Məhkəmə qərarları › İş №2(079)-656/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-656/2024

29.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-656/2024 29.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayon Şıxmahmud kəndində 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 60 kv.m fərdi yaşayış evindən Cavabdeh qızma məxsus cehiz əşyalarının məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsinə məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşım X3 22 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. 27 sentyabr 1999-cu il tarixli Aqrar İslahat Komissiyasının qərarı ilə ailə üzvlərimizdən ibarət birgə 0.12 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Babək rayonu Dövlət Arxiv İdarəsinin 19 avqust 2024-cü il tarixli arayışına əsasən mərhum X1 adma 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 60 kv.m fərdi yaşayış evi 1981-ci il tarixdə birgə nikah dövründə tikililib istifadə etmişik, birgə yaşayıb və təsərrüfat aparmışıq. Mərhum həyat yoldaşım vəfat etdikdən sonra mən həmin fərdi yaşayış evinə vərəsə kimi mülkiyyət hüquqi ilə sahiblik edib və fərdi yaşayış evində yaşayıram. Həmin fərdi yaşayış evində mənimlə birgə oğlum X4 yaşayır. X4 onun keçmiş həyat yoldaşı Cavabdeh ilə aralarında olan nikah Naxçıvan şəhər Məhkəməsinin 2(078)-691/2024 nömrəli qətanməsi ilə 23 iyul 2024-cü il tarixdə pozulmuşdur. Lakin Cavabdeh ona məxsus cehiz və fərdi istifadə olunan əşyalarını mənə məxsus həmin yaşayış evindən çıxartmayıb. Həmin cehiz əşyaları aşağıdakılardır: 1 ədəd balaca xalça, 2 ədəd döşək, 1 ədəd yorğan, 4 ədəd balınc, 1 ədəd uzun yastıq, 3 ədəd çexol, 5 ədəd mələfə, 2 ədəd qalın ədyal, 4 ədəd nazik ədyal, 1 ədəd əl sumkası, 1 ədəd məktəb sumkası, 2 ədəd döşəkçə, 1 ədəd kravat örtüyü, 1 ədəd uşaq kravatı, 1 dəst yorğan döşək (uşaq üçün), 1 ədəd stul (uşaq üçün), 1 ədəd beşik (uşaq üçün), 1 ədəd yorğan (uşaq üçün), 1 ədəd stol örtüyü, fərdi istifadə üçün geyilmiş paltarlar (özü və uşaq üçün), 1 ədəd çərəz qabı, 1 ədəd çaydan, 1 ədəd nabor (ədviyyat üçün), 1 ədəd aşsüzən, 1 ədəd plastik qab, 1 ədəd böyük dəmir tava, 4 ədəd qastruka, 1 ədəd kiçik tava, 1 ədəd penir qabı, 3 ədəd mürəbbə qabı, 1 ədəd plasmas qasturka, 1 ədəd pencər dorğayan, 1 ədəd salat üçün nabor, 1 ədəd çaydan, 1 dəst çaydan-çaynik, 1 ədəd ətçəkən maşın, 1 ədəd sok çəkin maşın, 1 ədəd çərəz qabı, 2 ədəd qaşıq dəsdi, 1 ədəd dəmir çini qab, 12 ədəd stəkan, 1 ədəd bıçaq (təzə), 1 dəst yuyunmaq üçün vedrə (uşaq üçün), 3 ədəd şüşə konfet qabı, 2 ədəd meyvə qabı, qab-dəsti (uşaq üçün), 1 ədəd qənd qabı. Biz dəfələrlə cavabdehə cehiz əşyalarının çıxarılmasını xahiş etmişik, o həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus əşyaların mənə məxsus evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da mənim mənzilimdən istafadə etmək hüququmu məhdudlaşdırır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddiaçı “02” dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən əşyalar Cavabdeh tərəfindən 30 noyabr 2024-cü il tarixdə Babək rayon, Şıxmahmud kəndində yerləşən evdən götürüldüyündən iddiadan imtina edirəm və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. İddiaçının tələbindən imtina etməsi barədə ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə göstərən hallar yoxdur. Bu səbəbdən də, iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər-Naxçıvan filialı vasitəsi ilə “02” oktyabr 2024-cü il tarixli, 11728 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə tərəflərə həmçinin izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər-Naxçıvan filialı vasitəsi ilə “02” oktyabr 2024-cü il tarixli, 11728 nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar