Məhkəmə qərarları › İş №2(079)-99/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-99/2021

16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-99/2021 16.02.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 9553 (doqquz min beş yüz əlli üç) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdi ki, Şahbuz rayonunda 8 sot torpaq almışam. Həmin torpaq sahəsində ev tikdirmək qərarına gəldim. Şahbuz rayonu, Kolanı kəndində Əfqan adlı bir kənlimiz də ev tikdirirdi. Əfqanın evini Cavabdeh götürəkçi kimi işi götürüb işləyirdi. Mən də tikdirəcəyim evi Babək rayonu, Məzrə kənd sakini Cavabdeh tikdirmək qərarına gəldim. Elnurla danışığım belə oldu ki, mən ona 25000 manat pul verməli idim. İş başlamamışdan əvvəl mən 2020-ci ilin sentyabr ayında Şahbuz rayon notariat ofisində etibarnamə əsasında 14000 manat pul dəyərində 2016-cı il buraxılışlı Niva markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilimi ona verdim. Bundan sonrakı aylar ərzində tikintinin aparılması üçün ona ümumilikdə 11000 manat pul verdim. Cavabdeh mənim həyətyanı torpaq sahəmin 94.5 kvadrat metr hissəsində 15447 manatlıq iş görüb. O, hazırda evimi yarımçıq qoyub, gəlib mənim evimin işini görmək istəmir. Dəfələrlə telefon ilə zəng vurmuşam, amma zəng çatmır. Evlərinə də getmişəm yoldaşı qapıya çıxır və mənə deyir ki, Elnur evə gəlmir. Mən düşünməzdim ki, Cavabdeh məni aldadar. Beləliklə mənim cavabdehin mənə 9553 (doqquz min beş yüz əlli üç) manat görmədiyi işdən borcu yaranmışdır. Görülməmiş işlərin pulunu isə nağd şəkildə almışdır. Mülki iş üzrə keçirilən məhkəmə baxışı iclasında İddiaçı ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh qarşı 9553 (doqquz min beş yüz əlli üç) manat məbləğində pul tələbinə dair iddia qaldırdığını, hazırda həmin məbləği azaldılaraq 6000 (altı min) manat borcun geri qaytarılmasını tələb etdiyini və işə həmin həcmində baxılmasını xahiş etmişdir. Məhkəmənin 16 fevral 202-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi qəbul edilmiş və iddia tələbinin həcmi azaldılmışdı. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Şahbuz rayonu, Kolanı kəndində yaşadığını, qonşusu X2 özünə ev tikdirdiyini, anası Rəfiqənin isə Əfqanın arvadı Turacla birlikdə işlədiyini, anasının ona Əfqanın həyətlərində götürəkçilərə ev tikdirdiyini dediyini, onun da ev tikdirmək fikri olduğundan Əfqanın həyətinə gedib Elnurla bu barədə danışdığını, Elnurun da ona “evin layihəsini gətir, baxım razılaşaq” dediyini, evin layihəsini Şahbuz Rayon İcra Hakimiyyətində təsdiqlədikdən sonra onu Elnura apardığını, evin uzunluğunun 10.5 metr, eninin isə 9 metr olmaqla 2 mərtəbədən ibarət olacağını, həmçinin evin birinci mərtəbəsində bir salon, bir mətbəxt, hamam, tualet, ikinci mərtəbəsində 4 otaq olacağını ona dediyini, cavabdehlə razılaşmalarına əsasən bütün tikinti materiallarının ona aid olmaqla evin tikilib, həm çöldən, həm içəridən suvaq vurulaq dam örtüyünün vurulması üçün ona 25000 pul verəcəyini, bu işlər qurtardıqdan sonra isə evin bəzək işlərinin görülməsi üçün 10000 manat da əlavə verəcəyini, ümumilikdə evin bütün xərcini 34500 manata razılaşdıqlarını, özünün isə Elnura 35000 manat verməyi öhdəsinə götürdüyünü, hazırda cavabdehin gördüyü işin ikinci mərtəbənin tikilib başa çatması, içəridən isə salonun 2 divarının təqribən 2 metr hündürlüyündə suvaq vurulmasından ibarət olduğunu, razılaşdıqları digər işlərin qaldığını, Elnura əvvəldən 14000 manatlıq maşın və müxtəlif vaxtlarda 11000 manat pul verdiyini, ümumilikdə ona 25000 manat versə də cavabdehin gördüyü işin dəyərinin 15447 manat təşkil etdiyini, amma onun tökdüyü payasa pulunun və fəhləyə verdiyi 20 manatın bura daxil etmədiyini qeyd edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında xx xxxx 2020-ci ildə Şahbuz rayonu, Kolanı kəndində Əfqan Novruzovun evini tikməyə başladığını, onunla evin tikintisini 27900 manata danışdığını, evin uzununun 10 metr, eninin isə 11 metr olmaqla 2 mərtəbəli olduğunu, Əfqanın evini tikən zaman Əlfəddinin ona yaxınlaşaraq ev tikdirmək istədiyini, evin layihəsinə baxdıqdan sonra 2 mərtəbəli evin tikilməsi üçün 25000 manata razılaşdıqlarını, evin birinci mərtəbəsinin salon, mətbəx, hamam, tualetdən ibarət olacağını, ikinci mərtəbəsində isə 4 otaq olacağını, həmin evin tikintisini aparıb, dam örtüyünü vuraraq, həm çöldən, həm də içəridən suvamağı öhdəsinə götürdüyünü, iddiaçının isə bu işlərin görülməsinə görə ona 25000 manat pul verməli olduğunu, Əlfəddinin ona 14000 manata Niva markalı maşınını verdiyini, sonra isə ona müxtəlif vaxtlarda 11000 manat pul verdiyini, onun isə evin tikintisinə 21000 manat pul xərclədiyini, Nivanı isə 11000 manata sata bildiyini, evin ikinci mərtəbəsini tikdiyini, lakin dam örtüyünü vurmadığını, qapı-pəncərəni yerinə qoya bilmədiyini, çünki iddiaçının ona pul vermədiyini, özünün əvvəldən görüləcək işlərin pulunu düzgün hesablamadığını, bu səbəbdən də işləri görmək üçün verilmiş pulların onun xərclərini ödəmədiyini qeyd edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarını və işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, tərəflərin Şahbuz rayonu, Kolanı kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsində evin tikintisi üçün razılığa gəlməsi, həmin torpaq sahəsində iki mərtəbəli evin dam örtüyünə qədər tikilməsi, evin tikintisi üçün iddiaçının özünə məxsus olan “Niva” markalı avtomobili 14000 manata qiymətləndirərək cavabdehə verməsi, sonuncunun həmin avtomobili qəbul etməsi, İddiaçı 11000 manat pulu isə müxtəlif vaxtlarda Cavabdeh verməsi, həmçinin cavabdehin iddiaçıya olan 6000 (altı min) manat məbləğində borcunu etiraf etməsi işin mübahisəsiz hallarıdır. Bundan əlavə dəyişdirilmiş iddia tələbindən müəyyən olur ki, İddiaçı Cavabdeh əvvəlcə 9553 (doqquz min beş yüz əlli üç) manat pul tələb etsə də, hazırda o, cavabdehdən 6000 (altı min) manat məbləğində borcun ona geri qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən və eyni zamanda məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın etiraf edilməsi barədə cavabdeh tərəfin ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, iddianın cavabdeh tərəfdən etiraf olunmasının qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyil. Bu səbəbdən də, Cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsində qeyd olunur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddia tələbini etiraf etdyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev İş № 2(079)-99/2021 Azərbaycan Respublikası adından Qətnamədən çıxarış Şahbuz Rayon Məhkəməsi “16” fevral 2021-ci ildə Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq q ə t e t d i : İddia təmin olunsun. Cavabdeh 6000 (altı min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- imza Zamiq Əliyev Düzdür. Babək Rayon Məhkəməsinin sədri:- Zamiq Əliyev “16” fevral 2021-ci il. --

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar