Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-4/2021 25.01.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh cehiz əşyaları, paltarları, qızılları və yaxud dəyəri olan 9185 (doqquz min yüz səksən beş) manat pulun, məzun albomu, fotoşəkilləri, qədim gecə lampanın, 2 ədəd qədim stol örtüyü, birgə nikah dövründə aldıqları qiyməti 11990 (on bir min doqquz yüz doxsan) manat təşkil edən əmlakın naturada yarısının və yaxud qiymətinin yarısı olan 5995 (beş min doqquz yüz doxsan beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə İddiaçı Cavabdeh cehiz əşyalarının, paltarlarının, qızıllarının və yaxud onların dəyəri olan 6085 (altı min səksən beş) manat pulun, məzun albomunun, fotoşəkillərinin, birgə nikah dövründə aldıqları qiyməti 11990 (on bir min doqquz yüz doğsan) manat təşkil edən əmlakın naturada yarısının və yaxud qiymətinin yarısı olan 5995 (beş min doqquz yüz doxsan beş) manat pulun alınaraq ona ödənilməsi tələbi çərçivəsində baxılmışdır. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Cavabdeh ilə 2007-ci ilin mart ayında rəsmi olaraq nikaha daxil olmaqla evləniblər, evləndikdən sonra o cavabdehin anası Nümayəndə2 Fərzalı qızının Babək rayon Nehrəm qəsəbəsində yerləşən evinə gəlin köçmüş və cehizlərini də həmin qəsəbədə olan evə aparıbdır. 2008-ci ildə birinci övladları Nurəli doğulub, 2009-cu ilin oktyabr ayında onlar Bakı şəhərinə köçüblər, Bakı şəhərinə köçən zaman cehiz əşyalarını özü ilə aparıblar. Babək Rayon Məhkəməsində iddia qaldırdıqdan sonra cavabdeh cehiz əşyalarının bir qismini qaytarıb, lakin toyda və toydan əvvəl ona hədiyyə olaraq alınan əyarı 585, qiyməti 2500 (iki min beş yüz ) manat olan brilliant üzük-sırğa dəsti, qiyməti 850 (səkkiz yüz əlli) manat olan brilliant qaşlı bilərzik, 2006-cı ildə toydan qabaq Qurban bayramında cavabdehin qohumları ona hədiyyə etdikləri qiyməti 300 (üç yüz) manat olan qızıl bilərzik, toyları Nehrəm qəsəbəsində şadlıq sarayında olan zaman, həmin şadlıq sarayında birinci onlar toy etdikləri üçün şadlıq sarayının müdiri ona hədiyyə verdiyi qiyməti 300 manat olan qızıl üzükdən ibarət olan qızıl-zinət əşyalarını, eyni zamanda bir ədəd Paltaryuyan LG markalı (6 kq) dəyəri 700 manat, bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat, bir ədəd stol dəyəri 300 manat, servis (yemək və çay) dəsti dəyəri 250 manat, bir ədəd tozsoran LG markalı dəyəri 85 manat, bir ədəd tuxovka dəyəri 60 manat, bir ədəd qab zərli dəyəri 50 manat, bir ədəd güldan dəyəri 35 manat, armudu stəkan (6 ədəd) dəyəri 35 manat, qab-qacaqlar (stəkan, nəlbəki, duz qabı, tava tefal, qaşıq dəsti) dəyəri 150 manat olan cehiz əşyaları, özünə məxsus bir ədəd palto sarı rəngli dəyəri 60 manat, bir ədəd balonka sarı rəngli dəyəri 35 manat, bir ədəd balonka göy rəngli dəyəri 120 manat, bir ədəd sapaşki dəyəri 50 manat, bir ədəd krasofka qırmızı dəyəri 25 manat, bir ədəd krasofka qara dəyəri 25 manat, bir ədəd ayaqqabı (tufli) zərli dəyəri 50 manat, bir ədəd ayaqqabı (tufli) sarı dəyəri 15 manat, bir ədəd toxunma yaylıq dəyəri 35 manat, parça (donluq) dəyəri 50 manat olan geyim paltarları, birgə nikah dövründə aldıqları əşyalar olan bir ədəd televizor LG markalı “106” ekran dəyəri 900 manat, bir ədəd televizor LG markalı “106” ekran dəyəri 700 manat, bir ədəd soyuducu dəyəri 900 manat, bir ədəd kondisioner “Evrolexs” markalı dəyəri 1200 manat, divan dəsti (divan, 2 kreslo) dəyəri 1200 manat, stol və 6 stul dəsti dəyəri 1400 manat, 2 ədəd xalça İran istehsalı 2x3 m ölçüdə dəyəri 700 manat, “Komot” mebel dəyəri 800 manat, yataq dəsti (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) dəyəri 2000 manat, bir ədəd Notbook “acer” dəyəri 1400 manat, «listur» dəyəri 160 manat, listur dəyəri 80 manat, zərli qablar 3 ədəd İran istehsalı, meyvə üçün dəyəri 170 manat, ət çəkən maşın dəyəri 70 manat, servis (yemək, çay ) dəyəri 250 manat, qab (stəkan nəlbəki) “Lav” dəyəri 60 manat olan əşyalar keçmiş qaynanası Nümayəndə2 Fərzalı qızının adına olan Bakı şəhəri, Yeni Günəşli, qəsəbəsi “V” massivi, bina 25 mənzil 16-da yaşadıqları mənzildə qalıbdır, yuxarıda göstərilən və ona məxsus məzun albomu, fotoşəkilləri də cavabdehdən istəsə də cavabdeh qaytarmayıbdır. Cavabdehla onun arasında olan nikah xx xxxxxx 2020-ci ildə pozulubdur, onların nikahları pozulduqdan sonra yuxarıda qeyd edilən əşyalar Cavabdeh qalıbdır, həmin əmlakları cavabdehdən istəsə də, cavabdeh həmin əmlakları qaytarmaqdan imtina edibdir. Əlavə olaraq İddiaçı bildirdi ki, tələb etdiyi cehiz əşyaları olan bir ədəd LG markalı (6 kq) dəyəri 700 manat paltar yuyan maşını ona anası tərəfindən toydan sonra 2014-cü ildə hədiyyə olaraq alınıb, həmin paltar yuyan maşının alınması üçün anası Nümayəndə1 sabiq qaynanası Xoşqədəm xanıma 700 manat pul verib o da gedib alıbdır, bir ədəd bir nəfərlik dəyəri 25 manat olan yorğanı isə onlar evli olduqları vaxt Bakı şəhərində qaldıqları evdə olubdur, həmin yorğanın cavabdehin özü də bildirib ki, ondadır (ərizəsi), bir ədəd dəyəri 300 manat stolu isə onlar evli vaxtı satıb yenisini, yəni iddia ərizəsində göstərdiyi 1400 manatlıq stol dəstini alıblar, iddia ərizəsində göstərilən bir ədəd servis (yemək və çay) dəsti dəyəri 250 manat, bir ədəd tozsoran LG markalı dəyəri 85 manat, bir ədəd tuxovka dəyəri 60 manat, bir ədəd qab zərli dəyəri 50 manat, bir ədəd güldan dəyəri 35 manat, armudu stəkan ( 6 ədəd) dəyəri 35 manat, qab-qacaqlar (stəkan, nəlbəki, duz qabı, tava tefal, qaşıq dəsti) dəyəri 150 manat olan cehiz əşyaları da cavabdehdədir. İddia tələbində göstərilən qızılzinət əşyalarına münasibət bildirən iddiaçı bildirdi ki, iddia tələbində göstərilən toyda və toydan əvvəl ona hədiyyə olaraq alınan əyarı 585, qiyməti 2500 (iki min beş yüz) manat olan briliant üzük-sırğa dəsti ona toyda hədiyyə olaraq alınıb və həmin qızıl-zinət əşyasının ona məxsus olmasını təsdiq edəcək toy fotoşəkillərini sübut kimi məhkəməyə təqdim edibdir, həmin dəstin təxmini çəkisi 20 qram olubdur, qiyməti 850 (səkkiz yüz əlli) manat olan bir ədəd brilliant qaşlı bilərzik də təqdim etdiyi fotoşəkillərdə göstərilibdir, iddia ərizəsində göstərilən qiyməti 300 (üç yüz) manat olan qızıl bilərzik və qiyməti 300 manat olan qızıl üzük zinət əşyalarına dair isə onda heç bir sübut yoxdur, iddia ərizəsində göstərilən bir ədəd palto sarı rəngli, bir ədəd balonka sarı rəngli, bir ədəd balonka göy rəngli, bir ədəd sapaşki, bir ədəd krasofka qırmızı, bir ədəd krasofka qara, bir ədəd ayaqqabı (tufli) zərli, bir ədəd ayaqqabı (tufli) sarı, bir ədəd toxunma yaylıq, parça (donluq) geyim paltarları isə cavabdehin anasına məxsus Bakı şəhərində yerləşən mənzildə qalıbdır, o cavabdehin anası ilə söz-söhbət olduğu üçün evi tərk edib gedən zaman özünə və uşaqlarına məxsus bəzi əşyaları götürübdür, tələb etdiyi əşyalar isə cavabdehdə qalıbdır, hətta o kirayədə qalan zaman bir neçə əşyasını Cavabdeh istəyibdir o da gətiribdir, tələb etdiyi əşyalardan xəstə olduğu üçün istifadə etmədiyindən və qaldığı evdə darısqallıq olduğu üçün Cavabdeh da həmin əşyaların özü ilə aparmamağı məsləhət görübdür, digər əşyaları isə o cavabdeh ilə birlikdə, cavabdehin avtomobili ilə qaldıqları kirayə evə aparıblar. Tələb etdiyi birgə nikah dövründə aldıqları bir ədəd LG markalı “106” ekran dəyəri 900 manat olan televizoru Cavabdeh ilə anası Xoşqədəm xanımla 2015-ci ildə alıblar, bir ədəd LG markalı “106” ekran dəyəri 700 manat televizoru isə Cavabdeh 2014-cü ildə Rusiyadan gətiribdir, bir ədəd dəyəri 900 manat soyuducunu və bir ədəd “Evrolexs” markalı dəyəri 1200 manat kondisioneri isə onlar 2010-cu ildə alıblar, həmin vaxt cavabdehdən soruşduqda ki, haradan alıbdır cavabdeh ona dayısının aldığını bildirbdir, divan dəsti (divan, 2 kreslo) dəyəri 1200 manat və stol və 6 stul dəst dəyəri 1400 manat əşyaları isə təxminən 2014-2015-ci ildə mebel evində o, cavabdeh və cavabdehin anası birlikdə baxıb bəyəniblər, sonra Cavabdeh sifariş verib həmin əşyalar gətirilibdir, həmin əşyaların alınması barədə sənədlər cavabdehdədir, digər əşyalar olan 2 ədəd xalça İran istehsalı 2x3 m ölçüdə dəyəri 700 manat, “Komot” mebel dəyəri 800 manat, yataq dəsti (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) dəyəri 2000 manat, bir ədəd notbook “Acer” dəyəri 1400 manat, listur dəyəri 160 manat, listur dəyəri 80 manat, zərli qablar 3 ədəd İran istehsalı, meyvə üçün dəyəri 170 manat, ət çəkən maşın dəyəri 70 manat, servis (yemək, çay) dəyəri 250 manat, qab (stəkan nəlbəki) “Lav” dəyəri 60 manat əşyalarda onların birgə nikah dövründə alınıbdır, həmin əşyaların alınması barədə onda sübut olmasa da həmin əşyalar cavabdehin pulu ilə alınıbdır, əlavə olaraq İddiaçı şahid N.Məmmədovun ifadəsinə münasibət bildirərək izahatında göstərdi ki, cavabdehin dayısı N.Məmmədov Bakı şəhəri, Suraxanı rayonu, “V” massivində olan 1 otaqlı mənzil almayıbdır, həmin evin alınmasından ümumiyyətlə N.Məmmədovun xəbəri olmayıbdır, həmin evin alınmasından cavabdehin dayısı Əli və sabiq qaynanası Xoşqədəm xanımın xəbəri olubdur, həmin 1 otaqlı mənzil təmirsiz olubdur, ona görə də şahid N.Məmmədovun ifadəsi yalandır, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh “cehiz əşyalarının, paltarlarının, qızıllarının və yaxud onların dəyərinin, məzun albomunun, fotoşəkillərinin, birgə nikah dövründə aldıqları qiyməti 11990 (on bir min doqquz yüz doxsan) manat təşkil edən əmlakın naturada yarısının və yaxud qiymətinin yarısı olan 5995 (beş min doqquz yüz doxsan beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdehdən tələb etdiyi cehiz əşyalarının mövcudluğu və ya alınmasına dair onda heç bir sübut yoxdur, qızıl-zinət əşyaları olan briliant üzük-sırğa dəsti və bir ədəd briliant qaşlı bilərzik ona toyda alınıbdır və həmin qızılların əks olunduğu onların toylarında çəkilən fotoşəkilləri o, məhkəməyə sübut kimi təqdim edibdir, brilliant üzük-sırğa dəstinin çəkisi təxmini 20 qram olubdur, digər ona məxsus bir ədəd bilərzik qiyməti 300 manat və qızıl üzük qiyməti 300 manat olan qızıl-zinət əşyalarına dair onda heç bir sübut yoxdur. Cavabdehin təqdim etdiyi fotoşəkillərə münasibət bildirən İddiaçı bildirdi ki, həmin fotoşəkil cavabdeh ilə nikahlarının pozulması vaxtı məhkəmənin ailənin bərpası üçün verdiyi üç ay ərzində cavabdehlə çəkilibdir, həmin fotoşəkildə olan bəzək əşyalarından bir cüt sırğa qızıldan hazırlanıbdır və “qarabatdax” adlanan boyunbağı zinət əşyası olubdur, digərləri isə bujuteriyadır və həmin qızıl sırğanı və “qarabatdax” adlanan boyunbağı da o, iddia ərizəsində göstərməyibdir və tələb etmiyibdir, ümumiyyətlə özündə olan qızılları o, iddia ərizəsində göstərməyibdir, iddia ərizəsində göstərilən və tələb etdiyi qızılzinət əşyaları bahalı qızıllar olduğu üçün cavabdehin diplomatında saxlanılıbdır, həmin diplomatın kodu olubdur, kodu cavabdeh özü bilibdir, həmin tələb etdiyi bəzək əşyalarını o, daim istifadə etməyibdir, həmin qızılları o toyda-bayramda istifadə edibdir, qalan vaxtlarda isə Cavabdeh məxsus diplomatda saxlanılıbdır. Tələb etdiyi özünə məxsus paltarlarında cavabdehdə olması ilə əlaqədar onda heç bir sübut yoxdur, cehiz əşyalarından bir çoxunu isə o cavabdehlə hələ birinci iclasından sonra razılaşaraq götürübdür, yeni iddia tələbində göstərilən cehiz əşyalarından isə stol dəyəri 300 manat olan əşyanı o tələb etmir çünki həmin stol onların birgə nikahları vaxtı onun razılığı ilə satılıb birgə nikah dövründə 1400 manatlıq stol, 6 stul alınıbdir, əlavə olaraq Bakı şəhərində qardaşı vasitəsi ilə iddia ərizəsində serviz (yemək və çay) dəyəri 250 manat, txovka dəyəri 60 manat, güldan dəyəri 35 manat, qablar (müxtəlif) dəyəri 150 manat göstərilən cehiz əşyaları iddiaçı Cavabdeh tərəfindən qaytarıldığından həmin əşyaları tələb etmir, digərlərini yəni iddia tələbində göstərilən əşyaların isə qaytarılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Nümayəndə1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, İddiaçı onun qızıdır, 2018-ci ildə qızı ağır əməliyyat keçiribdir, xəstə olubdur, qızı Gülnarı qaynanası evdən qovubdur, həmin vaxt Cavabdeh iki nəfərlik döşəyi və mələfəni özü öz maşını ilə onların yaşadıqları kirayə evə gətiribdir. Bundan başqa onlar heç bir əşya götürməyiblər, qızı Gülnar ayrılmaq məqsədi ilə evdən çıxmayıbdır ki, özü ilə bütün əşyalarını götürsün, cavabdehin dedikləri yalandır, qızı İddiaçı ona nişanlı vaxtı alınan “qarabattax” və sırğanı həmişə istifadə edibdir, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları isə cavabdehin anası Xoşqədəm xanımda qalıbdır, tələb etdikləri “LG” markalı paltar yuyan maşını isə o, qızına hədiyyə olaraq alıbdır, həmin paltar yuyan maşının alması üçün 2009- 2010-cu illərdə qızının qaynanası Xoşqədəm xanıma 700 manat pul veribdir, lakin həmin paltar yuyan maşını Xoşqədəm xanım 2014-cü ildə alıbdır və o zaman o bilməyibdir ki, qızı boşanacaqdır sənəd tələb etsinlər, lakin cavabdeh tərəf əvvəldən boşanma barədə fikirləşib və nə alıblarsa cavabdehin anasının adına alıblar, sonda Nümayəndə1 göstərilənləri nəzərə alınaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 izahatında bildirdi ki, Cavabdeh iddiaçının tələb etdiyi əşyaların hələ iddiaçı Bakı şəhərində olan zaman kirayə köçdükləri evə köçən zaman iddiaçının özü, anası və qardaşının iddiaçının qardaşının avtomobili ilə iddiaçıya məxsus bütün əşyalarını apardığını bildirsə də, həmin əşyaların bir qisminin iddiaçıda olmasını təsdiq edən “vatçap” yazışmalarını və iddiaçının qardaşının xx.xx.2019-cu il tarixli avtomobilə aid dair sərəncam verilməsinə dair etibarnaməni onlar məhkəməyə sübut kimi təqdim ediblər, məhkəməyə təqdim etdikləri “vatsap” yazışmalarında iddiaçının cavabdehdən paltarlarını və bir neçə əşyasını istəməsi və cavabdehin həmin əşyaların ona çatdıracağına dair məlumatlar vardır, həmçinin cavabdeh kirayə köçən zaman iddiaçının qardaşına məxsus avtomobillə iddiaçıya məxsus bütün əşyalarını götürməsini bildirsə də onların təqdim etdiyi sənədlə ilə sübut olunur ki, iddiaçının kirayə tutduğu evə köçdüyü iddiaçının qardaşının avtomobili olmayıbdır, bununla da cavabdehin dediklərinin yalan olduğu görsənir, eyni zamanda iddia tələbində göstərilən əşyaların mövcudluğu barədə onlar məhkəməyə sübut tələb etdikləri əşyaları olan fotoşəkilləri də məhkəməyə təqdim ediblər, sonda Vəkil1 qeyd edilənlərin nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixdə keçirilən iclasında Cavabdeh Novruz oğlunun təqdim etdiyi ərizəsində İddiaçı tərəfindən Babək Rayon Məhkəməsində irəli sürülmüş iddia ərizəsində göstərilmiş əşyalardan pakrıval, yorğan iki nəfərlik, yorğan bir nəfərlik, mələfə çexol 3 dəst, serviz (çay), tozsoran LG, tuxovka, ütü, güldan, armudu stəkan 6 ədəd, qədim stol örtükləri 2 ədəd, qablar (stəkan, nəlbəki, duz qabı, çaydan, tava tefal, çaynik, qaşıq dəsti), yataq dəsti (şifoner, yataq, iki tumbuşka), paltaryuyan sadə, samovar, uşaq çarpayısı, plet, yorğan 2 ədəd, döşək 2 ədəd, pərdə 11 metr, gecə lampası, meyvə qabı, mələfə çexol, müxtəlif qablar (vedrə, çaydan, ləyən, qazan, plastik ləyən, qrafinka, bakal), cehiz əşyalarının onda olması və həmin əşyaların iddiaçıya geri qaytarılmasna heç bir narazılığıçılığının olmadığını göstərmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahatında İddiaçı ilə 2007-ci ildə ailə həyatı qurduqlarını, nikahlarından iki övladlarının dünyaya gəldiyini, ailə qurduqdan sonra ilk illər Babək rayonu Nehrəm kəndində yerləşən ata evində yaşadıqlarını, Gülnarın gətirdiyi bütün cehiz əşyalarını da Nehrəm kəndində yaşadıqları evə yerləşdirdiklərini, 2009-cu ilin sonlarında isə ailəlikcə köçüb gedərək Bakı şəhərində yaşadıqlarını, Bakı şəhərində hələ 2005-ci il tarixində anasına dayısı Nizaməddin tərəfindən hədiyyə alınan və içərisində televizor, soyuducu, kondisioner, divan dəsti, stol-stuldan ibarət əşyalar olan evdə yaşamağa başladıqlarını, onlar Gülnarla Bakıya gedərək yaşadıqları mənzilin, onlar ora gedəndən öncə yaşayış üçün hazır olduğunu və yuxarıda göstərdiyi əşyalar artıq anasının adına olan həmin evdə mövcud olduğunu və həmin əşyaları dayısı Nizaməddinin mənzillə birlikdə anasına hədiyyə aldığını, nə həmin mənzil, nədə ki, onun içərisindəki əşyalar (televizor, soyuducu, kondisioner, divan dəsti, stol-stul və mebel) nə Gülnarın gətirdiyi cehiz əşyaları nədə ki, onların birgə nikahları zaman əldə etdikləri əşyalar olmadığını, bu səbəbdən də iddiaçının həmin əşyaları onların birgə nikah dövründə aldıqları əşyalar kimi göstərməsinin heç bir hüquqi əsasının olmadığını, onlar Bakıya köçərkən Gülnarın gətirdiyi cehiz əşyalardan yalnız tuxovkanı, serviz dəstini, ütünü, gül qabını, ləyən və bu tipli bir neçə cehiz əşyaların Bakı şəhərinə apardıqlarını, həmin əşyaların bu gündə həmin evdə olduğunu və həmin əşyaların (tuxovkanı, serviz dəstini, ütünü, gül qabını, ləyən və bu tipli bir neçə cehiz əşyalarını) bu gün də Gülnara qaytarıb verməkdən imtina etmədiyini, birgə nikah dövründə qazanılmış əmlak kimi iddia ərizəsində göstərilmiş yataq dəsti, Notbook, evdəki listurlar, 3 ədəd zərli qablar, ət çəkən, servis (yemək, çay), qablar (stəkan, nəlbəki) ilə əlaqədar isə cavabdeh yazılı izahatında yataq dəstini anasının bacısı Həkimənin öz adına “Bellonadan” kreditə götürdüyünü və onun dəyərini də xalasının ödədiyini, Notbook acer o hələ Gülnarla evlilikdən öncə əldə etdiyini, listurları anasının öz pulu ilə evinə alıb taxdığını, zərli qablar 3 ədəd İran istehsalı, meyvə üçün olanı anasının hələ onun nikahından öncə İrana gedərkən İrandan alıb gətirdiyini, ət çəkən anasının qardaşı qızı Jalənin anasına hədiyyə aldığını, servis (yemək, çay) və qab (stəkan, nəlbəki) Hav belə əşyaların olmadığını, bundan əlavə iddiaçının iddia tələbində göstərdiyi cehiz əşyalarından paltaryuyan LG (6 kq), qab (zərli) və döşək bir ədəd iki nəfərlikdən başqa iddia ərizəsində göstərdiyi digər cehiz əşyaların (25 adda) Babək rayonu, Nehrəm kəndində yerləşən ata evində olduğunu, onların siyahısını məhkəməyə ərizə şəkilində təqdim etdiyini, onların Gülnara qaytarılmasına heç bir vaxt narazılığının və etirazının olmadığını, iddiaçının iddia ərizəsində göstərdiyi ona məxsus əyin paltarlarının Bakıdakı mənzildə olması hissəsinə münasibət bildirən cavabdeh yazılı izahatında həmin geyim əşyalarının Gülnarın xx xxx 2018-ci il tarixində Bakıdakı yaşadıqları evi tərk edərkən ona aldıqları qızıl-zinət əşyaları ilə birlikdə şəxsən onun, Gülnarın özünün, anası və qardaşının iştirakı ilə bir neçə dəfə özlərinə aid “mersedes” markalı avtomobillərinə yükləyərək götürüb yaşadıqları mənzildən apardıqlarını, həmin vaxt Gülnarın iddia ərizəsində göstərdiyi ona məxsus şəkillər və məzun albomunun da əşyaları ilə birlikdə götürüb apardığını, həmin əşyaların qaldıqları evdən (mənzildən) Gülnar və ailəsi tərəfindən yığışdırılaraq aparılması vaxtı övladlarınında onların yanında olduğunu, həmin anları övladlarının belə təsdiq edə biləcəklərini, Gülnarın iddia ərizəsində göstərdiyi qızıllara gəldikdə isə onun iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarından heç biri nə nişan, nə toy, nədəki evlilikləri dönəmində Gülnara alınmadığını qəşəng bildiyini, göstərilən qızılların varlığından söhbət belə gedə bilməyəcəyini, çünki Gülnarın qeyd olunan adlarda qızılının olmadığını, onun göstərdiyi adda, çəkidə və dəyərdə qızıllarının heç vaxt olmadığını, “əgər Gülnar iddia edirsə ki, ona bu qızıllar toyda alınıbdır, buyursun həmin qızılların mövcudluğunu sübut etsin. Sübut etsin ki, iddia ərizəsində göstərdiyi zinət əşyaları mövcud olmuşdur” qeyd etdiyini, onlar tərəfindən Gülnara alınan qızıl-zinət əşyalarını isə Gülnar xx xxx 2018-ci il tarixində Bakıdakı yaşadıqları evi tərk edərkən özü ilə apardığını, onlar tərəfdən Gülnara hədiyyə şəkilində verilən qızıl-zinət əşyalar bir ədəd briliyant qaşlı nişan üzüyü - 340 manat, (57 bazarından Gülnar, mən və anamın iştirakı ilə alınıb), bir ədəd qızıl boyunbağı qarabattax - anasına məxsus olan, bir cüt sırğa - 145 manat, (57 bazarından Gülnar, mən və anamın iştirakı ilə alınıb), bir ədəd bilərzik - 120 manat, (57 bazarından Gülnar, mən və anamın iştirakı ilə alınıb), bir cüt sırğa - 80 manat, (toy günü Gülnarın evə gəlişi münasibəti ilə anam tərəfindən verilən) əşyalardan ibarət olduğunu, atasının 1987-ci ildə, onun 2 yaşı olarkən vəfat etdiyini, anasının isə evdar xanım olduğunu, onun isə 2003-2007-ci illərdə tələbə olduğunu, toylarınında 2007-ci ildə olduğunu göstərən Cavabdeh sonda yazılı izahatında göstərmişdir ki, onun həmin vaxtlar elə bir maddi imkanı olmayıbdır ki, Gülnara iddia ərizəsində göstərdiyi: əyarı 585 olan qiyməti 2500 manatlıq briliyant üzük-sırğa dəsti, qiyməti 850 manatlıq briliyant qaşlı bilərzik, qiyməti 300 manatlıq qızıl bilərzik alsın. İddiaçıya aldıqları qızıl-zinət əşyaları yuxarıda qeyd etdiyi qızıllardır ki, həmin qızıllarda bu gün Gülnarın özündədir və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməyə hər zaman hazırdır, Gülnar isə ona heç zaman alınmayan, verilməyən, ümumiyyətlə var olmayan zinət əşyalarını məhkəmə vasitəsi ilə ondan tələb etməsi əsassızdır və məhkəməni yanıltmaq məqsədi daşıyır. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh bildirdi ki, həqiqətən də o İddiaçı ilə 2007-ci il də ailə qurublar onların nikahlarından iki övladı dünyaya gəlibdir, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə onların nikahları pozulubdur, İddiaçı tərəfindən tələb edilən bir çox cehiz əşyaları iddiaçıya qaytarıbdır və bu barədə müvafiq akt tərtib edilərək imzalanıbdır, bir ədəd yorğan bir nəfərlik, bir ədəd tozsoran LG markalı, bir ədəd tuxovka, bir ədəd güldan olan cehiz əşyaların isə Bakı şəhərində olan evdə yerləşir və həmin əşyaların iddiaçıya verilməsinə etiraz etmir, iddiaçının tələb etdiyi 6 ədəd armudu stəkan və serviz dəstini isə iddiaçı cehiz əşyalarını götürən zaman aparmaqdan imtina edibdir, iddia ərizəsində göstərilən iddiaçıya məxsus paltarlar isə iddiaçı hələ 2018-ci ilin mayı ayında Bakı şəhərində yaşadıqları evdən iddiaçı, anası və qardaşı ilə birlikdə iddiaçıya məxsus qızıl-zinət əşyalarını, bütün geyim paltarlarını, hətta uşaq paltarlarını özü ilə iddiaçının qardaşının avtomobili ilə aparıbdır, onların yaşadıqları üç otaqlı evin bir otağında iddiaçıya məxsus əşyalar olubdur və həmin əşyaları iddiaçı götürübdür, iddiaçının tələb etdiyi və iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları isə ümumiyyətlə olmayıbdır, iddia ərizəsində göstərilən cehiz əşyalardan bir ədəd LG markalı (6kq) dəyəri 700 manat olan paltaryuyan maşını və birnəfərlik dəyəri 25 manat olan yorğan da olmayıbdır, ümumiyyətlə onların evlərində paltaryuyan maşın olmayıbdır, cehiz əşya olan 300 manatlıq stol da olmayıbdır, bir ədəd tozsoran Lg markalı, bir ədəd tuxovka, bir ədəd güldan, bir ədəd qaşıq dəsti Bakı şəhərindədir və həmin əşyaların verilməsinə o etiraz etmir, cehiz əşyalardan iddia ərizəsində göstərilən qab (zərli) dəyəri 50 manat göstərilən əşya isə iddiaçıya məxsus olmayıb, həmin əşya anasına məxsusdur, iddiaçının tələb etdiyi əyin paltarlarını isə o, 2018-ci ilin mayında kirayəyə yaşadıqları evə köçən zaman özü ilə aparıbdır, iddiaçıya aid paltarların və iddiaçının istifadəsində olan qızılzinət əşyalarının iddiaçının özündə olmasını sübut edən fotoşəkilləri o məhkəməyə təqdim edibdir, iddiaçının tələb etdiyi yataq dəstini (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) isə 1500 manata xalası “bellonadan” anasına alıbdır, bu barədə sənədləri də tapıb məhkəməyə təqdim edəcəkdir, “Acer” Noutbooku isə o, hələ evlənməmişdən əvvəl alıbdır, iddia ərizəsində göstərilən listurların qiyməti iddiaçının göstərdiyi kimi 160 manat və 80 manat deyil, onların hər birinin qiyməti 35 manatdır, onlardan iddiaçı istədiyi birini götürə bilər, iddia tələbində göstərilən 3 ədəd zərli qablar İran istehsalı, meyvə üçün dəyəri 170 manat olan əşyanı isə onun anası alıbdır, həmçinin ət çəkən maşını da onun dayısı qızı Jalə anasına hədiyyə alıbdır, iddiaçının tələb etdiyi 2 ədəd İran istehsalı olan 2x3 m ölçüdə dəyəri 700 manat xalçanı anası Xoşqədəmin özü üçün aldığını, iddia ərizəsində göstərilən “Komot” mebel dəyəri 800 manat olan mebelin isə, 800 manata deyil 400 manata alındığını və yarısının iddiaçıya verilməsinə etiraz etmədiyini, iddia ərizəsində göstərilən 1 ədəd “LG” markalı 106” ekran olan televizor, 1 ədəd soyuducu dəyəri 900 manat olan, 1 ədəd “Evrolexs” markalı dəyəri 1200 manat kondisioner, bir cüt divan dəsti (divan, 2 ədəd kreslo) dəyəri 1200 manat olan, bir cüt stol, 6 stul dəsti dəyəri 1400 manat olan əşyaları isə onun dayısı Nizaməddin Məmmədov anası Nümayəndə2 Bakı şəhərində olan evini hədiyyə edən zaman həmin əşyaları da ev ilə birlikdə hədiyyə olaraq veribdir, əlavə olaraq iddiaçı Cavabdeh bildirdi ki, iddia ərizəsində serviz (yemək və çay) dəyəri 250 manat, txovka dəyəri 60 manat, güldan dəyəri 35 manat, qablar (müxtəlif) dəyəri 150 manat göstərilən cehiz əşyalar və əlavə olaraq iddia ərizəsində göstərilməyən bir çox əşya Bakı şəhərində cavabdehin qardaşı vasitəsi ilə iddiaçıya qaytarılıbdır, tələb edilən “LG” markalı tozsoran xarabdır, əgər iddiaçı istəyərsə həmin tozsoranı təmir etdirib və ya özünə məxsus tozsoranı verməyə hazır olduğunu, pandemiya ilə əlaqadər dükanlar işləmədiyi üçün iddiaçının tələb etdiyi “Komot” mebelin xalası tərəfindən alınması barədə sənədləri o əldə edə bilməyibdir, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, ümumiyyətlə onların evində paltaryuyan maşın olmayıbdır, paltarları əldə yuyublar, anası öz paltarlarını yuyub, iddiaçı isə özlərinə aid paltarları, iddiaçının tələb etdiyi toy kaseti ona aid olan, yəni oğlan evinin çəkdiyi toy kasetini o yandırıbdır, qız evinin isə öz toy kasetləri özlərindədir, qurban bayramında isə video çəkiliş olmayıbdır, məzun albomunu diplomu ilə birlikdə aparıbdır, həmin əşyalar diplomatda olubdur, ondan iddiaçı diplomatın kodunu istəyibdir, o da diplomatın kodunu iddiaçıya deyibdir, diplomatda evin çıxarışından başqa heç nə olmayıbdır, həmin vaxt iddiaçı diplomatdan evin sənədi ilə birlikdə diplomunu və məzun albomunu götürübdür, əlavə olaraq cavabdeh bildirdi ki, o iddiaçının qızıllarına qarışmayıbdır, iddiaçı istədiyi vaxt qızıllarını taxıb, istədiyi vaxt satıbdı da, onun işinə qarışmayıbdır, iddia ərizəsində göstərilən qızıllar isə ümumiyyətlə olmayıbdır, onlar ailə quran zaman imkanları olmayıbdır ki, iddiaçının tələb etdiyi qızılları ala bilsinlər, iddiaçının tələb etdiyi cehiz əşyalarının hamısını o iddiaçıya qaytarıbdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, İddiaçı onun keçmiş gəlini, Cavabdeh isə onun oğludur, İddiaçı göstərdikləri düzgün deyildir, İddiaçı ona məxsus Bakı şəhərində yerləşən evi tərk edib gedən zaman o evdə olmayıbdır, o bazardan qayıdıb gələn zaman qapını nəvəsi açıbdır, həmin vaxt o evin dağınıq olduğunu, gəlininin otağında olan bütün əşyaların, oğlunun paltarlarından başqa yığıb aparldığını görübdür, həmin vaxt o oğlu Mehmana zəng vurub oğlu gəlibdir, o oğlu Mehmana “bu nədir belə, polis çağırım evdə nə var aparıbdır” deyibdir, Mehman da ona “ neynəyək ayrı qalmaq istəyir, qoy getsin ayrı qalsın, bir az qalsın ağıllansın” deyibdir, iki ay keçdikdən sonra evdə qalan İddiaçı bir feni, bir də göy koftasını oğlu Cavabdeh iddiaçıya veribdir, İddiaçı göstərdiyi əşyalardan 1 ədəd “LG” markalı 106” ekran olan televizor, 1 ədəd soyuducu dəyəri 900 manat olan, 1 ədəd “Evrolexs” markalı dəyəri 1200 manat kondisioner, bir cüt divan dəsti (divan, 2 ədəd kreslo) dəyəri 1200 manat olan, bir cüt stol, 6 stul dəsti dəyəri 1400 manat olan əşyaları isə qardaşı Nizaməddin Məmmədovun ona Bakı şəhərində olan evini hədiyyə edən zaman həmin əşyaları da ev ilə birlikdə hədiyyə olaraq veribdir, iddia ərizəsində göstərilən qab (zərli) dəyəri 50 manat göstərilən əşyanı o özü alıbdır, iddiaçının tələb etdiyi dəyəri 2000 manat olan yataq dəsti (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) isə bacısı “bellondan” alıbdır, pulunu isə o hər ay 111.10 manat 18 ay bacısına ödəyibdir, bu barədə sənədləri də tapıb məhkəməyə təqdim edəcəkdir, həmçinin iddia ərizəsində göstərilən 2 ədəd İran istehsalı olan 2x3 m ölçüdə olan xalçanı özü alıbdır, ümumiyyətlə İddiaçı bütün əşyaları ona verilibdir, sonda Nümayəndə2 göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh istər məhkəməyə ünvanlandığı yazılı izahatında və ərizəsində, istərsə də məhkəməyə verdiyi izahatında işin halları barədə geniş məlumat veribdir, o məhkəmənin diqqətinə çatdıqmaq istəyir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərlə müəyyən olunur ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları özündə olubdur, onların təqdim etdiyi fotoşəkillərdə iddia tələbində göstərilməyən qızıl-zinət əşyaları nümayiş olunsa da onlar hesab edirlər ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları da özündədir, həmçinin iddiaçı tələb etdiyi əşyaların cavabdehdə olması və ya onların birgə nikah dövründə alınmasına dair heç bir sübut təqdim etməyibdir, iddiaçı tərəfindən təqdim olunan sübutlar isə qəbul edilən deyildir, çünki iddiaçı tərəf təqdim etdikləri fotoşəkillərlə tələb etdikləri əşyaların mövcudluğunu sübuta yetirsələr də həmin əşyaların birgə nikah dövründə alınmasına dair heç bir sübut təqdim etməyiblər, həmçinin təqdim etdikləri vatsapp yazışmalarından da müəyyən etmək olmur ki, məhz iddiaçının tələb etdiyi paltarlar cavabdehdə qalıbdır, ümumiyyətlə iddiaçı tərəf tələb etdiyi paltarlara dair heç bir sübut təqdim etməyibdir, həmin paltarların alınması, onları markası (və ya modeli) barədə heç bir məlumat yoxdur, bu səbəbdən iddiaçı tərəfindən təqdim edilən “vatshap”yazışmalar sübut kimi qəbul edilə bilməz, eyni zamanda iddiaçı tərəf məhkəməyə iddiaçının qardaşının xx.xx.2019-cu il tarixdə şəxsi avtomobilinin olduğunu göstərmişdirlər və sübut kimi nəqliyyat vasitəsinə dair sərəncam verilməsi üçün nəzərdə tutulan etibarnamənin təsdiq edilmiş surətini təqdim etmişdirlər, həmin sənəd də sübut kimi qəbul edilən deyil çünki, həmin sənədlərlə tələb edilən əşyaların mövcudluğunu müəyyən etmək olmur, sonda Vəkil2 məhkəmədən göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmşdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X7 göstərmişdir ki, onun tərəfindən baxış keçirilən bir dəst brilliant üzük-sırğa qızıl-zinət əşyası Azərbaycan istehsalıdır, 585 əyardır, çəkisi 15 qramdır, dəyəri 1275 (bir min iki yüz yetmiş beş) manat təşkil edir, eyni zamanda bir ədəd brilliant bilərzik qızıl-zinət əşyası Azərbaycan istehsalıdır, 585 əyardır, çəkisi 7 qramdır, dəyəri 595 (beş yüz doxsan beş) manat təşkil edir. Əlavə olaraq mütəxəssis X7 cavabdeh tərəfindən təqdim edilən fotoşəkillərdə olan bəzək əşyalarından bir ədəd sırğa və bir ədəd “qarabatdax” olan boyunbağının qızıl-zinət əşyasından hazırlandığını bildirmişdir. Məhkəmədə sualları cavablandıran mütəxəssis A.Niftiyev bildirdi ki, qızıl-zinət əşyalarının istehsalı hansı ölkə olmasından asılı olmayaraq onların əyarı eynidir, təqdim edilən qızıl-zinət əşyalarının Azərbaycan bazarında qramı 85-95 manat arasında dəyişir. Qızıl bazarında alış-veriş zamanı qızılların bir qramının orta bazar qiyməti hazırda 85 manat götürülür. Həmin qızıl-zinət əşyalarının qiyməti işçiliyə görə dəyişir. Babək Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(079)-233/2020 nömrəli ilə qərardadı ilə hazırki mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə X1 şahid qismində ifadəsinin alınması barədə məhkəmə tapşırığı icrası ilə əlaqədar barəsində məhkəmə tapşırığı verilmiş X3 Bakı Şəhər Qaradağ Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh onun bacısı oğludur. Bacısı Nümayəndə2 həyat yoldaşını gənc yaşlarında itirmiş, ona görə də bacısı və bacısı uşaqları faktiki onun himayəsində olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, “V” Massivi, bina 20, 64 nömrəli mənzili üzün müddət əvvəl bacısı üçün almışdır. Mənzil alınandan sonra bəzi əşyaları özü şəxsən alaraq bacısına hədiyyə vermiş, bəzi əşyaların alınması üçün isə bacısına pul vermişdir. Həmin əşyalardan 1 (bir) ədəd “LG” markalı televizoru, 1 ədəd soyuducunu, 1 ədəd “Evrolex” markalı kondisioneri, bir cüt divan dəstini (divan və iki ədəd kreslo), 1 cüt stolu, 6 ədəd stulu bacısına hədiyyə verdiyini dəqiq xatırlayır, lakin uzun müddət keçdiyinə görə həmin əşyaların qiymətlərini xatırlamır. İş materiallarında olan Az seriyalı, 221249 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 2014-cü ildə Babək Rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 191 nömrə ilə qeyd edilmiş nikah xx xxxx 2020-ci il tarixdə pozulmuş, nikahın pozulmasından sonra qadına “Muradlı” soyadı verilmişdir. İş materiallarında olan Babək rayonu, Nehrəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 69 nömrəli arayışa əsasən Cavabdeh, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayır. İş materiallarında olan Babək rayonu, Nehrəm qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 70 nömrəli arayışa əsasən İddiaçı, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan mütəxəsis X7 tərəfindən təqdim edilən mütəxəssis məsləhətindən məlum olur ki, iddia tələbində göstərilən bir dəst brilliant üzük-sırğa qızıl-zinət əşyası Azərbaycan istehsalıdır, 585 əyardır, çəkisi 15 qram, dəyəri 1275 (bir min iki yüz yetmiş beş) manat, bir ədəd brilliant bilərzik qızıl-zinət əşyası Azərbaycan istehsalıdır, 585 əyardır, çəkisi 7 qram, dəyəri 595 (beş yüz doxsan beş) manat təşkil. İş materiallarında olan mütəxəssis X5 təqdim etdiyi arayışdan görünür ki, mütəxəssisin hazırki iş üzrə çəkdiyi xərclərin dəyəri və gördüyü işin haqqı 40 ( qırx) manat təşkil edir. Məhkəmə tərəflərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı Cavabdeh əmlak tələbinə dair iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında 1. Bir dəst əyarı 585, qiyməti 2500 (iki min beş yüz ) manat olan briliant üzük -sırğa dəsti, qiyməti 850 (səkkiz yüz əlli) manat olan briliant qaşlı bilərzik, qiyməti 300 (üç yüz) manat olan qızıl bilərzik, qiyməti 300 manat olan qızıl üzükdən ibarət olan qızıl-zinət əşyalarının;
2. Paltaryuyan LG markalı (6 kq) dəyəri 700 manat, bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat, bir ədəd stol dəyəri 300 manat, servis (yemək və çay) dəsti dəyəri 250 manat, bir ədəd tozsoran LG markalı dəyəri 85 manat, bir ədəd tuxovka dəyəri 60 manat, bir ədəd qab zərli dəyəri 50 manat, bir ədəd güldan dəyəri 35 manat, armudu stəkan (6 ədəd) dəyəri 35 manat, qabqacaqlar (stəkan, nəlbəki, duz qabı, tava tefal, qaşıq dəsti) dəyəri 150 manat olan cehiz əşyalarının;
3. Özünə məxsus bir ədəd palto sarı rəngli dəyəri 60 manat, bir ədəd balonka sarı rəngli dəyəri 35 manat, bir ədəd balonka göy rəngli dəyəri 120 manat, bir ədəd sapaşki dəyəri 50 manat, bir ədəd krasofka qırmızı dəyəri 25 manat, bir ədəd krasofka qara dəyəri 25 manat, bir ədəd ayaqqabı (tufli) zərli dəyəri 50 manat, bir ədəd ayaqqabı (tufli) sarı dəyəri 15 manat, bir ədəd toxunma yaylıq dəyəri 35 manat, parça (donluq) dəyəri 50 manat olan geyim paltarlarından ibarət əşyaların və yaxud dəyəri olan 6085 (altı min səksən beş) manat pulun, məzun albomu, fotoşəkillərin;
4. Birgə nikah dövründə əldə etdikləri dəyəri 11990 (on bir min doqquz yüz doxsan) manat təşkil edən bir ədəd televizor LG markalı “106” ekran dəyəri 900 manat, bir ədəd televizor LG markalı “106” ekran dəyəri 700 manat, bir ədəd soyuducu dəyəri 900 manat, bir ədəd kondisioner “Evrolexs” markalı dəyəri 1200 manat, divan dəsti (divan, 2 kreslo) dəyəri 1200 manat, stol və 6 stul dəst dəyəri 1400 manat, 2 ədəd xalça İran istehsalı 2x3 m ölçüdə dəyəri 700 manat, “Komot” mebel dəyəri 800 manat, yataq dəsti (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) dəyəri 2000 manat, bir ədəd Notbook “acer” dəyəri 1400 manat, «listur» dəyəri 160 manat, listur dəyəri 80 manat, zərli qablar 3 ədəd İran istehsalı, meyvə üçün dəyəri 170 manat, ət çəkən maçın dəyəri 70 manat, servis (yemək, çay) dəyəri 250 manat, qab (stəkan nəlbəki) “Lav” dəyəri 60 manat olan əmlakların naturada yarısının və yaxud qiymətinin yarısı olan 5995 (beş min doqquz yüz doxsan beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə Cavabdeh iddia tələbinin qızılzinət əşyalarına dair hissəsinə münasibət bildirərkən istər məhkəməyə təqdim etdiyi yazılı izahatında, istərsə də məhkəməyə verdiyi izahatında iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarından heç biri nə nişan, nə toy, nədə ki evlilikləri dönəmində Gülnara alınmadığını, göstərilən qızılların varlığından söhbət belə gedə bilməyəcəyini, çünki Gülnarın qeyd olunan adlarda qızıllarının olmadığını, onun göstərdiyi adda, çəkidə və dəyərdə qızıllarının heç vaxt olmadığını, “əgər Gülnar iddia edirsə ki, ona bu qızıllar toyda alınıbdır, buyursun həmin qızılların mövcudluğunu sübut etsin. Sübut etsin ki, iddia ərizəsində göstərdiyi zinət əşyaları mövcud olmuşdur” qeyd etdiyini, onlar tərəfindən Gülnara alınan qızıl-zinət əşyalarını isə Gülnar xx xxx 2018ci il tarixində Bakıdakı yaşadıqları evi tərk edərkən özü ilə apardığını, onlar tərəfdən Gülnara hədiyyə şəkilində verilən qızıl-zinət əşyaları bir ədəd briliyant qaşlı nişan üzüyü - 340 manat, (57 bazarından Gülnar, mən və anamın iştirakı ilə alınıb), bir ədəd qızıl boyunbağı qarabatdax - anasına məxsus olan, bir cüt sırğa - 145 manat, (57 bazarından Gülnar, mən və anamın iştirakı ilə alınıb), bir ədəd bilərzik - 120 manat, (57 bazarından Gülnar, mən və anamın iştirakı ilə alınıb), bir cüt sırğa - 80 manat, (toy günü Gülnarın evə gəlişi münasibəti ilə anam tərəfindən verilən) əşyalardan ibarət olduğunu, atasının 1987-ci ildə, onun 2 yaşı olarkən vəfat etdiyini, anasının isə evdar xanım olduğunu, onun isə 2003-2007-ci illərdə tələbə olduğunu, toylarının da 2007-ci ildə olduğunu, iddiaçının iddia ərzisəndə göstərdiyi əyarı 585, qiyməti 2500 (iki min beş yüz) manat olan briliant üzük -sırğa dəsti, qiyməti 850 (səkkiz yüz əlli) manat olan briliant qaşlı bilərzik olan qızıl-zinət əşyalarının almağa onun maddi imkanının olmadığını göstərmişdir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, tərəflərin izahatı ilə eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş toy şəkilləri olan sübutlarla müəyyən olunur ki, qızıl-zinət əşyalarının İddiaçı toyda və toydan sonra cavabdeh tərəfindən alınması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən irəli sürülən iddia tələbi ilə bağlı işin mübahisəli halı ondan ibarətdir ki, İddiaçı iddia tələbində göstərilən əyarı 585 olan qiyməti 2500 manatlıq briliyant üzük-sırğa dəsti, qiyməti 850 manatlıq briliyant qaşlı bilərzik, qiyməti 300 manatlıq qızıl bilərzik olan qızıl-zinət əşyaların Cavabdeh olmasını göstərməsidir. Bu tələbin mübahisəli olmasına səbəb isə cavabdehin İddiaçı iddia ərizəsində göstərdiyi və tələb etdiyi əyarı 585, qiyməti 2500 (iki min beş yüz) manat olan briliant üzük -sırğa dəsti, qiyməti 850 (səkkiz yüz əlli) manat olan brilliant qaşlı bilərzik, qiyməti 300 (üç yüz) manat olan qızıl bilərzik, qiyməti 300 manat olan qızıl-zinət əşyaların iddiaçıya hədiyyə eilmədiyini, ümumiyyətlə qeyd olunan adlarda qızılların olmadığını, iddiaçının göstərdiyi adda, çəkidə və dəyərdə qızıllarının heç vaxt olmadığını, İddiaçı toyda və toydan sonra bir ədəd briliyant qaşlı nişan üzüyü - 340 manat, bir ədəd qızıl boyunbağı qarabatdax - anasına məxsus olan, bir cüt sırğa - 145 manat, bir ədəd bilərzik - 120 manat, bir cüt sırğa - 80 manat qızıl-zinət əşyaların alındığını və iddiaçının qızıl-zinət əşyalarının özündə olmasını göstəməsidir. Məhkəmə ilk olaraq iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlarla bağlı hesab edir ki, iddia ərizəsində göstərilən əyarı 585 olan briliyant üzük-sırğa dəsti və briliyant qaşlı bilərzik olan qızıl zinət əşyaların İddiaçı toyda hədiyyə olaraq alınması məhkəməyə təqdim olunan fotoşəkillərlə öz təsdiqini tapmış, cavabdeh həmin qızıl-zinət əşyaların onda olmamasını, ümumiyyətlə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının iddiaçıya alınmadığını və həmin qızıl-zinət əşyalarının mövcud olmadığını bildirsə də, həmin halı təsdiq edəcək hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Cavabdeh ifadəsini təhlil edildikdə dindirilən cavabdehin məhkəməyə verdiyi ifadəsində İddiaçı tələb etdiyi əyarı 585 olan briliyant üzük-sırğa dəsti və briliyant qaşlı bilərzik olan qızıl zinət əşyaların Cavabdeh olması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh məhkəməyə verdiyi izahatında iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarından heç biri nə nişan, nə toy, nədə ki evlilikləri dönəmində Gülnara alınmadığını, qeyd olunan adlarda qızılların olmadığını, iddiaçının tələb etdiyi və göstərdiyi adda, çəkidə və dəyərdə qızıllarının heç vaxt olmaması barədə ifadəsini inadırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, cavabdeh həmin qızıl-zinət əşyalarının mövcud olmadığnı, İddiaçı alınmadığını bildirsə də, məhkəmə araşdırılması zamanı mütəxəssinin iştirakı ilə iddiaçı tərəfindən təqdim edilən toy fotoşəkillərinə baxış keçirilən zaman İddiaçı iddia tələbində göstərdiyi əyarı 585 olan briliyant üzük-sırğa dəsti və briliyant qaşlı bilərzik olan qızıl zinət əşyaların mövcudluğu və toyda iddiaçının üzərində, yəni onun istifadəsində olması sübuta yetirilmişdir. Cavabdeh tərəfindən təqdim edilən fotoşəkillərdə olan bir cüt sırğa və “qarabatdax” adlanan boyunbağı isə iddia ərizəsində göstərilməmiş və iddiaçı tərəfindən tələb olunmamışdır, iddiaçı G.Novruzova cavabdeh tərəfindən inkar edilən qızıl-zinət əşyalarını tələb edibdir, iddiaçı məhkəməyə verdiyi izahatında fotoşəkillərdəki bəzək əşyalarının istifadəsində olduğunu və onları tələb etmədiyini bildirmişdir, iddiaçının bu ifadəsini məhkəmə inandırıcılıq dərəcəsinə görə sübut kimi qəbul edilən hesab edir və hesab edir ki, iddiaçının istifadəsində hər-hansı bir qızıl-zinət əşyanın olması əsas vermir ki, onun tələb etdiyi əşaylarında onda olması nəticəsinə gəlinsin. Bu səbəbdən də məhkəmə Cavabdeh ifadələrinin şübhəli və inandırıcılıq dərəcəsinə görə qəbul edilən bilən hesab edilmədiyi üçün iddiaçının tələb etdiyi əyarı 585 olan briliyant üzük-sırğa dəsti və briliyant qaşlı bilərzik olan qızıl zinət əşyaların iddiaçıya toyda hədiyyə edilməməsi, ümumiyyətlə həmin qızıl-zinət əşyalarının mövcud olmaması halı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddia tələbində göstərdiyi əyarı 585, qiyməti 2500 (iki min beş yüz ) manat olan briliant üzük sırğa dəsti, qiyməti 850 (səkkiz yüz əlli) manat olan briliant qaşlı bilərzik, qiyməti 300 (üç yüz) manat olan qızıl bilərzik, qiyməti 300 manat olan qızılzinət əşyalarından əyarı 585 olan briliyant üzük-sırğa dəsti və briliyant qaşlı bilərzik olan qızıl zinət əşyaların İddiaçı toyda hədiyyə olaraq alınması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından həmin hissədə təmin edilməlidir. İş üzrə İddiaçı iddia tələbində tələb etdiyi briliant üzük -sırğa dəsti və briliant qaşlı bilərzik olan qızıl-zinət əşyaların istehsal yerini, ölçüsünü, çəkisini və dəyərini göstərsə də, iddia tələbində göstərilən həmin qızıl-zinət əşyaların istehsal yerini, ölçüsünü, çəkisini və dəyərini müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə həmin qızıl-zinət əşyalarının mövcud olmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən mütəxəssis işə cəlb edilərək iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının istehsal yeri, ölçüsü, çəkisi və dəyəri müəyyən edilmiş iddia ərizəsində göstərilən bir dəst brilliant üzük-sırğa qızıl-zinət əşyası 585 əyar, çəkisi 15 qram, dəyəri 1275 (bir min iki yüz yetmiş beş) manat, bir ədəd brilliant bilərzik qızıl-zinət əşyası 585 əyar, çəkisi 7 qram, dəyəri 595 (beş yüz doxsan beş) manat dəyərində olması müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə qismən əsaslı olduğundan, iddia tələbi həmin hissədə qismən təmin edilməli Cavabdeh bir dəst brilliant üzük-sırğa 585 əyar, çəkisi 15 qram dəyəri 1275 (bir min iki yüz yetmiş beş) manat, bir ədəd brilliant bilərzik qızıl-zinət əşyası 585 əyar, çəkisi 7 qram, dəyəri 595 (beş yüz doxsan beş) manat olan qızıl-zinət əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 1870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia tələblərindən biri də İddiaçı Cavabdeh paltaryuyan LG markalı (6 kq) dəyəri 700 manat, bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat, bir ədəd stol dəyəri 300 manat, servis (yemək və çay) dəsti dəyəri 250 manat, bir ədəd tozsoran LG markalı dəyəri 85 manat, bir ədəd tuxovka dəyəri 60 manat, bir ədəd qab zərli dəyəri 50 manat, bir ədəd güldan dəyəri 35 manat, armudu stəkan (6 ədəd) dəyəri 35 manat, qab-qacaqlar (stəkan, nəlbəki, duz qabı, tava tefal, qaşıq dəsti) dəyəri 150 manat olan cehiz əşyaları və özünə məxsus bir ədəd Palto sarı rəngli dəyəri 60 manat, bir ədəd balonka sarı rəngli dəyəri 35 manat, bir ədəd balonka göy rəngli dəyəri 120 manat, bir ədəd sapaşki dəyəri 50 manat, bir ədəd krasofka qırmızı dəyəri 25 manat, bir ədəd krasofka qara dəyəri 25 manat, bir ədəd ayaqqabı (tufli) zərli dəyəri 50 manat, bir ədəd ayaqqabı (tufli) sarı dəyəri 15 manat, bir ədəd toxunma yaylıq dəyəri 35 manat, parça (donluq) dəyəri 50 manat olan geyim paltarlarından ibarət əşyaların və yaxud dəyəri olan 6085 (altı min səksən beş) manat pulun və məzun albomu, fotoşəkillərin tələb etməsidir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, İddiaçı həmin əşyaların alınması və cavabdehdə olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh istər məhkəmə iclasında verdiyi, istərsə də məhkəməyə təqdim etdiyi yazılı izahatında İddiaçı tələb etdiyi bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat, bir ədəd tozsoran LG markalı dəyəri 85 manat, bir ədəd txovka dəyəri 60 manat, bir ədəd güldan dəyəri 35 manat olan cehiz əşyalarının onda olmasını və həmin əşyaların iddiaçıya geri qaytarılmasına heç bir narazıçılığının olmadığını göstərmişdir. İddiaçı iddianın əsasını təşkil edən və qeyd edilən bu hallarla bağlı sübut təqdim etməməsinə baxmayaraq, cavabdehin izahatı ilə müəyyən olunur ki, bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat, bir ədəd tozsoran LG markalı dəyəri 85 manat, bir ədəd tuxovka dəyəri 60 manat, bir ədəd güldan dəyəri 35 manat cehiz əşyaları iddiaçı tərəfindən evlilik dövründə cehiz olaraq cavabdehin evinə aparıbdır. Eyni zamanda məhkəmənin sonuncu iclasında Cavabdeh izahatında iddia ərizəsində serviz (yemək və çay) dəyəri 250 manat, txovka dəyəri 60 manat, güldan dəyəri 35 manat, qablar (müxtəlif) dəyəri 150 manat göstərilən cehiz əşyalar və əlavə olaraq iddia ərizəsində göstərilməyən bir çox əşyanın Bakı şəhərində cavabdehin qardaşı vasitəsi ilə iddiaçıya qaytarıldığını, tələb edilən “LG” markalı tozsoranın isə xarab olduğunu, əgər iddiaçı istəyərsə həmin tozsoranı təmir etdirib və ya əvəzində özünə məxsus tozsoranı verməyə hazır olduğunu göstərmişdir. Həmin hal İddiaçı məhkəməyə verdiyi izahatı ilə öz təsdiqini tapıbdır, belə ki İddiaçı məhkəmənin sonuncu iclasında İddiaçı Bakı şəhərində qardaşı vasitəsi ilə iddia ərizəsində serviz (yemək və çay) dəyəri 250 manat, txovka dəyəri 60 manat, güldan dəyəri 35 manat, qablar (müxtəlif) dəyəri 150 manat göstərilən cehiz əşyaları Cavabdeh tərəfindən qaytarıldığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiçı İddiaçı iddia tələbi cehiz əşyalarına münasibətdə qismən əsaslı olduğundan, qismən təmin edilməli Cavabdeh bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat, bir ədəd tozsoran “LG” markalı dəyəri 85 manat, cehiz əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 110 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddiaçı iddia tələbinin servis (yemək və çay) dəsti dəyəri 250 manat, bir ədəd tuxovka dəyəri 60 manat, qab-qacaqlar (stəkan, nəlbəki, duz qabı, tava tefal, qaşıq dəsti) dəyəri 150 manat, bir ədəd güldan dəyəri 35 manat iddiaçıya qaytarıldığından təmin edilə bilməz, digər cehiz əşyalardan armudu stəkan (6 ədəd) dəyəri 35 manat bir ədəd qab zərli dəyəri 50 manat olan cehiz və özünə məxsus bir ədəd palto sarı rəngli dəyəri 60 manat, bir ədəd balonka sarı rəngli dəyəri 35 manat, bir ədəd balonka göy rəngli dəyəri 120 manat, bir ədəd sapaşki dəyəri 50 manat, bir ədəd krasofka qırmızı dəyəri 25 manat, bir ədəd krasofka qara dəyəri 25 manat, bir ədəd ayaqqabı (tufli) zərli dəyəri 50 manat, bir ədəd ayaqqabı (tufli) sarı dəyəri 15 manat, bir ədəd toxunma yaylıq dəyəri 35 manat, parça (donluq) dəyəri 50 manat olan geyim paltarlarından ibarət əşyaların və məzun albomu, fotoşəkillərin alınıb ona verilməsinə dair tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı İddiaçı həmin əşyaların Cavabdeh olması barədə məhkəməyə hər-hansı mötəbər sübut təqdim etməmişdir. İddia tələblərindən biri də İddiaçı Cavabdeh birgə nikah dövründə əldə etdikləri dəyəri 11990 (on bir min doqquz yüz doxsan) manat təşkil edən bir ədəd televizor LG markalı “106” ekran dəyəri 900 manat, bir ədəd televizor LG markalı “106” ekran dəyəri 700 manat, bir ədəd soyuducu dəyəri 900 manat, bir ədəd kondisioner “Evrolexs” markalı dəyəri 1200 manat, divan dəsti (divan, 2 kreslo) dəyəri 1200 manat, stol və 6 stul dəst dəyəri 1400 manat, 2 ədəd xalça İran istehsalı 2x3 m ölçüdə dəyəri 700 manat, “Komot” mebel dəyəri 800 manat, yataq dəsti (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) dəyəri 2000 manat, bir ədəd Notbook “acer” dəyəri 1400 manat, «listur» dəyəri 160 manat, listur dəyəri 80 manat, zərli qablar 3 ədəd İran istehsalı, meyvə üçün dəyəri 170 manat, ət çəkən maçın dəyəri 70 manat, servis (yemək, çay ) dəyəri 250 manat, qab (stəkan nəlbəki) “Lav” dəyəri 60 manat olan əmlakların naturada yarısının və yaxud qiymətinin yarısı olan 5995 (beş min doqquz yüz doxsan beş) manat pulun alınaraq ona ödənilməsi barədə tələbdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında həmin əşyaların alınması barədə onda hər-hansı bir sübutun olmadığını, həmin əşyaların keçmiş qaynanası Nümayəndə2 Fərzalı qızının adına olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi “V” massivi, bina 25 mənzil 16-da yaşadıqları mənzildə qaldığını, tələb etdiyi birgə nikah dövründə aldıqları bir ədəd LG markalı “106” ekran dəyəri 900 manat olan televizorun Cavabdeh ilə anası Xoşqədəm xanımla 2015-ci ildə aldıqlarını, bir ədəd LG markalı “106” ekran dəyəri 700 manat televizoru isə Cavabdeh 2014-cü ildə Rusiyadan gətirdiyini, bir ədəd dəyəri 900 manat soyuducunu və bir ədəd “Evrolexs” markalı dəyəri 1200 manat kondisioneri isə onların 2010-cu ildə aldıqlarını, həmin vaxt cavabdehdən haradan aldığını soruşduğunu, cavabdehin isə ona dayısının aldığını bildirdiyini, divan dəsti (divan, 2 kreslo) dəyəri 1200 manat və stol və 6 stul dəst dəyəri 1400 manat əşyaları isə təxminən 2014-2015-ci ildə mebel evində o, cavabdeh və cavabdehin anası birlikdə baxıb bəyəndiklərini, sonra Cavabdeh sifariş verdiyini və həmin əşyaların gətirildiyini, həmin əşyaların alınması barədə sənədlərin cavabdehdə olmasını, digər əşyalar olan 2 ədəd xalça İran istehsalı 2x3 m ölçüdə dəyəri 700 manat, “Komot” mebel dəyəri 800 manat, yataq dəsti (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) dəyəri 2000 manat, bir ədəd notbook “acer” dəyəri 1400 manat, listur dəyəri 160 manat, listur dəyəri 80 manat, zərli qablar 3 ədəd İran istehsalı, meyvə üçün dəyəri 170 manat, ət çəkən maşın dəyəri 70 manat, servis (yemək, çay) dəyəri 250 manat, qab (stəkan nəlbəki) “Lav” dəyəri 60 manat əşyalarda onların birgə nikah dövründə olındığını həmin əşyaların alınması barədə onda sübut olmasa da həmin əşyaların cavabdehin pulu ilə alındığını göstərmiş, lakin həmin əşyaların birgə nikah dövründə alınması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəməyə verdiyi izahatında iddiaçının tələb etdiyi iddia ərizəsində göstərilən yataq dəstinin (2 nəfərlik yataq, şifoner, termo, 2 tumbuşka, 2 ədəd gecə lampası) 1500 manata xalası Həkimənin anasına aldığını, “Acer” Noutbookun o, hələ evlənməmişdən əvvəl alındığını, iddia ərizəsində göstərilən listurların qiymətinin iddiaçının göstərdiyi kimi 160 manat və 80 manat deyil, onların hər birinin qiymətinin 35 manat olduğunu, onlardan iddiaçının istədiyi birini götürə biləcəyini, iddia tələbində göstərilən 3 ədəd zərli qablar İran istehsalı, meyvə üçün dəyəri 170 manat olan əşyanı isə onun anasının aldığını, həmçinin ət çəkən maşını da onun dayısı qızı Jalənin anasına hədiyyə aldığını, servis (yemək, çay) və qab (stəkan, nəlbəki) Hav belə əşyaların olmadığını, 2 ədəd İran istehsalı olan 2x3 m ölçüdə dəyəri 700 manat xalçanı anası Xoşqədəmin özü üçün aldığını, iddia ərizəsində göstərilən “Komot” mebel dəyəri 800 manat olan mebelin isə, 800 manata deyil 400 manata alındığını və yarısının iddiaçıya verilməsinə etiraz etmədiyini, iddia ərizəsində göstərilən 1 ədəd “LG” markalı 106” ekran olan televizor, 1 ədəd soyuducu dəyəri 900 manat olan, 1 ədəd “Evrolexs” markalı dəyəri 1200 manat kondisioner, bir cüt divan dəsti (divan, 2 ədəd kreslo) dəyəri 1200 manat olan, bir cüt stol, 6 stul dəsti dəyəri 1400 manat olan əşyaları isə onun dayısı Nizaməddin Məmmədovun anası Nümayəndə2 Bakı şəhərində olan evini hədiyyə edən zaman həmin əşyaları da ev ilə birlikdə hədiyyə olaraq verdiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə görə nikah müddətində ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə araşdırılması zamanı İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilən əşyaların alınması barədə hər hansı bir sübut təqdim etməsə də, məhkəmə araşdırılması zamanı cavabdehin izahatı ilə müəyyən olunur ki, həqiqətən də tərəflər iddia tələbində göstərilən 1 ədəd “Komot” mebel və 2 ədəd listur olan əşyaları nikah müddətində əldə ediblər. Eyni zamanda İddiaçı iddia ərizəsində göstərilən 1 ədəd “LG” markalı 106” ekran olan televizor, 1 ədəd soyuducu dəyəri 900 manat olan, 1 ədəd “Evrolexs” markalı dəyəri 1200 manat kondisioner, bir cüt divan dəsti (divan, 2 ədəd kreslo) dəyəri 1200 manat olan, bir cüt stol, 6 stul dəsti dəyəri 1400 manat olan əşyaların onların birgə nikah dövründə alınmasını bildirmiş və həmin əşyaların alınmasını təsdiq edəcək şahid X2 göstərmişdir. İddiaçı tərəfin vəsatəti ilə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinə məhkəmə tapşırığı əsasında şahid qismində ifadə verən X3 Bakı şəhəri, Suraxanı rayonu, “V” Massivi, bina 20, 64 nömrəli mənzilin üzün müddət əvvəl bacısı üçün aldığını, mənzil alınandan sonra bəzi əşyaları özü şəxsən alaraq bacısına hədiyyə verdiyini, bəzi əşyaların alınması üçün isə bacısına pul verdiyini, həmin əşyalardan 1 (bir) ədəd “LG” markalı televizoru, 1 ədəd soyuducunu, 1 ədəd “Evrolex” markalı kondisioneri, bir cüt divan dəstini (divan və iki ədəd kreslo), 1 cüt stolu, 6 ədəd stulu bacısına hədiyyə verdiyini dəqiq xatırladığını, lakin uzun müddət keçdiyi görə həmin əşyaların qiymətlərini xatırlamadığını göstərmişdir. Məhkəmə şahid X1 ifadəsinin sübut növü kimi qəbul etmişdir. Şahid N.Məmmədovun ifadələri iddia ərizəsində göstərilən 1 ədəd “LG” markalı 106” ekran olan televizor, 1 ədəd soyuducu dəyəri 900 manat olan, 1 ədəd “Evrolexs” markalı dəyəri 1200 manat kondisioner, bir cüt divan dəsti (divan, 2 ədəd kreslo) dəyəri 1200 manat olan, bir cüt stol, 6 stul dəsti dəyəri 1400 manat olan əşyaların tərəflərin birgə nikah dövründə alınması öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılması zamanı İddiaçı birgə nikah dövründə əldə etdikləri əşyalardan bir ədəd “Komot” mebel və iki ədəd listurun alınması öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində tələb etdiyi əmlaklarının hər birinin dəyərini iddia ərizəsində göstərsə də, iddia tələbində həmin əşyaların dəyərini müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, Cavabdeh izahatında göstərmişdir ki, həqiqətən də iddia tələbində sadalanan və tələb olunan əmlaklardan iki ədəd listurun və bir ədəd “Komot mebelin onların yaşadığı evdə olduğunu, lakin onların dəyərinin iddiaçı tərəfindən düzgün göstərilmədiyini, listurların qiymətinin iddiaçının göstərdiyi kimi 160 manat və 80 manat deyil, onların hər birinin qiymətinin 35 manat, “Komot” mebelinin isə 400 manat olduğunu göstərmişdir. Sadalanan xüsusatlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi əmlaklarının hər birinin dəyəri cavabdehin göstərdiyi dəyərdə qəbul edilməlidir. Belə ki, iddiaçı bu əmlakların dəyərinin iddia ərizəsində göstərsə də, öz növbəsində həmin əşyaların dəyərini təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da nəzərə alır ki, cavabdeh bu əmlakların hazırda onun evində olduğunu bildirmiş, iddiaçı isə bu əmlakların və ya dəyərini cavabdehdən alınaraq ona verilməsini tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlaklardan 1 ədəd “komot” mebel dəyəri 400 manat və 2 ədəd listur hər birinin dəyəri 35 manat olan əşyaların yarısı və ya onların dəyəri 235 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə tələb edilən əşyaların cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq qaytarılmamasına dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh bir dəst brilliant üzük-sırğa 585 əyar, çəkisi 15 qram dəyəri 1275 (bir min iki yüz yetmiş beş) manat, bir ədəd brilliant bilərzik qızıl-zinət əşyası 585 əyar, çəkisi 7 qram, dəyəri 595 (beş yüz doxsan beş) manat olan qızılzinət əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 1870 (bir min səkkiz yüz yetmiş) manat, bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat və bir ədəd tozsoran “LG” markalı dəyəri 85 manat, cehiz əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul, birgə nikah dövründə əldə edilmiş əmlaklardan 1 ədəd “komot” mebel dəyəri 400 manat və 2 ədəd listur hər birinin dəyəri 35 manat olan əşyaların yarısı və ya onların dəyəri 235 (iki yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilməli iddia tələbi qalmış hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “KapitalBank” Naxçıvan filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 5.50 (beş manat, 50 qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı, eyni zamanda 40 (qırx) manat məbləğində məhkəmə xərci İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq mütəxəssis X6 verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh - 1. bir dəst brilliant üzük-sırğa 585 əyar, çəkisi 15 qram dəyəri 1275 (bir min iki yüz yetmiş beş) manat, bir ədəd brilliant bilərzik qızılzinət əşyası 585 əyar, çəkisi 7 qram, dəyəri 595 (beş yüz doxsan beş) manat olan qızıl-zinət əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 1870 (bir min səkkiz yüz yetmiş) manat;
2. bir ədəd yorğan bir nəfərlik dəyəri 25 manat və bir ədəd tozsoran “LG” markalı dəyəri 85 manat cehiz əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 110 (bir yüz on manat) manat məbləğində pul;
3. birgə nikah dövründə əldə edilmiş əmlaklardan 1 ədəd “komot” mebel dəyəri 400 manat və 2 ədəd listur hər birinin dəyəri 35 manat olan əşyaların yarısı və ya onların dəyəri 235 (iki yüz otuz beş) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən “KapitalBank” Naxçıvan filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 5.50 (beş manat, 50 qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddiaçı və Cavabdeh müştərək qaydada 40 (qırx) manat məbləğində məhkəmə xərci alınaraq mütəxəssis X6 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Daşqın Səfərov.