Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-335/2023 01.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı 16 may 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1800 (bir min səkkiz yüz) manat borcun, hüquqi yardıma görə ödədiyi 200 (iki yüz) manatın, 20 (iyirmi) manat marka pulunun və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Culfa rayonu, Saltaq kəndində yaşayıram. Özüm də xırdabuynuzlu heyvan saxlamaqla məşğul olub ailəmi dolandırıram. 01 noyabr 2021-ci il tarixdə əslən Babək rayonu, Nehrəm qəsəbəsindən olan və Culfa rayonu, Saltaq kəndində çobançılıq edən Cavabdeh məndən hər birinin qiyməti 100 manat olmaqla 46 baş keçi aldı. Qarşılıqlı razılığa əsasən cavabdeh mənə 1000 manat ödədi. Qalan 3600 manat borcunu isə 10 avqust 2022-ci il tarixə kimi ödəyəcəyinə söz vermişdi. Razılaşdığımız vaxt tamam olduğundan və Cavabdeh borcunu qaytarmadığından mən məcbur qalıb 2022-ci ilin sentyabr ayında Culfa rayon polis şöbəsinə Cavabdeh şikayət etdim. O, polis şöbəsinə çağrıldı, orada mənə borclu olduğunu etiraf etdi və ilin axırma kimi qaytaracağına söz versə də həmin ilin dekabr ayının axırlarına kimi borcundan 1800 manat ödədi. Qalan 1800 manat borcu isə ödəmir. Mən dəfələrlə pulumu Cavabdeh istəməyimə baxmayaraq müxtəlif bahənələr gətirərək borclu olduğu 1800 manat pulu qaytarmır. Məhkəməyə müraciət etməmişdən əvvəl mən ona pretenziya ərizəsi göndərərək borcunu ödəməsini, əgər ödəməsə məhkəməyə müraciət edəcəyimi, buna görə çəkcəyim bütün xərcləri ondan tələb edəcəyimi bildirməyimə baxmayaraq, o, mənim ərizəmə məhəl qoymayaraq borcunu qaytarmağı düşünmür. Bu səbəbdən də mən cavabdehdən borclu olduğu 1800 manat pulu, ödədiyi 38 manat dövlət rüsumunu, hüququi yardımın göstərilməsi haqqında 04/267 saylı müqavilə əsasında Kapital Banka 01 may 2023-cü il tarixdə 9719 nömrəli qəbzlə ******************** nömrəli hesaba ödədiyim 200 manatı və 01 may 2023-cü il tarixdə 7690 nömrəli qəbzlə Kapital Bankda olan ******************** nömrəli hesaba ödədiyim 20 manat pulun alınıb mənə verilməsini istəyirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı “31” iyul 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsində Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, cavabdehin hazırda iddia tələbində qeyd etdiyi ona qarşı olan borcunu tam şəkildə ödədiyini, bu səbəbdən də iddia tələbindən imtina etməklə iş üzrə icraata xitam verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçının tələbindən imtina etməsi barədə ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə “16” may 2023-cü il tarixli, 15324 nömrəli (GPP nömrəsi **********) qəbzlə ödədiyi 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə tərəflərə həmçinin izah edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə “16” may 2023-cü il tarixli, 15324 nömrəli (GPP nömrəsi **********) qəbzlə ödədiyi 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə həmçinin izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-335/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-335/2023
01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver