iyirmi) manat borcunun 355 (üç yüz əlli beş) manatını 20 iyun 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 iyul 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 avqust 2025ci il, 355 (üç yüz əlli beş) manatını isə 20 sentyabr 2025-ci il tarixdə ödəməsini qəbul edirəm və pul mənə tam qaytarıldıqdan sonra ona qarşı gələcəkdə başqa tələbim olmayacaq. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predment haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Şərur branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 25615 nömrəli qəbzlə ödədiyi 41 (qırx bir) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 30 may 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 30 may 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Cavabdeh qərardad icraya yönədildikdən sonra İddiaçı Nurəddin oğluna olan 1420 (bir min dörd yüz iyirmi) manat borcunun 355 (üç yüz əlli beş) manatını 20 iyun 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 iyul 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 avqust 2025-ci il, 355 (üç yüz əlli beş) manatını isə 20 sentyabr 2025-ci il tarixdə ona ödəməyi öhdəsinə götürür; - İddiaçı Nurəddin oğlu qərardad icraya yönədildikdən sonra Cavabdeh ona olan 1420 (bir min dörd yüz iyirmi) manat borcunun 355 (üç yüz əlli beş) manatını 20 iyun 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 iyul 2025-ci il, 355 (üç yüz əlli beş) manatını 20 avqust 2025-ci il, 355 (üç yüz əlli beş) manatını isə 20 sentyabr 2025-ci il tarixdə ona ödəməsini qəbul edir və pul tam qaytarıldıqdan sonra ona qarşı gələcəkdə başqa tələbi olmayacağını bildirir. İddiaçı Nurəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. İddiaçı Nurəddin oğlunun "xxxx" ASC-nin Şərur branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 25615 nömrəli qəbzlə ödədiyi 41 (qırx bir) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-275/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-275/2025
10.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver