Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-588/2023 14.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın dəyərinin ona ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı 17 oktyabr 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətdə olan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar həyətyanı torpaq sahəsinin 14/15 hissədə olan payının kompensasiya şəklində Cavabdeh 10.000 (on min) manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödədiyi 147 (yüz qırx yeddi) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Naxışnərgiz kəndində 0.159 hektar həyətyanı torpaq sahəsindən 14/15 hissədə olan pay mənə, 1/15 hissəsi isə Cavabdeh məxsusdur. Bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 28 iyul 2022-ci il tarixdə 21/37 nömrəli reyestr kitabının 7150 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Aramızda mübahisələr, narazılıqlar olduğu üçün payımın naturada ayrılması ilə bağlı Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət etdim. Məhkəmənin 02 dekabr 2022-ci il tarixli 2(079)-412/2022 nömrəli qətnaməsi ilə paylı mülkiyyətdə olan Babək rayonu, Naxışnərgiz kəndində yerləşən 0.159 hektar həyətyanı torpaq sahəsinin 14/15 hissəsinin naturada ayrılması barədə iddia tələbim rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası İddiaçı Babək Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxmış, apellyasiya şikayəti təmin olunmamışdır. Babək rayonu, Naxışnərgiz kəndində yerləşən paylı mülkiyyət hüququ ilə mənə məxsus olan yaşayış evinin və torpaq sahəsinin naturada ayrılmaması səbəbindən mülkiyyət hüquqlarımı ayrıca olaraq həyata keçirə, daşmmaz əmlakı hər hansı bir şəkildə özgəninkiləşdirə bilmirəm, paylı mülkiyyət hesab olunduğundan onun üzərində sərəncam hüququmu həyata keçirə bilmirəm. Haliyyədə Naxışnərgiz kəndində torpaq sahəsinin qiyməti, mənim cavabdehdən 100000(bir yüz min) manat kompensasiya tələb etməyimə imkan verir. Həmçinin payın əsas hissəsi mənim mülkiyyətimdədir. İddia ərizəsi “17” oktyabr 2023-cü il tarixli qərardadla məhkəmənin icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilmişdir. Mülki iş üzrə 14 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdi. Məhkəmə iddiaçıların vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə işin məhkəmədə baxılmasına hazırlıq ərəfəsində İddiaçı iddia ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddia qaldırarkən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 09 oktyabr 2023-cü il tarixli, 26675 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın dəyərinin ona ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia qaldırarkən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə 09 oktyabr 2023-cü il tarixli, 26675 (********** GPP nömrəli) nömrəli qəbzlə ödədiyi 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-588/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-588/2023
14.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver