Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-714/2025 19.01.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı birgə mülkiyyətdən payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 20 oktyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək rayonu, Kərimbəyli kəndində yerləşən Babək rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 29 nömrəli qərarı ilə birgə mülkiyyətə verilmiş 1416.56 kv.m həyətyanı torpaq sahəsindən payların 1/7 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Babək rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 29 nömrəli qərarına əsasən JN-21 A kadastr nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1318.77 kv.m, JN-21B kadastr nömrəli Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 1223.90 kv.m olmaqla, cəmi 2542,67 kv.m Babək rayonu, Kərimbəyli kəndində yerləşən həyətyanı həyətyanı torpaq sahəsi mərhum atam X4 7 nəfərdən ibarət ailə üzvləri olmaqla, mərhum anam X5, qardaşım Cavabdeh1, bacım Cavabdeh2, qardaşımın həyat yoldaşı Vəliyeva (Zehirova) Mahirə Rza qızının, bacımın oğlu Cavabdeh4 və mənim birgə mülkiyyətimizə verilmişdir. Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin surətinin göndərilməsi ilə bağlı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və Xidmətin 03 oktyabr 2025-ci il tarixli məktubunda 2005-ci ildə Kərimbəyli kəndində torpaq sahələrinin sərhədləri dəqiqləşdirilməklə mərhum atam X4 istifadəsində uçota alınan 1416,56 kv.m həyətyanı torpaq sahəsinə dair JN-21 A kadastr nömrəli Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanaraq təqdim olunduğunu və torpaq islahatı aparılan zaman tərtib olunmuş mülkiyyət sənədləri hüquqi qüvvəsini itirdiyindən ləğv olunduğu bildirilmişdir. Mərhum atam X6 25 aprel 2008-ci ildə və mərhum anam X5 17 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Mən Babək rayonu Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki torpaq sahəsində fərdi yaşayış evi tikib övladlarımla birgə yaşayıram. Lakin həmin torpaq sahəsində paylarımızın həyətyanı torpaq sahəsinin hansı hissəsində olması, paylarımızdan istifadə ilə bağlı aramızda narazılıqlar yaranmışdır və digər mülkiyyətçilər tərəfindən mənə torpaqdan istifadə ilə bağlı maneəçilik törədilir. Bu səbəbdən mən də birgə mülkiyyətdən payımın 1\7 hissədə müəyyən olunmasını istəyirəm. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında X4 atası və X2 anası olduğunu, Cavabdeh1 qardaşı, Cavabdeh3 qardaşı Vüqarın arvadı, Cavabdeh2 bacısı, Cavabdeh4 isə bacısı Səbinənin oğlu olduğunu, Babək rayonu, Kərimbəyli kəndində yerləşən və valideynlərindən miras qalan 1416,56 kv.metr həyətyanı torpaq sahəsi üzərində ev tikdiyini və övladı ilə birlikdə orada yaşadığını, yaşadığı evin torpaq sahəsinin hansı hissəsi üzərində yerləşdiyini dəqiq bilmədiyini, amma orada 4x5, 3x4 ölçülərində 2 otaqlı ev tikdiyini, həmin evin bir otağını 12-13 il bundan qabaq, bir otağını isə 5-6 il bundan qabaq tikdiyini, atasının 2008-ci ildə, anasının isə 2024-cü ildə vəfat etdiyini, atası vəfat edəndə həmin həyətdə ata evində qaldığını, 12 il bundan qabaq orada həmin evin 1 otağını tikib həmin evdə yaşamağa başladığını, daha sora 2-ci dəfə ailə qurduğunu, lakin münasibətlərinin alınmadığından yenidən qayıdıb 5-6 il bundan qabaq orada 2-ci otağı tikdiyini, hazırda həmin həyətdə ata evində qardaşı Vüqarın öz ailəsi ilə birlikdə qaldığını, bacısı Səbinənin valideynlərinin ölümündən qabaq ailə qurub həmin evdən ayrıldığını, evinin sənədləşdirilməsini istədiyini, payı müəyyən olunduqdan sonra payın naturada bölünməsi fikrində olduğunu, valideynlərindən miras qalan əmlakın qəbul etməyinə dair hər hansı bir sənədin olmadığını, dəfələrlə məhkəmə iclasından kənar qaydada qardaşı Vüqara notariusa müraciət etməyi təklif etdiyini, amma onun fikir bildirmədiyini, həmin torpaq sahəsi üzərində payının müəyyən olunmasını istədiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında miras əmlakla bağlı payların müəyyən olunmasına etirazının olmadığını, hazırda ailəsi ilə birlikdə yaşadığı Babək rayonu, Kərimbəyli kəndində yerləşən və valideynlərindən miras qalan torpaq sahəsi üzərində bacısı Səadətin də evinin yerləşdiyini və həmin evi özünün tikib ona verdiyini, miras qalan torpağın təxminən 1900 kvadrat metr olduğunu, ailəsi ilə birlikdə həmin torpağın 900 kvadrat metr olan hissəsində -ata evində qaldığını, atası vəfat edəndə iddiaçının onunla birlikdə ata evində qaldığını, iddiaçının isə kirayədə qaldığını, valideynlərinin ölümündən sonra orada özü və bacısı Səadətdən başqa vərəsənin qalmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatlarında miras əmlakdan payların müəyən olunmasına etirazlarının olmadığını bildirmişlər. Mülki iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs”in xx.xx.2026-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan Naxçıvan MR, Babək rayonu, Kərimbəyli kəndində yerləşən 0.1224 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində yerləşən 200.89 m2 sahəsi olan fərdi yaşayış evinin paylar müəyyən olunmadan X6, X5, Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və X1 ümumi mülkiyyətinə verilməsi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlak üzrə payın müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi 7 nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların mübahisəli torpaq sahəsi üzərində payları bərabər olmaqla, hər birinə 1 pay təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs”in xx.xx.2026-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Naxçıvan MR, Babək rayonu, Kərimbəyli kəndində yerləşən 0.1224 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 200.89 m2 sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı 1/7 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsinə baxmayaraq hazırki iddianın qaldırılması cavabdehlərin deyil, iddiaçının iradəsinin nəticəsi olmuş, cavabdehlərin iddiaçının hər hansı məhrumiyyətlərə məruz qalmasına səbəb olan hərəkətlərindən qaynaqlanmışdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs”in xx.xx.2026-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Naxçıvan MR, Babək rayonu, Kərimbəyli kəndində yerləşən 0.1224 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 200.89 m2 sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı 1/7 hissədə payı müəyyən edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-714/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-714/2025
19.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver