Məhkəmə qərarları › İş №2(079)-433/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-433/2022

18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-433/2022 18.10.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 25 avqust 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək rayon Xəlilli kəndində yerləşən 0.78 ha torpaq sahəsinin alınmasına ödədiyi 1000 (bir min) ABŞ dolar pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 51 (əlli bir) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1.Cavabdeh2 və Əliyeva Tiinzalə fərman qızından alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, 27 sentyabr 1999-cu ildə Babək rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Babək rayon Xəlilli kəndində yerləşən 0.78 ha torpaq sahəsi X2, X4, Cavabdeh3 Azər qızının, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. xx.xx.2007-ci il tarixdə aramızda razılaşaraq qeyri-rəsmi alqı-satqı əsasında X3, Cavabdeh3 Azər qızından, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan həmin torpaq sahəsini 1000 (bir min) ABŞ dolları ödəyərək satın almışam. Bunu onlar torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin arxa hissəsinə yazdıqları imzaları ilə təsdiq etmişlər. Həmin vaxtdan bu günə kimi torpaq sahəsini mən istifadə etmişəm. Lakin torpaq sahəsini mülkiyyətimə keçirmək üçün cavabdehlərin razılıq ərizləri tələb olunur. Cavabdehlər aldığım torpaq sahəsini notarial qavdada rəsmiləşdirməkdən imtina edirlər. Mən də məhkəməyə müraciət edib torpaq sahəsinin alınmasına ödədiyim 1000 (bir min) ABŞ dolları olan pul vəsaitinin alınıb mənə verilməsini tələb etmək məcburiyyətindəyəm. Mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: - Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul edirik və bildiririk ki, iddiaçı tərəfindən tələb olunan 1000 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalenti 1700 (bir min yeddi yüz) manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyini üzərimizə götürürük. - İddiaçı Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarı ilə 0.78 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin X5, X6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilməsinə dair JN-0008 seriyalı, 10311028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının iş materiallarında olan əslinin cavabdehlərə qaytarılmasına etiraz etmir. - 1700 (bir min yeddi yüz) manat məbləğində pulun məhkəmə qərardadının qəbul edildiyi 18 oktyabr 2022-ci il tarixdən 12 (on iki) ay ərzində yəni 18 oktyabr 2023-cü il tarixə qədər cavabdehlər tərəfindən hissə-hissə ödənilməsi barədə razılığa gəlirlər. - Tərəflər Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarı ilə, JN-0008 seriyalı, 10311028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0.78 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi ilə bağlı gələcəkdə birbirlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. - Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 18 oktyabr 2022-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Belə olan halda iddiaçı tərəfindən iddia verilərkən xx.xx.2022-ci il tarixli, 31823 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 18 oktyabr 2022-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul edirik və bildiririk ki, iddiaçı tərəfindən tələb olunan 1000 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalenti 1700 (bir min yeddi yüz) manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyini üzərimizə götürürük.

2. İddiaçı Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarı ilə 0.78 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin X5, X6, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilməsinə dair JN-0008 seriyalı, 10311028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının iş materiallarında olan əslinin cavabdehlərə qaytarılmasına etiraz etmir.

3. 1700 (bir min yeddi yüz) manat məbləğində pulun məhkəmə qərardadının qəbul edildiyi 18 oktyabr 2022-ci il tarixdən 12 (on iki) ay ərzində yəni 18 oktyabr 2023-cü il tarixə qədər cavabdehlər tərəfindən hissə-hissə ödənilməsi barədə razılığa gəlirlər.

4. Tərəflər Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli qərarı ilə, JN-0008 seriyalı, 10311028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0.78 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər.

5. Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir iddiaları qalmır. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İddiaçı tərəfindən iddia verilərkən xx.xx.2022-ci il tarixli, 31823 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar