Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-68/2022 08.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X16 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı inşa edilmiş yaşayış evinə çəkilən xərclərin bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 07 yanvar 2022-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayonu Cəhri qəsəbəsində yerləşən Cavabdeh adına qeydə alınmış 0.04 ha torpaq sahəsi üzərində inşa etdikləri fərdi yaşayış evinə çəkilən xərclərin ona çatacaq ½ hissəsinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını əsaslandıraraq bildirmişdir ki, mən X28 ilə 09 oktyabr 2003-cü il tarixdə ailə qurub, 03 iyun 2005-ci il tarixdə nikahımızı rəsmiləşdirmişik. Bizim həmin nikahdan 3 nəfər övladımız doğulmuşdur. Lakin aramızda olan nikah T.Hüseynovun iddiası əsasında Babək rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(079)-40/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. Biz birgə nikahda olduğumuz vaxt 2004-cü il tarixdə yaşadığımız Babək rayon Cəhri qəsəbəsində Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi üzərində özülündən başlayaraq 3 otaq, 1 salon, 1 mətbəxt, hamam tualet və digər qeyri yaşayış sahələrindən ibarət (tövlə, toyuq hini və 17 metr uzunluğunda açıq balkon) tikililər inşa edib təmir edərək ayrıldığımız bir günə kimi orada yaşamışıq. Biz orada yaşadığımız müddətdə Turab məqsədli şəkildə həmin üzərində ev tikdiyimiz Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini və evi adına rəsmiləşdirməmişdir. Lakin aramızda mübahisə yaranıb, mən atam evinə qayıtdığım müddətdə Turab formal olaraq həmin üzərində ev tikdiyimiz Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini və evi böyük qardaşı Cavabdeh adına rəsmiləşdirmişdir ki, ondan birgə nikah dövründə qazanılmış əmlakın bölünməsi tələbi ilə bağlı iddia qaldırıb, nəsə ala bilməyim. Turab birgə nikah dövründə tikdiyimiz evi qardaşı Cavabdeh adına rəsmiləşdirsə də hal-hazırda məndən sonra ailə qurduğu qadınla birlikdə mənim onunla nikahda olduğumuz müddətdə tikdiyimiz evdə yaşayır. Ev Qəmbərin adına rəsmiləşdirilsə də nə evə çəkilən xərcdən, nə orada işləyən usta və fəhlələrdən, nə də alınmış materiallardan məlumatı yoxdur. Hal-hazırda ata evində yaşayır. Mən Turabla nikahda olduğum müddətdə inşa etdiyimiz və hazırda qardaşı Cavabdeh adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X44 Dövlət Xidmətində qeydə alınmış fərdi yaşayış evinin mənə çatacaq ½ payın ayrılıb verilməsini istəyirəm. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Qeyd edirəm ki, həmin evin inşa olunmasında usta və fəhlə kimi işləyən şəxslərin əksəriyyəti Cəhri qəsəbə sakinləridir. Bu səbəbdən də Cəhri qəsəbəsində yaşayan X9, X43, X18, X23, X26, X19, X36, X13, X20 və X21 məhkəmədə şahid qismində dindirilmələri üçün məhkəməyə dəvət olunmalarını istəyirəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilib, əsaslı məhkəmə qətnaməsi çıxarılmalıdır. Tələbimin əsası kimi istinad etdiyim fakt və halları təsdiq edən sübutları şəxsiyyət vəsiqəsinin surətini, qeydiyyat yeri barədə arayışları, nikahın pozulması haqqında şəhadətnamənin surətini, uşaqların doğum haqqında şəhadətnamələrinin surətlərini, Cəhri qəsəbə İN-nin T.Nəbiyevin təsərrüfat başına kitabda adına ev qeydə alınması barədə arayışı, Cəhri qəsəbə bələdiyyəsinin arayışını, Cəhri qəsəbə bələdiyyəsinin 25.11.2020-ci il tarixli, 54 nömrəli qərarı, protokolu və daşınmaz əmlakın rəyini, Naxçıvan MR Daşınmaz Əmlak və X44 Dövlət Xidməti Babək rayon İdarəsinin məktubu, plan ölçüsü və Texniki Pasportunun surətlərini, evin fotoşəkillərini, dövlət rüsumunun ödənilməsi barədə qəbzi və 007333 nömrəli vəkil orderini ərizəmə əlavə edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mən Turabla 15 yaşım olarkən nişanlanıb, 16 yaşımda yəni, 2003-cü ildə ailə həyatı qurmuşam. Ailə qurduqdan sonra Cəhridə qayınatama məxsus evdə mən, yoldaşım, qaynım Qəmbər və Xəyyam, qayınatam Hüseyn, qayınanam Münəvvər birlikdə yaşamışıq. 2004-cü ilin mart ayında Turab Türkiyəyə gedib, 2005-ci ilin may ayında Türkiyədən qayıdıb. O qayıdanda artıq oğlumuz Tunay doğulmuşdu. Turab Türkiyədən özü ilə ***-**** manat civarında pul gətirmişdi. 2006-cı ilin yazında biz özümüzə qayınatama məxsus yaşadığımız torpaqda (həyətdə) boş sahədə kərpic kəsərək evi hörmək qərarına gəldik. Turab özü evin himini açmışdı, mən də torpaq tökmüşdüm. 2-3 otaq hazır olduqdan sonra - 2007-ci ildə qaynım Qəmbərin toyundan 3 gün sonra biz həmin evə köçdük. Biz evə köçəndə otaqlar gəc ilə suvanmışdı. Ondan sonra ordan-burdan tikinti materialları tapa-tapa evi düzəltdik. İlini dəqiq xatırlamıram-amma evin 2 otağı hazır olduqdan sonra Rusiyada yaşayan Cəfərqulu dayımdan evin təmiri üçün pul istədim. O, da 5000 dollar pul göndərdi. O pulu poçtla babam X10 göndərdi, babam da bizə verdi. Həmin vaxt dolların dəyəri aşağı idi. Həmin pulla 3 otağın qabağını qaldırıb, pəncərə və qapısını saldırdıq, evin beton örtüyünü vurdurub, ustalara olan borclarımızı verdik. Daha sonra pulun dəyəri qalxdığından dayımla razılaşdıq ki, pulu manatla ödəyim. Mən ona yoldaşımın maaşı ilə 3000 manat qaytardım. 2020-ci ildə evin divar kağızı, döşəməsi, tavanı tam hazır idi. Evi tədricən, 2020-ci ilə qədər əlimizə pul düşdükcə düzəltdik. Evin təmirini yoldaşım Turabın maaşı ilə edirdik. X50 işlər Nazirliyində polis mühafizəçisi işləyirdi. O, ilk vaxtlar Babək rayonunda işləyirdi. Daha sonra Türk Konsulluğunda mühafizə polisi vəzifəsində işlədi. İşdən çıxarıldığı üçün anası ilə birlikdə gedib xahiş etdik. Ondan sonra Turab yenidən Babək rayon Polis İdarəsində işə düzəldi. İlk vaxtlar 35 şirvan alırdı. Daha sonra Turabın əmək haqqı 500, 600 manat oldu. Evin təmirinin ən qızğın vaxtlarında Turab 900 manata yaxın maaş alırdı. 2019-cu ildən mən də gözəllik salonunda işləməyə başladım. Aylıq qazancım 600 manata yaxın olurdu. Pulu bir yerə qoyub evi düzəldirdik. Həmçinin həmin ərəfədə banklardan kredit götürürdük. İlk dəfə Azər-Türk bankdan 3000, daha sonra isə-ilini dəqiq xatırlamıram- 12000 manat götürdük. 6000 manatla banka əvvəldən qalan borcumuzu ödədik. Nikahda olduğumuz müddətdə Babək rayon Dövlət Torpaq komitəsindən nümayəndələr gələrək ev tikdiyimiz torpağın sənədləşdirilməli olduğunu bildirdilər, onlarla Turab danışmışdı. Ona torpağın qiymətinin 3000 manat olduğunu bildirmişdilər. Turab bankdan götürdüyümüz həmin pulla torpağın 1500 manatını verdiyini, 1500 manatının isə qaldığını mənə bildirdi. Turabın biz nikahda olanda torpağı niyə adına keçirmədiyinin səbəblərini isə bilmirəm. Biz son vaxtlar yola getmirdik. Turab da yəqin ki, nikahımızın pozulacağını bildiyi üçün mənə pay çatmasın deyə torpağı adına keçirməmişdi. Daha sora bizim münasibətlərimiz pozuldu. Torpağın qalan pulunu veribvermədiyini bilmədim. Evin sənədləşdirilməsi üçün pulu kimin verdiyindən xəbərim yoxdur. Sonradan bildim ki, Turab evi və torpağı qardaşı Qəmbərin adına rəsmiləşdirib. Halbuki, Qəmbər o evin tikintisində bizə heç bir köməklik göstərməyib. Qəmbər qayınatam Hüseyndən qalmış evdə öz ailəsi ilə birlikdə - 2 oğlu, bir qızı, arvadı, anası, bacısı ilə birlikdə yaşayır. Qayınatam Hüseyn də nə evin tikintisində, nə də maddi cəhətdən bizə köməklik etməyib. Hətta 2016-cı ildə biz evin şiferini vurduranda qayınatamdan ustaların yeməsi üçün heyvan kəsməsini xahiş etdik, o buna belə razı olmadı. Həmin vaxt nikah vaxtı Turabın mənə aldığı qızılları qızıl-zinyət əşyalarını-sırğa üzük dəstini və sepimi satması üçün Turaba verdim. Turab həmin qızılları satdı və evin tikilməsinə xərclədik. Həmin evi Turab və mən əziyyətlə ərsəyə gətimişik. Ustalarla birlikdə Turab və mən şəxsən özümüz həmin evin tikintisində iştirak etmişik. Hər ikimiz fəhlə kimi işləyirdik. Aramızdakı nikah 22 fevral 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinin qətnaməsi ilə pozuldu. Bundan bir neçə ay əvvəl Turab tərəfindən evdən zorla çıxarılmışdım. Biz ayrıldıqdan 1 həftə sonra Turab evlənib və sözügedən evdə həmin vaxtdan yeni qurduğu ailəsi ilə birlikdə yaşayır. Evdən ayrılanda ev tam təmirli idi. 3 otaq və mətbəx tam hazır idi-onların divar kağızı, taxta döşəməsi vurulmuş, tavanı tam hazırlanmışdı. Sanitar qovşaq tikilmişdi, amma sadəcə sementlə suvanmışdı, kafel vurulmamışdı, hamam aksesuarları alınıb quraşdırılmamışdı. Həyətdə əl damı vardı. Çöldə əlavə balkon, tövlə, toyuq hini vardı. Bildiyim qədərilə mən evdən çıxandan sonra təmir, yenidənqurma olmayıb. Həyətə giriş qapısı, hasar yoxdur. Evi Turabla nikahda olduğumuz müddətdə birgə təsərrüfat apararaq ailəmizin ümumi gəlirləri hesabına tikmişik. 2007-ci ilin noyabr ayında evə köçmüşük, 2020-ci ilə qədər evdə Turab, mən və övladlarım birlikdə yaşamışıq. 2020-ci ilin noyabr ayının əvvəllərində aramızdakı münasibətlər pozulmağa başlamış, həmin ay evdən zorla çıxarılmışam. Cavabdeh isə çoban işləmiş, öz ailəsini çətinliklə saxlamış, atasından qalmış evdə yaşamış və hazırda da orada yaşayır, o qardaş kimi belə evin tikilməsində bizə heç bir maddi və ya digər kömək etməyib və heç vaxt o evdə yaşamayıb. Hazırda da həmin evdə Turab öz yeni qurduğu ailəsi ilə birlikdə yaşayır. Evin tikintisində çalışan ustaların pulunu hər dəfə öz gəlirlərimiz hesabına və götürdüyümüz kreditlər hesabına Turab özü vermişdir. İddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı və Nəbiyev Turabın nikahda olduğu müddətdə onların birgə əməyi hesabına inşa edilmişdir. Nikahda olduqları müddət ərzində ev sənədləşdirilməmişdir, evin üzərində yerləşdiyi torpaq sahəsi isə bələdiyyəyə məxsus olmuşdur. Tərəflər arasında münasibətlər pozulduqdan sonra təxminən 2020-ci ilin noyabr ayında Nəbiyev Turab ümumi birgə mülkiyyət hesab olunmaması üçün evi qardaşının adına keçirmişdir. Halbuki qardaşı Cavabdeh əvvəlcədən ailəsi ilə birlikdə atasından qalmış evdə yaşamışdır. Həmin evin tikilməsində heç bir rola malik olmamışdır. Tərəflər arasında bağlanmış nikah 22 fevral 2021-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Məhkəmə araşdırması zamanı yaşayış evinin birgə nikah dövründə ər-arvadın birgə əməyi hesabına tikilməsi tam sübuta yetirilmişdir. Bundan sonra həmin əmlak cavabdehin adına keçirilməklə iddiaçı hüququndan məhrum olmuşdur. Nikah pozulduqdan sonra iki qızı ilə birlikdə çətinliklərlə kirayədə yaşayır. Bu səbəbdən də iddianın təmin olunmaqla ədalətin bərpa olunmasını məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, iddiaçının dedikləri yalandır. Hazırda sözügedən evin, həmçinin mənim ata evimin yerləşdiyi torpaq sahəsini atam çoxdan alıbdır, 80-ci illərdən isə həmin torpaqda ev tikilib. Qardaşım Turab 2006-cı ildə ailə qurub. Həmin vaxt qardaşım Turabın ailəsi, mən, anam, atam, bacım və digər qardaşım Xəyyam ata mülkündə yaşayırdıq. Mübahisəli evi isə 2006-cı ildən mənim üçün atamla birlikdə tikməyə başladıq. Həmin vaxt mən subay idim. Evlənib köçməyim üçün həmin həyətdə boş bir yerdə sözügedən evi tikmək qərarına gəldik. Ev 2016-cı ildə hazır oldu. 3 otaq və 1 balkondan ibarət idi. Mən evləndikdən sonra isə ata evində qaldığımdan həmin evi ailəsi ilə birlikdə yaşasın deyə Turaba verdim. Həmin ev atam Hüseynin və mənim qazancım hesabına tikilib. Belə ki, həmin vaxt atam qəssab, rels şoferi kimi müxtəlif işlərdə çalışaraq, mən isə çobanlıqla məşğul olaraq evi tikmişik. Əsasən yay aylarında işləyirdim. Qışda iş olmurdu. 16-17 yaşımdan bəri çobanlıqla məşğul oluram, maşınımı, heyvanımı satıb həmin evi tikmişəm. Ayda 1000 manata yaxın gəlirim olurdu. Evin tikintisində dayımın oğlu Quliyev Əli, əmimin oğlu Nəbiyev Çingiz, dayım Nadirov Ağa və bibimin yoldaşı İsmayılov Füzuli usta işləyiblər. Quliyev Əli evin hamam və tualetini hörüb. Nəbiyev Çingiz evin alçısını vurub. İsmayılov Fizuli evin şiferini vurub. Turab və Təhminə isə həmin evin tikintisində bizə kömək etməyiblər. Qardaşım həmin vaxt polisdə işləyirdi. Turab evin tikilib ona veriləcəyini bilirdi. Həmin evdə hazırda Turab ailəsi ilə birlikdə yaşasa da, o ev reyestrdə mənim adımadır. Hal-hazırda ailəmlə birlikdə atadan miras qalmış evdə yaşayıram. Mübahisəli evdə isə Turab ailəsi ilə birlikdə yaşayır. Torpağı adıma sənədləşdirəndə bələdiyyəyə torpaq pulunu əmioğlum Çingizlə birlikdə gedib ödəmişəm. Həmin pulu kimə verdiyimi xatırlamıram. Mən savadsız olduğumdam bütün prosesi Çingiz həyata keçirdi. Mən oraya 3000 manat pul aparmışdım. Həmin pulu balaca qardaşım Xəyyamdan borc almışdım. Evi isə sənədləşdirəndə yenə əmioğlum Çingizlə getdik. Sənədləşdirmə üçün getdiyimiz idarənin adı yadımda deyil. Həmçinin cavabdeh ona verilmiş suallara cavabında evin yerləşdiyi torpaq sahəsi sənədləşdiriləndə bələdiyyə iclas protokoluna kimlərin qol çəkdiyinin yadında olmadığını, bələdiyyə üzvlərinin 9 nəfər olduğunu, onlardan Çingizi və Nüsrəti xatırladığını, bələdiyəyə torpaq sahəsinin adına sənədləşdirilməsi barədə ərizə ilə özünün müraciət etdiyini, bələdiyyədən nə qədər torpaq aldığını bilmədiyini, ümumiyyətlə savadsız olduğu üçün bu məsələlərdən anlamadığını, həmin torpağın ölçüsünü və torpağın qiymətinin necə çıxarıldığını bilmədiyini, qardaşı Xəyyamın Azər-Türk Bankdan kredit götürüb evi sənədləşdirməsi üçün ona verdiyini, həmin pulu qardaşına qaytarmadığını, evin qapı-pəncərələrinin, radiatorlarının alınması üçün pulu qardaşı Turaba verdiyini, Turabın isə satın aldığını, neçəyə aldığını, haradan aldığını isə bilmədiyini, Turabın işdə olduğu üçün evin tikintisində işləmədiyini, daha sonra isə əslində Turabın evin tikintisində işlədiyini və evin təmirinə kömək etdiyini, iddiaçının isə evin tikintisində heç bir rolunun olmadığını, evin əşyalarını verdiyi pullarla Turabın aldığını, evin tikintisinin 2016-cı ildə başa çatdığını, daha sonra isə cavab verərkən tələsdiyim üçün səhv bildirdiyini 2016-cı ildə evin tam hazır olmadığını, aylıq qazancının 1000 manat olduğunu, əvvəlki izahatında səhv bildirdiyini, sanitar qovşağın kafel-metlağının hələ də vurulmadığını, Nəbiyeva Təhminə və qardaşının uşaqları ilə birlikdə 2007-ci ildən 2020-ci ilə qədər onun icazəsi ilə həmin evdə yaşadıqlarını, özü həmin evdə yaşamaq məqsədilə tiksə də sonradan oranı müvəqqəti yaşamaq üçün qardaşı Turaba vermək qərarına gəldiyini, amma torpağın və üzərində tikilmiş evin hazırda öz adına olduğunu, iddianı qəbul etmədiyini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 izahatında bildirmişdir ki, iddiaçının dedikləri ilə razı deyiləm. Ev qardaşım Qəmbərin adınadır. Mənim adıma iddiaçıya verə biləcəyim hər hansı bir mülk yoxdur. Qardaşım savadsız olduğu üçün məlumatları tam dəqiq deyə bilmir. 2003cü ildə iddiaçı ilə evlənib Cəhri kəndində atama məxsus evdə atam, anam, qardaşlarım Xəyyam, Qəmbər və mən ailəm ilə birlikdə yaşamışıq. 2004–cü ilin oktyabrında işləmək üçün Türkiyəyə getdim. Məqsədim qazanacağım pulla ailəmlə birlikdə başqa bir evə çıxmaq idi. 2005-ci ilin may ayında qayıtdım. Həmin müddətdə ailəm ata evində qalırdı. Qazandığım pulu evə gələndə gətirdim. 2005-ci ilin 15 dekabrında Daxili İşlər Nazirliyində polis vəzifəsində işə düzəldim. İlk vaxtlar 30 şirvan alırdım. 2008-ci ilədək bu belə davam etdi. 2008-ci ildə maaşlar artdı. Həmin vaxt artıq 2 uşağımız var idi. 2008-ci ildə Təhminə və uşaqlarımla birlikdə mübahisə predmeti olan evə köçdük. Evə köçəndə evin şiferi vurulmuş, yaşadığımız otaq içəridən gəclənmişdi, digər otaqlar isə hazırlanmamışdı. Bundan sonra pəncərələr salındı, digər otaqlar da gəcləndi. Həmin evin tikintisində özüm də işləmişəm. Amma Təhminə işləməyib. Sadəcə uşaqlara baxıb. Evin xərcini çəkən isə atam olub. Atam həm qəssab, həmdə rels şoferi idi. Həmçinin çobanlıqla da məşğul olub. Qazandığı pulları isə evin tikintisinə xərcləyirdi. Mən o evin tikintisinə pul qoymamışam. Evin tikintisi 2016-cı ildə bitib. 2019-cu ilədək orada heç bir iş aparılmayıb. 2019-cu ildə isə Qəmbər mal-heyvan və maşınını sataraq evin içini tam düzəltdirib. Həmin maşın Niva markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobil idi. Qəmbər həmin maşını 3000 manata Şahbuzlu bir adama satdı, pulunu nağd aldı. Mən təmir üçün hansı materiallar lazım olduğunu deyirdim, Qəmbər isə alıb gətirirdi. Cəfərqulu adlı şəxs isə bizə pul göndərməyib. Bəlkə də iddiaçıya göndərib, pulu iddiaçı ona qaytarıb bu barədə xəbərsizəm. Mən həmçinin torpağı adıma sənədləşdirmək üçün 1500 manat pul verdiyimi iddiaçıya deməmişəm. Torpaq Komitəsinin işçiləri, icra nümayəndəsi ilə birlikdə zəbt olunmuş bələdiyyə torpaqlarını siyahıya alandan sonra Qəmbər torpağın pulunu ödəyib adına keçirdi. Torpağın ölçüsü sənəddə 0.04 ha göstərilib. Sənədləşdirilməyə nə qədər pul verildiyini bilmirəm. Amma onu bilirəm ki, torpağın hamısı sənədləşdirilməyib. İddiaçı 2020-ci ilin noyabr ayında evdən çıxdıqdan sonra mebel və divan kreslo alınıb. Başqa dəyişiklik yoxdur. Evdə hər hansı əlavə təmir-tikinti işi aparılmayıb. Hazırda həmin evdə mən yeni qurduğum ailəmlə birgə yaşayıram. Torpağın sənədləşdirilməsi ilə bağlı mən heç bir ərizə verməmişəm. Kimin də verdiyini bilmirəm. Həmçinin verilmiş suallara cavabında nikahda olduğu müddətdə kredit təşkilatlarından götürdüyüm kreditləri evin təmiri üçün yox, şəxsi borcları üçün xərclədiyini, sonuncu dəfə 2020-ci ildə 12000 manat kredit götürüb, dayıoğlusuna verdiyini, evdə özü yaşadığı üçün kommunal xərcləri də özünün ödədiyini, ev tikilən gündən həmin evdə mən yaşadığı üçün təsərrüfatbaşına kitabda evin onun adına qeydə alındığını, cavabdehin mübahisəli evdə heç vaxt yaşamadığını, evin tikinti materiallarının pulunu Qəmbər ona, onun isə ustalara, fəhlələrə verdiyini, Baymakdan kreditlə material götürüb hissə-hissə ödəmədiyini, evin təmir-tikintisinin 2007-2019-cu illəri əhatə etdiyini, həmin evin qardaşı Qəmbərə məxsus olduğunu, müvəqqəti yaşaması üçün ona verildiyini, bu hal nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdir. X2 ifadəsində təxminən 2008-ci ilin yaz fəslində qaynı Hüseynin oğlu Qəmbərin yaşadığı evin şiferini vurmaq üçün həmin evə çağırdığını, böyük qaynının oğlu Nəbiyev Çingizə bu barədə bildirdiyini və birlikdə həmin evin şiferini vurduqlarını, həmin vaxt evdə Turab, yoldaşı Təhminə və onların uşaqlarının yaşadığını, həmin evin kimin üçün düzəldildiyini, orada kimin yaşayacağını da bilmədiyini və bu barədə maraqlanmadığını, qaynı Hüseynin deməsindən evin Qəmbərə tikildiyini başa düşdüyünü, orada işlədiyi müddətdə onlara çay və yeməyi Turabın yoldaşı Təhminə və Turab və Qəmbərin anası Münəvvərin gətirdiyini, işləməyə gedəndə həyətdə materialların alınıb yığıldığını və onları kimin aldığını bilmədiyini, material bitəndə, nəsə lazım olanda isə Turab, o evdə olmadığı hallarda isə Təhminənin çatışmayan şeyləri alıb gətirdiyini, həmçinin Turab və Təhminənin onlara kömək etdiyini, Qəmbərin isə çox vaxt çöldə olduğunu, nə kömək etdiyini, nə də tikinti üçün lazım olan nələrisə alıb gətirmədiyini, şiferi vurduqdan sonra qohumluq xatirinə onlardan bunun qarşılığında pul almadığını, sonralar da mən onlardan bunun qarşılığında heç nə almadım. X15 ifadəsində 2008-ci ildə əmioğlusu Turabın ona zəng edərək yaşadığı evin şiferini vurmağını xahiş etdiyini, 9-10 gün ərzində İsmayılov Fizuli ilə həmin evin şiferini vurduqlarını, həmin vaxt evdə Turab və Təhminənin yaşadığını, lakin evin kimin adına olduğunu, orada kimin yaşayacağını və kimin üçün tikildiyini bilmədiyini və bu barədə maraqlanmadığını, Turabın işdə olmadığı vaxtlarda özünün, işdə olduğu vaxtlarda isə Turabın qardaşları Qəmbər və Xəyyamın onlara kömək etdiyini, Təhminə isə çay-çörək verdiyini və digər gətir-götür işlərinə kömək edərək tuğla daşıdığını, betonun tökülməsində iştirak etdiyini, ağır olduğu və qadının gücünün buna kifayət etməyəcəyi üçün Qəmbərin alçıpanı vurmağa kömək etdiyini, lakin çox vaxt mən tək işlədiyini, çünki Qəmbər çöldə, Turab isə işdə olduğunu, tikinti materialı lazım olanda Turabın gedib alıb gətirdiyini, əlavə olaraq həmin evin tavanını vurduğunu, aynabəndin, bir otağın hörgüsünü hördüyünü, balkonun sokolunu tikdiyini, qohumluq hörmətinə işlədiyi üçün gördüyü işlərin müqabilində heç kimdən pul almadığını, həmçinin maşını olduğu üçün 2020-ci ildə əmioğlusu Qəmbərin ona zəng edərək evi sənədləşdirməkçün onu Babək rayon Torpaq Komitəsinə aparmasını xahiş etdiyini, özünün Komitəyə girmədiyini, orada nə baş verdiyindən xəbərsiz olduğunu, hazırda həmin evdə Turabın sonradan qurduğu ailəsi ilə birlikdə yaşadığını, materiallar alındıqdan sonra gedib orada işlədiyindən onları kimin alıb gətirdiyini görmədiyini, evin materialını Cəhrili satıcıdan Turabın kreditlə götürdüyünü bildiyini, lazım olanda Turaba zəng edib çatışmayan materialı ona dediyini, onun da materialı göndərdiyini bildirmişdir. X1 ifadəsində 2019-cu ildə Nəbiyev Turabın onu çağıraraq yaşadıqları evin istilik sistemini quraşdırmağı xahiş etdiyini, onu həmkəndlisi kimi tanıdığını, aralarında heç bir qohumluq münasibətinin olmadığını, işi qəbul edib evin istilik sisteminin quraşdırılması üçün boruları çəkdiyini, həmin vaxt evdə Turabın ailəsi – həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığını, evin Turaba məxsus olduğunu bildiyini, Cavabdehlə iş üçün evə çağırıldığı vaxt və ya sonradan heç bir əlaqəsinin olmadığını, işini gördükdən sonra Turabın ona 240 manat pul verdiyini, orada işlədiyi müddətdə ona Turabın anası və Turabın yoldaşının qulluq etdiyini bildirmişdir. X12 ifadəsində 5-6 il bundan qabaq Turab Nəbiyevin ondan evin divar kağızlarını vurmasını xahiş etdiyini, 2 gün ərzində bütün evin divar kağızlarını vurduğunu və bunun müqabilində Turabdan 300 manat pul aldığını, evdəki digər işlər tamamlandıqdan sonra orada işlədiyini, həmin vaxt evin artıq tam təmirli olduğunu, evin balkonunun çəkildiyini, çöldən betonla suvandığını və şiferinin vurulduğunu, həmin vaxt evdə Turab, yoldaşı Təhminə və uşaqların birlikdə yaşadığını, həmin vaxt evin Turabın ailəsi üçün deyil, başqasına tikildiyini düşündürəcək heç bir şey olmadığını bildirmişdir. X3 ifadəsində iddiaçının onun bacısı olduğunu, digər bacısının yoldaşı Turan ilə birlikdə Turabgilin yaşadığı evin televizor yerini, evin taxta döşəməsini, otaqlarda pəncərə yerlərini, həmçinin alçıpan yerlərini vurduqlarını, hamamın kafelini vurduğunu və qapısını saldığını, Turab Nəbiyevin “Azər-Türk Bank”dan 12000 manat kredit götürdüyünü, bu pulla material aldığını, kombi sisteminin çəkilişi üçün material almaq məqsədilə Baymak şirkəti ilə Turab Nəbiyevin xahişi ilə özünün danışdığını, kombi və radiatorları Turabın hissə-hissə ödəmə şərtilə oradan gedib götürdüyünü, həmçinin evin şiferi vurulanda kömək məqsədilə orada olduğunu, şiferi İsmayılov Fizuli və Nəbiyev Çingizin vurduğunu, Turab Nəbiyevin ona və Orucov Turana birlikdə hərəyə 100 manat olmaqla, 200 manat pul verdiyini, pulu götürmək istəmədiklərini, amma Turabın evdən çıxarkən zorla verdiyini, həmin evin Qəmbərə tikilməsi barədə söhbətlərin yalan olduğunu, evin tikilməsinin hər anına şahidlik etdiyini, evin cavabdehin adına sənədləşirilməsinin sonradan iddiaçının tələblərinə görə atılmış addım olduğunu bildirmişdir. X6 ifadəsində iddiaçının dayısının qızı olduğu üçün onun xahişi ilə evin tikintisində onlara köməklik etdiyini, İsmayıl İsmayılovla birlikdə oranın alçıpanını vurduqlarını, pəncərə yerlərini qoyduqlarını, hamamın döşəməsinin kafelinin vurduğunu, İsmayıl laminantı vurarkən ona kömək etdiyini, həmin vaxt orada Turabın öz ailəsi ilə birlikdə yaşadığını, evin Turaba tikildiyini, evin Qəmbərə tikildiyi barədə heç nə eşitmədiyini və bu barədə düşünməyə vadar edəcək heç nə olmadığını, işlərinin əvəzi olmasa da ona və İsmayıla birlikdə 200 manat pulu Turabın şəxsən verdiyini bildirmişdir. X4 ifadəsində X17 ona zəng edib evin açıq balkonunu tikmək üçün çağırdığını, balkonun şiferini, taxtasını və dəmir durbalarını vurduğunu, həmçinin evin dəmir giriş qapısını da dəyişdirdiyini, evin qapısını öz həyətində yığdığını, 1 həftə sonra isə balkonun şiferini, taxtasını və dəmir durbalarını vurduğunu, balkonun şiferini vurduqdan sonra isə hamam üçün bakın dəmirini yığdığını, qapının yığılmasına 50, balkonun çəkilməsinə görə 80 manat pul aldığını, bu pulları işi təhvil verdikdən sonra almadığını, belə ki, Turabın imkan olmadığını və pulu yalnız maaşını aldıqdan sonra verə biləcəyini bildirdiyini, maaşını alandan sonra Naxçıvan şəhərində Turabın həmin pulu şəxsən verdiyini, balkonun şiferini Turab, atası Hüseyn və yoldaşı Təhminənin köməkliyi ilə vurduqlarını, Qəmbərin kömək etmədiyini, heyvan otardığını və evə yalnız gün batanda gəldiyini, eyni həyətdə tikilmiş köhnə evdə də Qəmbərin yaşadığını, onun işlədiyi yerdən keçib evinə getdiyini, Turabla onun balkon üçün lazım olan materialları kənddən nisyə götürəcəyi barədə söhbət etdiklərini, evin giriş qapısının materialını Turabla birlikdə Naxçıvan şəhərində mağazadan gedib birlikdə aldıqlarını, Turabın qapının materialına təxminən 80 manata yaxın pul xərclədiyini, qapını Turabın Cəhri kəndinə dayısının qazelində şəxsən özünün təhvil alıb apardığını, həmin qapının qırmızı rəngdə olduğunu bildirmişdir, eşitdiyinə görə sonradan həmin qapının 2018- 2019-cu illərdə dəyişdirildiyini bildirmişdir. X8 ifadəsində Nəbiyev Hüseynin 2011-ci ildə ona zəng edərək oğlu Turabın evinin hamamın şkaturkasını vurmağını xahiş etdiyini, bir gün yarım həmin evdə işləyərək hamamın şkaturkasını vurduğunu, həmin vaxt evdə Təhminə və Turabın yaşadığını, bu zaman ona Qəmbərin də kömək etdiyini, ora gedəndə işləyəcəyi materialın hazır olduğunu, kimin alıb yığdığını bilmədiyini, işinin müqabilində Turabın ona pul verdiyini, amma nə qədər verdiyini xatırlamadığını bildirmişdir. X5 ifadəsində Turabın evinin otaqlarının gəcini çəkdiyini, bu iş üçün onu Turabın çağırdığını, işinə görə pulu da Turabın verdiyini, Turab və Təhminənin ona kömək etdiklərini, həmin vaxt onların hələ Turabın atasının evində yaşadıqlarını, köçmək üçün evin gəcinin qurumasını gözlədiklərini, Qəmbərin evdə işlədiyini görmədiyini, evin Turaba tikildiyini bildiyini qeyd etmişdir. X22 ifadəsində bir neçə il bundan qabaq bibioğlusu Nəbiyev Hüseynin onunla görüşərək oğlu Qəmbərin evinin hamam tualetini hörmək lazım olduğunu bildirdiyini, 3 saat ərzində həmin evdə hörgü işi gördüyünü, həmin vaxt evdə Təhminə və Turabın yaşadığını, işləyəndə də Qəmbər və Turabın ona kömək etdiyini, tuğla, palçıq verdiyini, Təhminənin isə çay-yemək verdiyini, işinin müqabilində isə qohumluğa görə pul almadığını, bibioğlusu Hüseyn rəhmətə gedəndə də həmin evdə Turab və Təhminənin yaşadığını bildirmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X28 ilə İddiaçı arasında 2003-cü ildən faktiki nikah münasibətlərində olmuş, 03 iyun 2005ci il tarixdə aralarında rəsmi nikah bağlanmış, birgə nikahdan 26 dekabr 2004-cü il tarixdə X30, 14 aprel 2006-cı il tarixdə X31, 01 oktyabr 2011-ci ildə X32 adlı övladları dünyaya gəlmiş, aralarında bağlanmış nikah Babək Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(079)-40/2021-ci il nömrəli qətnaməsi ilə pozulmuşdur. Qeyd edilən faktlar mülki iş materiallarına əlavə olunmuş aşağıdakı sənədlərlə təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Babək rayonu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş 03 iyun 2005-ci il tarixli, AZ-İ seriyalı 471093 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 26 dekabr 2004-cü il tarixdə X30 adlı uşağının anadan olması; -iş materiallarına əlavə edilmiş Babək rayon Cəhri kənd icra nümayəndəliyi tərəfindən verilmiş 18 may 2006-cı il tarixli, AZ-İ seriyalı, 789597 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 14 aprel 2006-cı i| ildə X33 adlı uşağının anadan olması; -iş materiallarına əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 dekabr 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin 01 oktyabr 2011-ci ildə X32 adlı uşağının anadan olması; - iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 22 fevral 2021ci il tarixli, 2(079)-40/2021-ci il nömrəli qətnaməsindən X28 ilə X25 arasında 03 iyun 2005-ci ildə Babək rayonu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsində bağlanmış və nikahın bağlaması haqqında akt qeydləri kitabında 144 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 26 dekabr 2004-cü il təvəllüdlü X30 və 01 oktyabr 2011-ci il təvəllüdlü X32 anaları X11, 14 aprel 2006-cı il təvəllüdlü X33 isə atası X17 yanında qalması müəyyən olunur. -iş materiallarına əlavə edilmiş Babək rayonu vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 221837 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X28 ilə X25 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06.04.2021-ci il tarixdə, 31 nömrə ilə qeyd aparılmışdır. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Mülki iş materiallarına əlavə olunmuş Babək rayon Cəhri Bələdiyyəsinin 26 noyabr 2020-ci il tarixli, 54 nömrəli qərarı ilə Babək rayon Cəhri qəsəbə sakini Cavabdeh uzun müddət istifadəsində olmuş, əvəzləşməsi mümkün olmayan həyətyanı torpaq sahəsinin ona satılması barədə ərizəsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X44 Dövlət Xidmətinin Babək rayon İdarəsi tərəfindən hazırlanmış sənədlər əsasında nəzərə alınması və Cavabdeh istifadə etdiyi torpağın satış qiymətinə görə 0.01 ha hissəsi üçün 70 manat olmaqla dəyərinin Bələdiyyənin bankdakı xüsusi hesabına ödənilməsi və ödəmə barədə qəbzlərin bələdiyyəyə təqdim edilməsi qərara alınmışdır. Eyni tarixli və nömrəli Babək rayon Cəhri Bələdiyyəsinin iclas protokolu ilə Babək rayon Cəhri qəsəbə sakini Cavabdeh istifadə etdiyi artıq ödənişli torpaq sahəsinin 0.01 ha 70 manat olmaqla dəyəri ödənildikdən sonra mülkiyyətinə verilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və X44 Dövlət Xidmətinin fərdi yaşayış evinə dair 08 dekabr 2020-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportundan belə məlum olur ki, Babək rayonu Cəhri qəsəbəsində 437.06 m2 torpaq sahəsi üzərində 2008-ci ildə tikilmiş birmərtəbəli, 3 yaşayış otağı, salon, sanitar qovşağı, hamam, mətbəx, təsərrüfat otağından ibarət yaşayış sahəsi 53.39 m2, köməkçi sahə 53.75 m2 olmaqla ümumi sahəsi 107.14 m2 olan, 57.57 m2–dən ibarət açıq eyvan da daxil olmaqla 193.57 m2 tikintialtı sahədən ibarət yaşayış evi Cavabdeh məxsusdur. Mülki işin mübahisəli halı olan Babək rayonu Cəhri qəsəbəsində 0.04 ha torpaq sahəsi üzərində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin X25 və X17 nikah müddətində və ər-arvadın ümumi gəlirləri hesabına tikilərək inşa olunubolunmamasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı hərtərəfli araşdırılıb qiymətləndirilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, həqiqətən də sözügedən yaşayış evi X25 və X17 nikahı dövründə və ər-arvadın ümumi gəlirləri hesabına inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır (payların bərabərliyi prezumpsiyası). Cavabdeh tərəfindən iddiaya etirazının əsası kimi istinad edilən yaşayış evini öz gəlirləri hesabına inşa etməsi ilə bağlı dəlili məhkəmə araşdırması gedişində sübuta yetirilə bilməmişdir. Bunun əksinə sübuta yetirilmişdir ki, sözügedən yaşayış evi nikaha daxil olduqdan sonra ər-arvadın birgə əməkləri hesabına inşa edilmiş, tərəflər arasında münasibətlər pozulduqdan, iddiaçı 2020-ci ilin noyabr ayında evdən çıxarıldıqdan sonra gələcəkdə iddiaçının ümumi birgə mülkiyyətdə olan əmlakdan pay almasının qarşısını almaqdan ötrü yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsi və reyestrdə qeydiyyata alınmamış yaşayış evi ər X17 qardaşı Cavabdeh adına sənədləşdirilmişdir. Təsadüfi deyildir ki, iddiaçının evdən çıxmasından bir ay sonra (2020-ci ilin noyabr ayında torpaq sahəsi, həmin ilin dekabr ayında isə fərdi yaşayış evi) torpaq sahəsi və fərdi yaşayış evi cavabdehin adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı birmənalı şəkildə müəyyən olunmuşdur ki, cavabdeh həmin evin tikintisində heç bir şəkildə iştirak etməmiş, həmin evdə yaşamamışdır. Yaşayış evi inşa olunduqdan sonra 2008-ci ildən 2020ci ilə qədər orada arvad X25, ər X28 və onların yetkinlik yaşına çatmayan uşaqları yaşamışlar. Onlar arasında bağlanmış nikah pozulduqdan sonra da həmin evdə X28 yaşamağa davam etmişdir. Həmçinin ər-arvadın birgə nikah dövründə inşa etdiyi həmin yaşayış evi cavabdehin adına sənədləşdirilərkən bunun qarşılığında ər və ya arvada evin dəyəri ödənilməmişdir. Sözügedən hallar məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, yazılı sübutlar, digər sübutlarla yanaşı yoxlanıb qiymətləndirilmiş işdə iştirak edən şəxslərin öz izahatları ilə təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 05 avqust 2019-cu il tarixli, ********** nömrəli qaimə fakturadan X17 “X35” satış mağazasından 05.08.2019-cu il tarixdən 05.12.2019-cu il tarixədək hissəhissə ödəmək şərtilə ümumilikdə 1660 AZN dəyərində radiatorları aldığı və malın qiymətinin tam ödənildiyi təsdiqini tapır. Məhkəmə iclasında həmin radiatorların mübahisəli yaşayış evində quraşdırıldığı işdə iştirak edən şəxslərin üst-üstə düşən izahatları ilə təsdiqini tapmışdır. Həmin və evin tikintisinə sərf olunmuş digər bütün xərclərin cavabdeh tərəfindən X28 vasitəsilə ödənilməsi barədə cavabdeh və üçüncü şəxsin istinad etdiyi dəlillər isə sübuta yetirilməmişdir. Həmçinin Babək rayon Cəhri Bələdiyyəsinin 02 iyul 2021-ci il tarixli, 41 nömrəli arayışına əsasən Cəhri qəsəbə sakini X7 bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 2004-cü il tarixdən fərdi yaşayış evi tikib və hazırda orada yaşayır. Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli 52 nömrəli arayışda qeyd olunmuşdur ki, X28 hal-hazırda Babək rayon Cəhri qəsəbəsində yaşayır və təsərrüfatbaşına qeydiyyat kitabında onun adına 2006-cı ildən tikilmiş 120 m2 yaşayış evi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Beləliklə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçı ilə onun keçmiş ərinin birgə nikah dövründə əldə etdiyi əmlakı hər hansı qanuni əsas olmadan əldə etməklə əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində həmin əmlakdan iddiaçıya çatacaqları geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sözügedən fərdi yaşayış evinin təmir-tikintisinə sərf olunmuş xərclərin müəyyən olunması məqsədilə təyin olunmuş ekspertizanın nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 100 nömrəli ekspert rəyi ilə ekspert bu nəticəyə gəlmişdir ki, rəyin tədqiqat işlərində göstərilənləri nəzərə alaraq, Babək rayonu Cəhri qəsəbəsində 437.06 m2 torpaq sahəsi üzərində yerləşən Cavabdeh məxsus olmaqla hazırda X17 yaşadığı yaşayış sahəsi 53.39 m2, köməkçi sahə 53.75 m2 olmaqla 107.14 m2 ümumi sahəsi olan, 1 (bir) mərtəbəli açıq eyvan, salon, 3 (üç) otaq, sanitar qovşaq, hamam, mətbəx və təsərrüfat otağından ibarət olan fərdi yaşayış evinin 2011-2020-ci illər ərzində orada aparılmış müxtəlif növ tikintiquraşdırma və təmir işlərinə sərf edilmiş vəsaitin təqribi dəyəri 32729,05 (otuz iki min yeddi yüz iyirmi doqquz manat beş qəpik) manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunur ki, hazırda Məkəzdə tikinti-quraşdırma və təmir işlərinin 2006- 2011-ci illər üzrə dəyəri barədə məlumat bazası olmadığından, yuxarıda qeyd olunan tikinti-quraşdırma və təmir işlərinin həmin dövrlər üzrə dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün deyildir. Məhkəmə ekspert rəyini qiymətləndirərək hərtərəfli tədqiqatın nəticəsi hesab etmiş və sübut kimi nəzərə almışdır. Məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, iddia təmin olunmalı, Babək rayonu Cəhri qəsəbəsində 437.06 m2 torpaq sahəsi üzərində 2008-ci ildə tikilmiş birmərtəbəli, 3 yaşayış otağı, salon, sanitar qovşağı, hamam, mətbəx, təsərrüfat otağından ibarət yaşayış sahəsi 53.39 m2, köməkçi sahə 53.75 m2 olmaqla ümumi sahəsi 107.14 m2 olan, 57.57 m2–dən ibarət açıq eyvan da daxil olmaqla 193.57 m2 tikintialtı sahədən ibarət yaşayış evinin təmir-tikintisinə sərf olunmuş vəsaitin yarısı olan 16.364 (on altı min üç yüz altmış dörd) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin həmin məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu və dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablandıqdan sonra iddiaçı tərəfindən ödənilmiş rüsumun kəsiri olan 39.09 (otuz doqquz manat doqquz qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 139.09 (bir yüz otuz doqquz manat doqquz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin olunsun. Babək rayonu Cəhri qəsəbəsində 437.06 m2 torpaq sahəsi üzərində 2008-ci ildə tikilmiş birmərtəbəli, 3 yaşayış otağı, salon, sanitar qovşağı, hamam, mətbəx, təsərrüfat otağından ibarət yaşayış sahəsi 53.39 m2, köməkçi sahə 53.75 m2 olmaqla ümumi sahəsi 107.14 m2 olan, 57.57 m2–dən ibarət açıq eyvan da daxil olmaqla 193.57 m2 tikintialtı sahədən ibarət yaşayış evinin təmir-tikintisinə sərf olunmuş vəsaitin yarısı olan 16.364 (on altı min üç yüz altmış dörd) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş cəmi 139.09 manat (bir yüz otuz doqquz manat doqquz qəpik) miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-68/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-68/2022
08.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver