Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-465/2021 26.10.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Quluyev İbrahim Sərdar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı 20 sentyabr 2021-ci ildə Quluyev İbrahim Sərdar oğluna qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 (bir min) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən İddiaçı Culfa rayonu, Yaycı kəndində yaşayıram və tikinti materialı olan pirket istehsalı ilə məşğul oluram. Əvvəllər tanımadığım Babək rayonu, Zeynəddin kənd sakini Quluyev İbrahim Sərdar oğluna ev tikmək üçün 5000 (beş min) ədəd tikinti materialı olan pirketi bu ilin aprel ayının sonu may ayının əvvəllərində aparıb Zeynəddin kəndində təhvil vermişəm. Quluyev İbrahim Sərdar oğluna verdiyim pirketin birinin dəyəri 57 (əlli yeddi) qəpikdən hesab etmişəm, bununla İbrahimlə mənim aramda (5000x57=2850) 2850 manat borcu yaranmışdır. Quluyev İbrahim Sərdar oğlu qeyd edilən məbləğin 1850 manatın müxtəlif vaxtlarda 800 manatını əvvəldən, 550 manatını bir müddətdən sonra, 500 manatı da sonuncu dəfə ödəyib. Bununla da İbrahim 2850 manat borca qarşı 1850 manat ödəsə də, qalan 1000 (bir min) manatı mənə ödəməkdən boyun qaçırır. İddiaçı məhkəmədə verdiyi izahatında Culfa rayonu, Yaycı kəndində pirket-kərpic istehsalı və satışı ilə məşğul olduğunu, cavabdehi əvvəldən tanımadığını, onu həmkəndlisi Quluyev Bağır Yusif oğlunun vasitəsi ilə tanıdığını, Bağırın ona cavabdehin əsgər yoldaşı olduğunu dediyini, Bağırın ona cavabdehin özünə ev tikdirdiyini, bunun üçün ona pirket lazım olduğunu və pulunu hissə-hissə verəcəyini dediyini, özünün də bu təklifə razı olduğunu, cavabdehə biri 57 qəpik olmaqla 5000 ədəd prket verdiyini, onları aparıb Babək rayonu, Zeynəddin kəndində cavabdehə təhvil verdiyini, İbrahimin pirketi alandan ona nağd olaraq 800 manat pul verdiyini, qalanını isə hissəhissə verəcəyini bildirdiyini, cavabdehin həmçinin 2 aya kimi borcunu tam ödəyəcəyini ona dediyini, sonra isə 500 və 550 manat pul ödədiyini, yekunda isə ona 1000 manat borcunun qaldığını, dəfələrlə borcunu istəsə də, Cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırdığını, hətta ona hədə-qorxu gəldiyini, 5 aydır ki, ödəniş etmədiyini qeyd edərək, yekunda məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında izahat verən cavabdeh Quluyev İbrahim Sərdar oğlu isə iddianı qəbul etdiyini, kirayədə yaşadığından özünə ev tikmək istədiyini, buna görə də ona pirket lazım olduğunu, iddiaçının da Babək rayonu, Zeynəddin kəndinə pirket gətirib satdığını, onu əvvəldən tanımadığını, iddiaçıdan həqiqətən də pirket aldığını, bir hissəsini ödədiyini, 1000 manat borcunun yarandığını, sadəcə olaraq ev tikməklə bağlı özünün borcunun çox olduğunu, bu səbəbdən də iddiaçının pulunu ödəyə bilmədiyini, qısa müddətdə İddiaçı borcunu ödəməyə çalışacağını, özünün alverlə məşğul olduğunu, təkcə iddiaçıya deyil, başqa şəxsə də evin tikintisi ilə bağlı borcunun yarandığını, yaxın zamanda hamısını ödəyəcəyini, məhkəmədən qabaq özünün İddiaçı ona borcunun olmasına dair 03 sentyabr 2021-ci il tarixdə ərizə verdiyini və həmin ərizədə qeyd edilənləri təsdiq etdiyini bildirdi. Məhkəmə İddiaçı Quluyev İbrahim Sərdar oğluna qarşı pul tələbinə dair cavabdehin iddianın etiraf edilməsi barədə ərizəsini və izahatını müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Bu səbəbdən də, cavabdeh Quluyev İbrahim Sərdar oğlu tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sözü gedən Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf olunduğundan İddiaçı Quluyev İbrahim Sərdar oğluna qarşı pul tələbinə dair iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - cavabdeh Quluyev İbrahim Sərdar oğlundan 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -həmçinin 30 (otuz) manat miqdarında dövlət rüsumu da cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh Quluyev İbrahim Sərdar oğlundan 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Həmçinin 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-465/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-465/2021
26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver