Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-758/2025 16.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 14 noyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2700 (iki min yeddi yüz) manat borc pulun və ödəniş etdiyi 47 (qırx yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 10 dekabr 2024-cü ildə əvvəldən tanıdığım Güznüt kənd sakini Cavabdeh, yaşadığım Nehrəm qəsəbəsinə gələrək mənim iri buynuzlu mal satdığımı eşitdiyini və həmin malları özü almaq istədiyini bildirdi. Biz onunla şifahi razılaşıb ona ümumilikdə 22 min manata 12 baş iri buynuzlu mal satdım. Həmin vaxt Rəhim mənə 10 min manat pul verib qılmış 12 min manatını tez bir zaman içində malları satdıqdan sonra verəcəyini bildirdi. İki ay sonra 8 min manatını ödədi. Daha sonra dəfələrlə xəbərdarlıq etdikdən sonra 28 may 2025-ci il tarixdə 1200 manat pulu gətirib verərkən qalmış 2700 manat pulu bir-iki günə gətirib verəcəyini bildirdi. Yenə dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq qalmış borcu qaytarmadığından 2025-ci ilin iyunun da Rəhimdən Babək Rayon Polis Şöbəsinə şikayət etdim. Şikayətimdən bir həftə sonra Rəhim mənə zəng edib polis tərəfindən çağırıldığını orada onun izahatı alındığını, izahatında həqiqətən mənə 2700 manat pul borcu olduğu göstərərək tezliklə qalmış borcunu mənə qaytaracağını bildirdi. Artıq 3 ay keçməsinə baxmayaraq nəinki borcu qaytarmır heç telefon zənglərimi açmır. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Həmçinin göstərmək istəyirəm ki, Rəhimdən alınan izahatın surətini Babək Rayon Polis Şöbəsindən istəsək də bizə verilməmişdir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilərək məhkəmə hazırlıq iclasları keçirilərək, mülki iş xx.xx.2025-ci il tarixli qərardadla məhkəmədə baxılmağa təyin olunmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı xahişinin olmamasını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah edilir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-in 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Babək branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 47 (qırx yeddi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Babək branch filialı vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 47 (qırx yeddi) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-758/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-758/2025
16.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver