Məhkəmə qərarları › İş №2(079)-63/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-63/2020

01.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-63/2020 01.06.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Əşrəfov Əşrəf İsmayıl oğlunun katibliyi, iddiaçı(lar)-cavabdeh(lər) İddiaçı2, İddiaçı1, iddiaçı(lar)-cavabdeh(lər)-in vəkili Vəkil, cavabdeh-iddiaçı Cavabdeh və cavabdeh-iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı(lar)-cavabdeh(lər) İddiaçı2 və İddiaçı1 cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul” tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı(lar)cavabdeh(lər) İddiaçı2 və İddiaçı1 qarşı “pul” tələbinə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 cavabdeh-iddiaçı Cavabdeh qarşı Babək Rayon Məhkəməsində iddia qaldıraraq 3000 (üç min) manat əsas borc və həmin pula görə ödəyəcəyi 1056 manat faiz borcu, cəmi 4056 manat pulun alınıb İddiaçı2, eyni zamanda 4500 manat kredit borcunun alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı-iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizənin icraata qəbul olunması, qarşılıqlı-iddia ərizəsi üzrə mağazaya borclu olduğu 8000 (səkkiz min) manat və kredit faizinə görə verdiyi 1300 (bir min üç yüz) manat iddiaçı-cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(079)-63/2020 nömrəli qərardadı ilə qarşılıqlı-iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etməyərək qarşılıqlıiddiasını onun əsaslandırmışdır ki, həqiqətən də İddiaçı2 onun Naxçıvan şəhəri, H.Əliyev prospektində kirayə götürüb işlətdiyi mağazada satıcı işləyibdir. Həmin mağazada ətriyyatla yanaşı həm də qadın paltarları satılırdı. O İddiaçı2 əvvəllər əmək haqqı olaraq 150 manat, sonralar isə 170 manat ödəyibdir, o mağazaya gətirdiyi ətriyyatları, Şəhlaya təhvil-təslim aktı əsasında veribdir və hər dəfə də mağazaya gətirdiyi ətriyyatların alış və satış qiymətlərini, neçə ədəd olduğunu göstərməklə yazıb mağazada yerləşən seyfə qoyubdur. O ayda bir dəfə gedib mağazada satılan malın haqq-hesabını aparıbdır və həmin vaxt malın vitrində olmadığını görüb Şəhladan soruşub tələb edəndə, Şəhla ona ətirlərin nisyə satıldığını göstərərək pulu yığıb verəcəyini bildiribdir. Bir neçə ay belə davam edib, lakin o Şəhlanın onu aldatdığını başa düşüb, mağazada nisyə, nağd satılan və mağazada qalan ətriyyatların haqq-hesabını aparıbdır və Şəhlanın mağazaya 8000 (səkkiz min) manat borcu olduğunu müəyyən edib. Həmin vaxt o Şəhladan satılan ətirlərin pulunu tələb edəndə Şəhla ağlayıb ona bildirib ki, “valideynlərimə demə, onlar bilməsin borcunu qaytaracağam”. O da həmin vaxt ata-anasına bildirməyib, Şəhla ona olan borcunun 5000 (beş min) manatını gətirib ödəyib və bildirib ki, “qalan 3000 (üç min) manatı isə özüm başqa yerdən tapıb gətirib ödəyəcəyəm”. Lakin Bakı şəhərindən nisyə gətirdiyi ətriyyatların sahibi davamlı olaraq zəng edib ondan pulunu istədiyinə görə Şəhladan qalan borcunu ödəməsini tələb edib, Şəhla da gedib 3000 (üç min) manat hardansa tapıb gətirib borcunun qalığını qaytarıbdır. Lakin Şəhla bir neçə dəfə gəlib ağlayıb narahat olub ki, “kredit götürmüşəm faizini ödəyə bilmirəm, sən mənə pul ver ödəyim, əmək haqqımı tutarsan”, o da bir neçə ay bu qaydada 1300 manata qədər pul verib aparıb kreditinin faizini ödəyib. Axırıncı dəfə yenə gəlib pul istəyəndə vermədiyi üçün onu polisə şikayət edib. Polisdə onlara bildiriblər ki, “bu iş məhkəməyə aiddir, gedib verin məhkəməyə”. Onun nə Şəhlaya nə də ki, onun qardaşı Ceyhuna heç bir borcu yoxdur. Əksinə Şəhla onun kirayə götürüb, işlətdiyi mağazada satıcı işlədiyi müddətdə 8000 (səkkiz min) manatlıq nisyə mal satıb, yeyib dağıtdığı üçün ona olan borcunu gətirib qaytardığına görə onun onlara heç bir borcu yoxdur. Əgər borcuna görə ona ödədiyi pulun geri qaytarılmasını tələb edirlərsə onun kirayə götürüb işlətdiyi müddətdə Şəhlanın satıcı olaraq mağaza binasında olan kameranın cərəyanından ayıraraq, seyfdə olan təhvil-təslim sənədini götürüb gizlədərək mağazada satıb dağıtdığı 8000 (səkkiz min) manat və ödədiyi kredit faizinə görə verdiyi 1300 (bir min üç yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia tələbi ilə bağlı iddiaçı qismində izahat verən İddiaçı2 izahatında bildirdi ki, o, 2019-cu ilin fevral ayında Cavabdeh H.Əliyev prospektində yerləşən ətriyyat mağazasında satıcı olaraq işə girib, iş vaxtı 09-00 da başlayıb 21-00 da bitirdi. Həmin işə görə aylıq əmək 150 manat alıbdır. Həmin işə başlayan vaxt mağazada olan mallarla (ətriyyat və kosmetik əşyalar) bağlı onunla heç bir təhvil-təslim olunmayıb, 2019-cu ilin aprel ayının sonunda işdən çıxıbdır, işdən çıxma səbəbi isə əmək haqqının az olması və mağazanın gec saatlara (21:00-a) qədər açıq olması ilə bağlı olubdur, işdən çıxacağını Cavabdeh öncədən bildirdiyi üçün işdən çıxmadan Cavabdeh mağazaya yeni satıcı Sürəyya adlı qız götürübdür. O Sürəyyaya işi öyrətmək üçün onunla 1 həftə birlikdə işləyib, sonra isə işdən ayrılıbdır. Onun işdən çıxmasından 1 ay keçdikdən sonra Cavabdeh və arvadı Nümayəndə ona zəng edərək bildiriblər ki, “yeni işçi işləyə bilmir, əgər səndə istəyirsənsə işə geri qayıtmağını xahiş edirik, biz səni çıxartmamışıq sən özün işdən çıxmısan”. Oda həmin vaxt heç bir yerdə işləmədiyi üçün işə geri qayıdıbdır. O, yenidən işə qayıdarkən mağazadakı mallarla bağlı onunla təhvil-təslim olunmayıbdır, hətta təhvil-təslim olunmasını Cavabdeh bildirəndə Cavabdeh ona “sənə təhvil-təslim ehtiyacdı? Narahat olma mən sənə güvənirəm. Sənə təhvil verməmişəm ki, səndən də təslim alım” deyə bildiribdir. İşlədiyi müddətdə, yəni noyabr ayına qədər Cavabdeh ilə aralarında heç bir problem olmayıb, təxminən dekabr ayının ortalarında Cavabdeh mağazaya gəlib ona bildirib ki, “mənə kömək etməyini istəyirəm, maraqlanmışam bankomat kartı vasitəsi ilə “FİNCA” Bank sənə 3000 (üç min) manat məbləğində kredit verir. Gəl sən mənə kömək et kredit götür, məndə o pulla mağazaya yeni mallar alım. Həm sənin aylıq əmək haqqını artıracağam, həm də sənin kredit ödənişlərini özüm ödəyəcəyəm. Narahat olma ananın kreditini necə vaxtında ödədimsə bunu da ödəyəcəyəm”. İddiaçı-cavabdeh əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd etdiyi kimi o, işə yeni başladığı dövrdə Cavabdeh anası Məhəbbət Quliyevanın adına 3000 (üç min) manat məbləğində Naxçıvan Bankdan kredit götürmüş və həmin borcun aylıq ödənişlərini 2019-cu ilin dekabr ayına qədər vaxtı-vaxtında ödəyibdir, ona görə də o da Cavabdeh inanaraq onunla razılaşıb və 2019-cu ilin noyabr ayında Cavabdeh qardaşı arvadı Pərvanənin zaminliyi ilə FİNCA Banka gedib kredit götürüb Cavabdeh veribdir. O, Cavabdeh qardaşı arvadı Pərvanəni əvvəllər tanımayıbdır, sadəcə həmin xanım mağazaya alıcı kimi gəlib-getdiyindən onu tanıyıbdır. FİNCA Bankdan kredit götürdükdən sonra o işlədiyi mağazaya gəlib kredit götürdüyü pulu bankomat kartdan çəkməsi üçün Cavabdeh veribdir, Cavabdeh da pulu iki dəfəyə - 2000 manat bir, 886 manat isə bir olmaqla çəkibdir. 14 manat məbləğ isə Bank tərəfindən komisyon xərci olaraq çıxılıb. Əlavə olaraq iddiaçı-cavabdeh İddiaçı2 bildirdi ki, qardaşı dövlət işində işlədiyi üçün Cavabdeh qardaşının da adına kredit götürüb ona verilməsini xahiş edib, qardaşı İddiaçı1 da ona görə Naxçıvan Bankdan 2019-cu ilin may ayında təxminən 4500-5000 arası kredit götürüb nağd şəklində, mağazada onun yanında Cavabdeh veribdir. Məhkəmədə sualları cavablandıran İddiaçı2 bildirdimişdir ki, o, Cavabdeh dekabr ayının 25-də banka aylıq ödəniş edilməli olduğunu bildirdiyini, Cavabdeh ona kredit borclarını ödəməkdə çətinlik çəkdiyini, bundan sonra Cavabdeh 2019-cu ilin dekabr ayının ortalarında mağazaya gəlib mağazada olan dəftərlərə və mağazadakı mallara baxış keçirdiyini, ona “sənin mağazada 8000 manat kəsirin var” dediyini, dəftərlərdən birində gündəlik satılan malların, digərində isə mağazanın xərcləri ilə bağlı qeydlər yazıldığını, o kəsirinin olmasını qəbul etmədiyini və onlar arasında mübahisə olduğunu, mağazada onun kəsirinin olmasını o qəbul etmir ona görə ki, mağazada ondan əvvəl və ondan sonra da işləyənlərin olduğunu, həmin vaxtdan işə getmədiyini, Cavabdeh hər şeyin qeydini apardığını, hətta Cavabdeh iki manat belə istəmiş olsa və ya borc alsa da Cavabdeh mağazadakı olan dəftərə onu qeyd etdiyini və onun maaşından həmin 2 manatı çıxdığını, Cavabdeh ona verilən pulları qaytarmaması üçün, mağazada onun kəsiri olmasını bəhanə etdiyini, mağazada işlədiyi zaman onun heç bir kəsirinin olmadığını və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı-iddia ərizəsinə münasibət bildirən İddiaçı2 izahatında bildirmişdir ki, qarşılıqlı-iddianı qəbul etmədiyini, çünki həmin mağazada işlədiyi zaman ətriyyat və kosmetika satıldığını, həmin mallarında öz gəliş qiyməti ilə hesablandıqda dəyərlərinin 1000 manatdan bir az çox olduğunu, həmin mağazada 8000 manat dəyərində əşyanın olmadığını, onun 8000 manat kəsirinin olmasının mümkün olmadığını, onunla Cavabdeh arasında malların təhvil-təslim olunması barədə heç bir sənədin olmadığını, o işdən çıxdıqdan sonra mağazada heç bir təhvil-təslim olunmadığını, Cavabdeh ondan və qardaşından aldığı pulları qaytarmamaq üçün kəsir olmasını sonradan ortaya atdığını göstərmişdir. Əlavə olaraq İddiaçı2 bildirdi ki, o işdən çıxdığına görə, mağazada olan malların siyahısının çıxarılmasını istəyibdir, bundan sonra mağazada “riviziya”, yəni yoxlama zamanı mağazada olan malların nə qədər olması barədə siyahı tutulubdur və o da həmin siyahını imzalayıbdır. Məhkəmədə sualları cavablandıran İddiaçı2 bildirdi ki, Nümayəndə təqdim etdiyi sənədi həqiqətən də o imzalayıbdır, lakin o həmin sənədi imzaladığı zaman orada onun Cavabdeh borcunun olması yazılmamışdır, həmin yazı sonradan ora yazılıb, o sadəcə mağazada olan malların siyahısına imza edibdir. xx.xx.2019-cu il tarixdə dükanda olan mallar sayılıb, dəftərə yazılıb, o da həmin dəftərdə olan malların nə qədər olmasına dair imza edibdir. Nümayəndə təqdim etdiyi sənəddə isə sonrada əlavələr edilibdir. O, imza edən zaman dəftərin yuxarı hissəsində 1800 və 6000 rəqəmləri olub, dəftərə sonradan əlavələr Cavabdeh tərəfindən yazılıb və onun borcunun olması barədə o heç bir sənədə imza etməyibdir. Məhkəmə iclasında ilk iddia tələbi ilə bağlı iddiaçı qismində izahat verən İddiaçı1 izahatında bildirdirmişdir ki, onun Cavabdeh bacısı İddiaçı2 görə tanıdığını, bacısı İddiaçı2 cavabdeh-iddiaçı Cavabdeh H.Əliyev prospektində yerləşən mağazasında satıcı işlədiyini, bacısının həmin mağazada işlədiyi üçün ona nəzarət etmək üçün gedib-gəldiyini, Cavabdehla da həmin vaxt münasibətlərinin yarandığını, bir gün Cavabdeh ona “maraqlanmışam sən dövlət işində işlədiyinə görə sənə Naxçıvan Bank tərəfindən 5000 (beş min) manat məbləğində kredit verilir. Gəl sən mənə kömək et kredit götür mənə ver, məndə o pulla mağazaya mal alım, sənində pulunu ananın kreditini ödədiyim kimi ödəyəcəyəm” dediyini, o da həmin vaxt Cavabdeh onun anasının adına kredit götürüb vaxtı-vaxtında ödədiyindən Cavabdeh inanıb 2019-cu ilin may ayının sonlarında Cavabdeh qohumu olan Qumru adlı şəxsin ona zamin duraraq Naxçıvan Banka gedib 4000 (dörd min) manat məbləğində kredit götürdüyünü, üstünə də özü 1000 manat məbləğində pulu əlavə edərək mağazada Cavabdeh nağd şəklində 5000 (beş min) manat pul verdiyini, pulu mağazada bacısının yanında Cavabdeh verdiyini, Naxçıvan Bankdan götürdüyü kreditə görə hər ay onun əmək haqqısından aylıq ödəniş olan 142.60 manat pulun tutulduğunu, həmin 142.60 manat məbləğində olan ödəniş əmək haqqısından tutulandan sonra Cavabdeh ona pulu nağd şəkildə ödədiyini, hal-hazırda Cavabdeh həmin kreditə görə 1200 manat pul ödədikdən sonra 4500 manat borcu olduğunu diqqətə çatdıran İddiaçı1 məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı1 bildirdi ki, Cavabdeh anasının adına götürdüyü krediti vaxtı-vaxtında ödəyibdir, lakin bacısı ilə Cavabdeh arasında mübahisə yaranandan sonra, yəni 2019-cu ilin dekabr ayının ortalarında Cavabdeh anasının adına olan krediti də ödəməkdən imtina edibdir. Ancaq onların şikayətlərindən sonra Cavabdeh iki aylıq qalan ödənişlə birlikdə həmin kredit üzrə ödənişləri ödəməyə başlayıbdır və hal-hazırda da ödəyir. Onun adına olan kreditə görə borcunu Cavabdeh 2019-cu ilin dekabr ayının ortalarına qədər ödəyib, həmin kreditə görə Bank onun əmək haqqısından tutub, o da onun əmək haqqısından hər ay tutulan 142.60 manatı nağd şəkildə Cavabdeh alıbdır. Həmin ödənişə görə sonuncu dəfə dekabr ayıda daxil olmaqla Cavabdeh ona ödəyib, həmin vaxt Cavabdeh ona bacısının mağazada kəsirinin olması barədə heç nə deməyibdir, hal-hazırda Cavabdeh ona 1200 manat ödəyibdir, lakin qalan borcunu ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 vəkili Vəkil izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı1 və İddiaçı2 işin halları barədə ətraflı məlumat veriblər, qeyd edilənləri nəzərə alaraq ilkin iddianın təmin, qarşılıqlı-iddianın isə rədd edilməsi barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh-iddiaçı qismində iştirak edən Cavabdeh qarşılıqlı-iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, işin mahiyyəti barəsində iddia ərizəsində və nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında ətraflı məlumat verilibdir, o İddiaçı2 qarşı iddia qaldıracaqdı, lakin İddiaçı2 onu qabaqlayıb hazırki iddianı qaldırıbdır, o da həmin iddiaya qarşı qarşılıqlı-iddia qaldırıbdır. Məhkəməyə təqdim etdiyi sənəddən İddiaçı2 xəbəri olub və o həmin sənədi oxuyub və borcunun olması barədə həmin sənədə imza edibdir. 2019-cu ilin noyabr ayında dükanda “riviziya” olunub və həmin vaxt İddiaçı2 6000 manat kəsiri gəlibdir, onlar tam arxayın olsunlar deyə yenidən dekabr ayında mağazada yoxlama aparıblar, ikinci yoxlamanı əvvəllər mühasib işləyən Yusif adlı şəxs aparıbdır, İddiaçı2 7000 manat kəsiri olubdur, İddiaçı2 ona bildirib ki, “Rəqib əmidən 5000 manat alıb gətirib verəcəm”. Sonra zəng vurub borcumu istədim dedi ki, “pul tapa bilmirəm, dükanı götürüb işlətmək istəyirəm”. Məhkəmədə sualları cavablandıran Cavabdeh bildirdi ki, mağazada olan mallar İddiaçı2 2018-ci ilin noyabr ayında işə götürən zaman faktura ilə təhvil veribdir, 3 ay sonra malları nisyə verdiyi üçün işdən çıxarıbdır. İddiaçı2 malları qəbul etməsi barədə sənəd yoxa çıxıbdır, həmin sənəd mağazada stolun üstündə olubdur. İddiaçı2 işdən çıxan zaman təhvil-təslim olunmayıbdır, sonra o, İddiaçı2 yenə də işə qaytarıbdır, lakin nə vaxt qaytardığı yadında deyil. İddiaçı2 işə götürdüyü zaman onlar arasında əmək müqaviləsi olmayıbdır. İddiaçı2 birinci dəfə işdən çıxaranda onun qardaşı Ceyhun kredit götürməmişdi. 2019-cu ilin əvvəllərində təkrar İddiaçı2 işə götürəndən 1 ay sonra qardaşı Ceyhun Bankdan 4000 manat kredit götürüb dükana mal almaq üçün ona veribdir. Əlavə olaraq Cavabdeh bildirdi ki, dükanda hər ay iki dəfə haqq-hesab edibdir, 2019-cu ilin oktyabr ayına qədər mağazadakı malların giriş-çıxışını etmirdi, sadəcə ödənişləri çıxarıb gedirdi. Noyabr ayında haqq-hesab edəndə İddiaçı2 kəsiri olubdur, soruşanda ki, mallar hardadır, deyib ki “nisyə verdiklərim də var” sonra isə “deyəsən malları mağazadan oğurlayırlar”. Əlavə olaraq sualları cavablandıran Cavabdeh bildirdi ki, onu polisə şikayət edəndə verdiyi izahatında “İddiaçı2 borcunu gətirib versin məndə krediti ödəyim” yazıbdır. İddiaçı2 ondan borcu olmasının heç-kimin bilməməsini istəyib və ona “mən özüm gətirib borcumu ödəyəcəm” deyib. O da qarşılıqlı-iddia ərizəsində “İddiaçı2 gətirib 5000 manat ödəyib”, halbuki, həmin 5000 manat pulu qardaşının pulu ilə əvəzləşdiriblər, qardaşının banka olan borc pulunu İddiaçı2 ödəyəcəyi ilə razılaşıblar. Bundan sonra İddiaçı2 qalan borcunu bankdan 3000 manat kredit götürərək ödəyəcəyini bildirib. Təxminən dəqiq xatırlamır noyabr-dekabr aylarında bankdan götürdüyü 3000 manat olan kredit kartını ona veribdir, oda gedib həmin kartdan 3000 manat pulu çəkib götürübdür. İddiaçı2 qardaşının ona verdiyi 4000 manat puldan 1200 manatını o hər ay hissə-hissə İddiaçı1 ödəniş edibdir. İddiaçı2 borcu olduğu vaxtdan oda pulu ödəməyibdir. O, İddiaçı2 inandığı üçün mağazadaki olan malları onunla təhvil-təslim etməyibdir. Mağazada təhlükəsizlik kamerası olubdur lakin, o, bütün gün kameranı izləməyibdir. İddiaçı2 2020-ci ilin yanvar ayına qədər onun mağazasında işləyibdir. İddiaçı2 nisyə verdiyi malların pulunu nisyə götürən şəxslərdən istədiyi zaman onlar malların pulunu İddiaçı2 verdiklərini bildiriblər. İddiaçı2 ona borcu olubdur və həmin borcun olması barədə o məhkəməyə imza etdiyi sənədi sübut kimi təqdim edibdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixdə keçirilən iclasında cavabdehiddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh onun həyat yoldaşı olduğunu, ərinin şəkər xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, Cavabdeh məhkəmədə onun təmsil etdiyini, həyat yoldaşı Cavabdeh iddiaçıların anası Məhəbbət Quliyevanın adına Naxçıvan Bankdan 2000 (iki min) manat məbləğində kredit götürdüyünü və həmin krediti vaxtı-vaxtında ödədikərini, bundan əlavə həqiqətən də İddiaçı1 adına da Naxçıvan Bankdan 4000 (dörd min) manat məbləğində kredit götürdüyünü, həyat yoldaşı Cavabdeh verdiyini və həmin borcdan da İddiaçı1 1200 (bir min iki yüz) manat məbləğində pul ödədiklərini, lakin İddiaçı1 guya onlara 4000 (dörd min) manat məbləğində götürülmüş kreditdən əlavə 1000 (bir min) manat da pul verdiyinin yalan olduğunu, onların İddiaçı1 4000 (dörd min) manat məbləğində borcu olduqlarını qəbul etdiklərini, lakin həmin götürülmüş borcun 4000 (dörd min) manat məbləğindəki kreditin faizi ilə birlikdə 5000 manat hesabladıqlarını, həmin 5000 manatında İddiaçı2 ödəməli olduğunu, buna səbəb isə 2019-cu ilin noyabr ayında həyat yoldaşı Cavabdeh ilə onun mağazaya baxış keçirməyə getdiklərini, həmin vaxt mağazada həyat yoldaşı Cavabdeh, o, İddiaçı2 və anası Məhəbbət Quliyevanın olduğunu, mağazada baxış keçirərkən 7800 manat məbləğində pulun kəsr gəldiyini aşkar etdiklərini, hətta daha dəqiq nəticə əldə etmək üçün mağazada olan dəftərlərə də baxıldığını, 7800 manat pulun 2800 manatı nisyə satıldığını və bunu İddiaçı2 da bildirdiklərini, İddiaçı2 anası getdikdən sonra onlara “bunu heç kəs bilməsin, mən o pulu ödəyəcəm” dediyini, İddiaçı2 borcundan 5000 manat tapıb ödəyəcəyini bildirdiyini, onlar isə İddiaçı2 ”Sən 5000 (beş min) manat məbləğində pulu haradan tapıb bizə gətirəssən? Gəl biz belə edək bizim sənin qardaşına olan borcu sən ödə və beləliklə əvəz olaq” dediklərini, onların arasında razılığa əsasən onların İddiaçı1 olan borcunu İddiaçı2 ödəyəcəyi ilə razılaşdığını diqqətə çatdıran Nümayəndə əlavə olaraq bildirdi ki, qalan borcu İddiaçı2 ilə razılığa əsasən İddiaçı2 bankdan 3000 manat pul götürüb onlara ödəyəcəkdir. Bunun üçün həyat yoldaşı Cavabdeh sənədləri hazırlayıb Şəhla ilə birlikdə FİNCA banka veriblər. Bundan sonra İddiaçı2 Bankdan 3000 manat kredit götürüb Cavabdeh veribdir. Həmin pulu İddiaçı2 onlara mağazada olan kəsir gəldiyi borca görə veribdir. Əlavə olaraq Nümayəndə bildirdi ki, İddiaçı2 mağazada olan kəsirin 7800 manat olması barədə şübhəsi qalmasın deyə onlar xx.xx.2019-cu ildə Yusif adlı şəxsin iştirakı ilə yenidən mağazada yoxlama aparıblar və mağazada 7800 manat kəsirin olduğu aşkarlanıb, mağazada olan dəftərə İddiaçı2 7800 manat borcunun olması barədə imza edib və dəftərdəki siyahını məhkəməyə sübut kimi təqdim ediblər. Həmin 7800 manat borcdan İddiaçı2 ilə olan razılığa əsasən onların Şəhlanın qardaşı İddiaçı1 olan borcunu İddiaçı2 ödəyəcəyi ilə razılaşıblar, qalan 3000 manatı isə İddiaçı2 kredit götürüb onlara qaytarıbdır. Məhkəmədə sualları cavablandıran Nümayəndə bildirdi ki, İddiaçı1 Naxçıvan Bankdan 5000 manat yox, 4000 manat məbləğində kredit götürüb Cavabdeh veribdir, həmin kreditdən 1200 manatının İddiaçı1 ödənilibdir. Mağazada kəsir çıxan zaman həmin borcun qalanının İddiaçı2 ilə razılığa əsasən həmin borcu İddiaçı2 ödəyəcəyi barədə razılaşıblar. İstər İddiaçı2, istərsə də İddiaçı1 Bankdan kredit götürən zaman onlara zamin durması üçün onun qohumları olan Qumru və Pəridən o xahiş edibdir. Əlavə olaraq Nümayəndə bildirdi ki, onlar İddiaçı2 çox güzəşt ediblər, borcun bir qismini və İddiaçı2 ondan aldığı 1000 manat pulu da onlar o zaman İddiaçı2 güzəşt ediblər. xx.xx.2019-cu il tarixdə mağazada aparılan yoxlama zamanı İddiaçı2 dəftərə 7800 manat borcunun olması barədə imza edibdir və həmin vaxt İddiaçı2 borcunu danacağını bilmədikləri üçün ayrıca bir sənəd imzalatmayıblar, sadəcə mağazada malların siyahısı olan dəftərə Şəhlanın borcu olmasını qeyd edib oraya imza ediblər. İş materiallarında olan Naxçıvan ŞPİ-si tərəfindən verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan ŞPİ-si tərəfindən verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədov X1 şəhəri, məh.54, ev 5 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbləri qismən təmin, eyni zamanda cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı iddiası isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı2 cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi qisməntəmin edilməlidir. Belə ki, iş üzrə iddiaçı-cavabdeh İddiaçı2 istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehiddiaçı Cavabdeh 3000 (üç min) manat əsas borc və həmin pula görə ödəyəcəyi 1056 manat faiz borcu olmaqla, cəmi 4056 (dörd min əlli altı) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı iş üzrə cavabdeh-iddiaçı Cavabdeh İddiaçı2 iddia tələbinə münasibət bildirərkən verdiyi izahatında İddiaçı2 tələb etdiyi 3000 (üç min) manat əsas borc və həmin pula görə ödəyəcəyi 1056 manat faiz borcu olmaqla, cəmi 4056 (dörd min əlli altı) manat puldan İddiaçı2 3000 (üç min) manat pulun həqiqətən də Cavabdeh verdiyini etiraf etmiş və həmin 3000 (üç min) manat pul İddiaçı2 dükana olduğu borca görə ödədiyini bildirmişdir. Həmin hal cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə izahatı və Cavabdeh məhkəməyə ünvanlandığı ərizəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan norma baxımından hesab edir ki, iş üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı2 qaldırdığı iddia tələbinə dair qismən etirafı nəzərə alınmalı, İddiaçı2 yuxarıda qeyd olunan 3000 manat pulun Cavabdeh verilməsinə dair münasibətdə sübutetmə vəzifəsindən azad olunmalı, iddia tələbində göstərilən 3000 manat pul cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı2 verilməlidir. Məhkəmə İddiaçı2 iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı-cavabdeh İddiaçı2 iddia tələbində 3000 (üç min) manat əsas borc və həmin pula görə ödəyəcəyi 1056 manat faiz borcu olmaqla, cəmi 4056 (dörd min əlli altı) manat pulun Cavabdeh alınıb ona verilməsini tələb etsə də tələblərinin və etirazlarının əsası kimi bu faktları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh-iddiaçı Cavabdeh və nümayəndəsi Nümayəndə tələb edilən 4056 manat pula münasibət bildirərkən İddiaçı2 həqiqətən də 3000 manat pulun Cavabdeh verdiyini bildirmiş, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh məhkəmə təqdim etdiyi ərizəsində İddiaçı2 ona 3000 manat pulun verildiyini göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı2 3000 manat pulun cavabdeh-iddiaçı Cavabdeh verilməsi ilə bağlı sübut təqdim edə bilməməsi və iddiaçı-cavabdeh İddiaçı2 cavabdeh-iddiaçı Cavabdeh 3000 manat pulun verilməsi tərəflərin izahatları və Cavabdeh ərizəsi ilə öz təsdiqini tapdığını nəzərə alaraq iddia tələbində göstərilən 3000 manat pul cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı2 verilməli, iddia tələbi 3000 manat əsas borca görə ödəniləcək 1056 manat faiz borca münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı-cavabdeh İddiaçı2 cavabdeh-iddiaçı Cavabdeh əsas borca görə olan 1056 faiz borcunu tələb etsə də, onlar arasında həmin 3000 manat borca görə faizin tutulmasına dair razılaşmanın olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim olunmamışdır. Cavabdeh-iddiaçı Cavabdeh isə həmin 3000 manat pulun İddiaçı2 ona borclu olduğu üçün verdiyini bildirmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı1 cavabdeh-iddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk olaraq iddiaçı-cavabdeh İddiaçı1 irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, yuxarıda qeyd olunan normanın tələbinə görə tərəflər arasında borc müqaviləsinin məbləği 4000 manat təşkil etdiyindən, yəni üç min manatdan çox olduğundan, tərəflər arasında yazılı müqavilə bağlanmalı idi. Lakin tərəflərin verdiyi izahatları və Cavabdeh məhkəməyə ünvanlandığı ərizələr ilə müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh arasında şifahi razılığa əsasən İddiaçı1 4000 manat pulu Cavabdeh verməsi barədə şifahi razılaşıblar və həmin razılaşmaya əsasən İddiaçı1 4000 manat pulu Cavabdeh nəğd şəkildə veribdir. Digər tərəfdən tərəflərin izahatları ilə müəyyən olunur ki, həqiqətən də iddiaçı-cavabdeh İddiaçı1 4000 manat pulun cavabdeh-iddiaçı Cavabdeh verməsi işin mübahisəsiz halıdır. İddiaçı iddianın əsasını təşkil edən və qeyd edilən bu hallarla bağlı sübut təqdim etməməsinə baxmayaraq bunların işin mübahisəsiz halları olmasına əsas iddiaçının bu tələblərinin cavabdeh-iddiaçı tərəfindən etiraf edilməsi və eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh məhkəməyə ünvanlandığı ərizəsində göstərməsidir. Bu halların mübahisəsiz olmasının hüquqi əsası isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsidir. Belə ki, həmin maddənin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 106.4-cü maddəsinə görə isə məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə bu halları aşkar etmədiyindən cavabdeh-iddiaçının etirafını və cavabdeh-iddiaçı Cavabdeh ərizəsini iddiaçı-cavabdeh İddiaçı1 tələblərinin etirafı kimi qəbul etmişdir. İddiaçı-cavabdeh İddiaçı1 tərəfindən irəli sürülən tələblərlə bağlı işin mübahisəli hallarından biri cavabdeh-iddiaçı Cavabdeh 5000 manat borc verilməsi və cavabdeh-iddiaçı tərəfindən hazırda həmin borcdan 4500 manat ödənilməmiş olmasıdır. Bu tələblərin mübahisəli olmasına səbəb isə cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı1 Bankdan 4000 manat pulun götürərək ona verilməsinin qeyd etməsidir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, məhkəmə araşdırılması zamanı, eyni zamanda Cavabdeh xx.xx.2020-ci ildə daxil olmuş ərizəsində həqiqətən də İddiaçı1 ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən İddiaçı1 4000 manat məbləğində pulun Cavabdeh nəğd şəkildə verdiyini göstərmişdir. Həmin hal cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə da məhkəməyə verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. İddiaçı-cavabdeh İddiaçı1 tərəfindən Cavabdeh məhz 5000 manat pulun verilməsi barədə məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı-cavabdeh İddiaçı1 borclu olduğu 4000 manat borcdan 1200 manatını nağd şəkildə hissə-hissə İddiaçı1 qaytarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh 2800 (4000-1200=2800) manat pul alınaraq iddiaçı-cavabdeh İddiaçı1 verilməlidir. Məhkəmə iş üzrə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən İddiaçı1 qarşı verilmiş qarşılıqlı-iddia tələbini rədd edərkən aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı-iddia ərizəsində, iddiaçıcavabdehlər İddiaçı1 və İddiaçı2 8000 manat və ödədiyi kredit faizinə görə 1300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı-iddiasında göstərmişdir ki, İddiaçı2 Cavabdeh borclu olduğu 7800 manat pulun Cavabdeh İddiaçı1 olan borcu ilə əvəzləşdirilməsi barədə razılaşmışlar. Yəni Cavabdeh İddiaçı1 olan borcunu İddiaçı2 ödəməsi barədə öhdəlik götürmüş və bu barədə tərəflər şifahi razılaşmışlar. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1.-ci maddəsinin tələbinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2.-ci maddəsinin tələbinə görə isə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi qeyd olunan normaların tələbinə görə öhdəliyin üçüncü şəxsə verilməsi barədə kreditorla müqavilə olmalı və həmin razılaşma yalnız kreditorun icazəsi ilə etibarlıdır. Cavabdeh-iddiaçı Cavabdeh İddiaçı1 olan borcunun, yəni öhdəliyinin İddiaçı2 verildiyini bildirsə də, bu barədə tərəflər arasında müqavilənin olması və kreditor İddiaçı1 həmin razılaşmaya razılıq verməsi barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh 8000 manat və ödədiyi kredit faizinə görə 1300 manat pulun müştərək qaydada cavabdehlər İddiaçı1 və İddiaçı2 alınıb verilməsi tələbi barədə qarşılıqlı-iddiası iddiaçı-cavabdeh İddiaçı1 ona münasibətdə rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh verdiyi qarşılıqlı-iddia iddiaçı-cavabdeh İddiaçı2 münasibətdə də rədd edilməlidir. Məhkəmə ilk olaraq cavabdeh-iddiaçının irəli sürdüyü və hazırda işin mübahisəli olan halları ilə bağlı qeyd edir ki, iddiaçı-cavabdeh ona məxsus dükanda işlədiyi zaman 7800 manat pulun borcu olduğunu qeyd etmiş və bu halların təsdiqi ilə bağlı sübut kimi İddiaçı2 mağazada olan malların siyahısında 7800 manat borcunun olması barədə imza etdiyi siyahını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdrımalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüqununun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Yuxarıda qeyd olunan cavabdeh-iddiaçı Cavabdeh tərəfindən təqdim olunan malların siyahısı olan sənədin son vərəqinin sol tərəfinin yuxarı hissəsində alt-alta göy mürəkkəb ilə “1800 və 6000” rəqəmləri və onların cəmi olan “7800” rəqəminin qarşısında “kəsir” sözü yazılmış və həmin vərəqin yuxarı sağ hissəsində bir az aşağıda “8.12.2019 Cavabdeh “imza edilmiş”, həmin yazının altında “Zeynal Borcluyam, eyni ilə həmin yazının altında “İddiaçı2, “imza edilmiş” qara mürəkkəb ilə “borcluyam 8.12.2019” yazılmışdır. Həmin yazıların qarşısında vərəqin sol tərəfində olan “3800 və altında 3800” qara mürəkkəb ilə qaralanmış rəqəmlər yazılmışdır. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh təqdim etdiyi həmin sübutu inandırıcılıq dərəcəsinə görə şübhəli və ziddiyyətli olduğundan qəbul edilən hesab etmir. Belə ki, Cavabdeh həmin sənədlə İddiaçı2 ona olan 7800 manat borcunun olmasını təsdiq edildiyini bildirsə də, iddiaçı-cavabdeh İddiaçı2 məhkəməyə verdiyi izahatında həqiqətən də həmin siyahıda olan imzanın onun olduğunu bildirmiş, lakin həmin siyahıya imza edərək onun borclu olmasını deyil, mağazada olan malların siyahısını təsdiqlədiyini göstərmiş və həmin siyahıya onun borclu olması barədə ifadələrin sonradan Cavabdeh tərəfindən əlavə edildiyini bildirmişdir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, həmin sənəddə borcun olması göstərilsə də, həmin sənədlə borcun məbləğini dəqiq və eyni zamanda borcun xarici valyuta və ya milli manatla olması göstərilməmişdir. Belə olan halda məhkəmə Cavabdeh tərəfindən təqdim olunmuş sənədi cavabdeh-iddiaçının iddia etdiyi faktları təsdiq edəcək mötəbər və əsaslılığını təsdiq edən sübut növü kimi qəbul etmir. Bu səbəbdən də məhkəmə təqdim edilən sübutu şübhəli və inandırıcılıq dərəcəsinə görə qəbul edilən bilən hesab edilmədiyi üçün iddiaçı-cavabdeh İddiaçı2 cavabdeh-iddiaçı Cavabdeh 7800 manat borcunun olması öz təsdiqini tapmamışdır. Məhkəmə əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçı-cavabdeh İddiaçı2 Cavabdeh 7800 manat borcunun olması öz təsdiqini tapması halında onun Cavabdeh 9300 (8000+1300) manat borcundan 7800 manat ödəməsi olmuş olur ki, bu halda İddiaçı2 Cavabdeh 1500 manat manat borcu qalmış olur. Halbuki, Cavabdeh qarşılıqlı-iddia ərizəsində İddiaçı2 borcundan ilk olaraq 5000 manat və sonra 3000 manat ödədiyini göstərmiş və mağazaya borclu olduğu 8000 manat və ödədiyi kredit faizinə görə 1300 manat pulun İddiaçı2 alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı tələbində İddiaçı2 ona 1300 manat borclu olması barədə hər-hansı bir sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddənin tələbi, yəni “işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər” müddəasını nəzərə almaqla tərəflərə irəli sürdükləri tələblərini əsaslandıran hallarla bağlı zəruri əlavə sübutlar təqdim etməyi təklif etsə də tərəflər bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 cavabdehiddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbləri qismən təmin edilməli, iş üzrə cavabdeh-iddiaçı Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı-cavabdeh İddiaçı1, eyni zamanda iş üzrə cavabdehiddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq iş üzrə iddiaçıcavabdeh İddiaçı2 verilməli, iddia tələbi qalmış hissədə rədd olunmalıdır. Qarşılıqlı-iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı iddiası isə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə uyğun olaraq belə hesab edir ki, ilk iddia üzrə iddiaçı-cavabdeh İddiaçı2 tərəfindən X3 filialına xx.xx.2020-ci il tarixdə Tt**********17330 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun 9.7 (doqquz manat, yetmiş qəpik) manat hissəsi cavabdehiddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı2 qaytarılmalıdır. Qarşılıqlı-iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən X3 filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh-iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.03. və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbləri qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı-cavabdeh İddiaçı1 verilsin. İlk iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq iş üzrə iddiaçı-cavabdeh İddiaçı2 verilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. ilk iddia üzrə iddiaçı-cavabdeh İddiaçı2 tərəfindən X3 filialına xx.xx.2020-ci il tarixdə Tt**********17330 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun 9.7 (doqquz manat, yetmiş qəpik) manat hissəsi cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı2 qaytarılsın. Qarşılıqlı-iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı iddiası rədd edilsin. Qarşılıqlı-iddia üzrə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən X3 filialına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh-iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar