Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-53/2021 25.06.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 16 noyabr 2020-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 173667 (bir yüz yetmiş üç min altı yüz altmış yeddi) manat və ya 102157 (bir yüz iki min bir yüz əlli yeddi) ABŞ dolları məbləğindən borcun Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının İgdır şəhərində atamın əvvəllər qurduğu ailə şirkətini idarə edirəm. Bizim fəaliyyət sahələrimizdən biri İgdır şəhərində avtomobil şinləri və akkumulyatorunun alqısatqısıdır. Təqribən 15 il əvvəl mən Naxçıvan şəhərinə gələrək burda eyni növ fəaliyyətlə məşğul olan Etibarla tanış oldum və onunla işləməyə başladım. Tez bir zamanda Naxçıvan şəhərində müasir tipli avtomobil ehtiyat hissələri bazarı istifadəyə verildiyindən biz həmin bazarda mağaza alaraq işimizi davam etdirdik. 2017-ci ildə Etibarla yollarımız ayrıldığından mağazamızda olan malları, gəlirimizi böldük. Həmin vaxt mən eyni işi tanış olduğum, həm də Etibarla eyni mağazada işləyən Cavabdeh1 və onun atası Cavabdeh2la davam etdirəcəyimə qərar vermişdim. Biz Etibarla ayrılarkən mağazamızda olan malları sayaraq qalıq 187000 manat (110 000 ABŞ) dolları dəyərində avtomobil şini və akkumulyatoru Etibarın alacağı nisyə pulları Cavabdeh1 və onun atası Cavabdeh2 təhvil verdim. Bunu təsdiq edən protokol tərtib etdik və hər üçümüz imzaladıq. Həmin vaxt Etibar mağazadan ayrıldığı üçün onun magazadakı 11000 manat dəyərində payını da satın alaraq mağazanı işlətməyə davam etdik. Fəaliyyətimiz haqqında qısa şəkildə onu göstərə bilərəm ki, mənim vəzifəm Türkiyə Respublikasından avtomobil şinlərini və akkumulyatorları topdan alaraq Naxçıvan şəhərinə Coşquna göndərirdim, Coşqunla atası Elxanın vəzifəsi isə həmin malları gətirən maşını Sədərək Gömrük İdarəsində qarşılayaraq müvafiq sənədləşmələr apararaq dövlət rüsumunu ödəyərək qəbul etmək idi. Eyni zamanda onlar həmin malları mağazada topdan və pərakəndə qaydada sataraq əldə edilən pulu geriyə mənə göndərmək, mən isə həmin pulları aldıqdan sonra malları aldığım fabriklərə ödəyərək yenidən mal alıb göndərmək idi. Yəni biz rəsmi qaydada bir şirkət qurmamış, fiziki şəxs kimi ticarətlə məşğul olmuşuq. Bizim bank hesabımız olmamış, fəaliyyətimiz, gəlir-çıxarımız barədə heç bir orqana hesabatlar təqdim etməmişik. Bununla yanaşı mən özüm də hər həftə gəlir, digər işlərimi görür eyni zamanda Coşqunla görüşür, onunla satılan mallarla əlaqədar hesablaşırdıq. Satılan malların pullarını Coşqun və atası Elxan mənə müxtəlif yollarla, bəzən özüm burda olanda mənə, bəzən isə İgdıra göndərirdilər. Birgə işlədiyimiz müddətdə Naxçıvanda gətirilib satılması üçün “PETLAS” avtomobil şinləri fabrikindən 8 dəfə cəmi dəyəri 143665 manat (84328 ABŞ dolları) dəyərində aşağıdakı qaydada müxtəlif ölçülərdə avtomobil şinləri almışam. İddiaçı Coşqun Dəyəri tərəfindən yol Cəmi dəyəri tərəfindən rüsum Şinlərin xərci Sayı alınma (ədədlə) tarixi Dollar AZN Dollar AZN Dollar AZN Dollar AZN 15.11.2017 373 17516 29777 721 1225 3574 6075 21811 37077 30.09.2018 236 11456 19785 - - 2143 3643 13599 23428 17.10.2018 37 1830 3111 - - 324 555 2154 3666 16.11.2018 408 16658 28318 510 867 3697 6284 20865 35469 03.12.2018 20 806 1370 - - 176 299 982 1669 25.5.2019 450 16889 28711 497 849 4057 6896 21443 36456 28.05.2019 340 10086 17146 386 656 2851 4846 13323 22648 10.09.2019 249 9087 15447 1249 2123 2427 4125 12763 21695 Cəmi: 2113 84328 143665 3363 5720 19249 32723 106940 182108 Bu göstərdiyim avtomobil şinləri göstərilən zamanlarda və miqdarda mənim İğdırdakı anbarıma daxil olmuş, mən isə həmin şinlərin hamısını daxil olan kimi bəzən bütöv bəzən də hissə-hissə müxtəlif zamanlarda Naxçıvana Coşqun və Elxanın ünvanına göndərmişəm. Onlar isə Sədərək Gömrük İdarəsində maları qarşılayıblar. Cədvəldən göründüyü kimi X1 gəliş nəqliyyat xərcini mən, Sədərək Gömrük İdarəsində qəbul edərkən isə gömrük rüsumlarını Coşqunla atası Elxan ödəmişlər. Eyni zamanda birgə işlədiyimiz müddətdə Naxçıvanda gətirilib satılması üçün “AKU” avtomobil akkumulyator fabrikindən 4 dəfə cəmi dəyəri 358564 (210911 ABŞ dolları) manat dəyərində (bura akkumulyatorların dəyəri, yol xərci və gömrük rüsumları daxildir) aşağıdakı qaydada müxtəlif ölçülərdə avtomobil akkumulyatoru almışam. İddiaçı Coşqun AKU Dəyəri tərəfindən yola Cəmi Sayı tərəfindən rüsum alınma çəkilən xərc (ədədlə) tarixi Dollar AZN Dollar AZN Dollar AZN Dollar AZN 1344 65000 13.10.2017 110500 1700 2890 11157 18966 77857 132356 1338 65000 13.12.2017 110500 2000 3400 11164 18978 78164 132878 01.07.2019 714 18823 32000 900 1530 5410 9197 25133 42727 25000 10.12.2018 485 42500 570 969 4197 7134 29767 50603 3881 173823 Cəmi: 295500 5170 8789 31918 54275 210911 358564 Bu göstərdiyim avtomobil akkumulyatorları fabrikdən alınandan sonra birbaşa Naxçıvana Coşqunun ünvanına və adına göndərilmişdir. Coşqun və atası Elxan isə Sədərək Gömrük İdarəsində malları qarşılayaraq gömrük sənədləşməsini aparıb rüsumunu ödəyərək mağazaya gətirmişlər. Beləliklə, mən müxtəlif zamanlarda, yəni işlədiyimiz müddət ərzində birgə qazanc əldə etmək üçün Coşqun və Elxana satılması üçün cəmi 540672 manat (317851 ABŞ dolları) dəyərində avtomobil şinləri və akkumulyatorları göndərmiş (bu məbləğə şin və akkumulyatorların gətrilməsi üçün yol və gömrük rüsumu xərcləri də daxildir), onlar isə qəbul etmişlər. Bizim razılaşmamıza əsasən göndərilən mallar satılarkən qazanc olaraq dəyərin üzərinə 25 faiz qoyulmalı idi. Baxmayaraq ki, onlar mallarımızı pərakəndə satarkən üzərinə daha çox faiz qoyaraq satmışlar, amma biz hesablaşarkən mən gəlirlərimizi 25 faizlə qəbul etmişəm və edirəm. Bu minvalla mağazanı Etibardan təhvil alarkən və mənim göndərdiyim malların cəmi olaraq 727672 manat (427851 ABŞ dolları) dəyərində satılıb qazanc götrülməsi üçün mal vermişəm. Bu həmin malların biz ayrıldığımız zaman 119000 manat (70000 ABŞ dolları) dəyərində olanı satılmamış qalıq kimi qalmışdır. Buradan görünür ki, Coşqun və Elxan biz ayrıldığımız günə kimi 608000 manatlıq (357851 ABŞ dolları) dəyərində malı sataraq 152000 manat (89411 ABŞ dolları) qazanc əldə etmişlər. Həmin qazancdan işlədiyimiz müddət ərzində aybaay toplamaqla cəmi 25211 manat (14830 ABŞ dolları) mağazanın sair xərclərinə getmiş, 87000 manat (51167 ABŞ dolları) isə Coşqun ayrıayrı vaxtlarda gömrük rüsumu ödəmişdir. 39789 manat (23405 ABŞ dolları) bizim xalis gəlirimiz olmuşdur. Onu da qeyd edim ki, Coşqun və Elxanla ayrıldıqdan sonra mağazada qalmış 119000 manat (70000 ABŞ dolları) dəyərindəki maldan 59500 manat (35000 ABŞ dolları) dəyərində malı Coşqun naturada mənə qaytarmışdır. Beləliklə biz işlədiyimiz təxminən 2 il müddətində Coşqun və atası Elxan mənə 608000 (357851 ABŞ dolları) manat (qalıq 119000 manat (70000 ABŞ dolları) çıxılır) göndərdiyim malın pulunu, əldə etdiyimiz qazancın yarısı olaraq 19894 manat (11702 ABŞ dolları) və mağazada qalmış malın yarısı olaraq 59500 manat (35000 ABŞ dolları), cəmi 643894 manat (378761 ABŞ dolları) verməli olduğu halda, göstərilən müddət ərzində mənə 481227 manat (283075 ABŞ dolları) vermişdir. Göründüyü kimi Coşqun və Elxanın birgə fəaliyyətimizdən mənə 162667 manat (95686 ABŞ dolları), Etibardan mağazanı alaraq ödədiyim 11000 manat (6470 ABŞ dolları) pul toplamında 173667 manat (102157 ABŞ dolları) borcu qalmışdır. Mən dəfələrlə Elxan və Cavabdeh1lara müraciət edərək aramızdakı hesablaşmanı aparmağı, hətta onların istədikləri hər hansı bir şəxs tərəfindən aparılmasını, məsələlərə aydınlıq gətrilməsini, nəhayət mənə olan borclarının qaytarılmasını israrla təklif və xahiş etsəm də, ötən bir il müddətində heç bir nəticə olmamışdır. Ona görə də pozulmuş haqq və hüquqarımın bərpası üçün məhkəməyə müraciət edirəm. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işin məhkəmə baxışına hazırlanması və işin məhkəmə baxışına təyin edilməsi barədə qərardadlar qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin izahatlarını, həmçinin şahid ifadəsini mülki iş materialları ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 ilə arasında olan pul tələbi kommersiya mübahisəsi olduğundan iş məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri də aidiyyət institutudur. Məhkəmə təcrübəsində aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Mülki-prosessual qanunvericiliyə görə isə məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Mübahisənin ümumi və kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsinə gəldikdə isə Mülki Prosessual Məcəllənin 24-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Mülki iş materiallarının qanunvericiliyin yuxarıda qeyd edilən hər bir tələbləri ilə qarşılıqlı şəkildə tədqiqindən İddiaçı avtomobil hissələri satışı ilə məşğul olması, həmçinin cavabdehlər Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 da Naxçıvan şəhərində avtomobil hissələri satışını həyata keçirməsi, mübahisə tərəflərinin hər birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi ödəyicisi kimi qeydiyyata alınması müəyyən olur. Belə ki, tərəflərin məhkəmədə verdikləri izahatlarından, həmçinin məhkəmədə şahid kimi dindirilmış Şahid ifadəsindən İddiaçı Naxçıvan şəhərində maşın təkərləri və akkumulyator satışı ilə məşğul olması, həmçinin cavabdehlər Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 da Naxçıvan şəhərində avtomobil hissələri satışını həyata keçirməsi, tərəflərin 2017-ci ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayının sonunadək birlikdə və şərikli şin və akkumulyator satışını həyata keçirməsi, iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti Babək Rayon Vergilər İdarəsi tərəfindən verilən 05 noyabr 2020-ci il tarixli, **********950400 nömrəli və 12 noyabr 2020-ci il tarixli, **********996400 nömrəli məktublardan Cavabdeh1 14 aprel 2006-cı ildə, Cavabdeh2 Qənbər oğlunun 08 may 2006-cı ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınması, İddiaçı rəhbərlik etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 18 noyabr 2019-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçməklə avtomobil üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı fəaliyyəti ilə məşğul olması, hazırda Cavabdeh2 Qənbər oğlunun fəaliyyətini dayandırması aydın olur. İddiaçı rəhbərlik etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 noyabr 2019cu ildə, yəni demək olar ki, tərəflər arasında hüquq münasibətlərinin bitməsindən sonra kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınması ilə bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinin tələbinə görə məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Yəni iddiaçı məhkəməyə 16 noyabr 2020-ci ildə məhkəməyə müraciət edən zaman artıq o, sahibkarlıq fəaliyyətini həyata keçirirdi. Onun hüquq münasibətlərinin yarandığı zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsinə təsir edən haldır. Digər şərtin yəni mübahisənin predmetinin ümumi, yoxsa kommersiya məhkəməsinə aidiyyətinin yoxlanılmasına gəldikdə işin məhkəmədə araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehlərdən birlikdə həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəəti mübahisələndirir. Sonuncu şərtin-hüquq münasibətlərinin xarakterinin yoxlanılmasına gəldikdə isə tərəflərin məhkəmədə verdiklərin izahatlardan aydın olur ki, onlar 2017-ci ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayının sonunadək birlikdə və şərikli şin və akkumulyator şatışını həyata keçirmiş, əldə edilən qazancın aralarında bölünməsi barədə razılığa gəlmişlər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti dedikdə şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Tərəflərin birlikdə gördüyü işi yuxarıda qeyd edilən maddi hüquq norması ilə əlaqələndirərkən aydın olur ki, onların fəaliyyətinin qanunun qeyd edilən tələbinə cavab verir. Yəni hüquq münasibətlərinin xarakteri tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmçinin həmin Məcəllənin 32.3 və 32.4-cü maddələrində qeyd edilir ki, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsaslanaq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair işin Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmalıdır. İş məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməli olduğundan məhkəmə onu da tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 32.5 və 32.6-cı maddələrinin mahiyyətinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Məhkəmə yekunda onu qeyd edir ki, İddiaçı Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair iş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməli olduğundan aidiyyəti məhkəmə əməkdaşı tərəfindən “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 3-cü bəndindən irəli gələn hərəkətlər edilərək, kağız daşıyıcıda olan iş materialları elektron sənədə çevrilməlidir. Qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 3-cü bəndindən irəli gələn hərəkətlər edilərək kağız daşıyıcıda olan iş materialları elektron sənədə çevrilsin. İddiaçı Cavabdeh2 Qənbər oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair iş bu qərardaddan şikayət vermə müddəti bitdikdən sonra Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan o tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-53/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-53/2021
25.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver