Məhkəmə qərarları › İş №2(079)-85/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-85/2025

24.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-85/2025 24.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 11 dekabr 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun adına olan torpaq sahəsində inşa etdiyi Babək rayon Kərimbəyli kəndində yerləşən yaşayış evinin inşa olunmasına sərf etdiyi 24050 (iyirmi dörd min əlli) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 163 (bir yüz altmış üç) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, X16 ilə 05 yanvar 2005-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə həyatı qurmuşuq. Biz evlənəndən sonra qaynım Cavabdeh bizə həyətyanı torpaq sahəsi verdi. Həmin torpaq sahəsində yaşayış evi inşa etdik. Mürşüd evin sənədləşdirilməsinə razılıq vermədiyinə görə evi təmir edib həmin evdə yaşaya bilmədik. Yaşadığımız müddətdə həmin evə ümumilikdə 24050 (iyirmi dörd min əlli) manat xərc çəkmişik. Evə çəkilən xərc bunlardan ibarətdir: Piket - 2000 manat, usta pulu - 2000 manat, dörd maşın çay daşı - 500 manat, him - 5000 manat (dəmir vurulub), kalon payasa beton - 3000 manat, beş pəncərə, bir qapı - 1500 manat, tuğla 2500 ədəd - 1250 manat, kərpic - 2500 manat, dirək - 1200 manat, quyu - 2500 manat, aqidel 1 motor- 250 manat, bak-kubik - 350 manat, bak - 500 manat, mebel - 500 manat, həyət bağlı şifer - 1000 manat. Mən hal-hazırda həmin yaşayış evində yaşamıram və evə çəkilmiş xərcləri tələb edirəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında anası sağ olanda kənddə torpaq bölgüsü vaxtı özünün evli, bacısının isə subay olduğunu, həmin vaxt mübahisələndirdiyi torpaq sahəsinin ona və bacısına verildiyini, anasının sağ ikən “Gedin o torpaqda ev tikin” dediyini, torpaq sahəsinin Babək rayonu, Kərimbəyli kəndində yerləşdyini, anasının dediyinə görə torpaq sahəsinin onun və bacısının mülkiyyətində olduğunu, həmin vaxtlar Babək rayonu, Kərimbəyli kəndində yaşadığını, 1996-cı ildə X16 ilə ailə qurduğunu, ailə qurduqdan sonra 8 il Asifin valideynləri ilə birlikdə yaşadıqlarını, sonra Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, hazırki tikilini təqribən 2003-cü ildə inşa etməyə başladıqlarını, Mürşüdün qardaşı olduğunu, torpaq sahəsinin Mürşüdün mülkiyyətində olmasını onları evdən qovduğu vaxt öyrəndiyini, ev tikilərkən cavabdehin buna heç bir etiraz etmədiyini, evin inşasında belə iştirak etdiyini, yarımtkilinin 120 kvadrat metrdə 3 otaq, 1 salondan ibarət olduğunu, xərcləri özü və yoldaşının qarşıladığını, həmin vaxt “2001” saylı hərbi hissənin bağçasında, Asifin isə bazarda işlədiyini, cavabdehin evin tikilməsi üçün heç bir maddi köməklik etmədiyini, çətinliklə ev tikdiklərini, qardaşı və digər şəxslərin evin inşasında onlara kömək etdiyini, evə köçmək istəyərkən bacısı Pərinin ailə qurmaq istədiyini, Mürşüddən başqa bütün qardaşlarının buna razı olduğunu, Pərinin Mürşüdün uşaqlarını Ukrayna Respublikasında oxutdurduğunu, buna görə Pərinin ailə qurmasını Mürşüdün istəmədiyini, Mürşüdün onu qovduğunu, bacısının onların evindən gəlin köçdüyünü, bacısının toyunun belə olmadığını, bacısının onlara gəldiyinə görə və onun ailə qurmasına görə Mürşüdün mübahisə yaratdığını, evə köçmək istədikdə cavabdehin dava salıb “Bu evi tikməyəcəksiniz” dediyini, evə köçmək istədikdə cavabdehin dava salıb “Bu evi tikməyəcəksiniz” dediyini, Mürşüdün həmin vaxt evin tikintisini dayandırdığını, tikilinin hazırda yerində olduğunu, Mürşüdün onları ora qoymadığını, kimə nə lazımdırsa söküb apardığını, iddia ərizəsində qeyd olunan dəyəri evi ustanın qiymətləndirdiyini, evin qiymətləndirilməsində cavabdehin iştirak etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Babək rayonu Kərimbəyli kəndində valideynlərindən miras qalmış evdə qaldığını, X9, X6 və X2 ailə üzvləri olduğunu, islahat vaxtı təsərrüfatdan ayrılmayan şəxslərə torpaq sahəsinin verilmədiyini, təsərrüfatdan ayrıldığı üçün 24 dekabr 1997-ci il tarixli, 29 nömrəli əmrlə torpaq sahəsinin ona verildiyini, bacısı Pəri təsərrüfatdan ayrı olduğu üçün ona da 1997-ci ildə torpaq sahəsinin verildiyini, həmin vaxt iddiaçının ailəli olduğunu, bu səbəbdən də ona torpaq sahəsinin verilmədiyini, torpaq sahəsinin öz mülkiyyətində olduğunu, torpaq sahəsindən indiyə qədər istifadə etmədiyini, iddia tələbində qeyd edilənlərin yalan olduğunu, Xoşqədəmin bacısı olduğunu, Asifin 1995-ci ildə onu qaçırdığını, lakin həbs olunduğundan 2005-ci ildə nikahın rəsmiləşdirildiyini, onlar ailə qurduqdan sonra Asifin atasına məxsus evdə yaşadıqlarını, 2003-cü ildə X16 həbsdən gələndə ona ”torpaq sahəsini ver ev tikim, pulunu da yavaş-yavaş verim” dediyini, həmin vaxt Kərimbəyli kəndində torpağın 1 sotunun ***-**** manat arası olduğunu, onunla razılaşdığını və evin tikilməsinə köməklik etdiyini, torpaq sahəsini 2003-cü ilin mart ayında X12 10000 manata satmaq barədə razılaşdıqlarını, Asif Quliyevin isə torpaq sahəsinin pulunu verəcəyini bildirdiyini, bundan sonra evin təməlini qoyduqlarını, 2003-cü ildə onun icazəsi ilə orada yarımtikili inşa etdiklərini, iddiaçının evi həmin vaxt 2000 pirket palçıqdan inşa etdiyini və pirketin qiymətinin 20 qəpik olduğunu, bir neçə il orada inşaatın getdiyini, tikiliyə material almadığını, nə tikilibsə yerində olduğunu, evdə bir müddət işlədikdən sonra Asifin tutulduğunu, həbsdən çıxdıqdan sonra isə pulunu ödəmədiyini, bu səbəbdən də evin tikintisinin davam etməsinə icazə vermədiyini və Asifə “Pulumu nə vaxt verərsən, o zaman işə davam edərsən” dediyini, torpaq sahəsi üzərində yalnız evin divarlarının inşa edildiyini, şiferinin vurulmadığını, evin şiferi olmadan evə mebel vurula bilməyəcəyini, orada olan materialları isə Asifin satdığını, buna qonşuların da şahid olduqlarını, çünki onlara da həmin tikinti materiallarını təklif etdiyini, həmin materiallarla 5 mərtəbəli ev tikilə biləcəyini, torpaq sahəsi üzərində kərpic və qırmızı pirketdən evin tikildiyini, xatırladığına görə 2 otaq və 1 salondan ibarət olduğunu, evdə indiyədək yaşayışın olmadığını, torpaq sahəsinin 11 sot olduğunu, Asifin orada nə varsa satdığını, bir evin divarlarının qaldığını, 2013-cü ildə evin inşasının tamamilə dayandırıldığını, bundan sonra 2015-ci ildə ona qarşı torpaqla bağlı məhkəmədə iddia qaldırdıqlarını, daha sonra qarşı tərəfin iddiadan imtina etdiyini, 22 ildir həmin torpaq sahəsindən istifadə edə bilmədiyini və buna görə maddi itkilərlə qarşılaşdığını, evin inşasını dayandırdığı vaxtdan oraya getmədiyini, qonşuların materialların satıldığını ona dediklərini, 22 ildir həmin torpaqdan 1 qəpik qazanc əldə etmədiyini, heç nə götürmədiyini, torpaq sahəsi üzərində artezan quyusunun olmadığını, ekspert rəyində çiy kərpicin sayının 4208 ədəd qeyd edildiyini, həmin kərpiclərin on iki ədəd yarımının 1 m2 etdiyini, rəydə şişirtmə rəqəmlər olduğunu, həmçinin torpaq sahəsinə baxışın qiymətləndirici tərəfindən onun iştirakı olmadan keçirildiyini, ekspertin rəyini aldığını, iddia tələbinə etiraz etdiyini bildirmişdir. Mülki iş üzrə məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Quliyeva (Abdullayeva) Xoşqədəm Fərman qızı rəsmi nikahda olduğu X16 ilə birlikdə Babək rayonu, Kərimbəyli kəndində Cavabdeh ailə başçısı olmaqla ona və ailə üzvlərinə verilmiş 1107.20 m2 həyətyanı torpaq sahəsində cavabdehin razılığı ilə yarımtikili inşa etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş:  Babək rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 yanvar 2005-ci il tarixli, AZ-İ seriyalı, 173444 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X3 ilə X16 arasında 04 yanvar 2005-ci il tarixdə nikahın bağlanması və bunun nikah akt qeydləri kitabında 02 nömrə ilə qeydə alınması və iş üzrə iddiaçıya “Quliyeva” soyadının verilməsi;  Naxçıvan şəhər 1 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 871276 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X11 xx.xx.2022-ci ildə vəfat etməsi;  JN seriyalı, 022A nömrəli, 10308018 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən Babək rayonu Kərimbəyli kəndində 0.11 ha fərdi yaşayış evi təyinatlı torpaq sahəsinin Cavabdeh, X9, X6 və X2 ümumi mülkiyyətinə verilməsi müəyyən olunur. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə çəkilən xərclərin qaytarılması ilə bağlı iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin: - Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. - Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan(ondan ayrıla bilməyən)digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. - Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. - Maddə 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. - Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. - Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. - Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göründüyü kimi, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Baxılan işdə mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintililərin cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Belə ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər. Məhkəmə araşdırması zamanı cavabdehin audio-video yazısı aparılan məhkəmə iclasında faktı etiraf edən izahatı əsasında tikilinin onun mülkiyyətində olan torpaq sahəsində məhz öz razılığı əsasında bacısı olan iddiaçı və onun ailə üzvləri tərəfindən və onların hesabına aparılması müəyyən olunmuşdur. Belə ki, cavabdeh izahatında 2003-cü ildə onun icazəsi ilə torpaqda iddiaçının əri ilə birlikdə öz aldıqları materiallar ilə bir neçə il ərzində 2013-cü ilə qədər yarımtikili inşa etdiyini bildirmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktınetiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də gözardı edilməməli və torpaq sahəsinin mülkiyyətçisi onun hesabına əsassız varlandığı vəsaiti həmin şəxsin tələbi ilə ona geri qaytarmalıdır. Məhkəmə tikinti-texniki ekspertizasının 14 may 2025-ci il tarixli, 467 saylı ekspert rəyi ilə torpaq sahəsi üzərində yerləşən tikilinin müxtəlif növ tikinti-quraşdırma və təmir işlərinə (artezian quyusu da daxil olmaqla) sərf edilmiş materialların həcmi smetada göstərilmişdir. Tikiliyə çəkilmiş xərcin müəyyən edilməsi məqsədilə təşkil olunmuş qiymətləndirmənin nəticəsi olaraq isə X1 04 avqust 2025-ci il tarixli, NQM002-09/25 nömrəli rəyi ilə qiymətləndirici bu nəticəyə gəlmişdir ki, məhkəmə tikinti-texniki eksperti tərəfindən tərtib edilmiş smetada qeyd edilən bünövrənin qazılması, armaturla toxunması və betonlanması 680 AZN, armatur 831.48 AZN, xamut 90.80 AZN, beton 1123.50 AZN, kürsünün çay daşı ilə 0.4 m qalınlıqda hörülməsi 204 AZN, çay daşı 400 AZN, xarici divarların mişarlanmış daş və kərpicdən 0.4 m qalınlıqda hörülməsi 931 AZN, kərpic 19*19*191542.80 AZN, mişarlanmış daş 2606.80 AZN, sement 663 AZN, qum 425 AZN, daxili divarların çiy kərpic ilə hörülməsi 805 AZN, çiy kərpic 19*19*10925.76 AZN, qum 422.50 AZN, beton kəmərin armaturla toxunması və betonlanması 1020 AZN, armatur 831.48 AZN, xamut 68.10 AZN, beton 577.50 AZN, taxta materialında olan pəncərələrin quraşdırılması (usta pulu ilə birlikdə) 1000 AZN, evin önündə artezian quyusunun qazılması 2000 AZN olmaqla ümumilikdə 17148.72 (on yeddi min bir yüz qırx səkkiz manat, yetmiş iki qəpik) manat müəyyən edilmişdir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə ekspert rəylərini sübut kimi qəbul edilən hesab etmişdir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək rayonu, Kərimbəyli kəndində Cavabdeh, X9, X7 və X2 paylar müəyyən olunmadan ümumi mülkiyyətində olan, 0.11 ha torpaq sahəsi üzərində yerləşən tikiliyə sərf olunmuş 17148.72 (on yeddi min bir yüz qırx səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində pul hazırda torpaq sahəsinin faktiki sahibliyində olan ailə başçısı olaraq torpaq sahəsinin mülkiyyətinə verildiyi Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 116.22 (bir yüz on altı manat, iyirmi iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-ci maddəsində isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsi müəyyən edilmişdi ki, bunlara aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; - tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. İş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının ümumi dəyəri olan 20 (iyirmi) manat Cavabdeh tutularaq X19 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilməlidir. Həmçinin, iş üzrə X4 tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş tikintidə istifadə olunmuş material və xidmətlərin qiymətinin müəyyən olunması ekspertizasının ümumi dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq X1 AZ98NABZ**********0000042944 nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. 17148.72 (on yeddi min bir yüz qırx səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 116.22 (bir yüz on altı manat, iyirmi iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının dəyəri olan 20 (iyirmi) manat Cavabdeh tutularaq X19 MR İdarəsinin AZ88NABZ******************** nömrəli müxbir hesabına ödənilsin. Material və xidmətlərin qiymətinin müəyyən olunması ekspertizasının ümumi dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq X1 AZ98NABZ**********0000042944 nömrəli hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar