Məhkəmə qərarları › İş №2(079)-430/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-430/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-430/2023 11.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5700 manat (beş min yeddi yüz) pulun və 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, 2021-ci ilin dekabr ayından oğlum Cavabdeh evində qalmaq üçün onlara getmişdim. Həmin vaxt pensiya kartımı və 3500 (üç min beş yüz) manat nağd pulumu oğlum Cəsarətlə arvadı Aidəyə verib dedim ki, pulu saxlayın. Təxminən xx.xx.2023-cü il tarixdə oğlumdan onlara verdiyim pulu istədim. Mənə dedi ki, həmin pulu səninlə birlikdə yemişik. Mən oğluma dedim ki sizə deməmişdim, o pula toxunmayın. Pensiya kartımı soruşduqda kartımı verib 2200 (iki min iki yüz) manat pulumu çəkdiyini bildirdi. Mən onlardan kartımı alıb özümdə saxladım, pensiyamı çəkmək istərkən kartdakı pulumun əksik olduğunu gördüm. Bu barədə Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə şikayət etdim. Oğlumun və gəlinimin polisə verdiyi izahatlarla razılaşmıram, çünki mən onlara razılıq verməmişdim mənim pulumu çəksinlər. Onlar mənim müalicəmə dedikləri məbləği xərcləməyiblər, mən Naftalana sanatoriyaya getməmişəm. Bu səbəbdən də həmin pulları cavabdehdən alınıb geri qaytarılmasını istəyirəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası keçirilərək, mülki iş məhkəmədə baxılmağa təyin olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək oğlu Cavabdeh əməlində cinayət tərkibi olduğu üçün ibtidai araşdırma orqanına müraciət etdiyini bildirmiş, bu səbəbdən də ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı xahişinin olmamasını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah edilir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-in 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsi ilə 12 iyul 2023-cü il tarixli, 21931 nömrəli qəbzlə ödənilmiş 78 (yetmiş səkkiz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsi ilə 12 iyul 2023-cü il tarixli, 21931 nömrəli qəbzlə ödənilmiş 78 (yetmiş səkkiz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar