Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-310/2025 20.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 08 aprel 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1580 (bir min beş yüz səksən) manat borc və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən xx xxxx 1983-cü ildə Babək rayon Nehrəm kəndində (indiki Nehrəm qəsəbəsində) anadan olmuşam, haliyədə də həmin qəsəbədə yaşayıram. Həmkəndlim Elxan məni Cavabdeh ilə tanış etmişdi. Cavabdeh də gəlib mənim Nehrəm qəsəbəsində işlətdiyim mobil telefonların satışı mağazasından 3 ədəd mobil telefonu nisyə olaraq götürüb. O iki ədəd Samsung A13 markalı və bir ədəd Samsung A23 markalı mobil telefonları nisyə olaraq götürmüşdür. Telefonlara görə ümumilikdə 1630 (bir min altı yüz otuz) manat (2 ədəd Samsung A13-1030 manat, 1 ədəd Samsung A23-600 manat) pul mənə verməli idi. Lakin o cəmi mənə 150 (bir yüz əlli) manat pul verib. Onun atası da gəlib məndən paltaryuyan maşını götürüb və hissə-hissə pulunu verib. Cavabdeh telefonları götürəndən sonra qaçıb Türkiyə Respublikasına getmişdir. Mən məcbur qalıb evlərinə getdim, vəziyyəti atasına dedim. Atası dedi ki, oğluma deyəcəm pulunu ödəyəcək, lakin ödəməyib. Cavabdeh telefonları 2023-cü ildə götürmüşdü. Cavabdeh şəxsiyyət vəsiqəsinin arxasına borcu barədə qeydiyyat aparılıb. Onun hazırda 1580 (bir min beş yüz səksən) manat borcu qalır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Nehrəm qəsəbəsində telefon mağazası işlətdiyini, fərdi sahibkar olduğunu, cavabdehin də həmin mağazadan 3 ədəd telefon götürdüyünü, onlardan Samsung A13 və Samsung A23 markalı telefonları nisyə götürdüyünü, iki telefona birlikdə 1630 manat verməli olsa da cəmi 150 manat ödədiyini, sonra onu tapa bilmədiyini, şifahi razılaşdıqlarını, yazılı müqavilə bağlamadıqlarını, cavabdehin şəxsiyyət vəsiqəsinin surətinin arxasında Samsung A23-600 manat, Samsung A13 1030 manat qeydi etdiyini, cavabdehin borcunu verməkdən yayındığını, buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh real vaxt rejimində məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşularaq verdiyi izahatında iddiaçıdan 2 ədəd telefon aldığını, telefonları 2023-cü ildə İddiaçı təhvil aldığını, alarkən şəxsiyyət vəsiqəsini təqdim etdiyini və sənədə də qol çəkdiyini, telefonları bir müddət işlətdikdən sonra satdığını, amma hansı marka və modeldə telefon aldığını dəqiq xatırlamadığını, iddiaçıya indiyə qədər sadəcə ilkin ödəniş etdiyini, həmçinin may ayının 20-də 50 manat ödədiyini, hazırda Türkiyə Respublikasında işlədiyini, 1580 manat borcu olduğunu etiraf etdiyini, lakin pulu hissə-hissə ödəyəcəyini, hər ayın 20-si ödəniş edəcəyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflərin izahatları əsasında aralarında şifahi alqı-satqı müqaviləsi bağlandığı müəyyən olunmuşdur. Mülki işin mübahisəli halları tərəflər arasında alqı-satqı müqaviləsi əsasında alqı-satqı obyektinin təhvil verilməsi və qarşılığında pul vəsaitinin ödənilib-ödənilməməsi ilə bağlıdır. Cavabdehin videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşularaq faktı etiraf etməsinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında vurğulanır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin qərarda vurğulanır ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə, faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə və faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə alqı-satqı obyektinin təhvil alınması və bunun qarşılığında alqı-satqı qiymətinin ödənilməməsinə və 1580 manat borcun qalmasına münasibətdə cavabdehin etirafını yuxarıdakı meyarlar əsasında qiymətləndirərək əsaslı sübut kimi qəbul edir və iddianın təmin olunması üçün əsas hesab edir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1580 (bir min beş yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Babek branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** (GPP) nömrəli qəbzlə ödədiyi 36 (otuz altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: İddia təmin edilsin. Cavabdeh 1580 (bir min beş yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-310/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-310/2025
20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver