Məhkəmə qərarları › İş №2(079)-398/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-398/2023

11.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-398/2023 11.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkil-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 20 iyun 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3100 (üç min yüz) manat borc pulun və 51 (əlli bir) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, həmkəndlim Cavabdeh ev almaq istədiyini bildirdiyinə görə 2023-cü ilin yanvar ayından başlayaraq müəyyən vaxtlarda yaxın münasibətlərimiz olduğuna görə borc pul vermişəm. Birinci dəfə həmkəndlim X1 vasitəsilə 4800 (dörd min səkkiz yüz) manat nağd şəkildə əldən, ondan sonrakı vaxtlarda isə onun mənə mobil telefonda votsapp vasitəsilə göndərdiyi kart hesablarına mlO ödəmə terminalı vasitəsilə 17100 (on yeddi min bir yüz) manat pul göndərdim. Rasim isə qısa müddət ərzində mənə olan borcunu bankdan kredit çəkib göndərəcəyini bildirdi. Lakin onun borcu qaytarması barədə mənə söz verdiyi vaxtdan artıq 4 aydan artıq müddət keçir, lakin Rasim mənə olan borcunu qaytarmaq istəmir. Hətta belə bildirir ki, mənə heç kim bu barədə nəsə deyə bilməz, get nə bilirsən elə. Hörmətli hakim! Mən özüm usta işləyirəm, ev təmir edib, o pulu əlimin zəhməti, alnımın təri ilə qazanmışam, o pula çox ehtiyacım var. Rasim isə artıq birmənalı olaraq mənə olan borcunu qaytarmaq istəmir. Hətta telefon zənglərimə belə cavab vermir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməli, tələb etdiyim 21 900 (iyirmi bir min doqquz yüz) manat borc məbləğinin və iş üzrə ödəmiş olduğum 155.70 manat dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qeyd edirəm ki, mən həmin borcun 4800 manatını Babək rayon Cəhri qəsəbə sakini Şahid4 vasitəsilə verdiyimdən onun da məhkəmədə şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət olumasmı istəyirəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Rasimlə qonşu, həm də kirvə olduqlarını, cavabdehin ona zəng edib Həzi Aslanovda ev alacağını, pula ehtiyacı olduğunu bildirib dostu Fərəməz vasitəsilə ona 4800 manat pul göndərməyini xahiş etdiyini, cavabdehin onda pul olduğunu bilmədiyini, amma “sənin tanıdığın çoxdur, tapa bilərsən” dediyini, ilk vaxtar pulu vermək istəməsə də cavabdeh təkid etdiyindən pulu göndərəcəyini bildirdiyini, 4800 manat pulu Şahid4 vasitəsilə göndərdiyini, Fərəməzin Rasimin dostu olduğunu, onu qabaqcadan həmkəndli kimi tanıdığını, pulu ona 2022-ci ilin oktyabr ayında verdiyini, pulu almaq üçün illk öncə Fərəməzin evinə gəldiyini, həmin vaxt verməkdən imtina etdiyini, daha sonra cavabdehin xahişi üzərinə pulu ona 1 gün sonra manat şəklində Cahan AVM-in qabağında verdiyini, usta olduğundan həmin vaxt Cahan AVM-dən tikinti materialı aldığını, Fərəməzin pulu oradan Rasimə göndərdiyini, Rasimin axşam 5 radələrində zəng edib pulun çatdığını bildirdiyini, 2023-cü ilin yanvar ayının 1-i ona zəng edib pulu qaytarmasını xahiş etdiyini, həmin vaxt Rasimin yenə pul istədiyini və kredit çəkib borcun hamısını bir yerdə ödəyəcəyini bildirdiyini, 1800 manat göndər, kredit çəkib hesabımı bağladıqdan sonra pulu göndərim” dediyini, 550, 450, 700, 700, 1600, 1300, 1800, 330, 140, 90, 50, 2 dəfə isə 600 manat və xatırlamadığı bir neçə dəfə ərzində pulları göndərdiyini, verdiyi bütün məbləğlərin 4800 manatdan başqa hamısının qəbzlərdə öz əksini tapdığını, 15 gün ərzində ona bu qədər pulu göndərdiyini, həmin pulun bir qisminin ona valideynlərindən qaldığını, bir qismini isə özünün işləyərək yığıldığını, qızının ayağında problemin olduğunu, onu əməliyyata aparacağını, cavabdehin “pulu mənə göndər, mən sənə göndərəcəyəm” dediyini, özünün də uşağı əməliyyata aparacağını, pulun qaytarılmasını tələb etdiyini, hər dəfə kredit çəkib göndərəcəyi bəhanəsi ilə pulu ödəməkdən yayındığını, daha sonra 2 ədəd prius, 1ədəd ekskovator aldığını bildirdiyini, səs yazılarının bununla bağlı olduğunu, özünün ona güvənib pulu verdiyini, Ziya Fərzəliyevin, İlham Ağayevin, X4 iş yoldaşları olduğunu, bolkartın kimə məxsus olduğunu isə bilmədiyini, orada olan hesaba pulu köçürdüyünü, vatsap vasitəsilə həmin kart hesablarının ona göndərildiyini, Rasimin öz kartına da köçürmə etdiyini, özünün köçürmələri edəndə Rasimin sərhəd xidmətində işlədiyini, hazırda da orada işlədiyini, özünün kart sahibləri ilə birbaşa danışmadığını, sadəcə cavabdehin kart sahiblərinin bankda pulu gözləməsi ilə bağlı onlarla olan yazışmalarının görüntülərini atdığını, Behbudov Elşənin cavabdehlə olan yazışmasını iddia ərizəsinə əlavə etdiyini, göndərilən pul məbləğlərinin əldə yazıldığı qeydi cavabdehə vatsapla özünün may ayı göndərdiyini, ona bu qədər pul göndəribsən, bu cür də qaytaracağam dediyini, cavabdehin isə buna qarşı etiraz etmədiyini, bütün bunların vatsp skrinşotlarında öz əksini tapdığını bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi Vəkil izahatında şahid ifadələri, tərəflər arasında keçən yazışmalar, yazılı sübut kimi qəbzlərlə iddianın tam sübuta yetirildiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahid3 məhkəmə iclasında verdiyi izahatında Kəramatlə uzun müddətdir dostluq əlaqələrinin olduğunu, Kəramətin onun evində usta işlədiyini, aldığı pulları “yaxın dostum var, müalicə üçün göndərirəm” deyə bir şəxsə göndərdiyini gördüyünü, kimə göndərdiyini soruşduqda “dostumun uşaqları xəstədir, onlara pulları çatmır, yardım edirəm” dediyini, daha sonra həmin adamla danışıqlarını eşitdiyini, Kəramət məndə pul yoxdur dedikdə həmin şəxs “kimin yanında işləyirsənsə ondan al göndər, məni bu vəziyyədən qurtar, pis vəziyyətdəyəm” dediyini, özünün Kəramətə həmin adamdan şübhələndiyi barədə xəbərdarlıq etdiyini, hər dəfə 800 manat, 700 manat, 1500 manat pul göndərdiyini, bankamatdan ona pul göndərdiyinin şahidi olduğunu, daha sonra Kəramət bu haqqhesabın üstünün açıldığını və buna görə ailəsindən ayrılmaq həddinə gəlib çatdığını ona bildirdiyini, özünün Kəramətlə yaxın olduğu üçün vatsap mesajlarını ona göstərdiyini, cavabdehin Kəramətin ailəsini belə təhqir etdiyini, bir dəfə Kəramətə zəng edərək pul istədiyini, Kəramətin də pulunun olmadığını bildirdiyini, özünün Kəramətdən harada işlədiyini soruşduqda Kəramətin onun yanında işlədiyini bildirdiyini, cavabdehin telefonu alıb onunla danışdığını, Kəramətin pulundan ona verməyini xahiş etdiyini, özünün də pulu Kəramətə verdiyini və həmin adamın yalançı olması barədə ona xəbərdalıq etdiyini, çünki neçə dəfə onu aldatdığının şahidi olduğunu, verdiyi 350 manat pulla bağlı Kəramətə “mən Rasimi tanımıram, pulu sənə verirəm istəyirsən göndər, istəyirsənsə yox, lakin o fırıldaqçı adama oxşayır” dediyini, 2022-ci ilin fevral ayında Nəzərabad kəndində evini təmir etdirdiyini, Kəramətin orada döşəməyə taxta və divar kağızı vurduğunu, Kəramətin aprel ayınadək onlarda işlədiyini, Kəramətin həftədə bir gün onun evində işlədiyini, Kəramətin pulunu işi bitib qurtardıqdan hərdən 300 manat olmaqla hissə-hissə pul verdiyini, Kəramətin Rasimlə işləyə-işləyə mikrofonla danışdığını, ona “bu pulu verməsən, əvvəlkini də verməyəcəyəm, kreditə 1800 manat borc var onu bağlayaq, yeni kredit götürüb sənin pulunu ödəyəcəyəm” dediyini, X3rşısındakı aparatdan 1700 manat, Yaz Marketin qarşısındakı aparatdan 750 manat pul göndərməsinə şahidlik etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında Kəramətin təxminən 7 ay bundan əvvəl axşam vaxtı ona zəng edərək aparat vasitəsilə pul köçürə bilmədiyi üçün karta pul atmağa kömək etməyi xahiş etdiyini, gəlib onu evdən götürdüyünü və Cəhri qəsəbə Xidmət Mərkəzinin qarşısındakı aparatdan təxminən 500 manatdan çox pul göndərdiklərini, qəbzi götürüb Kəramətə verdiyini, qarşı tərəfin bank kartının 14 rəqəmli şifrəsi vasitəsilə köçürmə etdiklərini, birinci dəfə LeoBank kartına köçürmə etdiklərini, həmin vaxt Kəramətin pulu Cavabdeh adlı həmkəndlisinə göndərdiyini ona dediyini, ikinci dəfə isə birincidən 2-3 gün sonra Limon Marketin yanından birincidən az vəsaiti Kapital Banka aid hesab kartının 114 rəqəmini yazaraq pulu bankomata daxil edib köçürdüyünü, pulu bankomata Kəramətin özünün daxil etdiyini, hər iki məbləğin tam yadında qalmadığını, cəmi 2 dəfə pul köçürülməsinə yardım etdiyini, ikinci dəfə də Kəramətin yenə pulu Cavabdeh göndərdiyini dediyini, hər ikisində də qəbz götürdüklərini, telefonda olan Cavabdeh Kəramətə qəbzin şəklini çəkib atmasını tələb etdiyini, Kəramətin özünün də qəbzin şəklini çəkib atdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya hər iki tərəfin iradə ifadəsinin əks olunduğu etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddia ərizəsinə əlavə olunmuş qəbzlərdən Milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə 540 manat, xx.xx.2023 1600 manat, xx.xx.2023cü il tarixdə 870 manat Naxçıvan şəhəri, İ.Səfərli küçəsi Limon marketdən, xx.xx.2023-cü il tarixdə 500 manatın ünvan 1 ünvanından, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 400 manat, 450 manat, 1000 manat, 600 manatın Cəhri qəsəbə ərzaq mağazasından, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə ardıcıl olaraq 500 manat, 1000 manat, 200 manat, 500 manat, 740 manat, 600 manat, 1300 manat, 600 manat, 1300 manat, 140 manat, 550 manat, 90 manat, 330 manatın ünvan 1 ünvanından, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə ünvan 2 AVM-dən 700 və 340 manatın, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri, H.Əliyev pr, Sizin marketdən 1000 manat, 1200 manat məbləğində olmaqla cəmi 17050 manat pul vəsaitinin müxtəlif kredit təşkilatlarına aid hesabların məxsus olduğu şəxslərə köçürüldüyü müəyyən olunur. İddia ərizəsinə Cavabdeh və digər şəxslər Ziya Fərzəliyev, İlham Ağayev, Elşən Behbudova aid olan hesab kartlarının fotoşəkilləri əlavə olunmuş, iddiaçı sözügedən ödəmələri həmin kartlara etdiyini bildirmiş, həmin kartların fotoşəkillərinin cavabdeh tərəfindən vatsap tətbiqi vasitəsilə ona göndərildiyinə istinad etmiş, sözügedən hal isə iddia ərizəsinə əlavə olunmuş “Rasim qonşu” və “Behbudov Elsen” adlı şəxslərlə iddiaçı arasında olan vatsap sosial şəbəkəsi vasitəsilə aparılmış danışıqlarla da öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəməyə skrinşotlar şəklində təqdim olunmuş tərəflər arasında “vatsap” danışıq proqramından çıxarılmış səs yazıları və mətn mesajları vasitəsilə tam sübuta yetirilmişdir. Belə ki, iddiaçı 28 iyul 2023-cü il tarixdə cavabdehə göndərdiyi mətn mesajında “mənim səndə 21900 manat pulum var” yazmış, cavabdeh isə buna cavab olaraq “pul veriləcək” “avqust ayı gəlirəm, atamın yanında pulunu sayıb verəcəyəm” yazmış, bir neçə dəfə iddiaçı ona 21900 manat borcu olmasını qeyd etsə də cavabdeh həmin məbləğə etiraz etməmiş, borcu olduğunu qəbul etmiş, tərəflər arasında pulun nə vaxt və necə qaytarılacağı müzakirə edilmişdir. Sözügedən səs yazıları və mətn mesajları məhkəmə iclasında tədqiq olunmuş, həmin yazışmaların tərəflər arasında keçdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi məqsədəuyğun hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki-Prosessual Məcəllənin 76.3cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən iddiaçının izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirərək iddiaçının tələbini əsaslandırdığı halların mövcud olduğunu sübut edən vasitə hesab etmişdir. Məhkəmə araşdırması gedişində MPM-in 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq məqsədilə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə yazılı şəkildə (müvafiq bildiriş göndərməklə) onları xəbərdar etmiş, onların prosessual hüquqlarının həyata keçirilməsinə lazımi kömək göstərmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən məhkəməyə etiraz və etirazının əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Halbuki iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür, məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar. Həmçinin iş üzrə hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Yeni prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Beləliklə məhkəmə araşdırması nəticəsində yazılı sübutlar, şahid ifadələri, tərəflər arasında keçən səs yazıları və mətn mesajları vasitəsilə İddiaçı 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdehin heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 156 (bir yüz əlli altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 156 (bir yüz əlli altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar