Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-483/2022 09.12.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkil-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 27 sentyabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək, Babək rayon Qahab kəndində qeydiyyatda olan Cavabdeh 7000 (yeddi min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən uzun illərdir ki, Türkiyə Respublikasının İğdır şəhərində ticarətlə məşğul oluram. Naxçıvan Muxtar Respublikası ərazisində yaşayıb işləyən bir çox şəxslərlə ticarət əlaqəm vardır. Həmin şəxslərə müxtəlif mallar verirəm, onlar da satıb hissə-hissə pulunu qaytarırlar. Belə əlaqələrimin biri də ünvan 1 ünvanında qeydiyyatda olan X3 və Babək rayon Qahab kənd sakini Cavabdeh ilə olmuşdur. Cavabdeh məndən nisyə götürdüyü mallardan 7000 ( yeddi min) manat borcu qalmışdır. Mən Cavabdeh götürdüyü malları Loğman İsmayılovu tanıdığıma görə verdiyimdən Naxçıvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X1 7000 manat pulumun alınıb verilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdim. Məhkəmə baxışı iclasında Cavabdeh şahid kimi dindirilərkən özü gəlib İğdirdan mənim tükanımdan mah götürüb gətirib Naxçıvanda satdığını, onun özünə tırlar vasitəsi ilə Naxçıvan Şəhərinə mallar göndərildiyini, həmin malları satdıqdan sonra gətirib pulunu verdiyini, mənə borcu qalmadığını bildirmişdir. Bundan əlavə məhkəmədə şahid kimi dindirilən Şərur rayon Qışlaq Abbas kənd sakini X4 verdiyi ifadəsində malı tükandan Cavabdeh alıb gətirdiyini, malı Niyazm satdığını, satılan malın pulunun Niyazda olduğunu Niyazin pulu vermədəyi üçün Loğmanla birlikdə Babək rayon Polis idarəsinə getdiklərini mənim kitabımda olan 7000 manat borc məbləği gördüyünü həmin borcdan ödəmə aparılmadığmı göstərmişdir. Verilən ifadələri nəzərə alaraq (məhkəmə icla protokolundan çıxarış əlavə olunur) mən Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən ərizə verib iddia ərizəmin baxılmamış saxlanılmasını, sənədlərimin geri qaytarılmasını xahiş etdim və məhkəmə ərizəmi təmin etdi. Hazırda mən 7000 manat pulumu Cavabdeh tələb edirəm. Biz də aramızda şifahi olaraq razılaşıb alış-veriş etmişik. Mən öz üzərimə düşən öhdəliyə əməl edərək mal vermişəm. Lakin Cavabdeh malı sataraq qalan 7000 manat pulu mənə ödəməyib. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş vergi vərəqəsindən belə görünür ki, o xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Tərəflərin məhkəmədəki izahlarından belə məlum olur ki, onlar 2016-2017-ci illərdə qarşılıqlı razılığa gələrək alış- veriş etmişlər, yəni İddiaçı tərəfindən Cavabdeh satması üçün müxtəlif mallar verilərkən o vergi ödəyicisi kimi qeydiyyatda olmamış, sahibkarlıq fəaliyyəti göstərməmişdir. Bu səbəbdən də məhkəmə aidiyyatı məsələsi həll edilərkən belə qənaətə gəlinmişdir ki, işə ümumi məhkəmələrə- cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət olunmalıdır. Mülki iş üzrə 30 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı və Cavabdeh barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini bildirmişlər, məhkəmədən razılığa gəldikləri şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1 Cavabdeh iddia tələbini qismən qəbul edir və bildirir ki, iddiaçı tərəfindən tələb olunan 7000 (yeddi) min manat pul tələbinin 2000 (iki) manat hissəsinə münasibətdə iddianı qismən qəbul edir və 7000 (yeddi) min manat pul məbləğinin 4 (dörd) ay müddətində hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürür. 1.2 İddiaçı iddiaya münasibətdə Cavabdeh tərəfindən 4 (dörd) ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla 2000 (iki) manat məbləğində pul vəsaitinin ona hissə-hissə ödənilməsinə dair razılığa gəlir. 1.3 Tərəflər İddiaçı ilə Cavabdeh arasında olan 7000 (yeddi) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər. 1.4 Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir iddiaları qalmır. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 30 noyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia qaldırılarkən xx.xx.2022-ci il tarixli, 16571 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu iddiaçının nümayəndəsi Vəkil geri qaytarılmalıdır. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 30 noyabr 2022-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh iddia tələbini qismən qəbul edir və bildirir ki, iddiaçı tərəfindən tələb olunan 7000 (yeddi) min manat pul tələbinin 2000 (iki) manat hissəsinə münasibətdə iddianı qismən qəbul edir və 7000 (yeddi) min manat pul məbləğinin 4 (dörd) ay müddətində hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürür.
2. İddiaçı iddiaya münasibətdə Cavabdeh tərəfindən 4 (dörd) ay müddətində hər ay 500 (beş yüz) manat olmaqla 2000 (iki) manat məbləğində pul vəsaitinin ona hissə-hissə ödənilməsinə dair razılığa gəlir.
3. Tərəflər İddiaçı ilə Cavabdeh arasında olan 7000 (yeddi) manat pul tələbinə dair mübahisə ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir tələblərinin olmayacağı barədə razılığa gəlirlər.
4. Tərəflər razılaşırlar ki, bu sazişin tələbləri hər bir tərəfdən tam icra edildikdən sonra bir-birlərinə qarşı heç bir iddiaları qalmır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İddiaçının nümayəndəsi Vəkil tərəfindən iddia qaldırılarkən xx.xx.2022-ci il tarixli, 16571 nömrəli qəbzlə "xxxx" ASC-nin Naxçıvan filialına ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu iddiaçının nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.