Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-451/2024 12.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “20” iyun 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən sahəsi 102.68 kvadrat metr olan üç otaqlı fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən 102.68 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi mülkiyyət hüquqi ilə mənə məxsusdur. Həmin fərdi yaşayış evi 1985-ci ildə tikilmişdi. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə torpağa mülkiyyət hüquqi haqqında şəhadətnamədə bizim ailə üzvlərimiz göstərilməklə atam X2 məxsus idi. Atam X6 26 fevral 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Babək rayonu Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən sahəsi 102.68 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evini mənə bağışlamışdır. Çıxarış nömrəsi 0069360, ********** qeydiyyat nömrəsi və 23\10 nömrəli reyestr kitabının 1815 nömrəli vərəqində tam mülkiyyət hüquqi ilə mənim adıma çıxarış alınmışdır. Mən doğulduğum vaxtdan həmin fərdi yaşayış evində yaşayıram. Cavabdeh mənim qardaşımdır. O, isə ailə qurub 2010-cu il tarixdən həmin evi tərk etmişdir və mənə məxsus fərdi yaşayış evində qeydiyyatda olsa da ailəsi ilə birlikdə Culfa rayonunda yaşayır. Həmin fərdi yaşayış evinə ehtiyacı aradan qalxıb. Onun mənim mənzilimin pasport qeydiyyatında olması kommunal xərclərini ödədiyim mənzilimə mülkiyyət hüquqlarımı həyata keçirməyimi və mənzillə bağlı sərəncam vermək hüquqlarım məhdudlaşır. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, evin yerləşdiyi torpaq sahəsinin əvvəlcə atasının mülkiyyətində olduğunu, həmin torpaq və evin Babək rayonu, Didivar kəndində yerləşdiyini, evin 1985-ci ildə tikildiyini, onun 3 otaqdan ibarət olduğunu, evi arvadının adına keçirmək istədiyini, lakin qardaşı Cavabdeh evin qeydiyyatında olduğundan bununla bağlı ərizə verməli olduğunu, lakin cavabdehin bu ərizəni verməkdən imtina etdiyini, bu səbəbdən də məhkəməyə müraciət etdiyini, evi atasının ona bağışladığını, həmin vaxt atasının bibisinə etibarnamə verdiyini, əvvəlcə atasının adına çıxarış aldığını, daha sonra isə öz adına keçirdiyini, valideynlərinin iki uşağı, yəni özünün və qardaşının olduğunu, qardaşı Nicatın 2009-cu ildə ailə qurduğunu, daha sonra anası ilə aralarında olan mübahisələrə görə 2010-cu ildə həmin evdən çıxdığını, ona bunu kiminsə məcbur etmədiyini, özünün evdən çıxdığını, cavabdehin əvvəlcə Culfa şəhərində, daha sonra isə Naxçıvan şəhərində kirayədə yaşadığını, atası evi ona bağışlayan zaman cavabdeh evin qeydiyyatında olduğundan bununla bağlı razılıq ərizəsi verdiyini, lakin bu razılığı heç nə ilə şərtləndirmədiyini, onun anasına qarşı yaxşı davranmadığı üçün həyətin yarısını qardaşına vermək istəmədiyini, əslində həyətin yarısının cavabdehə verilməsi vədini anasının verdiyini, evi arvadının adına keçirmək istəyərkən qardaşının ona “nə vaxt onun yarısını mənə verərsən, mən də razılıq verərəm” cavabını verdiyini, halbuki onun 14 ildir həmin evdə yaşamadığını qeyd edərək tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddisinə əsaslanmaqla mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, özünün Babək rayonu, Didivar kəndində yerləşən ata evində dünyaya gəldiyini, evdə özü və qardaşı olmaqla, iki uşaq olduğunu, özünün 2009-cu ildə ailə qurduğunu, 2010cu ildə isə həmin evdən çıxaraq kirayələrdə yaşadığını, ən çox, yəni 3 il müddətində Naxçıvan şəhərində kirayə qaldığını, iki il yarım isə Türkiyə Respublikasında yaşadığını, 3 ilə yaxın isə Naxçıvan şəhərində Təbriz otelinin yanında kirayədə qaldığını, sonra maddi vəziyyəti imkan vermədiyi üçün Culfa şəhərinə köçüb qayınanasının evində qaldığını, evi qardaşına bağışlayan zaman orada anası və bibisinin yanında Təbrizin torpaq sahəsinin yarısının ona verəcəyini bildirdiyini, lakin sonradan sözündə durmadığını, özünün ailəsi ilə birlikdə 14 ildir ki, həmin ünvanda yaşamadığını, əslində vəziyyətin bu yerə gəlməsinə səbəb atasının olduğunu, çünki onun başqa şəxslə ailə quraraq Şərur rayonu, Püsyan kəndində yaşadığını, onun yaşadığı ailəsi torpağı onlara verməsinə imkan vermədiyindən atasının bibisinə etibarnamə verdiyini, özünün atasından torpaq istədiyini, atasının isə ona “mən torpağı ikinizə vermişəm, get haqqını tələb elə” sözünü dediyini bildirərək, tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarını tədqiq edən və işdə iştirak edən şəxsin izahatını dinləyən məhkəmə müəyyən edir ki, Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsinin və onun üzərində yerləşən sahəsi 102.68 kvadrat metr fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması, həmin daşınmaz əmlakı ona X1 bağışlaması, Cavabdeh həmin fərdi yaşayış evində rəsmi qaydada qeydiyyata alınması, cavabdehin 2010-cu ildən həmin evdə yaşamaması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə edilən 26 fevral 2020-ci il tarixli, 4Ə-47 reyestr nömrəli bağışlama müqaviləsindən Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinin X4 tərəfindən İddiaçı bağışlanılması; - iddia ərizəsinə əlavə edilən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 27 fevral 2020-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 102.68 kvadrat metr fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olması və bunun daşınmaz əmlakın dövlət reyestrində 23/10 nömrəli reyestr kitabının 1815 nömrəli vərəqində qeydiyyata alınması; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Didivar kəndində rəsmi qaydada qeydiyyata olması; - tərəflərin məhkəmədə verdiyi izahatlardan Cavabdeh 2010-cu ildən Babək rayonu, Didivar kəndində yaşamaması aydın olur. İddiaçı cavabdeh olan qardaşı Cavabdeh özünə məxsus olan Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən sahəsi 102.68 kvadrat metr fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halının hüquqi həlli işə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir çox qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). İddia tələbini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə bildirir ki, işin mübahisəsiz hallarından Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinin ilkin mülkiyyətçisinin X4, yəni tərəflərin atası olması müəyyən edilir. Tərəflər isə məhkəməyə Cavabdeh dövlət reyestrində qeydə alınmış istifadə hüququnun mövcudluğu ilə bağlı hər hansı sübut təqdim etməyib. Həmçinin sözü gedən faktı "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlardan da müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-cü maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilənlər onu deməyə imkan verir ki, Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinə Cavabdeh istifadə hüququnun yaranmasının əsasını cavabdehin əvvəlki mülkiyyətçi olan atası ilə olan ailə münasibətləri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Buna görə məhkəməsi hesab edir ki, tərəflərin istifadə hüuququ Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evindən yaşadığı vaxtdan yarandığına görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisə hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun olaraq həll edilməlidir. Sözü gedən Məcəllənin: - 4-cü maddəsinə görə mənzil fondunu Azərbaycan Respublikası ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu) və vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) daxildir: - 6-ci maddəsində yaşayış evlərinin və yaşayış sahələrinin təyinatı öz əksini tapıb ki, həmin normaya görə yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır; - 123-cü maddəsinin tələbinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, yaşayış evləri şəxslərə daimi yaşamaq üçün verilən yaşayış sahəsi olub, icarədarın ailə üzvlərinə oradan istifadə imkanını verir. Ailə üzvlərinin tərkibinə gəldikdə isə həmin Məcəllənin 53-cü maddəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşin məhkəmədə araşdırılmış hallarından isə Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinin 1985-ci ildə inşa edilməsi, Cavabdeh 1989-cu anadan olması və 2010-cu ilədək həmin mənzildə yaşaması öz təsdiqini tapır. Bunlar özlüyündə onu deməyə imkan verir ki, Cavabdeh Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinə olan istifadə hüququ məhdud əşya və öhdəlik hüququ deyil, ailə münasibətlərindən irəli gələn hüquq olmaqla, onun anadan olduğu vaxtdan yaranmışdı. Hazırda sözü gedən hüququn öz mövcudluğunun saxlamasının hüquqi həllinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin hüquq qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə əsasən yarandığından, sözügedən məsələ də, həmin normativ hüquqi aktının tələbləri rəhbər tutulmaqla həll edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsi ilə müəyyən edilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmçinin həmin normada müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanması əsasları müəyyən edilsə də, hazırda baxılan mübahisə üzrə həmin əsaslar müəyyən edilməmişdi. Bu isə onu deməyə imkan verir ki, 2010-cu ildən Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evində yaşamayan Cavabdeh həmin mənzilə olan istifadə hüququnu saxlamamışdı. Cavabdehin 2010-cu ildən kirayədə yaşamasına hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; - 5-ci maddəsinin mahiyyətinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, şəxsin kirayədə yaşadığı yer onun daimi yaşayış yeri sayılmaqla, kirayə müqaviləsi ünvanda qeydiyyata alınması üçün əsasdır və o, bunu yaşayış yerini dəyişdikdən sonra 10 gün müddətində həyata keçirməlidir. Lakin hazırda baxılan tələn üzrə 14 ildir ki, yaşayış yerini dəyişən və özünün məhkəmədə verdiyi izahatında qeyd etməsinə görə Naxçıvan şəhərində üç ilə yaxın bir mənzildə daimi kirayədə yaşayan Cavabdeh daimi yaşadığı yer üzrə qeydiyyata alınmamışdı. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarından Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisinin 2020-ci ilin fevral ayının 26-dan İddiaçı olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsaslanmaqla məhkəmə bildirir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən maddi hüquq normasının da tələbindən göründüyü kimi yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri sayılan arvadı (əri), uşaqları və valideynlərinin ona aid yaşayış sahəsindən istifadə hüququ var. Qanunvericilik digər qohumların, baxılan mübahisə üzrə konkret ifadə etsək qardaşın onun yaşayış sahəsinə birbaşa belə bir hüququnun olmasını təsbit etməmişdi. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə hesab edir ki, Cavabdeh Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinə istifadə hüququnu itirmişdi. İddiaçı tələbində Cavabdeh Babək rayonu, Didivar kəndində olan 0.1613 hektar torpaq sahəsi üzərində yerləşən və sahəsi 102.68 kvadrat metr olan fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması tələb etsə də, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından şəxsin yaşayış sahəsinə istifadə hüququ anlayışının qanunvericiliyin təsbit etməsi aydın olur. İstər qüvvədən düşmüş Mənzil Məcəlləsində, istərsə də hazırda qüvvədə olan qanunvericilik aktlarında şəxsin yaşayış sahəsinə yaşayış hüququ anlayışına rast gəlinmir. Bu səbəbdən də onun tələbi bu hissədə əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə iddiaçının tələbini qismən əsaslı sayır. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat miqdarı da cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə ödənilmiş rüsum onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin edilməli; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 27 fevral 2020-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində olan, sahəsi 102.68 kvadrat metr təşkil edən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququ itirilmiş hesab olunmalı; - iddia qalan hissədə əsassız olduğundan rədd edilməli; - Cavabdeh 50 (əlli) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı verilməli; -iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 27 fevral 2020-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Babək rayonu, Didivar kəndində yerləşən 0.1613 hektar torpaq sahəsi üzərində olan, sahəsi 102.68 kvadrat metr təşkil edən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququ itirilmiş hesab olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Cavabdeh 50 (əlli) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-451/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-451/2024
12.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver