Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-606/2025 30.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 22000 (iyirmi iki min) manat pulun və 156 manat dövlət rüsumunun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən-İddiaçı, Babək rayon Sirab kənd sakini Cavabdeh Çavanşir oğlu ilə razılaşaraq evin tikilməsi üçün 24 yanvar 2023-cü il tarixində 25000 (iyirmi beş min) manat məbləğində pul verdim. Pulu versəmdə danışdığımız evi tikib mənə təhvil vermədi. Mən baxdım ki, Şahlar məni aldadır hər zəng etdikcə mənə bir yalan söz danışır. Mən bundan sonra Cavabdeh pulumu daha ciddi tələb etdim. Cavabdeh bir ay sonra pulumu qaytaracağına söz verdi. Pulumu qaytarmasına söz versə də qaytarmadı. Ümumilikdə Cavabdeh 25000 min manat pul vermişəm, həmin puldan 3000 min manat qaytarmışdır. 22000 (iyirmi iki min) manat pulu Şahlar qaytarmamışdır. Cavabdeh barəsində Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(078)-37/25 nömrəli hökmü liə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilindiyindən 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mən məhkəmə prosesində də şikayət və tələbim olmadı ki, mənim pulumu qaytaracağına söz vermişdir. Hazırda pulumu qaytarmır, məcbur qalıb məhkəməyə müraciət edirəm. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası 30 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə məhkəmə bildirişi iddiaçı və cavabdehə poçt göndərişi vasitəsilə rəsmi qaydada verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Halbuki məhkəmə hazırlıq iclasının sözügedən tarixə təyin olunması haqqında məhkəmə bildirişləri tərəflərə rəsmi qaydada verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən aydın olur ki, məhkəmə bildirişi iddiaçının qeydiyyatda olduğu ünvana göndərilsədə həmin ünvanda yaşamaması səbəbindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 02/364 nömrəli məktubuna əsasən İddiaçı atası X3 ilə telefon əlaqəsi yaradıldığı və məktub barədə məlumat verildiyi müəyyən olunur. Həmçinin, iddiaçının vəkil-nümayəndəsinə və cavabdehə xx.xx.2025-ci il tarixdə “AZEMİS”də yaradılmış elektron kabinet vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsi tətbiq olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.7-ci maddələrinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, onlar isə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişlər, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etməmişdir. Yəni hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Sözügedən qərarın 9.1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri olduğundan və X1 iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 avqust 2025-ci il tarixli, İddiaçı ********** GPP qəbz nömrə ilə ödədiyi 156 (bir yüz əlli altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırılarkən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 avqust 2025-ci il tarixli, ********** GPP qəbz nömrə ilə ödədiyi 156 (bir yüz əlli altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-606/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-606/2025
30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver