Məhkəmə qərarları › İş №2(079)-44/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-44/2022

26.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-44/2022 26.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması və tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 07 dekabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan və Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0,0332 hektar torpaq sahəsinin 15 kvadrat metr hissəsinə cavabdeh X4 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və həmin hissədə tikilmiş tikilinin məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, adına Babək rayonu, Şıxmahmud kəndində 0.0332 hektar torpaq sahəsi qeydiyyata alınmışdır. Tam mülkiyyət hüququ ilə həmin torpaq sahəsinə sahiblik edir və həmin torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikmiş, lakin hələ tam başa çatdırmamışdı. Buna görə də həmin fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməyib. X4 onun 15 kvadrat metr torpaq sahəsinə müdaxilə etmiş və özü üçün tikdiyi tikilinin bir hissəsini həmin torpaq sahəsində tikmişdir. Dəfələrlə cavabdehə bu maneənin aradan qaldırlmasını xahiş etsə də, o bundan hər zaman imtina etmişdir. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət etməli edib. Cavabdehin hazırda faktiki istifadəsində olan 15 kvadrat metr torpaq sahəsinə olan maneənin aradan qaldırlmasını və həmin hissənin faktiki olaraq onun sahiblik və istifadəsinə verilməsini xahiş etmişdi. İddia ərizəsi Babək Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, 11 yanvar 2022-ci il tarixli qərardadla isə mülki iş üzrə cavabdeh X4, Şərur rayonu, Cəlilkənd sakini Cavabdeh ilə əvəz edilmişdi. Mülki iş üzrə 26 may 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçı və cavabdeh 06 may 2022-ci barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı tərəflərin aralarında mübahisəni məhkəmədən kənar qaydada həll edərək razılığa gəldiklərini və bu səbəbdən də aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər: - Cavabdeh 23 oktyabr 2017-ci tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi ilə X2 aldığı Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahəsi ilə onun qonşuluğunda olan İddiaçı məxsus torpaq sahəsi arasında inşa edilmiş hasarın hazırda onun sahiblik və istifadəsində olan torpaq sahəsinin içərisinə doğru təqribən 0.97 (sıfır tam, yüzdə doxsan yeddi) metr enində 3.26 (üç metr, iyirmi altı santimetr) uzunluğunda hissəsini sökərək onu bütöv hasar halına gətirib (yəni mövcud olan divarı düz xətt boyunca tikməyi), torpaq sahəsinin 3.16 (üç tam yüzdə on altı tam) kvadrat metr hissəsini İddiaçı qaytarmağı (hazırda cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinə bitişik hissə tərəfdən), həmçinin istifadə və sahibliyində olan torpaq sahəsinin artıq olan və İddiaçı məxsus 11.84 (on bir tam yüzdə səksən dörd) kvadrat metr hissəsi üçün iddiaçıya 06 iyun 2022-ci ildə 1000 (bir min) manat pul ödəməyi öhdəsinə götürür; - İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 23 mart 2013-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0,0332 hektar torpaq sahəsinin 11.84 (on bir tam yüzdə səksən dörd) kvadrat metr hissəsi üçün Cavabdeh tərəfindən ona 1000 (bir min) manat məbləğində pul tam ödənildikdən sonra həmin torpaq sahəsinin qeyd edilən hissəsinin Cavabdeh mülkiyyətinə keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Xidmətində qanuna müvafiq hərəkətləri etməyi öhdəsinə götürür; - Cavabdeh tərəfindən İddiaçı 11.84 (on bir tam yüzdə səksən dörd) kvadrat metr torpaq sahəsi üçün 1000 (bir min) manat məbləğində pul ödənildikdən və həmin torpaq sahəsi cavabdehin adına rəsmiləşdikdən sonra İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 23 mart 2013-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahəsinin kəsir hissəsinin geri qaytarılması ilə bağlı Cavabdeh qarşı gələcəkdə hər hansı tələbi olmayacaq. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 06 may 2022-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflə bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, bu hala hüquqi qiymət verilməsinə ehtiyac yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 06 may 2022-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh 23 oktyabr 2017-ci tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi ilə X2 aldığı Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahəsi ilə onun qonşuluğunda olan İddiaçı məxsus torpaq sahəsi arasında inşa edilmiş hasarın hazırda onun sahiblik və istifadəsində olan torpaq sahəsinin içərisinə doğru təqribən 0.97 (sıfır tam, yüzdə doxsan yeddi) metr enində 3.26 (üç metr, iyirmi altı santimetr) uzunluğunda hissəsini sökərək onu bütöv hasar halına gətirib (yəni mövcud olan divarı düz xətt boyunca tikməyi), torpaq sahəsinin 3.16 (üç tam yüzdə on altı tam) kvadrat metr hissəsini İddiaçı qaytarmağı (hazırda cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinə bitişik hissə tərəfdən), həmçinin istifadə və sahibliyində olan torpaq sahəsinin artıq olan və İddiaçı məxsus 11.84 (on bir tam yüzdə səksən dörd) kvadrat metr hissəsi üçün iddiaçıya 06 iyun 2022-ci ildə 1000 (bir min) manat pul ödəməyi öhdəsinə götürür;

2. İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 23 mart 2013-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0,0332 hektar torpaq sahəsinin 11.84 (on bir tam yüzdə səksən dörd) kvadrat metr hissəsi üçün Cavabdeh tərəfindən ona 1000 (bir min) manat məbləğində pul tam ödənildikdən sonra həmin torpaq sahəsinin qeyd edilən hissəsinin Cavabdeh mülkiyyətinə keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Xidmətində qanuna müvafiq hərəkətləri etməyi öhdəsinə götürür;

3. Cavabdeh tərəfindən İddiaçı 11.84 (on bir tam yüzdə səksən dörd) kvadrat metr torpaq sahəsi üçün 1000 (bir min) manat məbləğində pul ödənildikdən və həmin torpaq sahəsi cavabdehin adına rəsmiləşdikdən sonra İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 23 mart 2013-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən torpaq sahəsinin kəsir hissəsinin geri qaytarılması ilə bağlı Cavabdeh qarşı gələcəkdə hər hansı tələbi olmayacaq. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə olan maneənin aradan qaldırılması və tikilinin sökülməsi tələbinə mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar