Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-528/2024 14.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı quraşdırılmış tikililərin sökülməsi və şəxsin istifadə hüquqlarını məhdudlaşdıran hərəkətlərin dayandırılması tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə keçərək tikdiyi tövlə və digər özbaşına tikililərin sökülməsi, əvvəllər aramızda olan, lakin sonradan cavabdeh tərəfindən sökülərək yerində tikililərin tikildiyi çəpərin bərpa edilməsi barədə qətnamə qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2012-ci ildə qonşum Cavabdeh atası X2 mənə müraciət edərək bildirmişdir ki, tövlə tikmək istəyir va küncü düzgün gəlmir. Bunun üçün mənim mülkiyyətimdə olan torpaq sahəsindən ərazi istəmişdir. Amma tövlənin qoxusunun pis olması və tikilinin evimin qabağına düşəcəyi səbəbindən razı olmadım. Sonra 2012-ci ilin yayında qızımın müalicasi ilə əlaqədar Moskva şəhərinə gəldim. Təxmini 10 gündən sonra geri qayıtdım. Geri qayıtdıqdan sonra gördüm ki, X2 həmin tövləni tamamlamaq üçün həyətləri birbirindən ayıran çəpəri sökmüş və yerinə tövlə tikmişdir. Həyətlərin arasında çəpər çəkmək üçün mənim mülkiyyətimdə olan torpaq sahəsindən 1 metr enində olan hissəni ayıraraq cavabdehə vermişdim. Lakin cavabdeh həmin sahəni keçərək ayırdığım 1 metrlik hissədən daha böyük bir hissədə tövləni tikmişdir. Həmin tikili də artıq mənim fərdi yaşayış yerimə toxunur. Maxsudov Aydına müraciət edərək tövləni sökməyi və sökdüyü çəpəri bərpa etməsini istədim. Lakin buna əhəmiyyət verməyərək heç bir tədbir görmədi. 2013-cü ildə X2 vəfat etmiş, ondan sonra mübahisəmiz onun oğlu Cavabdeh ilə davam etmişdir. Cavabdeh birində toyuqcücə, birində buzov saxladığı 2 dam və əlavə bir dam tikmişdir. Həmin 3 damın da bir hissəsi mənim mülkiyyətimdə olan torpaq sahəsinə düşür. Damların tikilməsi mənim həyətimdə olan ağaclara da ziyan vurmuş, sərhəddə olan ağacların hamısının qurumasına səbəb olmuşdur. Həmin tikililərin şiferi mənim həyətimə tərəf olduğuna görə yığılmış bütün yağış suyu mənim həyətimə tökülür. Tikililərdə mal-qara, toyuq-cücə saxladığına görə həyətimizə pis qoxu gəlir və həyətdə oturmaq, təmiz hava almaq mümkün deyil. Bundan əlavə tikilmiş tövlə və digər damların mənim həyətimə düşən hissəsindəki divar pis vəziyyətdədir. Artıq dağılmağa başlamışdır və antisanitar vəziyyətlə əlaqədar əqrəb, siçan və kərtənələ və s. həyəti basır, evimizə girir. Həmçinin tövlənin uçma və tövlənin yanına yığılmış quru ot və peyinlərin yanma təhlükəsi var. Bu da həm özüm, həm də mülkiyyətim üçün təhlükə yaradır. Bununla bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir tədbir görməmiş, məsələyə laqeyd yanaşmış, hətta məni təhqir etməyə və incitməyə başladılar. Məsələ ilə bağlı polisə müraciət etdim, lakin o da heç bir tədbir görmədi. Sonra təkrar yazılı olaraq polisə müraciət etdim və məsələnin tez həllini tapmasını xahiş etdim. Lakin nə müraciətimə cavab verildi, nə də mübahisənin həlli üçün bir tədbir görüldü. Artıq cavabdehlə heç cür danışıb razılığa gələ bilmədiyimdən məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Neçə aydır ki, bu məsələdən əziyyət çəkirəm və hər hansı tədbirin görülməsinə nail ola bilmirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçı “01” noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlə aramızda barışıq əldə olunduğundan iddiadan imtina edirəm və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. İddiaçının tələbindən imtina etməsi barədə ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı quraşdırılmış tikililərin sökülməsi və şəxsin istifadə hüquqlarını məhdudlaşdıran hərəkətlərin dayandırılması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər-Naxçıvan filialı vasitəsi ilə “28” iyul 2024-cü il tarixli, 19726 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə tərəflərə həmçinin izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı quraşdırılmış tikililərin sökülməsi və şəxsin istifadə hüquqlarını məhdudlaşdıran hərəkətlərin dayandırılması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər-Naxçıvan filialı vasitəsi ilə “28” iyul 2024-cü il tarixli, 19726 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-528/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-528/2024
14.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver