Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-5/2023 03.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, iddiaçının vəkilinümayəndəsi Vəkil1, Cavabdeh1, onun vəkili Vəkil2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı daşınmaz əmlaka mülkiyyət hüquqlarının bərpası tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı 27 iyul 2022-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu, Şıxmahmud kəndində yerləşən daşınmaz əmlaka-torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpası (qanunsuz olaraq hasara alınmış ərazinin hasarı sökülərək sahibliyinə (mülkiyyətinə) verilməsi də daxil olmaqla) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Cavabdeh1 21 oktyabr 2010-cu il tarixdə Babək rayonu, Şıxmahmud kəndindən ümumi sahəsi 1002 kvadrat metr olmaqla X3 torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsi mənə məxsus olan əraziyə bitişikdir. Bundan istifadə edərək həmin şəxs və sonradan qeyd edəcəyim şəxslər məndən xəbərsiz hasarlama işləri apararkən torpağımı qanunsuz olaraq zəbt etmişlər. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş 17 iyul 2019-cu il tarixli, 269 nömrəli arayışa əsasən adı çəkilən torpaq sahəsi naturada 1201 kvadrat metr olduğu halda, rəsmi reyestrdə 1165 kvadrat metrdir. Deməli cavabdeh nəinki özünə məxsus 1002 kvadrat metr ərazi ilə kifayətlənmiş, mənə aid torpağı da mənimsəmişdir. Arayışa görə isə o, 36 kvadrat metr mənə məxsus ərazini zəbt etdiyi göstərilsə də, əslində 199 kvadrat metr ərazini qanunsuz mənimsəmişdir. Dəfələrlə mənim və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin iradına baxmayaraq həmin sahəni mülkiyyətimə qaytarmır. Başqa cavabdehlərə gəldikdə isə, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş 328 nömrəli, 03 sentyabr 2019-cu il tarixli arayışda göstərilir ki, qeyd olunan torpaq sahəsi sənəd üzrə 426 kvadrat metr olmasına baxmayaraq yeni ölçülərə əsasən 301 kvadrat metr olmuşdur. Həmin torpaq sahəsi ilkin olaraq X1 məxsus, sahəsi 1026 kvadrat metr torpaq sahəsindən ayrılaraq formalaşdırıldığından digər ayrılmış torpaq sahələrindən ölçülərək aydınlaşdırılmışdır. Belə ki, X2 300 kvadrat metr Ruhəngiz Aslanonovaya satmasına baxmayaraq torpaq sahəsi naturada 357 kvadrat metr, Cavabdeh2 300 kvadrat metr satmasına baxmayaraq naturada 309 kvadrat metr torpaq sahəsindən istifadə olunur. Məhkəmənin təklifi əsasında iddia tələbini dəqiqləşdirən iddiaçının vəkilinümayəndəsi Vəkil1 25 oktyabr 2022-ci il tarixli ərizəsində Cavabdeh1 113 kvadrat metr, Cavabdeh2 9 kvadrat metr və Ergüntürk (Aslanova) Ruhəngiz İsmayıl qızından isə 57 kvadrat metr hissə torpaq sahəsini tələb etdiyini göstərmişdi. Mülki iş üzrə 03 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdi. Məhkəmə iddiaçıların vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə işin məhkəmədə baxılmasına hazırlıq ərəfəsində iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddia qaldırarkən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 25 iyul 2022-ci il tarixli, 18955 (935723982 GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçının vəkili-nümayəndəsi Vəkil1 ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı daşınmaz əmlaka mülkiyyət hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 25 iyul 2022-ci il tarixli, 18955 (935723982 GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-5/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-5/2023
03.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver