Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-688/2024 28.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.600 (bir min altı yüz) manat pulun və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun, cəmi 1636 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Babək Rayonunun Cəhri kənd sakini Cavabdeh 06 İyul 2023-cü ildə Naxçıvan şəhərində yerləşən Avtovağzal Ticarət Mərkəzindəki "Yaluz Pərdə" mağazasının qarşısından dəyəri 1.600 (bir min altı yüz) manat olan bir ədəd su nasosunu aparmışdır. Cavabdeh həmin avadanlığı apararkən on dəqiqə ərzində qaytarmağı vəd etsə də, ötən müddət ərzində müxtəlif bəhanələrlə ödənişdən yayınır. Bunlar azmış kimi son vaxtlar telefon zənglərinə belə cavab vermədiyindən, işin məhkəmədə araşdırılmasına zərurət yaranmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, avtovağzal adlanan yerdə yerləşən mağazada jalüz-pərdə satışı ilə məşğul oluram. Həmin mağazada su nasoslarının da satışını həyata keçirirdik. Həmin mağazanın mülkiyyətçisi dayımdır, amma mağazanı mən işlədirdim, satışa mən nəzarət edirdim. Cavabdeh bir gün əvvəl zəng edib ilkin ödəniş edərək su nasosu alacağını bildirdi. 2023-cü ilin iyul ayının 06-da cavabdeh mağazaya yaxınlaşaraq kreditlə su nasosunu götürdü. İlkin ödəniş olaraq 300-400 manat, qalan məbləğ isə 5 aya ödəniləcəyinə dair razılaşdıq. Ondan sonrakı gün nasosu götürməyə gələndə pulun evdə qaldığını və 10 dəqiqəyə gətirəcəyini bildirdi. Şəxs həmin vaxt ilkin ödənişi ödəmədən nasosu götürüb apardı. Həmin vaxt aramızda yazılı alqı-satqı müqaviləsi bağlanmadı. Cavabdehin Cəhri qəsəbəsindən olduğunu və hərbidə işləməsini bilirdim. Nasosun qiyməti 1600 manat idi. Həmin vaxt nasos razılıqla cavabdehə təhvil verildi. Lakin sonra nömrələrinə zəng çatmadı. Daha sonra isə nömrəni bloka atdı. Puldan heç bir ödəmə edilməyib, amma şəxs xəbərdarlıq məktubunu almışdır. Təqdim olunan diskdə nasosun götürülməsi ilə bağlı kamera görüntüləri mövcuddur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında dəqiq xatırlamadığı vaxtda Naxçıvan şəhəri avtovağzal adlanan yerdə yerləşən jalüz-pərdə satışı ilə məşğul olunan mağazadan İddiaçı dəyəri 1.600 (bir min altı yüz) manat olan su nasosu aldığını, onunla ilkin ödəniş olaraq 400 manata razılaşdıqlarını, həmin vaxt hərbçi işlədiyini, əmək haqqını alıb borcunu ödəyəcəyini düşünsə də əmək haqqını ala bilmədiyindən ödəniş edə bilmədiyini, borcunu etiraf etdiyini, cavabdehlə aralarında hissə-hissə borcun ödənilməsinə dair razılığa gəldiklərini bildirmiş, iddianı etiraf etmişdir. Mülki iş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli xəbərdarlıqdan və poçt qəbzindən İddiaçı dəyəri 1.600 (bir min altı yüz) manat olan bir ədəd su nasosunun dəyərinin ödənilməsinə dair Cavabdeh rəsmi xəbərdarlıq etməsi müəyyən olunur. Həmçinin cavabdeh iddianın etirafı barədə 18 noyabr 2024-cü il tarixli ərizəsini məhkəməyə göndərmiş, həmin ərizədə İddiaçı 1600 manat borcu olduğunu etiraf etmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1600 (bir min altı yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 36 (otuz altı) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-688/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-688/2024
28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver