Məhkəmə qərarları › İş №2(080)-143/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-143/2020

21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-143/2020 21.12.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X18 Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, iddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında tələbinin təmin edilməsi” barədə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasinda açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh subroqasiya qaydasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyirinə 5000 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2017-ci ildə saat 19:00 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalıq adlı yaşayış massivində olan Mədən yolunun 2-ci kilomtirliyində hərəkət edərkən” Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndini və 73-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq X13 vurmuş, qəza nəticəsində X15 ölmüşdür. Azsığorta” Açıq Səhmdar Cəmiyyəti X10 ölümünə görə onun hüquqi varisinə 5000 manat məbləğində sığorta ödənişi etmişdir.Qeyd olunan yol –nəqliyyat hadisəsini cavabdeh etibarnamə olmadan avtomobili idarə edərək üçüncü şəxsin ölümü səbəbindən ödənilən 5000 manat məbləğində sığorta ödənişinə görə Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin hüququ yarandığını və bu səbəbdən 5000 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun” subroqasiya qaydasında Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, Babayev Rafiq Həsən oğlunun istifadəsində olan ** HR ***”X28 “ dövlət qeydiyyat nömrə nişanlı markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş Cavabdeh Yol” hərəkəti haqqında “Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Hüseynov Elçin İsa oğlunun ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və nəticəsində 5000 manat məbləğində sığorta məbləği xx xxxxxx 2018-ci il tarixli Sığorta aktı ilə zərərçəkənin nümayəndəsinə olan İsa Hüseynova ödənilmişdir. xx xxxxxx 2018-ci il tarixli AR-İN 696038 nömrəli etibarnamədən görünür ki , X1 İsa Fərman oğluna Azsığorta” Açıq Səhmdar Cəmiyyətində təmsil etməyi və sığorta ödənişlərinin alınması ilə əlaqədar zəruri hərəkətləri yerinə yetirməyi etibar etmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli AZ-İN 496329 nömrəli Ölüm Haqqında Şəhadətnamədən qeyd edilmişdir ki, X16 xx.xx.2017-ci ildə ölmüşdür. xx xxxxxx 2018-ci il tarixli Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda qeyd edilir ki, X12 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Bakı şəhəri Baş polis İdarəsi Xəzər Rayon X2 vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X3 mülkiyyətçısi olduğu və xx xxxxxx 2016-cı tarixli etibarnamə ilə Babayev Rafiq Həsən oğlunun istifadəsinə xx.xx.2024-cü ilə kimi verilən ** HR ***”X28 “ dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X11 ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə mülki işə Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsininin iştirakı olmadan baxmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Xəzər Rayon Məhkəməsinin 1(003)-142/2018 nömrəli, 13 aprel 2018-cı il tarixli hökmünün surətindən aydın olur ki, Cavabdeh xx xxxx 2018-cı ildə, saat 19:00 radələrində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, etibarnamə olmadan idarə etdiyi, ** HR ***”X28 “ dövlət qeydiyyat nömrə nişanlı markalı nəqliyyat vaistəsini idarə edərkən Xəzər rayonu Buzovna qəsəbəsi Albalıq yaşayış massivində olan Mədən yolunun 2-ci kilometirliyində yolu sağdan sola keçən piyada X25 oğlunun həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X25 oğlunun ölümünə səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə Paşa Bank ASC tərəfindən 505141 kod nömrəli ödəniş sənədinin icra haqqında bank qeydinin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə iddiaçı Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X25 oğlunun hüquqi varisi olan X9 AZ51İBAZ******************** nömrəli hesab nömrəsinə 5000 manat məbləğində sığorta ödənişi köçürmə yolu ilə ödənilmişdir. Qeyd olunan sığorta aktlarının surətlərindən aydın olur ki, müvafiq sığorta ödənişlərinin ödənilməsinə görə barəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdehdur. Məhkəmə təqdim olunmuş sübutları araşdırıb, sübutları hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi (həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir) nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Müli Məcəllənin 936.2-ci maddəsinə uyğun olaraq faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.1.3-cü maddələrinə görə sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində həmin şəxsə qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə görə, Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Cavabdeh, Cavabdeh sığorta hadisəsinin baş verməsində təqsirli olması Xəzər Rayon Məhkəməsinin 1(003)-142/2018 nömrəli, xx xxxxx 2018-cı il tarixli hökmü ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara işin faktiki hallarına tətbiq edilməli olan qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, 5000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı “Azsığorta” Açıq Səhmdar xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun tələbi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən, 30 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh X11 ölümünə görə “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta kimi ödənilmiş 5000 (bir beş min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul tutularaq “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar