Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-289/2020 07.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Zeynalabdın qızı və Əliyeva (Möhsümova) Atlaz Zeynalabdın qızına qarşı “borcun tutulması” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 Zeynalabdın qızı və Əliyeva (Möhsümova) Atlaz Zeynalabdın qızına qarşı Babək Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh1 Zeynalabdın qızından 1454.26 manat, Əliyeva (Möhsümova) Atlaz Zeynalabdın qızından 854 manat və ödənilmiş 31 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında vəsatət təqdim edərək cavabdehlər Cavabdeh1 Zeynalabdın qızı və Əliyeva (Möhsümova) Atlaz Zeynalabdın qızına qarşı borcun tutulması tələbinə dair iddia qaldırdığını, hazırki iddia üzrə bəzi hallara dair əlavə sübutların toplanması zərurəti yarandığını, bu səbəbdən də vəsatətini nəzərə alınaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatətə baxaraq hesab edir ki, İddiaçı vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1.-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən “Kapital Bank” X1 Əhmədli filialına xx xxxxxx 2020-ci il tarixdə, 90678 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Zeynalabdın qızı və Əliyeva (Möhsümova) Atlaz Zeynalabdın qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “Kapital Bank” X1 Əhmədli filialına xx xxxxxx 2020-ci il tarixdə, 90678 nömrəli qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: imza: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-289/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-289/2020
07.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver