Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-445/2025 21.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 20 iyun 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7520 (yeddi min beş yüz iyirmi) manat pulun və iş üzrə ödəniş etdiyi 95 (doxsan beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən İddiaçı uzun müddətdir ki, Cavabdeh ilə mal-heyvan alveri ilə məşğulam. Naxçıvan MR rayon və kəndlərinə gedib vətəndaşlardan heyvan alıb üstünə beş-on manat qoyub sataraq ailəmizi dolandırırdıq. 2018ci ildə yenə Cavabdeh ilə şəriyinə Şərur rayon Xanlıqlar kəndinə gedib həmin kənd sakini X1 hər biri 110 (yüz on manatdan, ümumilikdə isə 9020 (doqquz min iyirmi) manatlıq nisyə 82 (səksən iki) baş xırda buynuzlu heyvan aldıq. Sonra mən Cavabdeh ilə razılaşdım ki, həmin heyvanların hər birindən mən 25 manat pul versin heyvanları ona verim, o isə neçəyə satır, satsın. O da razılığa gələrək mənə 2050 (iki min əlli) manat pul verdi. Sonra heyvan sahibi heyvanların pulunu istədi, bunun əlində pulu olmadığına görə mən məcbur qalıb 9020 (doqquz yüz iyirmi) manat pulu ödədim. Cavabdehlə razılığa gəldik və o da 9020 (doqquz yüz iyirmi) manat borc pulu mənə ödəyəcəyini öhdəsinə götürdü. Cavabdeh bu günədək həmin 9020 (doqquz yüz iyirmi) manat borc puldan 1000 (min) manatı özü, 500 (beş yüz) manatın isə cavabdehin atası X3 ödəyib. Cəmi 1500 (min beş yüz) manat pulu ödəyib. Hazırda isə Cavabdeh mənə 7520 (yeddi min beş yüz iyirmi) manat pul borcludur. Hesab edirəm ki Cavabdeh olan 7520 (yeddi min beş yüz iyirmi) manat borc pul ondan alınaraq mənə ödənilməlidir. Ərizə xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası təyin edilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında mal-heyvan alqı-satqısı sahəsində fərdi sahibkar olduğunu, vergi ödəyicisi kimi qeydiyyatda olduğunu, mal-heyvan alıb satdığını, iddia ərizəsində göstərdiyi kimi cavabdehin ona pul borclu olduğunu, həmin borcdan 1000 manatını cavabdehin özünün, 500 manatını isə cavabdehin atasının ödədiyini, 1000 manatdan bir ödəndiyini, hazırda 6520 manat borcun qaldığını, qazanc əldə etmək üçün mal-qara alıb satdığını, qarşı tərəfin də mal almaqda məqsədinin qazanc əldə etmək olduğunu, əvvəllər də cavabdehlə bu şəkildə işlədiyini, 25 ilə yaxın olar ki, bir yerdə işlədiklərini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ət alqı-satqısı sahəsində fərdi sahibkar olduğunu, işlər gerilədiyi üçün vergi ödəyicisi kimi fəaliyyətini dayandırdığını, amma bu işlə məşğul olduğunu, iddiaçı ilə bir yerdə işlədiklərini, iddiaçının aldığı qoyunların üstünə pul qoyub ona satdığını, özünün də üstünə pul qoyub Zeynəddin kənd sakini Vüsala satdığını, lakin onun da pulu götürüb qaçdığını, 7520 manat borcdan 1000 manat ödədiyini və 6520 manat borcu qaldığını, heyvanları qazanc əldə etmək üçün aldığını, 20 ildir ki, malheyvan alqı-satqısı ilə məşğul olduğunu, bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, o, (VÖEN nömrəsi **********) 20.04.203-cü il tarixdən əsas fəaliyyət növü “SÜDLÜK İSTİQAMƏTLİ İRİBUYNUZLU MAL-QARANİN YETİŞDİRİLMƏSİ” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və VÖEN-in statusu aktivdir. Cavabdeh barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, o, (VÖEN nömrəsi **********) xx.xx.2017-ci il tarixdən əsas fəaliyyət növü “İXTİSASLAŞDİRİLMİŞ MAĞAZALARDA ƏT VƏ ƏT MƏHSULLARİNİN PƏRAKƏNDƏ SATİŞİ” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və hazırda fəaliyyətini müvəqqəti dayandırmışdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, iddia ərizəsi və tərəflərin izahatı əsasında müəyyən olunur ki, mübahisə predmetini təşkil edən tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, mübahisənin subyekt dairəsi sahibkarlıq subyektləri olan fərdi sahibkarlardan ibarətdir. Mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir. Mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 28-ci bəndinə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in: - 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. - 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. - 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. - 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. - 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd olunanlara əsasən və MPM-in 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-445/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-445/2025
21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver