Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-33/2022 08.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh Təvəkkül oğluna qarşı yaşayış binasının tərkib hissəsində yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “26” noyabr 2021-ci ildə vəkil-nümayəndəsi Vəkil vasitəsi ilə Cavabdeh Təvəkkül oğluna qarşı iddia tələbi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan daşınmaz əmlaka yaşayış və istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Badaşqan kəndində yerləşən 0,146 hektar, torpaq sahəsi və ümumi sahəsi 21,84 kvadrat metr olan daşınmaz əmlaka tam mülkiyyət hüququ ilə qeydiyyat vəsiqəsi almışam. Həmin daşınmaz əmlak 1 otaqlı olmaqla anam X4 mülkiyyətində olmuş, 21 dekabr 2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən mənə hədiyyə edilmişdir. Mən isə 08 yanvar 2019-cu il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışam. Evi hədiyyə olaraq qəbul edərkən həmin mənzilin qeydiyyatında yalnız anamla mənim olduğumuzu bilirdim. Lakin, mülkiyyətimdə olan evi satmaq üçün arayış əldə etmək istəyərkən atam Cavabdeh da həmin mənzildə pasport qeydiyyatında olduğu mənə məlum oldu. Bildirirəm ki, anamla atam birgə nikah dövründə həmin evdə yaşamış, onlar boşandıqdan sonra anam Sevda atama 300 ABŞ dolları verərək evə mülkiyyət hüququ almaq üçün məhkəməyə müraciət etmiş, Babək Rayon Məhkəməsinin 13 may 2002-ci il tarixli qətnaməsi ilə sözü gedən daşınmaz əmlak anam Sevda Abdullayevanın mülkiyyətinə keçmişdir. Boşandıqdan sonra atam Cavabdeh Babək qəsəbəsində İradə adlı bir şəxslə evləndiyi üçün onun evində yaşamağa başlamışdır. Hazırda onun Bakı şəhərində yaşadığını eşitmişik. Atamla heç bir əlaqəm yoxdur. Hətta o, boşandıqdan sonra mənim saxlanılmam üçün təyin edilmiş alimenti belə mənə verməmişdir. Bildirmək istəyirəm ki, atam Cavabdeh evimin pasport qeydiyyatında dayanması səbəbindən mülkiyyəti üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirəm. Bu səbəbdən də onun Babək rayonu, Badaşqan kəndində yerləşən evimə yaşayış və istifadə hüququnun itirilməsi barədə qərar qəbul edilməsini istəyirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı vəkil-nümayəndəsi X9 25 yanvar 2022-ci tarixli ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Cavabdeh Təvəkkül oğluna qarşı yaşayış binasının tərkib hissəsində yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə məhkəmə baxışı iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmə baxışı iclasının özünün və iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutmaqla İddiaçı, onun vəkil-nümayəndəsi X7 və Cavabdeh Təvəkkül oğlunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında anası Sevda ilə atası Fazilin 1996-cı ildə ailə qurduqlarını, 2002-ci ildə isə onların boşandığını, evin birgə nikah dövründə əldə edildiyini, həmin evin Babək rayonu, Badaşqan kəndində yerləşdiyini, anası Sevdanın atası Fazilə pul verərək evin üzərində mülkiyyət hüququ əldə etdiyini, 21 dekabr 2018-ci il tarixdə anasının evi ona hədiyyə etdiyini, özünün 08 yanvar 2019-cu ildə daşınmaz əmlaka öz adına yeni çıxarış aldığını, atası Cavabdeh həmin evin pasport qeydiyyatında olduğunu, lakin orada yaşamadığını, atasının anası ilə birgə nikah dövründə həmin evdə yaşadıqlarını, onların boşanmasından sonra anasının atasına 300 dollar verərək evin mülkiyyət hüququnu aldığını, Babək Rayon Məhkəməsinin 13 may 2002-ci il tarixli qətnaməsi ilə daşınmaz əmlakın anasının mülkiyyətinə verildiyini, atasının isə orada qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşamadığını qeyd etmişdir. Mülki iş materiallarını tədqiq edən və iddiaçının izahatını dinləyən məhkəmə müəyyən edir ki, iddiaçının atası Cavabdeh Təvəkkül oğlu ilə anası X4 27 noyabr 1996-cı ildə nikah daxil olması, onlar arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulması, Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinin hazırda İddiaçı mülkiyyətində olması, həmin daşınmaz əmlakın isə əvvəllər iddiaçının atası Cavabdeh Təvəkkül oğlunun, daha sonra isə onun anası X4 mülkiyyətində olması, sonuncunun sözügedən daşınmaz əmlakı 21 dekabr 2018-ci ildə iddiaçıya bağışlaması, cavabdehin həmin yaşayış sahəsində qeydiyyatda olması və onun uzun müddətdir ki, qeydiyyatda olduğu yaşayış yerində yaşamaması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 27 dekabr 2021-ci il tarixli, Vİİ-JQ seriyalı 300481 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh Təvəkkül oğlu ilə X4 27 noyabr 1996-cı ildə nikaha daxil olması; - iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 27 dekabr 2021-ci il tarixli, AB seriyalı 002841 nömrəli akt qeydindən çıxarışdan, boşanma haqında şəhadətnamənin surətindən, həmçinin Babək Rayon Məhkəməsinin 2-14/2002 nömrəli və 2-162/2002 nömrəli, 13 may 2002-ci il tarixli qətnamələrinin təsdiq edilmiş surətlərindən Cavabdeh Təvəkkül oğlu ilə X5 arasında bağlanmış nikahın 12 mart 2002-ci ildə pozulması və bunun 27 may 2002-ci ildə akt qeydləri kitabında qeyd edilməsi; -iddia ərizəsinə əlavə edilən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinin hazırda İddiaçı mülkiyyətində olması; - iddia ərizəsinə əlavə edilən Babək Rayon Məhkəməsinin 2-162/2002 nömrəli, 13 may 2002-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinin Cavabdeh Təvəkkül oğlunun mülkiyyətində olması, onun 300 ABŞ dolları müqabilində X4 mülkiyyətinə verməsi; -iddia ərizəsinə əlavə edilmiş və Babək Rayon Notariat ofisi tərəfindən verilən 21 dekabr 2018-ci il tarixli, 4Ə-213 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən X4 mülkiyyətində olan Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar metr torpaq sahəsi və onun üzərində olan 21.84 kvadrat metr 1 otaqlı fərdi yaşayış sahəsini İddiaçı hədiyyə etməsi; - iddia ərizəsinə əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis şöbəsi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli, 8/1599 nömrəli arayışdan Cavabdeh Təvəkkül oğlunun İddiaçı məxsus olan və Babək rayonu, Badaşqan kəndində yerləşən fərdi yaşayış evində pasport qeydiyyatından olması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli, 1138 nömrəli arayışdan Cavabdeh Təvəkkül oğlunun Babək rayonu, Badaşqan kəndində rəsmi qaydada qeydiyyata olması və təqribən 2003-cü ildən onun orada yaşamaması aydın olur. İddiaçı atası Cavabdeh Təvəkkül oğlunu özünə məxsus olan Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 21.84 kvadrat metr 1 otaqlı fərdi yaşayış evinə yaşayış binasının tərkib hissəsində yaşayış və istifadə hüququnun itirilmiş hesab olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halının hüquqi həlli işə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh Təvəkkül oğlu əvvəllər Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdu, yəni onun həmin daşınmaz əmlakdan istifadə hüququnun yaranmasının hüquqi əsasını əşya hüququ təşkil etmişdi. Lakin o, 2002-ci ildə Babək Rayon Məhkəməsinin 2-162/2002 nömrəli, 13 may 2002-ci il tarixli qətnaməsi əsasında iddiaçının anası, yəni özünün sabiq arvadı X3 300 ABŞ doları almaqla həmin əmlaka olan mülkiyyət hüququnu ona vermişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmçinin Mülki Məcəllə 139-1.1 və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır. Qeyd edilən maddi hüquq normalarını işin halları əlaqələndirərək məhkəmə qeyd edir ki, Cavabdeh Təvəkkül oğlu qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək öz iradəsi əsasında X3 300 ABŞ dolları almaqla həmin daşınmaz əmlakı onun xeyrinə özgəninlikəşdirmiş, bunu məhkəmənin qətnaməsi ilə rəsmiləşdirmiş və bununla da Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinə mülkiyyət, eyni zamanda onun təşkil edən sahiblik, istifadə və sərəncam hüquqlarına xitam verilmişdi. Babək Rayon Məhkəməsinin 2-162/2002 nömrəli, 13 may 2002-ci il tarixli qətnaməsinin qəbul edilməsindən bir ay sonra qüvvəyə minməsini nəzərə alsaq, X4 Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinə sahiblik və istifadə hüququ 14 iyun 2002-ci ildə yaranmışdı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəlinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır İşin mübahisəsiz hallarından isə aydın olur ki, Cavabdeh Təvəkkül oğlu ilə X5 arasında bağlanmış nikahın pozulması barədə 27 may 2002-ci ildə akt qeydi aparılıb. Yəni X1 rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edən zaman o, Cavabdeh Təvəkkül oğlu ilə ailə münasibətlərində deyildi. Yəni onun daşınmaz əmlaka olan mülkiyyət hüququna xitam verilməsindən sonra yaşayış sahəsinə ailə münasibətlərindən irəli gələn istifadə hüququnun olmasından söhbət gedə bilməz. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən isə Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evinin hazırda iddiaçının xüsusi mülkiyyətində olması və daşınmaz əmlak üzərində hər hansı yüklülüyün olmaması müəyyən edilir. Bu qeyd edilənlər isə onu deməyə imkan verir ki, cavabdehin Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 hektar torpaq sahəsi və ümumi sahəsi 21.84 kvadrat metr olan fərdi yaşayış evindən istifadə etmək hüququnun mövcud olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin tələbinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (2.1 və 4.1-ci maddələr) Mübahisənin araşdırılmış halların nəticə olaraq məhkəmə belə hesab edir ki, Cavabdeh Təvəkkül oğlunun Babək rayonu, Badaşqan kəndində yerləşən 0.146 kvadrat metr torpaq sahəsi və onun üzərində olan 21.84 kvadrat metr 1 otaqlı fərdi yaşayış evindən yaşayış və istifadə hüququnun olması öz təsdiqi tapmadığından, mövcud olmayan hüququn itirilmiş hesab edilməsinə dair iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddia rədd edilməli; - İddiaçı Cavabdeh Təvəkkül oğluna qarşı yaşayış binasının tərkib hissəsində yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Həmin Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia rədd edilsin. İddiaçı Cavabdeh Təvəkkül oğluna qarşı yaşayış binasının tərkib hissəsində yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-33/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-33/2022
08.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver