Məhkəmə qərarları › İş №2(079)-64/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-64/2022

23.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-64/2022 23.02.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən özbaşına olaraq Babək rayonunun Şəkərabad kəndində evinin giriş hissəsində darvazanın sökülərək yerində inşa olunmuş hasarın və evinə bitişik hasar divarının sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin «07» yanvar 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətləri edilmiş, 02 fevral 2022-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclası təxirə salınaraq 23 fevral 2022-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkil nümayəndəsi Nümayəndə 23 fevral 2022-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 29.12.2021-ci il tarixdə, 27193 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 29.12.2021-ci il tarixdə, 27193 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad, ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar