Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-50/2025 05.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 23 noyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16600 (on altı min altı yüz) manat və iş üzrə ödəmiş olduğu 139.80 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, cavabdeh Babək rayonu, Zeynəddin kənd sakini Cavabdeh təqribən 13 il bundan əvvəl tanıyıram. O, Bakı şəhərində Moskva Univermağında qızıl alveri ilə məşğul olurdu. 2023-cü ilin təqribən may ayında onunla Naxçıvan şəhərində görüşdük, mənə yenə də qızıl alveri ilə məşğul olduğunu bildirdi. Həmin ilin iyulunda mən Bakı şəhərinə getmişdim, onunla orada görüşdüm və o mənə bildirdi ki, əgər istəyirsənsə, mənə pulun varsa, borc olaraq ver, mən daha çox qızıl alım-satım, sənə də əsas borcdan əlavə satılmış qızıllardan əldə olunmuş qazancdan pul verim. Mən Naxçıvana qayıdıb gələndən sonra onunla danışıb, ilkin olaraq onun kartına Birbank vasitəsilə pul göndərdim, o isə müəyyən müddətdən sonra mənim kart hesabıma qazanc kimi pul göndərdi. Beləliklə, biz bu qaydada birlikdə iş görüb qazanc əldə etməyə başladıq. Lakin sonda Zeynalın mənə 16600 (on altı min altı yüz) manat borcu qaldı. Hazırda Zeynal borcunu etiraf etsə də, gündə bir bəhanə gətirib, mənə olan borcunu qaytarmaq istəmir. Mənim özümün həmin pula çox ehtiyacım var, çünki həmin pulun çox hissəsini kredit götürmüşəm. Kapital banka borcum var. Zeynal mənə olan borcunu etiraf edib, tez bir zamanda qaytaracağını bildirsə də, verdiyi vədinə əməl etmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Hesab edirəm ki, mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdeh təqribən 13 il bundan əvvəl Naxçıvanda bazarda tanıdığını, sonradan əlaqələrinin kəsildiyini, onunla bazarda rastlaşdığını, 2023-cü ilin may ayında onun Naxçıvana gəldiyini, Bakı şəhərində qızıl alveri ilə məşğul olduğunu dediyini, Zeynalın öz nömrəsini ona verərək “Bakı şəhərinə gələndə, gəl görüşək” təklifini etdiyini, Bakı şəhərində onunla görüşdüyünü, Zeynalın həmin vaxt “qızıl işi ilə məşğulam, lombarddan mal götürürəm, piştaxtalara paylayıram, satırlar qazanc gəlir, hərdən də elə olur ki, mal artıq olur və mənə pul ehtiyac olur, istəsən sən də lazım olanda pul göndər sənə də qazanc qalsın” dediyini, onunla razılaşdığını, Naxçıvana qayıtdıqdan sonra Zeynalın ona zəng edib pul lazım olduğunu dediyini, ilk dəfə 2023-cü ilin iyun və ya avqust ayında birbank vasitəsilə onun hesabına pul köçürdüyünü, sonra Zeynalın həmin pulu qaytardığını və az məbləğdə əldə olunan qazancdan pul göndərdiyini, sonra aralarındakı münasibətin bu qaydada davam etdiyini, bir müddət sonra cavabdehin yalanlar uydurub onun pulunu qaytarmadığını, sonda isə ziyana düşdüyünü və “işlərim çətindədir, biraz oğurluq mal tutublar, malı müsadirə ediblər” dediyini, sonradan Zeynalın onun nömrələrini bloka atdığını, bu səbəbdən 2024-cü ilin iyun ayında Daxili İşlər Nazirliyinə şikayət etdiyini, həmin vaxt Zeynalın ona 25000 manat borcu qaldığını, cavabdehin atasının ona zəng edərək “gərək belə etməzdin, sən narahat olma, oğlum arvadı ilə boşanıb, onların mülkləri bölünəcək, mən Bakı şəhərinə gedib ona nə düşürsə, gətirib oğlumun sənə olan borcunu qaytaracağam, olmasa, bankdan kredit götürüb oğlumun sənə olan 25000 manat borcunu ödəyəcəyəm” dediyini, Zeynalın atasının 6000 manatı borcdan qaytardığını, geri qalan 19000 manat borcu isə nə Zeynalın, nə də onun atasının qaytarmadığını, atasına təkraa zəng edən vaxt onunla kobud danışdığını və ”get nə edirsən et, yenidən polisə şikayət et” dediyini, ikinci dəfə Daxili İşlər Nazirliyinə şikayət etdiyini, həmin orqana onları çağırdıqlarını, cavabdehin həmin vaxt borcunu etiraf edərək ”mən də ziyana düşmüşəm, sən də mənim zərərimə şərik dur” dediyini, ona “5000 manat keçərəm” dediyini, Zeynalın isə “13300 manatını verirəm, 2023-cü ilin oktyabr ayının sonunadək 3200 manat qaytaracam, sonra da aylıq ***-**** manat ödəyib, 2024-cü ilin may ayınadək sənə olan borcumu tamamilə qurtaracam” dediyini, lakin bununla bağlı izahat yazmadığını, daha sonra cavabdehin 1000 manat bir, 600 manat bir pul göndərdiyini, sonra yenidən borcunu qaytarmadığından məhkəməyə müraciət etdiyini, cavabdehə pul verməkdə məqsədinin əlavə qazanc əldə etmək olduğunu, onunla nə qədər qazanc götürəcəyi barədə razılaşmadığını, verdiyi pullardan ümumilikdə cəmi 300-400 manat qazanc qaldığını, 17 iyul 2023-cü il tarixdə 4000 manat, 26 iyul 2023-cü il tarixdə 700 manat , 01 avqust 2023-cü il tarixdə 2000 manat, 02 avqust 2023-cü il tarixdə 5000 manat, 11 avqust 2023-cü il tarixdə 1500 manat, 21 avqust 2023-cü il tarixdə 2000 manat, 28 avqust 2023-cü il tarixdə 500 manat, 2 dəfə 11 sentyabr 2023-cü il tarixdə 5000 manat, 02 oktyabr 2023-cü il tarixdə 5000 manat, 4500 manat və 300 manat, 17 oktyabr 2023-cü il tarixdə 1700 manat, 02 noyabr 2023-cü il tarixdə 10000 manat, 14 dekabr 2023-cü il tarixdə 2000 manat, 18 dekabr 2023-cü il tarixdə 3400 manat, 20 dekabr 2023-cü il tarixdə 5000 manat və 3400 manat, 28 dekabr 2023-cü il tarixdə 1700 manat və 3400 manat, 30 dekabr 2023-cü il tarixdə 4000 manat, 07 yanvar 2024-cü il tarixdə 3000 manat, 09 yanvar 2024-cü il tarixdə 1700 manat, 26 yanvar 2024-cü il tarixdə 800 manat pulu özünə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş birbank kartından “Birbank” mobil tətbiqi vasitəsilə köçürmə etdiyini cavabdehin vatsap vasitəsilə atdığı kartlara köçürmə etdiyini, 26 may 2024-cü ildə başqa kart vasitəsilə 140 manat köçürmə etdiyini, özünə məxsus olan və son nömrələri “9060” olan taksit kartından isə 01 sentyabr 2023-cü il tarixdə 1200 manat, 07 sentyabr 2023-cü il tarixdə 1350 manat və 24 sentyabr 2023-cü il tarixdə 1350 manat köçürmə etdiyini, 04 sentyabr 2023-cü il tarixdə köçürdüyü 1350 manat pulu isə başqa kart vasitəsilə etdiyini, hesabdan çıxarışda yalnız Zeynalın kart hesabına köçürdüyü məbləğlərin əks olunduğunu, Bakı şəhərində olarkən də əldən pul verdiyini, cavabdehin kart hesabına ümumilikdə 2023-2024-cü illərdə 79000-80500 manata yaxın pul göndərdiyini, bunların hamısının bank tərəfindən ona verilən hesabdan çıxarışda əks olunduğunu, “Birbank” mobil tətbiqindən əldə etdiyi çıxarışlarda isə pulları köçürdüyü kartın nömrələrinin əks olunduğunu, səs yazılarında isə cavabdehin 32000 manat borcunun olduğunu etiraf etdiyini, ondan sonra borcunun bir qismini qaytardığını və hazırda 16600 manat borcun qaldığını bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil iddia tələbinin tam sübuta yetirildiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı ilə məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda Plenum vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında predmeti pul məbləği olan borc hüquq münasibətləri yaranmış, iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə verməyi, cavabdeh isə razılaşdırılmış şərtlərlə pul məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında yaranmış alqı-satqı münasibətləri etibarlı əqdin hüquqi nəticəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında borc müqaviləsi predmetinin üç min manatdan çox təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda tərəflər arasında etibarlı alqı-satqı münsibətlərindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, sözügedən halda varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmadığından cavabdeh əsassız varlanma qaydalarına müvafiq olaraq əldə etdiklərini iddiaçıya qaytarmağa borcludur. İddia tələbinin qanuni əsasını təşkil edən əsassız varlanma qaydalarını tənzimləyən “MM”-in: - 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.1-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsassız varlanmanın əsas dispozitiv şərtini - cavabdehin iddiaçının hesabına varlanıb-varlanmadığını yoxlayan məhkəmə hesab edir ki, sözügedən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC tərəfindən 14 fevral 2025-ci il tarixdə verilmiş xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən İddiaçı adına olan 523915******0259 kart nömrəli Birbank miles (debet) kart hesabının ödəniş kartı üzrə çıxarışdan, tərəflər arasında vatsap sosial şəbəkəsi üzərindən keçən yazışmaların ekran yazısından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, 17 iyul 2023-cü il tarixdə 4000 manat, 26 iyul 2023-cü il tarixdə 700 manat , 01 avqust 2023-cü il tarixdə 2000 manat, 02 avqust 2023-cü il tarixdə 5000 manat, 11 avqust 2023-cü il tarixdə 1500 manat, 21 avqust 2023-cü il tarixdə 2000 manat, 28 avqust 2023-cü il tarixdə 500 manat, 11 sentyabr 2023-cü il tarixdə cəmi 10000 manat, 02 oktyabr 2023-cü il tarixdə 5000 manat, 4500 manat və 300 manat olmaqla cəmi 9800 manat, 17 oktyabr 2023-cü il tarixdə 1700 manat, 02 noyabr 2023cü il tarixdə 10000 manat, 14 dekabr 2023-cü il tarixdə 2000 manat, 18 dekabr 2023-cü il tarixdə 3400 manat, 20 dekabr 2023-cü il tarixdə 5000 manat və 3400 manat olmaqla cəmi 8400 manat, 28 dekabr 2023-cü il tarixdə 1700 manat və 3400 manat olmaqla 5100 manat, 30 dekabr 2023-cü il tarixdə 4000 manat, 07 yanvar 2024-cü il tarixdə 3000 manat, 09 yanvar 2024-cü il tarixdə 1700 manat, 26 yanvar 2024-cü il tarixdə 800 manat pul cavabdehə məxsus **********692714, **********196063, **********188498, **********179247, **********534589, **********875392 nömrəli kart hesablarına köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC tərəfindən 14 fevral 2025-ci il tarixdə verilmiş xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən İddiaçı adına olan 416973******9060 kart nömrəli X4 (kredit) kart hesabının ödəniş kartı üzrə çıxarışdan, tərəflər arasında vatsap sosial şəbəkəsi üzərindən keçən yazışmaların ekran yazısından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, 01 sentyabr 2023-cü il tarixdə 1200 manat, 07 sentyabr 2023-cü il tarixdə 1335 manat və 04 sentyabr 2023-cü il tarixdə 1350 manat pul cavabdehin vatsap sosial şəbəkəsi üzərindən iddiaçıya məlumatlarını göndərdiyi **********692714, **********196063, 4169******3022 nömrəli kart hesablarına köçürülmüşdür. Həmçinin iddia ərizəsinə əlavə olunmuş tərəflər arasında keçən səs yazılarında İddiaçı Cavabdeh 14 fevral 2025-ci il üçün ona olan 5000 (kartın pulu) manat borcunun, bankdan götürdükləri 5000 manat pulun, digər şəxsdən götürdükləri 10000 manat pulun, 2000, 3400, 1700 manat və bankdan götürdükləri 4600 manat pulun, ümumilikdə 32000 manata yaxın pulun və pullara görə hər gün gələn faizlərin olduğunu demiş, Cavabdeh da İddiaçı həmin miqdarda borcu olduğunu təsdiqləmiş, pulları geri qaytaracağını, hazırda borcu olduğuna görə ödəyə bilmədiyini bildirmişdir. Sözügedən səs yazıları mötəbər sübut kimi qəbul edilərək məhkəmə iclasında tədqiq olunmuş, iddiaçı həmin səs yazılarının cavabdeh ilə öz arasında keçdiyini bildirmiş, cavabdeh tərəfindən məhkəməyə sözügedən halla bağlı etiraz irəli sürülməmişdir. İddiaçının izahatlarına istinad edilmiş hallar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilmiş, məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında verdiyi izahatları əsasında müəyyən olunur. Məhkəmə qeyd etməyi məqsədəuyğun hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Cavabdehə ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 16600 (on altı min altı yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 139.80 (bir yüz otuz doqquz manat, səksən qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 16600 (on altı min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 139.80 (bir yüz otuz doqquz manat, səksən qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-50/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-50/2025
05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver