Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-99/2025 18.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 19 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 etibardan sui-istifadə etməklə onun adına "xxxx"dan götürdüyü pulun qalıq məbləği olan 2500 (iki min beş yüz) manat pul vəsaitinin və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X9 iddiasını əsaslandıraraq bildirmişdir ki, X1 rayon Nehrəm qəsəbə 3 nömrəli məktəbdə fəhlə işləyirdi. 2023-cü ilin oktyabr ayında Hüseyn mənə dedi ki, xəstəm var, telefon vasitəsilə 100 manat pul götürəcəm. Telefonu mənim üzümə tutdu, onlayn görüntümü götürdü. Daha sonra mənim şəxsiyyət vəsiqəmin də şəklini çəkdi. Sonra "xxxx"dan mənə zəng gəldi ki, sizin adınıza 3000 (üç min) manat pul götürürüblər. Mən bu məsələni Hüseynə dedim o da təsdiqlədi ki, mənim adıma pul götürüb. Hüseyn bir neçə ay aylıq ödənişi ödədi, sonra ödənişləri ödəməməyə başladı. Həmin kredit ödənişinin aylıq ödənişi mənim əmək haqqımdan tutulur. 3 aydır ki, məndən aylıq 120 (yüz iyirmi) manat pul tutulur. Hüseyn məni aldadıb qanunsuz şəkildə adıma bankdan pul götürüb, indi də həmin ödənişləri ödəməkdən boyun qaçırır. Mən Hüseyndən pulun ödəməsini tələb etsəm də, o ödəməkdən boyun qaçırır. Hüseyn 3000 (üç min) manatın 500 (beş yüz) manatını özü ödəyib. Mən ondan qalan 2500 (iki min beş yüz ) manatı tələb edirəm. Mən Babək rayon Polis Şöbəsinə də bu məsələ ilə bağlı müraciət etdim. Babək rayon Polis İdarəsində mənə məhkəməyə müraciət etməyim tövsiyə olundu. Hüseynlə yazışmalarımızda da o bu əməlini etiraf edir. Onun etirafedici ifadələri olan səs yazılarını da işə əlavə edirəm. Hüseyn mənim etibarımdan sui-istifadə edib və onun pulu ödəmək niyyəti yoxdur. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli oluram. Cavabdehin yaşayış yerindən arayış almaq imkanlarım xaricində olduğundan xahiş edirəm, məhkəmə tərəfindən əldə olunub işə əlavə olunsun. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Nehrəm qəsəbə 3 nömrəli orta məktəbdə Qılmanla birlikdə fəhlə işlədiklərini, Qılmanın 2023-cü ildə ona xəstəsi olduğunu deyib, onun adına 100 manat kredit götürmək istədiyini və buna görə onun şəxsiyyət vəsiqəsinin şəklini çəkəcəyini, həmçinin telefonun kamerasını onun üzünə tutmalı olduğunu bildirdiyini, bu işlərlə bağlı məlumatı olmadığından 100 manatı götürməsinə razı olduğunu, onun adına 3000 manat pul götürəcəyini bilmədiyini, bundan 2 ay sonra Kapital Bankdan pulun ödənilməməsi barədə zəng ilə xəbərdarlıq edildiyini, bundan sonra Qılmanın onun adına 3000 manat pul götürdüyünü öyrəndiyini, cavabdehə dedikdə boynuna aldığını və aybaay krediti ödəyəcəyini dediyini, hər ayın 14-ü 120 manat pulun ödənilməli olduğunu, Hüseynin 2 ay pulu ödədikdən daha sonra ödənişi dayandırdığını, hazırda isə 2500 manat borcun ödənilməmiş qaldığını, həmin pulun özünün əmək haqqısından 4 ay ərzində hər ay 120 manat olmaqla tutulduğunu, son olaraq da 11 fevral 2025-ci il tarixdə 112 manat ödədiyini, ödəmədikdə isə əmək haqqından çıxıldığını, hesablanmış faizi cavabdehdən istəmədiyini, yalnız əsas borcu tələb etdiyini, özünün aliment ödədiyini və maddi vəziyyətinin yaxşı olmadığını, cavabdehlə aralarında keçən telefon dfanışıqlarında borcunu etiraf etdiyini, son vaxtlar isə telefonunu bağladığını, dələduzluqla məşğul olması barədə polisə müraciət etdikdə mülki qaydada məhkəmədə baxılmalı olduğunu dediklərini bildirmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Sözügedən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında baxmağı mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-xx.xx.2025-ci illəri əhatə edən İddiaçı adına olan AZ44AİİB410100G**********299 nömrəli hesabdan çıxarışdan müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə həmin hesaba GTZK4775602B299 saylı müqaviləyə əsasən 2900 manat məbləğində tranş ayrılmış və həmin tarixdə 2803 manatın şəxsin hesabına köçürülməsi təmin olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş birbank tətbqiqindən çıxarışdan belə məlum olur ki, İddiaçı məhkəməyə müraciət edilən tarixə əsas məbləğ üzrə 2454.72 manat, faiz borcu üzrə 29.31 manat olmaqla, cəmi istehlak krediti 2484.03 manat təşkil edir. İddia ərizəsinə əlavə olunmuş digər çıxarışdan belə məlum olur ki, İddiaçı həmin kredit müqaviləsi üzrə aylıq ödənişi 112.25 manat təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş tərəflər arasında keçən səs yazılarında Cavabdeh İddiaçı borcu olduğunu, pulu geri qaytaracağını, aylıq ödənişin 112 manat təşkil etdiyini, borcu ödəyə bilmədiyinə görə Bankın aylıq ödənişi faizi ilə birlikdə İddiaçı əmək haqqından çıxdıqlarını bildiyini bildirmişdir. Sözügedən səs yazıları mötəbər sübut kimi qəbul edilərək məhkəmə iclasında tədqiq olunmuş, iddiaçı həmin səs yazılarının cavabdeh ilə öz arasında keçdiyini bildirmiş, cavabdeh tərəfindən məhkəməyə sözügedən halla bağlı etiraz irəli sürülməmişdir. Məhkəmə qeyd etməyi məqsədəuyğun hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Cavabdehə ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, Cavabdeh İddiaçı razılığı olmadan ona məxsus hesabdan istifadə etməklə 2800 manat kredit məbləğini əldə edib özünə köçürüb mənimsəyib sonuncuya ziyan vurmaqla hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə cavabdehin təqsirli və hüquqa zidd əməli nəticəsində iddiaçıya birbaşa zərər vurulması sübut olunur və vurulmuş zərərin miqdarı iddia ərizəsinə əlavə olunmuş çıxarışla öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, 2500 (iki min beş yüz) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 12510 nömrəli qəbzlə ödənilmiş 45 (qırx beş) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 45 (qırx beş) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-99/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-99/2025
18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver