Məhkəmə qərarları › İş №2(079)-45/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-45/2021

13.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-45/2021 13.01.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı təşkilat «xxxx» Sığorta Şirkəti ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4000 (dörd min) manat sığorta ödənişi məbləğinin, 500 (beş yüz) manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 4530 (dörd min beş yüz otuz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat «xxxx» ASC iddia ərizəsində göstərmişdir ki, ''xxxx“ ASC ilə X5 arasında xx.xx.2018-ci il tarixdə PAAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Nissan Navara» markalı, 90SJ887 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X5 xx.xx.2018-ci il tarixdə «Nissan Navara» markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yolnəqliyyat hadisəsi törətmiş, «Mitsubishi Airtek» markalı, 25BJ251 dövlət qeydiyyat nişanlı avtomobilə və Mustafayev Səbuhi Nəriman oğlunun sağlamlığına az ağır zərər vurmuşdur. “xxxx” ASC tərəfindən «Mitsubishi Airtek» markalı, 25BJ251 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 2500 (iki min beş yüz) manat, Mustafayev Səbuhi Nəriman oğlunun sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün 1500 (bir min beş yüz) manat, cəmi 4000 (dörd min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Binəqədi RPİ TŞ-nin “xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli NK-837 arayışa əsasən cavabdeh X2 yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Sonda iddiaçı təşkilat qanunvericiliyin bir sıra normalarına istinad edərək, əlavə olaraq göstərmişdir ki, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1500 (bir min beş yüz) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. “xxxx" ASC tərəfindən cavabdeh X2 ünvanına xx.xx.2019-cu il tarixli, AS- 19/538 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəmə iclasına gəlməmiş, lakin xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin ünvanına iddiaçı təşkilatın nümayəndəsi T.Ə.Fərzəliyev tərəfindən daxil olmuş ərizədə iddialarını müdafiə etdiklərini, onların iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada cavabdeh X3 məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işə cavabdeh X2 iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçı təşkilatın ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi RPİ TŞ-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, X2 idarə etdiyi «Nissan Navara» markalı, 90SJ887 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yol-nəqliyyat hadisəsini törətdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati tədbirin görülməsi üçün Binəqədi RPİ DYPŞ-yə göndərilməsinə qərar verilibdir. İşdə olan «xxxx» ASC-nin xx.xx.2018-ci il tarixli, 6590/18 AA-5945/18 saylı Sığorta Aktından müəyyən edilir ki, zərərçəkən şəxs Abbasov Rövşən Kamal oğluna məxsus 25BJ251 dövlət qeydiyyat nişanlı, “Mitssubishi Airtrek” markalı avtomobilinin zədələnməsi ilə əlaqədar ona dəymiş zərərin məbləği 2500 (iki min beş yüz) manat təşkil edir. İşdə olan «xxxx» ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli “avtomobilin təmiri üçün hesablama” ilə müəyyən edilir ki, Abbasov Rövşən Kamal oğluna məxsus 25BJ251 dövlət qeydiyyat nişanlı, “Mitssubishi Airtrek” markalı avtomobilin təmiri üçün çəkilmiş xərclər 5000 manat təşkil edir. İşdə olan BO000014510 saylı xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı ilə surətindən görünür ki, «xxxx» ASC tərəfindən 6590/18 AA-5945/18 saylı sığorta aktına əsasən PAAA********** sığorta şəhadətnaməsi üzrə 2500 (iki min beş yüz) manat sığorta ödənişi X6 ödənmişdir. İşdə olan «xxxx» ASC-nin xx.xx.2018-ci il tarixli, 6403/18 AA-5945/18 saylı Sığorta Aktından müəyyən edilir ki, zərərçəkən şəxs Mustafayev Səbuhi Nəriman oğluna sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 1500 (bir min beş yüz) manat təşkil edir. İşdə olan BO000014196 saylı xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı ilə surətindən görünür ki, «xxxx» ASC tərəfindən 6403/18 AA-5945/18 saylı sığorta aktına əsasən PAAA********** sığorta şəhadətnaməsi üzrə 1500 (bir min beş yüz) manat sığorta ödənişi Mustafayev Səbuhi Nəriman oğluna ödənmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini sığortalıya ödəmiş olsun. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işdə olan digər sübutlara məcmu halında qiymət verərək və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X1 4500 manat pul tutularaq iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə uyğun olaraq, iddiaçı təşkilat xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 4000 (dörd min) manat sığorta ödənişi məbləği və 500 (beş yüz) manat işlərin görülməsi xərci olmaqla, cəmi 4500 (dörd min beş yüz) manat məbləğində pul tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X1 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar