Məhkəmə qərarları › İş №2(079)-62/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-62/2023

16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-62/2023 16.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 28 dekabr 2022-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 950 (doqquz yüz əlli) manat borc məbləğinin və iş üzrə ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Babək rayonu, Şəkərabad kəndində yaşamaqla göyərçin quşları saxlayıb, satıram. Hal-hazırda da həmin fəaliyyətlə məşğul oluram. Təqribən bir il bundan əvvəl Cavabdeh bizə gəlib göyərçin almaq istədiyini bildirdi. Onunla razılaşıb bir baş göyərçini 5 manatdan olmaqla müəyyən vaxtlarda ona 250 baş göyərçini 1250 (bir min iki yüz əlli) manata satdım. Lakin aramızda olan razılaşmaya əsasən 50 manat ilkin ödəniş etməklə ondan sonrakı aylarda hər ay 50 manat ödəyəcəyini öz öhdəsinə götürdü. Həmin vaxtdan sonra da 250 manat ödəniş etdi və qalan məbləği dəfələrlə mobil telefonuna zəng edib istəsəm də hərdən bir bəhanə gətirib bu günə, sabaha söz verərək yayınmağa başladı. Sonda 07 dekabr 2022-ci il tarixdə məcbur qalıb evlərinə gedib mənə borclu olduğu 950 manat pulumu istəyəndə konkret olaraq mənə olan borcunu qaytarmaqdan birmənalı olaraq imtina etdi. Özümün həmin pula çox böyük ehtiyacım var. Artıq Vəfadar mənim telefon zənglərimə belə cavab verməyərək məndən gizlənib, birmənalı olaraq borcunu qaytarmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməli, tələb etdiyim 950 manat borc məbləğinin, və iş üzrə ödədiyim 30 manat manat dövlət rüsumunun cavabdehdən alınmaqla mənə verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Mülki iş üzrə 31 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək, məhkəmə gedişi zamanı aralarında mübahisəni həll edərək razılığa gəldiklərini və bu səbəbdən də barışıq sazişini təsdiq edilməsini xahiş etmişlər. 16 fevral 2023-cü ildə keçirilən məhkəmə baxışı iclasında tərəflər bir daha aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdi: - Cavabdeh İddiaçı ona qarşı olan 950 (doqquz yüz əlli) manat məbləğində pul tələbini qəbul edir və 2023-cü ilin mart ayının 01-dən başlayaraq İddiaçı 10 ay ərzində (fasiləsiz) hər ay 95 (doxsan beş) manat ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona 2023-cü ilin mart ayının 01-dən başlayaraq 10 ay ərzində (fasiləsiz) hər ay 95 (doxsan beş) manat olmaqla ümumilikdə 950 (doqquz yüz əlli) manat pul ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. İş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.4-cü maddəsində qeyd edilir ki, qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; - 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər; - 191.1-ci maddəsinin mahiyyətinə əsasən tərəflərin barışıq sazişi məhkəmə iclasının protokolunda bunun şərtlərinin qeyd etməklə imzalaması və ya bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından onun şərtləri təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 16 fevral 2023-cü tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; -119.4-cü maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; - 122.3-cü maddəsi ilə müəyyən edilir ki, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən və barışıq sazişindən iddiaçının tələbinin təmin edilməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia qaldırılan zaman iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 262- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 16 fevral 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh İddiaçı ona qarşı olan 950 (doqquz yüz əlli) manat məbləğində pul tələbini qəbul edir və 2023-cü ilin mart ayının 01-dən başlayaraq İddiaçı 10 ay ərzində (fasiləsiz) hər ay 95 (doxsan beş) manat ödəməyi öhdəsinə götürür.

2. İddiaçı Cavabdeh ona 2023-cü ilin mart ayının 01-dən başlayaraq 10 ay ərzində (fasiləsiz) hər ay 95 (doxsan beş) manat olmaqla ümumilikdə 950 (doqquz yüz əlli) manat pul ödəməsini qəbul edir və Cavabdeh qarşı gələcəkdə bununla bağlı qarşı hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar