Məhkəmə qərarları › İş №2(079)-280/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-280/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-280/2025 07.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 19 mart 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6 baş 1 illik dananın və ya onların dəyəri olan 6000 (altı min) manatın və iş üzrə ödəmiş olduğu 80 (səksən) manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, Babək rayon Sirab kənd sakini Cavabdeh 3 ilə yaxındır ki, tanıyıram. O mal-heyvan alış-verişi ilə məşğul olur. Ona əvvəllər bir neçə dəfə, bu il isə payızda 5 baş dana və 1 baş inək satıb nağd şəkildə pulunu almışam. Sonuncu dəfə o mənə zəng vurub bildirdi ki, sənə 2 baş yanı balalı inək gətirəcəm, gəl sən də onun əvəzində səndə olan 6 baş 1 illik cavan dananı ver mənə. Həmin malların şəkillərini göstərib bildirdi ki, 3-4 qarın doğublar, günlük 10 litr süd verirlər. Mən də razılaşdım. 12 mart 2025-ci il tarixində gecə saatlarında Cavabdeh malları yaşadığım Şahbuz rayonu, Kolanı kəndinin yaxınlığındakı fermaya gətirdi. Gecə çox qaranlıq olduğu üçün mən ayaqlarım nasaz olduğundan Yunis şəriklisi ilə birlikdə iki baş iribuynuzlu inəyi balaları ilə birlikdə özü aparıb tövləyə bağladı. Mənim də 6 baş bir illik danalarımı gəldiyi qazelə yığıb apardı. Mən həmin vaxt qaranlıq olsa da, ona dedim ki, bu mallar qoca deyil, o da and-aman edərək mənə bildirdi ki, yox bunlar cavan maldı. Səhər olanda mən tövləyə gedib baxdım ki, hər iki inək qocadı, mənə şəkillərini göstərdiyi mallar deyil. Mən həmin dəqiqə ona zəng vurub dedim ki, bəs bu mallar o şəkildəkilər deyil. O isə and-aman elədi ki, yox bu mallar qoca deyil, 3-4 qarın doğublar, balaları suni mayalanmadır. Sonra isə dedi ki, istəmirsənsə, sabah işim var, o biri gün gəlib malları götürəcəm. 2 gün keçdi, mən ona yenə zəng vurdum, o mənə dedi ki, indi hava limanındayam, dayım Bakıda maşın qəzasına düşüb rəhmətə gedib, yasa gedirəm, 2 gün sonra yasdan gəlib malları aparacam. Sonra özü zəng vurdu ki, dayım ölməyib, ağır xəstədi, polis 100 min manat pul istəyir. Ona görə imkanımız yoxdu. 2 aydan sonra sənin pulunu qaytara biləcəm. Mən onda başa düşdüm ki, bu adam yalan danışır. Sirab kəndində başqa tanışım var idi. Ona zəng vurub maraqlandım, həmin tanışım dedi ki, Cavabdeh yalan danışır. Onun Bakıda dayısı yoxdur, heç bir qəza olmayıb. Özü elə kənddədir. Mən elə bu gün onu görmüşəm. Sonra mən yenə ona zəng vurdum. Dedim səni kənddəki tanışlardan soruşmuşam, yalan deyirsən elə kənddəsən. O bunu qəbul edib, dedi ki utandığımdan yalan danışdım. Dedim gəlirəm Siraba, o isə qoymadı gedəm, dedi ki, özüm gələcəm. Həmin gün axşama kimi gözlədim. O gəlmədiyi üçün malları qazel tutub apardım Sirab kəndinə. Kənddə soruşub evlərin tapdım. Zəng vurdum ki, qapıdayam, qapını aç.O isə yenə də yalan danışmağa davam edərək dedi ki, indi Ordubaddayam gecə saat 2-də gələcəm. Dedim evdə başqa kim varsa, qapını açsınlar. Dedi bizim qapını heç kim aça bilməz. Malları da boş yerə gətirmisən. Alver etmişik keçib gedib. Qonşusu bildirdi ki, o evdədir. Sizə yalan deyir. Sonra mən 102-ə zəng vurdum. Babək rayon Polis İdarəsindən polislər gəldi. Məndən izahat aldılar. Cavabdeh zəng vurdular. Mənim yanımda elə onlara da bildirdi ki, məni başından etmək üçün yalan danışır. Sonra malları da götürüb yenidən Şahbuza qayıtdım. Hörmətli hakim Yunis indi nə gəlib, mallarını aparır, nə də ki, mənim 6 baş, 1 illik danalarımı geri qaytarır. Hal-hazırda telefon zənglərimə də cavab vermir. Özümün həmin pula çox böyük ehtiyacım var. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. Tərəflər 24 aprel 2025-ci il tarixdə tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər: - mən İddiaçı qərardad icraya yönədildikdən sonra Cavabdeh mənə olan 5500 manat borcunun 2750 manatını 10 iyun 2025-ci il tarixdə mənə ödəməsini qəbul edir, bunun müqabilində bir baş iribuynuzlu inəyi balası ilə birlikdə ona təhvil verməyi öhdəmə götürür, həmçinin borcun qalan 2750 manatını 10 iyul 2025-ci il tarixdə mənə ödəməsini qəbul edir və bunun müqabilində bir baş iribuynuzlu inəyi balası ilə birlikdə ona təhvil verməyi öhdəmə götürürəm; - mən Cavabdeh qərardad icraya yönədildikdən sonra İddiaçı olan borcumun 2750 manatını 10 iyun 2025-ci il tarixdə ona ödəməyi öhdəmə götürür, bunun müqabilində bir baş iribuynuzlu inəyi balası ilə birlikdə mənə təhvil verməsini qəbul edir, həmçinin borcun qalan 2750 manatını 10 iyul 2025-ci il tarixdə ona ödəməyi öhdəmə götürür və bunun müqabilində bir baş iribuynuzlu inəyi balası ilə birlikdə mənə təhvil verməsini qəbul edirəm; - Həmçinin biz tərəflər mübahisə ilə bağlı gələcəkdə bir-birimizə qarşı hər hansı bir tələbimizin olmayacağını öhdəmizə götürürük. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 16247 nömrəli qəbzlə ödədiyi 80 (səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 24 aprel 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 24 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - İddiaçı qərardad icraya yönədildikdən sonra Cavabdeh ona olan 5500 manat borcunun 2750 manatını 10 iyun 2025-ci il tarixdə ona ödəməsini qəbul edir, bunun müqabilində bir baş iribuynuzlu inəyi balası ilə birlikdə ona təhvil verməyi öhdəsinə götürür, həmçinin borcun qalan 2750 manatını 10 iyul 2025-ci il tarixdə ona ödəməsini qəbul edir və bunun müqabilində bir baş iribuynuzlu inəyi balası ilə birlikdə ona təhvil verməyi öhdəsinə götürür; - Cavabdeh qərardad icraya yönədildikdən sonra İddiaçı olan borcunun 2750 manatını 10 iyun 2025-ci il tarixdə ona ödəməyi öhdəsinə götürür, bunun müqabilində bir baş iribuynuzlu inəyi balası ilə birlikdə ona təhvil verilməsini qəbul edir, həmçinin borcun qalan 2750 manatını 10 iyul 2025-ci il tarixdə ona ödəməyi öhdəmə götürür və bunun müqabilində bir baş iribuynuzlu inəyin balası ilə birlikdə ona təhvil verilməsini qəbul edir; - Həmçinin tərəflər mübahisə ilə bağlı gələcəkdə bir-birilərinə qarşı hər hansı bir tələblərinin olmayacağını öhdələrinə götürürlər. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 16247 nömrəli qəbzlə ödədiyi 80 (səksən) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar