Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-594/2024 06.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “03” sentyabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, 17 iyul 2019-cu il tarixdən 02 fevral 2023-cü il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Çəzaçəkmə müəssisəsində cəza çəkmişəm. Mənim ərizəm əsasında 02 fevral 2023-cü il tarixdən mən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsinə köçürülərək ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmişəm. Mən birinci Qarabağ müharibəsi əlili olduğundan mənim adıma dövlət tərəfindən “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin hesabına 4400 (dörd min dörd yüz) manat məbləğində birdəfəlik pul ödənilmişdir. Həmin pulu mən çəzaçəkmə müəssisəsində olduğum üçün ala bilmədiyimdən qardaşım Cavabdeh mənimlə əlaqə saxlayaraq həmin pulun bankdan götürüb ailə-uşağıma verilməsi üçün etibarnamə verməyimi bildirdi. Hətta cavabdeh mənə bildirdi ki, pulu alacağım halda mənim cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl çıxmağıma kömək edəcək. Mən də 16 aprel 2023-cü il tarixdə ona dövlət tərəfindən mənə ödənilən 4400 (dörd min dörd yüz) manat pulun “Azərbaycan Beynəlxalq Bankı“ ASC-də bankdan çıxarılması üçün etibarnaməni inanıb verdim. Mən 15 iyul 2023-cü il tarixdə cəzadan azad olunduqdan sonra cavabdeh qardaşım Cavabdeh məni qarşılayaraq evə aparıb 1800 (min səkkiz yüz) manat pul verib mənə bildirdi ki, “sənin yanına müəssisəyə gələrkən 600 (altı yüz) manat dəyərində şəxsi istifadə üçün ərzaq və qeyri ərzaq alıb gətirmişəm”. Qalıq məbləğ olan 2000 (iki min) manat pulu isə mənə ödəyəcəyini bildirsə də, Cavabdeh tərəfindən mənə həmin pulun qalıq məbləği ödənilməmişdir. 14 iyun 2024-cü il tarixdə cavabdehin ünvanı olan Babək rayonu, Qahab kəndinə qalıq borcun qaytarılması ilə bağlı pretenziya ərizəsi göndərib 10 (on) gün müddətinə pulun ödənilməsini bildirsəm, də cavabdeh tərəfindən bu günədək həmin pul mənə ödənilməmişdir. Mən də məcbur qalaraq məhkəməyə müraciət etməli oluram. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı “03” oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasından sonra məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh ona 300 manat pul verdiyini, iş üzrə icraata xitam verilməsini və onun iştirakı olmadan bütün məhkəmə iclaslarının keçirilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçı tələbindən imtina etməsi barədə ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, İddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə “03” sentyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 40 (qırx) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə tərəflərə həmçinin izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı vasitəsi ilə “03” sentyabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 40 (qırx) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-594/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-594/2024
06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver