Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-282/2020 23.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2700 (iki min yeddi yüz) ABŞ dolları, 3830 (üç min səkkiz yüz otuz) manat pulun və ödəniş etdiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun olaraq verdiyi izahatında bildirdi ki, o Cavabdeh ilə razılığa əsasən cavabdehə məxsus “Nihad” şirniyyat sexini 2019-cu ilin əvvəlindən şərikli olaraq işlədiblər, həmin sexin işə salınması üçün “Nihad” şirniyyat sexinə qaz xətti çəkiblər, qaz xəttinin çəkilməsi üçün 3200 manat pul tələb olunurdu, 2019-cu ilin fevral ayında qaz xətti sexə çəkilibdir və o xəttin çəkilməsində 3213 manat pul xərcləyibdir, bundan başqa da o Cavabdeh 617 manat pul veribdir, daha sonra şəkər tozu almaq üçün o bacanağı Elşaddan 1200 manat borc pul alıb Cahan MMC-dən 37 tay şəkər tozu alıb, həmin şəkər tozundan şirniyyat istehsal edilib satılıbdır, daha sonra isə istehsal olunan şirniyyatların daşınması üçün, o yenə də bacanağı Elşaddan 1500 ABŞ dolları borc pul alıb, həmin puldan 1300 manata avtomobil alınıb, qalan pul ilə isə 55 manatdan olmaqla 23 tay şəkər tozu alıblar. O hər axşam “Nihad” şirniyyat sexinə gedərək, malların giriş-çıxışının siyahısını aparıbdır, satışdan gələn pullar cavabdehdə olubdur, hər ayın sonunda hesablaşma zamanı hesablar düz gəlmirdi, o cavabdeh ilə beş ay sexi şərik işlədibdir, bu vaxt ərzində onun şirniyyat sexinə qoyduğu pulları cavabdehin mənimsəmək niyyətində olduğunu görübdür, o Cavabdeh pulları istəsə də cavabdeh “bu gün verəcəyəm, sabah verəcəyəm” deyə ona bildiribdir, daha sonra Cavabdeh pulu ödəmək üçün sexdə olan aparatları satıb ödəmək istəyidini bildibdir, o sexdə olan aparatların satılması üçün müştəri tapsa da, cavabdeh aparatların qiymətini baha dediyindən aparatlar satılmayıbdır, eyni zamanda sexin də alınması üçün bir neçə dəfə müştəri tapsa da Cavabdeh “gah gizlənərək gah da” sexi dəyərindən baha deməklə satmaqdan imtina edibdir, cavabdeh pulları vermək istəmir, o da məcbur qalıb məhkəməyə müraciət edibdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, o sahibkar kimi qanuni işlərlə məşğul olub pul qazanır, vergi ödəyicisi kimi dövlətə vergisini vaxtıvaxtında ödəyir, o Cavabdeh tələb etdiyi pulla şirniyyat sexini işə salıb, iş görmək və qazanc əldə etmək məqsədilə xərcləyib, tələb etdiyi pulları o Cavabdeh borc kimi yox, şərik kimi şirniyyat sexinin işləməsi və oradan qazanc, gəlir götürməsi üçün xərcləyibdir . Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı məhkəməyə verdiyi izahatında işin mahiyyəti barədə ətraflı məlumat verdiyini, hazırki mülki iş üzrə cavabdehin və iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olmaları barədə müvafiq sənədləri məhkəməyə təqdim etdiklərini, işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, həqiqətən də o İddiaçı ilə razılaşmaya əsasən 2019-cu ilin əvvəlindən Babək rayonu, Badaşqan kəndində yerləşən “Nihad” şirniyyat sexini şərikli olaraq işlədib, o Babək rayon Vergilər İdarəsində xx.xx.2012-ci il tarixdən vöen alaraq vergi ödəyicisi kimi qeydiyyatdadır, o iddiaçı ilə qeyd olunan şirniyyat sexində qənd istehsalı ilə məşğul olub, həmin şirniyyat sexini işlətməkdə məqsədləri gəlir əldə etmək olubdur, ilk əvvəl işləri yaxşı gedibdir, daha sonra o 100 manat pulu götürüb toya saldığı üçün iddiaçı ilə araları korlanmağa başlayıb. Sexin idarəetməsi, bütün hesab kitabı İddiaçı aparıbdır, hesab aparılanda İddiaçı bildiribdir ki, 500 manat pul sexdən kəsir gəlir, o da bildiribdir ki “pulu mən saxlasam da hesab kitabı sən aparmısan”. Bundan bir ay sonra o İddiaçı kassanı da təhvil veribdir, sonra iş 2019-cu ilin avqust ayına qədər davam edib, avqust ayının axırında İddiaçı qazın çəkilməsinə xərclənən 3200 manat pulu əlavə də ona verdiyi 600 manat pulu tələb edibdir, o da onda pul olmadığını deyibdir, İddiaçı isə “ya pulu ödəyəcəksən, yada sexi dayandır” deyibdir, ondan sonra da sexdə işlər dayandırılıbdır. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, “Nihad” şirniyyat sexi onun adın qeydiyyata alınıb və o vergi ödəyir, o hal-hazırda Babək rayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır, İddiaçı ilə razılaşmaya əsasən şirniyyat sexini birlikdə şərikli işlətməkdə məqsəd qazanc əldə etmək olubdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Vergilər Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Vəkila ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli, **********934200 nömrəli məktubu ilə müəyyən olunur ki, iş üzrə Cavabdeh (VÖEN:**********) xx.xx.2012-ci il tarixdən sadələşdirilmiş vergi ödəyicisi kimi Babək rayon Vergilər İdarəsində qeydiyyata alınıbdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında” Şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə İddiaçı oğlu (VÖEN:**********) xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi X1 İdarəsində qeydiyyata alınıbdır. İş materiallarında olan X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********084600 nömrəli arayışla müəyyən olunur ki iş üzrə İddiaçı (VÖEN:000869882) xx xxxxx 2017-ci il tarixdən vergi ödəyicisi kimi X1 İdarəsində qeydiyyata alınıbdır. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki mülki məhkəmə aidiyyətinə görə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddənin qeyd hissəsinə görə Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1.-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının tələbi tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranan tələb olduğundan, eyni zamanda işin xarakteri və işdə iştirak edən şəxslərin subyektiv tərkibi və həmin şəxslərin fərdi sahibkarlıq statusuna malik fiziki şəxs olduqlarından hazırki mülki iş mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 44.2.2, 45.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(079)-282/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-282/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-282/2020
23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver