Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-420/2020 21.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi ilə, İddiaçı Nürəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmmədov X1 Rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 890 manat məbləğində pulun və ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumunun, cəmi birlikdə 920 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Nürəddin oğlunun xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin ünvanına daxil olmuş ərizəsində Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda xx xxxxxx 2020-ci il tarixdə cavabdeh ilə məhkəmədən kənar öz aralarında razılığa gəldiklərini, ona görə də iddia tələbindən imtina etdiyini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı Nürəddin oğlunun iddiadan imtina etməsi barədə ərizəsini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır, həmin əsasa görə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxarır və eyni zamanda həmin qərardadla iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərkən ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixdə 69089 nömrəli qəbzlə İddiaçı Nürəddin oğlunun “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına 30 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Nürəddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiasından imtinası qəbul edilsin. İddiaçı Nürəddin oğlunun Cavabdehna qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Nürəddin oğlunun xx.xx.2020-ci il tarixdə 69089nömrəli qəbzlə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına 30 manat məbləğində ödədiyi dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-420/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-420/2020
21.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver