Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-339/2021 03.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 25 iyun 2021-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 15918.6 (on beş min doqquz yüz on səkkiz manat, altmış qəpik) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, çox yaxın münasibətlərimiz olan Cavabdeh Nizami oğlu 2020-ci ilin fevral ayında “Cahan” Ticarət Mərkəzində işlətdiyi mağazada ona pul lazım olduğunu bildirdi və məndən xahiş etdi ki, bankdan kredit pul götürüb ona verim. Mən yaxın münasibətlərimiz olduğundan ona inanıb, hazırda özümün Naxçıvan Banka kredit borcum olduğunu bildirib, həmin borcu qaytardıqdan sonra ona kredit götürüb verə biləcəyimi dedim. Naxçıvan Banka olan 4080 (dörd min səksən) manat borcumu mart ayının ortaları bağlayıb, yenidən kredit götürmək üçün lazım olan sənədləri banka təqdim etdim. Həmin vaxt mənə Rüfətin dostunun atası kredit götürmək üçün zamin durdu. 31 mart 2020-ci ildə Naxçıvan Bankdan illik 17 faizlə, 3 il müddətinə 19000 (on doqquz min) manat kredit pul götürdüm. Mən, Rüfət və hər ikimizin ortaq tanışımız olan Babək rayonu, Sirab kənd sakini X2 ilə birlikdə Naxçıvan şəhərində yerləşən “İpək yolu” restoranının həyətində oturub, kredit götürdüyüm pulun 13580 (on üç min beş yüz səksən) manatını Rüfətə banka ödəmək şərtilə borc verdim. Rüfət borc verdiyim pulun 4 ay faizini mənimlə birlikdə aparıb banka ödədi. Dörd aydan sonra mən anamın xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərinə getdim. Orada olduğum müddətdə avqust ayında telefonuma sms gəldi ki, banka olan faiz borcu ödənilmədiyindən əlavə faiz hesablanıb. Mən Rüfətə gün ərzində bir neçə dəfə zəng edəndən sonra o, telefonu açdı. Yaranmış vəziyyəti ona bildirdm və sabah pulu aparıb ödəyəcəyini dedi. Ona arxayın olduğum üçün daha zəng etmədim. Lakin təqaüdümü alanda mənə məlum oldu ki, həmin təqaüdümdən Rüfət aparıb faizi ödəmədiyi üçün pul tutulub. Cavabdeh 3-4 ay telefonlarımı açmadı. Bakıdan qayıdandan sonra onunla görüşdüm kreditin aylıq faizlərini ödəmədiyinə görə hər ay mənim təqaüdümdən pul tutulduğunu bildirib, niyə ondan verdiyi vədinə əməl etmədiyini soruşdum. O, isə həmin vaxt imkanı olmadığına görə öədyə bilmədiyini bildirdi. Bu günə kimi bir manat da olsa belə borcunu qaytarmaq istəmir. Mənim 2020-ci ilin avqustundan indiyə kimi hər ay təqaüdümdən 668 (altı yüz altmış səkkiz) manat pul tutulur. Bir sözlə Rüfət mənim bankdan kredit götürüb ona borc verdiyim pulu qaytarmaq istəmir. Mən ondan borclu olduğu pulu ala bilmədiyim üçün məcburiyyət qarşısında qaldığımdan məhkəmədə iddia qaldırıram. Mülki iş üzrə 03 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh oğluna qarşı 15918 (on beş min doqquz yüz on səkkiz) manat məbləğində pul tələbinə dair iddia qaldırdığını, hazırda həmin məbləği azaldaraq cavabdehdən 12815 (on iki min səkkiz yüz on beş) manat borcun alınıb ona verilməsini tələb etdiyini və işə həmin həcmində baxılmasını xahiş etmişdir. Məhkəmənin 03 avqust 202-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi qəbul edilmiş və iddia tələbinin həcmi azaldılmışdı. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etdiyini, cavabdehin əvvəllər ərzaq mağazası işlətdiyini, ondan alver etdiyindən aralarında yaxın münasibət yarandığını, bir gün Rüfətin ona pul lazım olduğunu dediyini və bankdan öz adına kredit götürüb ona verməsini xahiş etdiyini, özünün isə həmin vaxt cavabdehə banka 4080 manat kredit borcu olduğunu bildirdiyini, bunu verdikdən sonra ona kredit götürə biləcəyini qeyd etdiyini, daha sonra Naxçıvan Bankdan illik 17 faizlə 3 il müddətinə 19000 manat məbləğində kredit götürdüyünü, həmin kredit məbləği üçün isə 5386 manat faiz hesablandığını, ümumilikdə isə banka 24386 manat pul qaytarılmalı olduğunu, bankdan götürdüyü pulun 4080 manatını özünə götürüb qalan pulu cavabdehə verdiyini, həmin pulu isə özünün əvvəllər banka olan borcunu bağlamaq üçün Rüfətdən aldığını, bundan sonra isə cavabdehin dörd ay onunla birlikdə banka gedərək kredit borcunu verdiyini, lakin sonradan onun borcunu ödəmədiyini, bu səbəbdən də hər ay özünün pensiya kartından 678 manat pul tutulduğunu, Rüfətə dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət etsə də bunun bir nəticə vermədiyini qeyd edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh oğlu isə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, həqiqətən də iddiaçı ilə yaxın münasibətinin olduğunu, bankdan pul götürüb ona verməsini Cahangirdən xahiş etdiyini, onun Naxçıvan Bandan öz adına 19000 manat kredit götürdüyünü, həmin puldan 4080 manat bir, 500 manat da bir iddiaçıya verdiyini, kredit borcunun ilk 7 ayını özünün ödədiyini, qalan müddətdə isə onu iddiaçının ödədiyini, əvvəllər Cahangirin Naxçıvanda olan mağazadan paltar aldığı üçün ora 305 manat borcu olduğunu, həmin pulu özünün verdiyini, 170 manat isə iddiaçının əvəzindən onun X5 borcunu ödədiyini, Cahangir Bakı şəhərində olanda ona zəng edərək pul lazım olduğunu və ona pul göndərilməsini xahiş etdiyini, bu səbəbdən də ona 200 manat pul, həmçinin 200 manat dəyərində paltar alıb ona göndərdiyini, bundan əlavə Cahangir ona məxsus olan ərzaq mağazasında nisyə mal götürdüyünü və ona 1100 manat borcu yarandığını, əlavə olaraq iddiaçıya 270 manat pul da verdiyini, bütün bunları ümumi kredit və ona hesablanmış faiz borcundan çıxdıqda özünün iddiaçıya 12815 manat məbləğində borcu olduğunu, bunu inkar etmədiyini, sadəcə olaraq maddi imkanı yaxşı olmadığından onun borcunu qaytara bilmədiyini qeyd edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflər arasında əvvəllər yaxın münasibətlərin olması, bu münasibət nəticəsində iddiaçının 31 mart 2020-ci ildə X6 Səhmdar Cəmiyyətindən illik 17 faizlə, 36 ay müddətinə 19000 (on doqquz min) manat məbləğində kredit götürməsi, həmin kredit məbləğinin 4580 manat hissəsinin iddiaçıya, qalan hissəsinin isə cavabdehə verilməsi, hazırda Cavabdeh İddiaçı 12815 (on iki min səkkiz yüz on beş) manat məbləğində borcu olmasını etiraf etməsi işin mübahisəsiz hallarıdır. İddia tələbinin hüquqi həlli ilə bağlı məhkəmə bildirir ki, dəyişdirilmiş iddia tələbindən İddiaçı Cavabdeh əvvəlcə 15918.6 (on beş min doqquz yüz on səkkiz manat, altmış qəpik) manat pul tələb etməsi, hazırda isə cavabdehdən 12815 (on iki min səkkiz yüz on beş) manat məbləğində borcun ona geri qaytarılmasını tələb etməsi müəyyən olunur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və mülki iş materiallarına əlavə edilmiş 03 avqust 2021-ci il tarixli ərizədən və eyni zamanda məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, o, iddia tələbini qəbul edir. Cavabdehin iddia tələbini etiraf etməsi ilə əlaqədar olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqedən yola çıxaraq məhkəmə qeyd edir ki, cavabdeh ona qarşı yönəlmiş iddia tələbinin etiraf edilməsinin əsası kimi iddiaçının bankdan götürdüyü kredit məbləğinin 4080 manat bir, 500 manat da bir onun özünə verdiyini, kredit borcunun ilk 7 ayını özünün ödədiyini, qalan müddətdə isə onu iddiaçının ödədiyini, əvvəllər Cahangirin Naxçıvanda olan mağazadan paltar aldığı üçün ora 305 manat borcu olduğunu, həmin pulu özünün verdiyini, 170 manat isə iddiaçının əvəzindən onun X5 borcunu ödədiyini, Cahangir Bakı şəhərində olanda ona zəng edərək pul lazım olduğunu və ona pul göndərilməsini xahiş etdiyini, bu səbəbdən də ona 200 manat pul, həmçinin 200 manat dəyərində paltar alıb ona göndərdiyini, bundan əlavə Cahangir ona məxsus olan ərzaq mağazasında nisyə mal götürdüyünü və ona 1100 manat borcu yarandığını, əlavə olaraq iddiaçıya 270 manat pul da verdiyini qeyd etmiş, İddiaçı isə onun qeyd etdiklərini təsdiq etmişdi. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın etiraf edilməsi barədə cavabdeh tərəfin ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, iddianın cavabdeh tərəfdən etiraf olunmasının qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Bu səbəbdən də, Cavabdeh oğlu tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsində qeyd olunur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini etiraf etdyindən İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Cavabdeh oğlundan 12815 (on iki min səkkiz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Cavabdeh oğlundan 12815 (on iki min səkkiz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh oğlundan 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №2(079)-339/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-339/2021
03.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver