Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-384/2022 06.09.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı vəkil-nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 27 iyul 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 37000 (otuz yeddi min) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 201 (iki yüz bir) manat məbləğində məhkəmə xərcinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 2018-ci ildən Babək rayonu, Gülşənabad kəndində Cavabdeh məxsus olmuş “Körpü” adlanan yeməkxanada onunla birlikdə çalışmışam. Həmin dövrdə ona borc olaraq ayrıayrı vaxtlarda 37000 (otuz yeddi min) manat borc vermişəm. O, həmin pulları borclu olduğu şəxslərin borcunu ödəməyə və yeməkxananın tikintisinə sərf etmiş və pulları almasını öz imzası ilə təsdiq etmişdir. Həmin qəbzin surəti məndə, əsli isə Məhərrəmin özündə saxlanılır. Həmçinin o, mənə bildirmişdir ki, həyat yoldaşı X1 qarşı pul tələbi ilə bağlı Babək Rayon Məhkəməsində iddia qaldırmış, mənə borclu olduğu 37000 (otuz yeddi min) manatın yarısının keçmiş həyat yoldaşından alınıb ona verilməsini tələb etmişdir. Məhərrəm borcunu etiraf etsə də, həmin pulları qaytarmaqdan imtina edir. İddiaçı vəkil-nümayəndəsi Vəkil məhkəmədə verdiyi izahatında hüquqlarını müdafiə etdiyi, həmçinin məhkəmədə təmsil etdiyi iddiaçının ona bildirməsinə görə Babək rayonu, Gülşənabad kəndində “Körpü” adlanan yerdə yerləşən cavabdehə məxsus yeməkxananı birlikdə işlətdiklərini, onların həmin yeməkxananı nə qədər birlikdə işlətdiklərini dəqiq deyə bilməyəcəyini, iddiaçının bildirdiyinə görə onun cavabdehin yanında qızları ilə birlikdə qab yuyan işlədiyini, müxtəlif vaxtlarda verdiyi borcun 37000 manat təşkil etdiyini, onun bildirdiyinə görə Məhərrəmə verdiyi borcun 37000 manatdan çox olduğunu, lakin hazırda borcun qalan miqdarını istədiyini, iddiaçının hazırda Türkiyə Respublikasında yaşadığını, onun türk vətəndaşı ilə evli olduğunu, iddiaçının bildirdiyinə görə onun verdiyi pulları Məhərrəmin həm yeməkxananın tikintisi, həm də borcların verilməsi üçün aldığını, hazırda birlikdə işləmədiklərini, onun cavabdehdən borcunu istəməsinə baxmayaraq, Məhərrəmin öhdəliyini icra etmədiyini qeyd edərək, yekunda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Babək rayonu, Gülşənabad kəndində “Körpü”adlanan yerdə həm yeməkxana işlətdiyini, həm də balıqçılıq və arıçılıq təsərrüfatları ilə məşğul olduğunu, 1988-ci ildən yeməkxananı işlətdiyini, 2015-ci ilədək orada vaqondan ibarət otaqlar olsa da, həmin ildən başlayaraq orada otaqlar tikməyə başladığını, 2016-cı ilin fevral ayının 10-dan başlayaraq Babək rayonu, Cəhri qəsəbə sakini Sənan adlı şəxslə yeməkxananı birlikdə işlətdiyini, daha sonra kənddə yenidən qurma işləri aparıldığından Sənanın yeməkxananın sökülə biləcəyindən qorxduğunu ona bildirdiyini, bu səbəbdən də ortaqlıqlarının pozulduğunu, iddiaçının 2018-ci ilin mart-aprel aylarından onun yanında xadimə işləməyə başladığını, onun ərinin Türkiyə Respublikası vətəndaşı olduğundan imkanının yaxşı olduğunu, özünün iddiaçıdan 10000 manat alıb Sənana olan borcunu verdiyini, oğlu Əmraslanın həmin vaxt onlarla birlikdə işlədiyini, restorana lazım olan ehtiyacları onun maşınla gedib aldığını, Əmiraslanın maşınına təkər almaq üçün iddiaçıdan 470 manat borc aldığını, Xeyrulla adlı şəxsin isə oğlu Əmraslana 800 manat borc verdiyini, oğlunun Xeyrulladan aldığı pulla restorana mal aldığını, özünün iddiaçıdan aldığı pulla oğlunun Xeyrullaya olan borcunu verdiyini, restorana soyuducunun lazım olduğunu, iddiaçının əri ilə Türkiyə Respublikasına gedib-gəldiyini, iddiaçıdan restorana soyuducu almasını xahiş etdiyini, Rəfiqənin də ona biri böyük, biri isə dərin dondurucu olmaqla 2 ədəd soyuducu aldığını, bunun üçün ona 2000 manat borcu yarandığını, yeməkxananın həyətində bulaq olduğunu, oranı düzəltdirmək üçün də iddiaçıdan 5000 manat aldığını, həmin pulla ora torpaq gətirtdirib orada abadlaşma işləri apardığını, yeməkxananın həyətində stol qoyulan yerləri düzəltmək üçün ora daş döşmək lazım olduğunu, iddiaçıdan 3000 manat alıb bunu etdiyini, özü balıqçılıq təsərrüfatı ilə məşğul olduğundan Kəngərli rayonu, Qarabağlar kəndindən balıq aldığını, balıq saxlanacaq yeri təmizlətdikdən sonra balıq sifariş etdiyini və iddiaçıdan 1500 manat alıb balıqların pulunu verdiyini, özünün bağçılıqla da məşğul olduğunu, bağın yeməkxanadan təqribən 300-500 metr aralıda yerləşdiyini, Savalandan 15000 manat pul aldığını, həmin pulun bir qismi ilə bağ saldığını, bir qismini yeməkxanaya xərclədiyini, iddiaçıdan 15000 manat alıb Savalana verdiyini, iddiaçıdan aldığı pullardan son zamanlar 600-700 manat qaytardığını, iddiaçının özünə Sənanın borcunu qaytadıqdan sonra onun borcundan ayda 300-400 manat qaytaracağını bildirdiyini, ancaq işlərinin alınmaması səbəbindən qaytara bilmədiyini bildirərək yekunda iddianın təmin edilməsinə etirazının olmadığını qeyd etmişdi. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxslərin izahatını dinləyən məhkəmə müəyyən edir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olması, onun Babək rayonu, Gülşənabad kəndində yerləşən yeməkxananı işlətməsi, bir müddət İddiaçı da onunla birlikdə işləməsi, iddiaçının cavabdehə müxtəlif vaxtlarda borc pul verməsi və Cavabdeh hazırda iddiaçıya 37000 (otuz yeddi min) məbləğində borcunun olması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması aşağıdakılarla öz təsdiqini tapır: -"Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Gülşənabad kəndində yeməkxana və kafeterilərin fəaliyyəti ilə məşğul olması; - iddia tələbindən işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan İddiaçı Cavabdeh yanında işləməsi, iddiaçının cavabdehə müxtəlif vaxtlarda borc pul verməsi; - Cavabdeh 22 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi ərizədən və onun məhkəmədə verdiyi izahatdan cavabdehin İddiaçı müxtəlif vaxtlarda 37670 manat borc alması və hal-hazırda İddiaçı 37000 manat borcunun olmasını etiraf etməsi aydın olur. İddiaçının tələbi isə özünün cavabdehə müxtəlif vaxtlarda verdiyi 37000 (otuz yeddi min) manat pulun ondan alınmasıdır. İddiaçının tələbini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, o əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin bu nəticəyə gəlməsinə əsas isə Cavabdeh iddia tələbini etiraf etməsidir. Məhkəmə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddianın etiraf edilməsi barədə ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi 37000 (otuz yeddi min) manat məbləğində borcun cavabdeh tərəfindən etiraf edilməsinin qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Bu səbəbdən də, Cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tələb olunan borc miqdarı etiraf olunduğundan İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 201 (iki yüz bir) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 37000 (otuz yeddi min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 130 (bir yüz otuz) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 37000 (otuz yeddi min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 201 (iki yüz bir) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-384/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-384/2022
06.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver