Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-308/2023 21.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12400.00 (on iki min dörd yüz) manat məbləğin və iş üzrə ödəmiş olduğu 127.20 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mən Babək rayon Nehrəm qəsəbəsində yaşayıram. X5 qəsəbəsində ev almaq istədim. Bunun üçün də qəsəbədə maraqlandım ki, görüm kim ev satır. Öyrəndim ki, qəsəbə sakini Cavabdeh ev satır. Mən onun telefon nömrəsini öyrənib ona zəng vurub, ev satıbsatmadığını soruşdum. O da bildirdi ki, bəli, X1 aldığım evi və torpaq sahəsini satmaq istəyirəm. Mən evin qiymətini soruşdum, o isə bildirdi ki, 13000 (on üç min) manata satıram. Həmin vaxt o Bakı şəhərində idi, bir neçə gündən sonra Nehrəm qəsəbəsinə gəldi görüşdük. Nadirlə 13000 (on üç min) manata razılaşdıq, mən ona elə həmin günü dediyi 13000 (on üçi min) manat məbləğində olan pulu nağd şəkildə verdim, lakin o, 600 (altı yüz) manat məbləğində pulu mənə qaytardı ki, sənədləşdirməni özün elə. Mən həmin vaxtdan iki il keçməsinə baxmayaraq ev miras əmlak olduğundan vərəsəlik qaydasında vərəsələr burada yaşamadığından onları tapıb bir araya gətirə bilmədiyim üçün onlardan birinin adına keçirib, onunla alqı-satqı edib öz adıma rəsmiləşdirə bilmirəm. Bu səbəbdən də dəfələrlə Nadirdən verdiyim pulun geri qaytarılmasını tələb etsəm də o mənin verdiyim pulu özümə geri qaytarmır və məhkəməyə müraciət etməyimi bildirir. Hal-hazırda isə mənim telefon zənglərimə cavab vermir. Mənim həmin pula çox böyük ehtiyacım var. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan 12400 (on iki min dörd yüz) manat məbləğində pul tələbim təmin edilməlidir. 12 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1 Cavabdeh İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 12400 (on iki min dörd yüz) manat pulu bərabər hissələrlə 05 (beş) ay müddətində hər ay 2480 (iki min dörd yüz səksən) manat olmaqla hissəhissə ödənilməsi öhdəliyini üzərinə götürür. 1.2 Tərəflər aralarında 12400 (on iki min dörd yüz) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. 1.3 Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri tam icra edildikdən sonra sözügedən mübahisə üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. MPM-in 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2023-cü il tarixli, 27226 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 127.20 manat (bir yüz iyirmi yeddi manat iyirmi qəpik) məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.4 Cavabdeh İddiaçı qərardad qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi gündən 12400 (on iki min dörd yüz) manat pulu bərabər hissələrlə 05 (beş) ay müddətində hər ay 2480 (iki min dörd yüz səksən) manat olmaqla hissəhissə ödənilməsi öhdəliyini üzərinə götürür. 1.5 Tərəflər aralarında 12400 (on iki min dörd yüz) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. 1.6 Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri tam icra edildikdən sonra sözügedən mübahisə üzrə bir-birlərinə qarşı heç bir iddiaları qalmır. 1.7 Bu saziş 3 (üç) nüsxədə tərtib olunur və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq tərəflərdə və mülki iş materiallarında saxlanılır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2023-cü il tarixli, 27226 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 127.20 manat (bir yüz iyirmi yeddi manat iyirmi qəpik) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-308/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-308/2023
21.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver