Məhkəmə qərarları › İş №2(079)-460/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-460/2025

04.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-460/2025 04.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Möhsün oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 03 iyul 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Möhsün oğlundan 948 (doqquz yüz qırx səkkiz) manat pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən Cahan Ticarət Mərkəzində mağaza işlədirəm əvvəldən tanıdığım Babək rayon Sirab kənd sakini Cavabdeh Möhsün oğlu məndən dəyəri 948 (doqquz yüz qırx səkkiz) manat dəyərində (siqaret, araq) götürmüşdür. Əvvəlcədən nisyə mal götürəndə həmişə pulu qarşılayırdı. 2023-cü il tarixində Cavabdeh 948 (doqquz yüz qırx səkkiz) manat dəyərində (siqaret, araq) nisyə götürdü, dedim həmişəki qaydada bir neçə gündən sonra pulumu verər. Üzərindən bir neçə ay keçdikdən sonra telefonla əlaqə saxladım pulumu verməsini bildirdim. Mənə pulu yaxın zamanlarda verəcəyini bildirdirsə də pulumu vermədi. Üzərindən bir neçə ay keçdikdən sonra yenə əlaqə saxlayıb pulumu verməsini bildirdim, Cavabdeh pulu yaxın vaxtlarda verəcəyini bildirdi. Təkrarən birneçə dəfə əlaqə saxladım eyni sözlərlə mənə cavab verdi. Bundan sonra mən Naxçıvan Şəhər Polis idarəsinə müraciət etdim. Naxçıvan Şəhər Polis idarəsi xx.xx.2024-cü il tarixdə material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək mülki mübahisə olduğundan məhkəməyə müraciət etməli olduğum bildirildi. Hazıra Cavabdeh telefonlarıma cavab vermir, cavab verəndə də müxtəlif bəhanələr gətirməklə borcumu qaytarmır. Mənim həmin pula böyük ehtiyacım var. Məcbur qalıb məhkəməyə müraciət edirəm. Ərizə xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında hazırda Cahan Ticarət Mərkəzində satıcı işlədiyini və vergi ödəyicisi olduğunu, Elmarın 3 il onun yanında işlədiyini, daha sonra isə mağaza açıb alverlə məşğul olduğunu, bir müddət ondan nisyə alver edib pulunu vaxtında verdiyini, daha sonra 1248 manatlıq nisyə mal götürüb onun 300 manatını ödəyib qalanını vermədiyini və hazırda 948 manat borcu qaldığını, cavabdehin malları topdan götürüb qazanc məqsədilə satdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirən məhkəmə qeyd edir ki, MPM-in 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, İddiaçı (VÖEN nömrəsi **********) xx.xx.2013-cü il tarixdən əsas fəaliyyət növü “QABLAŞDİRİLMİŞ İÇMƏLİ SULARİN PƏRAKƏNDƏ SATİŞİ” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və VÖEN-in statusu aktivdir. Cavabdeh Möhsün oğlu barəsində olan vergi məlumatları üzrə “AZEMİS”-dən çıxarışdan belə məlum olur ki, Cavabdeh Möhsün oğlu (VÖEN nömrəsi **********) xx.xx.2014cü il tarixdən əsas fəaliyyət növü “SAİR ƏRZAQ MƏHSULLARİNİN PƏRAKƏNDƏ SATİŞİ” olmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdadır və VÖEN-in statusu aktivdir. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyarlar üzrə qiymətləndirməni həyata keçirən məhkəmə qeyd edir ki, tərəflərin izahatı əsasında müəyyən olunur ki, mübahisə predmetini təşkil edən tələb tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Beləliklə, mübahisənin subyekt dairəsi sahibkarlıq subyektləri olan fərdi sahibkarlardan ibarətdir. Mübahisə predmeti subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalı olan tələblərə daxil deyildir. Mübahisə tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinə kommersiya mübahisəsi olduğundan ümumi məhkəmədə baxıla bilməz. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Möhsün oğluna qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in: - 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. - 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. - 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. - 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. - 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. - 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd olunanlara əsasən və MPM-in 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh Möhsün oğluna qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar